Azəri
Friday 26th of April 2024
1
نفر 0

ƏHLİ-HƏDİS (2)

ƏHLİ-HƏDİS (2)

E᾿TİQADİ ÜSULLARI (1)

 

 

Qəza qədər barəsində əhli-hədisin əqidəsi nədir?

1. Əhli-hədislə digər İslami firqələr arasında olan fərqlər nədən ibarətdir?

2. Əhli-hədis qəza-qədər məsələsində cəbrə inanırlar, yoxsa ixtiyara?

 

 

Keçən dərsdə əhli-hədis firqəsi, eləcə onların mühüm əqidə mənbələri ilə qısa şəkildə tanış olduq. Bu gələn dərsdə onlarla digər firqələr arasında müşahidə olunmayan xüsusi prinsiplər araşdırılacaq. Əhli-hədisin qeyd olunan əqidələrindən ᾿ziləri aşağıdakılardan ibarətdir:

1. Qəza qədər;

2. Xəbəri sifətlər;

3. Səhabələrin ədaləti;

4. Xəlifələrin xilafətinə iman;

5. Hakimə itaət.

1. ƏHLİ-HƏDİS NÖQTEYİ-NƏZƏRİNDƏN QƏZA QƏDƏR MƏSƏLƏSİ

Qəza qədər məsələsi kəlam alimləri arasında həmişə münaqişə mübahisəyə səbəb olan mühüm həssas bəhslərdəndir ki, bu barədə müxtəlif nəzərlər irəli sürülmüşdür.

İlahi qəza qədər məsələsi əhli-hədis tərəfindən (sonralar da əş᾿ərilər tərəfindən) mütləq məcburiyyət şəklində bəyan ᾿rif edilmişdir.

Əhməd ibni Hənbəl «Əs-sünnə» kitabında belə deyir:

Qədər barəsində - onun xeyir şər olması, azlığı çoxluğu, aşkarlığı gizlin olması, şirinliyi acılığı, sevilməsi xoşagəlməz olması, yaxşısı pisi, əvvəli axırı - olan mülahizələrin hamısı Allah tərəfindəndir. Öz qəzasını bəndələrinə hökm edən məhz Allah-taaladır onlar ilahi təqdirdən kənara çıxa bilməzlər; onlar müəyyən olunmuş yolla hərəkət edir müqəddər olunmuş əsasda qərar tuturlar. Bu da Allahın ədalətidir. Zina oğurluq, şərabxorluq, başqalarını (nahaq yerə) öldürmək, haram mal yemək, Allaha şərik qoşmaq, bütün günah üsyankarlıqlar ilahi qəza qədər əsasındadır. Bu barədə bəndələrin Allaha qarşı heç bir höccəti yoxdur, əksinə bəndələrinə yetərli höccəti olan məhz Allahdır. «Allah gördüyü işlər barədə sorğu-sual olunmaz; onlar (bütün bəndələr) isə (tutduqları əməllərə görə) sorğu-sual ediləcəklər.[1]

Allahın elmi Onun istək iradəsi əsasında olub, Öz bəndələrinə hakimdir. Allah-taala İblisin günahına həmçinin onun zamanından qiyamətədək yaşayacaq hər bir şəxsin etdiyi ᾿siyətə agahdır onları bu üçün yaratmışdır. Həmçinin itaət əhlinin itaətinə agahdır bunları da itaət üçün xəlq etmişdir. Deməli, hər bir varlıq (əvvəldə) üçün xəlq edilmişsə, məhz həmin əsasda da yaşayıb, Allahın onlar üçün iradə etdiyi yolla hərəkət edəcəklər heç bir kəs ilahi təqdiri dəf edə bilməz.

Hər kəs Allahın günahkar bəndələr üçün xeyir arzuladığını, lakin onların özlərini pisliyə günaha batıraraq nəfsani istəklərinə əməl etdiyini güman etsə, bəndələrin iradəsinin Allah-taalanın iradəsinə qalib gəldiyini təsəvvür edirlər. Allaha qarşı bundan da böyük iftira ola bilərmi?!

Hər kəs zinanın ilahi təqdir əsasında olmadığını güman etsə, ona demək lazımdır ki: «Görmürsən ki, bu qadın zinadan hamilə olub uşaq doğmuşdur? Məgər bu uşağın doğulması Allahın istəyi ilə olmayıb görəsən o, Allahın elmindən kənarda baş veribƏgər cavab mənfi olarsa, onda həmin şəxs Allahdan başqa bir yaradanın olmasını güman etmiş olar ki, bu da öz növbəsində aşkar şirkdir.

Oğurluq, şərab içmək, haram mal yemək bu kimi digər işlərin ilahi qəza əsasında olmadığını güman edən şəxslər, başqasının ruzisini yeməyə qadir olduğunu güman etmiş olur bu da məcusların əqidəsidir. Əksinə, ona ruzi verən məhz Allahdır ilahi qəza belə olmuşdur ki, bu şəxs ruzisini həmin yolla əldə etsin.

Hər kəs qətli-nəfsin, ᾿ni başqasını nahaq yerə öldürməyin ilahi təqdir əsasında olmadığını güman etsə, öldürülən şəxsin öz əcəli ilə ölmədiyini güman etmiş olur. Bundan da aşkar bir küfr ola bilərmi? Əlbəttə bu, ilahi qəza qədər əsasındadır, bütün işlər Allahın təqdiri iradəsi ilədir, Allahın elmi bunların hər birinin arxasındadır. Bu da ədalət haqdır, çünki O, iradə etdiyi hər bir şeyə qadirdir. Hər kəs Allahın elmini qəbul etsə, Onun iradə qüdrətini hökmən iqrar etməlidir

Əbul Həsən Əş᾿əri İbanə kitabının 15-19-cu bəndlərində belə deyir:

15. Biz inanırıq ki, yer üzündə olan hər bir xeyir şəri Allah istəmişdir, hər bir şey Onun iradəsi ilədir, Allah iradə etməzdən öncə, heç bir şəxsin heç bir işə qüdrəti yoxdur.

