Azəri
Friday 26th of April 2024
0
نفر 0

Vahabi etiqadının yeni təhlili

Bismillahir Rəhmanir Rəhim

SƏKKİZİNCİ SÖHBƏT
Şiə və vahabilərin şənlik edib yas saxlamaq haqqında fikirləri
Bayramlar və şənliklər
Vahabilər övliyaların təvəllüd ya vəfat üçün günü təşkil edilən məclisləri onlara edilən ibadət hesab etdiklərinə görə bunu bütə edilən pərəstişlə bərabər sayırlar:
"هي نُوعٌ من العبادة لهم و تعظيمُهُمْ..."
Onlar öz sözlərini sübuta yetirmək üçün cahil ərəblərin rəftarına işarə edərək onların hər münasibətdə, istər döğum yaxud vəfat günləri, pis ya yaxşı xatirələr üçün bütxanalara yığışıb sevinc yaxud qəmlərini bölüşdüklərini misal gətirirlər. Cahil ərəblər Tək Allaha inandıqlarına baxmayaraq, öz əlləri ilə düzəltdikləri şeyləri yer üzündə hərtərəfli qüdrətə sahib bilib ona təvəssül edirdilər.
"و يقولونَ هؤلاءِ شُفَعاؤُنَا عِنْدَالله"
“Onlar bu şeylərin Allah yanında bizim şəfaətvericilərimiz olduğunu deyirlər”.
Yəqinliklə demək lazımdır ki, təkcə vahabilər deyil, əslində bütün müsəlmanlar şirklə qarışıqlı məclislərə qarşı ziddirlər. Maraqlı burasıdır ki, nə üçün vahabilər şirk qarışıqlı olmasa da belə məclislərin qurulmasına qarşı çıxırlar? Görəsən bunun səbəbi bəzi müsəlmanların əqidəsinə rişxəndlə yanaşıb təfəkkürlərinin dinin ziddinə olduğunu söyləmək deyilmi?
Vahabilərin qəbul etdikləri iki bayram
“Fəthul Məcid” kitabının müəllifi ümumiyyətlə, vahabilərin iki bayramı rəsmi surətdə qəbul etdiyini deyirlər: Fitir bayramı və Cümə günləri. Onlar Cümə günü bayramı barəsində Peyğəmbərdən (s) olan hədisə istidlal edirlər.
"اِنَّ هَذَا يَومٌ جعله اللهُ للمسلمين عيداً"
“Həqiqətən Allah bu günü (Cümə) müsəlmanlar üçün şənlik və bayram günü etmişdir”.
Onların nəzərincə, bu iki gündə şənlik edib sevinmək rəvadır. Çünki, Peyğəmbər bu iki bayrama təkid və sifariş etmiş, digər bayramlara etina etməməyi tapşırmışdır. Bu barədə isə bizim əlimizdə rəvayət yoxdur.  Müəllif sözünü Sabit ibn Zəhhakın dilindən nəql olunan rəvayətlə isbat edir: Zəhhak deyir: Günlərin birində Peyğəmbərə dəvə qurban kəsmək, nəzir vermək və... haqqında sual verdim. Peyğəmbər buyurdu: Orada büt olmazsa və o nəzir günaha və cahiliyyət adətlərini yaşatmağa səbəb olmazsa, eybi yoxdur.
"قال: نذر رجلٌ أن ينجر اِبلاً ببوانة. فسأل النبي (ص) فقال: هل كان فيها وثنٌ من اوثان الجاهلية يُعبَد؟ قال: لا. فهل كان عيدٌ من اعيادهم؟ قال: لا. فقال (ص): فَاِنَّه لا وفاء لنذر في معصية الله"
“Dedi: Ey Allahın rəsulu, bir şəxs “Bəvanədə” qurban kəsməyi nəzir edib. Həzrət sual verdi: Orada cahillik dövründə pərəstiş edilən bütlərdən varmı? Dedi: Xeyr. Həzrət yenə sual etdi: Orada cahillik dövründə keçirilən bayramlardan keçirilirmi? Cavab verdi: Xeyr. Həzrət dedi: Nəzirin düzgündür, onu yerinə yetir. Çünki, yalnız günahla ilə nəticələnə biləcək nəzirlərə əməl etmək lazım deyil.

