Azəri
Saturday 27th of April 2024
0
نفر 0

Ən bahalı Həcc ziyarəti Azərbaycanda təşkil olunur

Ən bahalı Həcc ziyarəti Azərbaycanda təşkil olunur

Qafqaz Müsəlmanları İdarəsinin qiymətləri yüksək, təşkilatçılığı isə bərbaddır
Elşad Miri: «Adını da belə qoyurlar ki, guya həcc ziyarətinə gedənlər çətinlik çəkməlidir»

 
 

- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 2011-ci ilin Həcc ziyarəti ilə əlaqədar sənəd qəbulunun başladığını elan edib. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, QMİ Həcc ziyarəti ilə bağlı müqəddəs Məkkə və Mədinə şəhərlərinə səfərləri Səudiyyə Ərəbistanının Həcc Nazirliyi ilə imzalanmış protokol əsasında həyata keçirir.


Bu il nəzərdə tutulan kvotaya uyğun olaraq Azərbaycandan Həcc ziyarətinə 2000 nəfər zəvvar avtobuslarla və təyyarələrlə yola düşəcək. Ziyarət üçün sənəd qəbulu sentyabr ayının ortalarınadək davam edəcək.


Avtobuslar Azərbaycan - Gürcüstan - Türkiyə - Suriya - İordaniya-Səudiyyə Ərəbistanı marşrutu ilə, təyyarələr isə Bakı-Ciddə, Mədinə-Bakı marşrutu üzrə hərəkət edəcək.


Ziyarət Türkiyənin tanınmış «Ulusoy» şirkətinə məxsus avtobuslarla həyata keçiriləcək ki, biletin qiyməti 2650 manatdır. Təyyarə ilə səfər xərci isə 3750 manat dəyərindədir. Bu məbləğə zəvvarların nəqliyyat, mehmanxana, viza xərcləri, torpaq basdı vergisi, çadırların icarə haqqı daxildir.


QMİ-dən bildirilir ki, yeniliklər sırasına zəvvarların məcburi həyat sığortası, otellərdə gündə isti yemək və qəlyanaltı daxil olmaqla 2 dəfə yemək, Mina və Ərəfatda isə qəlyənaltıların təklif olunması, habelə Müzdəlifə və Ərəfata zəvvarların dəmiryol qatarı ilə çatdırılması daxildir. Bütün bu yeniliklərlə bağlı əlavə xərclər, həmçinin Səudiyyə Ərəbistanda otellərin bahalaşması ziyarət səfərinin qiymətində dəyişikliyə səbəb olub.


Araşdırmalar göstərir ki, Azərbaycan zəvvarları Həcc ziyarətinə çəkdiyi xərclərə görə ön sıralarda dayanır. Lakin ödənilən məbləğin qarşılığında göstərilən xidmətin səivyyəsi aşağı olur.


Teoloq və bir neçə dəfə Həcc ziyarətində olmuş Elşad Miri «Bizim Yol»a deyir ki, Azərbaycandan Həccə getmək üçün çəkilən xərclər hətta Avropa ölkələri, Türkiyə, İran və ABŞ-dan da yüksəkdir. Amma Bakıdan yola düşən zəvvarlar verdikləri pulun müqabilində yüksək xidmət görmürlər: «Mən bir neçə dəfə Həcc ziyarətində olmuşam. Ən bərbad təşkilatçılıq Qafqaz Müsəlmanları İdarəsinindir. Xidmət səviyyəsinin aşağı olmasına baxmayaraq, Azərbaycan əksər Avropa ölkələrindən də bahalı xidmət göstərir. Belə qiymətlərin qarşılığında zəvvarlara hansısa xidmət göstərildiyini demək mümkün deyil.


Məsələn, Avropadan gələn türkləri yerləşdirən təşkilat onlar üçün televiziya ayırmışdı, onları informasiya ilə, gündə üç dəfə yeməklə təmin edirdi, otel şəhərdən kənardadırsa, zəvvarları daşımaq üçün avtobuslar ayırmışdılar. Həmin avtobuslar 24 saat onların xidmətində idi. Onlar üçün səhiyyə xidməti təşkil edilib, otelin özündə pulsuz internet var idi.


Məsələn, Türkiyədə həcc ziyarətini Dəyanət İşləri Bakanlığı həyata keçirir. Bu ziyarətə kişilərlə yanaşı, qadınlar da gedir. Türkiyə bakanlığı qadın və kişi arasında fərq qoymayaraq, aşbaz tuturdu ki, onlara yemək hazırlasın.


Amma Azərbaycan tərəfində belə bir xidmət yoxdur. Bəzən zəvvarları Kəbədən çox uzaq bir məkanda yerləşdirirlər. Oradan Kəbəyə gəlib-getmək üçün əlavə nəqliyyat xərci çəkməlisən. Bu zaman ictimai nəqliyyat və taksi sürücləri zəvvarlardan bir neçə qat artıq pul alırlar. Adi dərmanla təminat belə yoxdur. Qrupda kimsə xəstələnirsə, Avropadan gələn türklərin qaldığı otellərə müraciət etməli olursan. Çünki QMİ cəmi 2-3 tibb işçisi götürür. Onlar da yalnız məsləhətlər verir. Nə müalicə, nə də müayinə etmək var. Hətta qaldığımız otellərdə də tibbi xidmət səviyyəsi bərbad vəziyyətdə olur. 4000 dollara yaxın pul ödəyən zəvvara belə xidmət göstərmək təhqirdir. Bunun adını belə qoyurlar ki, guya həcc ziyarətinə gedəndə çətinlik çəkilməlidir. Halbuki, bunun məsələyə heç dəxli yoxdur».


Teoloq fikirlərini isbatlamaq üçün iki il əvvəlin qiymətlərini hazırki taariflərlə müqayisə edir: «İki il əvvəl mən ziyarət üçün 3500 manat ödəmişdim. Amma həmin ili Avropadan gələn zəvvarlar 2500-2800 avro arasında xərc çəkmişdilər. İrandan həccə getməyin qiyməti 1500-1600 dollar arası olub. Türkiyədən isə bu qiymətə 2 nəfəri aparmaq olar. Bizim təşkilatçılar isə insan amilini kənara atır, biznes maraqlarını üstün tuturlar. Qrup rəhbərləri də insanla davranmağı bacaran şəxslər olmalıdır. Ona görə də təşkilatçılıq orada çox vacib məsələdir. Təəssüf ki, alınan məbləğin müqabilində ziyarət çox zəif təşkil olunur».


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Berluskoni İslama hörmtəsizlik etdiyi üçün məhkəməyə çağrıla bilər
Suriyalı Hərəm müdafiəçisi olan 5 şəhid Hz. Zeynəb-lə Qonşu Oldu
Tale Bağırzadə "kars"a salınıb
Ekvadorda Ərdoğana qarşı üsyan, Terrorçu Rədd Ol! Deyə ekvadorlular şüar ...
Tehranda keçiriləcək “İslami oyanış” konfransında 500-dən çox İslam ...
59 ölkə beynəlxalq Quran müsabiqəsi keçirmək üçün razılaşdı
Suriyada "müsəlman-məsihi qardaşlığı" adlı konfrans keçiriləcək
ABŞ Hazırda 7 Ölkəni bombalayır; 7-si də müsəlman ölkələridir.
Xəlifə rejimini muzdlu əskərləri İmam Hüseyn (ə) Əzadarlığının ...
Fazil Mustafa Azərbaycan xalqına “siyğədən əmələ gəlmişlər” Hz. Aişəyə ...

 
user comment