Əziz olan məkanlar və zamanlar
Quranın öz ardıcıllarına verdiyi tapşırıqlardan biri ilahi günləri xatırlayıb əziz saymaqdır. Ilahi günləri xatırlamaq insan taleyində dəyərli ifası olan, haqqın, yaxud ədalətin bərpa edilib bidətin söndüyü gündür. Bu səbəbdən müsəlmanlar yalnız ilahi günləri xatırlamır, həqiqətdə zülmətin tünd qaralığını söndürən, haqla həqiqətin bir növ şölələnən məkanlarına belə ehtiram edirlər. Buna Cümə günü, Fitir və Qurban bayramları, yaxud Rövzətun Nəbi, Ərəfat, Mina, Məşərul Həram, İbrahim Məqamı, Səfa və Mərvə kimi yerləri nümunə göstərmək olar. Əlbəttə, bu məkanlardan başqa Şiənin İmam Hüseyn (ə) və Əlinin (ə) hərəmləri, Tasua və Aşura günləri kimi ikram etdikləri digər müqəddəs günlər, ziyarətgahlar və xüsusi tarixlər vardır. Çünki bu müqəddəs məkan və günlərin hər biri təklikdə İslam səsinin ucalması yolunda böyük insanların zəhməti və cihadının göstəriciləridir.
Beləliklə, vahabilər belə müqəddəs yerləri ziyarət edib ilahi günlərin təntənəli surətdə qeyd olunmasına dini-mənəvi təsirlərin olmadığı halda etiraz edə bilərlər. Eləcə də Haqq həzrətlərinə qarşı üsyan (günah) olduğu halda mərasim və bayramların keçirilməsinə irad tuta bilərlər.
Qeyd etdiyimiz kimi, onların belə şadlıqların keçirilməsinə tutduqları iradın yeganə dəlili:
"لا يتخذوا قبري عيداً"
hədisidir. Bu hədisi isə biz belə mənalandırmışdıq ki, Peyğəmbərin öz davamçılarının müqəddəs torpağı kənarında belə şənlik və bayram məclislərinin qadağan etməsinin səbəbi müsəlmanların o əziz məkanda Haqqın razılığından uzaq və qəbir sahibinin şəninə uyğun olmayan hörmətsizlik ehtimalıdır.
Böyük şiə alimlərindən olan Seyid Möhsün Əmin “Kəşful irtab”, Seyid Abdullah Şübbər “Misbahul ənvar” kitabında yuxarıdakı məsələni təsdiqləməklə yanaşı bu hədisin belə mərasimlərin haramlığına dəlil olmadığını söyləmişlər.
Bayram və Quran
Quran ayələri barəsində diqqətlə fikirləşərkən günlərin iki hissəyə bölündüyünin şahidi oluruq:
1. Mübarək və bayramsayağı günlər: İnsanlara maddi və mənəvi nemətlərin bağışlandığı günlər. Adamların bu nemətləri qoruyub şənlik etməsi, Allaha şükür etməsi günüdür. Məsələn, İsa Məsihin (ə) öz qövmü üçün azuqə istəyi ilə nemətin nazil olduğu gün kimi. Qurani Kərim bu barədə buyurur:
"رَبَّنَا أَنْزِلْ عَلَيْنَا مَائدَةً مِنَ السَّمَاءِ تَكُونُ لَنا عِيْداً لِأوَّلِنَا وَ ءَاَخِرِنَا وَ ءَاَيَةً منكَ وَارْزُقْنَأ و أنْتَ خَيْرُ الرَّازِقِينَ"
“Pərvərdigara! Səmadan bizim üçün ilk və son bayram və Səndən bir nişanə olaraq bir süfrə nazil et və öz tərəfindən bizə ruzi ver ki, Sən ən yaxşı ruzi verənsən”.
Həmçinin, Musanın qövmünün rəhmətə bürünüb, Haqq Taalanın düzgün yoluna düşüb azğınlıqdan qurtulduğu günlər, Musanın (ə) isə belə günləri xatırladıb yada salması üçün məmur olunmasını örnək gətirmək mümkündür:
"و ذَكِّرْهُمْ بِأيّام اللهِ اِنَّ فِي ذَلِكَ لَآَيَـاتٍ لِكُلِّ صَبَّارٍ شَكُورٍ"
“Allah günlərini onlara xatırlat ki, doğrudan da bu yada salmaq da hər dözümlü və şükür edən şəxs üçün ibrətlər vardır”.
2. Nəhs və uğursuz günlər: Bunlar Allahın rəhmət və lütf qapılarının bəndələrin üzünə bağlanıb onların əzab və bəlaya düçar olduqları bir gündür. Məsələn, səkkiz günlük möhkəm əsən külək Ad qövmünü həlakətə uğratdı:
"فَأرْسَلْنَا عَلَيْهِمْ رِيحاً صرصراً فِي أَيَّامٍ نَحسَاتٍ"
“Beləliklə, onlara nəhs gündə güclü külək göndərdik”.
Nəticədə Quranın dediyinə əsasən Rəsulullahın (s) Besət gününü mübarək, vəfat gününü isə uğursuz gün hesab etməyin heç bir eybi yoxdur. Əgər vahabilər bu nəticə ilə müxalifdirlərsə, onlardan soruşmaq lazımdır ki, Quran Musanın qövmünün irşad edilib düz yola düşdükləri günü ilahi gün hesab edərək belə günün əziz olduğunu vacib bilirsə, Rəsulullahın dünya insanlarını hidayət etməyə seçildiyi gün mübarək deyilmi? Nə üçün belə bir günün xatırlanmasına ehtiramla yanaşıb şənlik etməyək?!


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ÖVLIYALAR ÜÇÜN BӘLA
FӘLSӘFI BӘDBINLIK
İBTİDAİ DİNLƏR (2)
ALLAHIN VARLIĞININ FƏLSƏFİ YOLLA İSBAT EDİLMƏSİNİN NÜMUNƏLƏRİ
Özünəpərəstiş süqut amilidir
VARLIQ BƏXŞ EDƏN SƏBƏBİN XÜSUSİYYƏTLƏRİ
ƏXLAQ VƏ RƏFTAR PRİNSİPLƏRİ (NORMALARI)
Peyğəmbərdən sonra xilafət
Allah dostlarının düşmənləri
Yахşı söz vә ruzinin аrtmаsı

 
user comment