16. Biz Allahdan ehtiyacsız deyilik Onun elmindən xaric ola bilmərik.

17. Biz inanırıq ki, Allahdan başqa heç bir yaradan yoxdur, bəndələrin əməlləri Allahın məxluqudur Onun təqdiri əsasındadır. Belə ki, Allah-taala buyurur: «Halbuki sizi , sizin düzəltdiklərinizi Allah yaratmışdır[2] Allahın bəndələrindən heç biri heç vaxt bir şey xəlq etməyə qadir deyildir onun özü Allahın məxluqudur.  Həmçinin buyurur: «Müşriklərin Allahdan qeyri ibadət etdikləri (bütlər) heç bir şey yarada bilməzlər, əksinə, onlar özləri ( daşdan, ağacdan s.-dən) yaradılmışlar.[3] Başqa yerdə buyurur: «Heç yaradan (Allah) yaratmayana (bütlərə) bənzəyərmi?![4] Həmçinin digər bir yerdə buyurur: «Yoxsa onlar heç bir şeydən yarandılar?![5] Bu ᾿na Allahın kitabında daha çox nəzərə çarpır.

18. Allah-taala ᾿minlərə, Ona itaət etməkdə müvəffəqiyyət vermiş, onlara lütf mərhəmət əta etmiş, onları islah hidayət etmişdir. Kafirləri yoldan azdırmış, onlara hidayət olunmaq iman gətirmək ne᾿məti qismət etməmişdir. (Halbuki, ᾿ziləri azğınlıq üzündən bunun əksini güman etmişlər.) Əgər onlara lütf mərhəmət etsəydi, onlar da saleh insanlar olardılar, əgər hidayət etsəydi, düz yolda olardılar. Necə ki, buyurur: «Allahın doğru yola yönəltdiyi şəxs doğru yolda olan, (haqq yoldan) azdırdığı şəxslər isə ziyana uğrayanlardır![6]

Allah kafirləri islah etməyə, ᾿min olsunlar deyə, onlara mərhəmət etməyə qadirdir, lakin Öz elmi əsasında bunların kafir olmasını iradə etmişdir. Buna görə onları xar edərək qəlblərinə möhür vurmuşdur.

19. Xeyir şər ilahi qəza qədərdir, biz qəza qədərə iman gətirmişik, istər xeyir olsun, istərsə şər, istər şirin olsun, istərsə acı. Bunu da bilirik ki, bizə çatmayan şeylər müqəddər olunmamışdır. Bizə çatan şeylərin bizdən dəf olunması qeyri-mümkündür. Bəndələr, Allah istəməyincə, özləri üçün heç bir fayda ziyana malik deyillər. Necə ki, buyurur: «De ki: Mən Allahın istədiyindən başqa özümə bir xeyir, bir zərər verə bilərəm[7] Biz bütün işlərdə Allaha pənah aparırıq. Hər bir halda öz ehtiyac fəqirliyimizi Ona təqdim edirik.

TƏNQİD ARAŞDIRMALAR

Əhməd ibni Hənbəl Əbul Həsən Əş᾿ərinin nəzərindən belə nəticə alınır ki:

1. Əhli-hədis qəza qədər barəsində istinad etdikləri ayələrin zahiri ᾿naları ilə kifayətlənmiş, onların ᾿vil, yozum təfsirindən imtina etmişlər.

2. İlahi qəza qədərə e᾿tiqad bəsləməyi cəbrə e᾿tiqad bəsləməklə bərabər bilmiş, qəza qədər barəsində hər növ başqa təfsir ᾿rifi inkar etmişdir.

3. İlahi qəza qədərə e᾿tiqadı özlərinin şəxsi fikirləri ᾿rifləri əsasında götürərək, bunu tövhid e᾿tiqadının nəticəsi, onu inkar etməyi isə küfr hesab etmişlər.

4. İnsan üçün ixtiyari işləri qəbul etməyi Allahın iradəsinə dəxalət, xilqət yaranışda şəriklik kimi cilvələndirmişlər.

5. Allahın elmini ilahi qəza qədərin mənşəyi hesab etmişlər. Buna görə insanın ixtiyari fe᾿llərinin mümkünlüyünü Allahın elmi ilə təzadlı hesab edib, onu rədd etmişlər.

Əhli-hədisin nəzərlərinə tutulan irad tənqidlər aşağıdakılardır:

1. Əgər ayə rəvayətlərin zahiri ᾿nasına əməl olunmalıdırsa, onda gərək insanın xeyir şər əməllərini onların özlərinə nisbət verən ayələrə iman gətirmək lazımdır. Belə ki, Allah-taala buyurur: «Biz ona haqq yolu göstərdik. İstər (ne᾿mətlərimizə) minnətdar olsun, istər nankor[8] Başqa bir yerdə buyurur: «(Ya Məhəmməd!) De ki: Ey insanlar! Artıq Rəbbininzdən sizə haqq (Qur᾿an peyğəmbər) gəlmişdir. Doğru yolu tutan özünə savab, doğru yoldan azan isə günah qazanar. Mən sizə zamin deyiləm[9] Digər bir ayədə buyurur: «Kim yaxşı bir görsə, xeyri özünə, kim bir pislik etsə, zərəri özünə olar![10] Yaxud belə buyururRəbbinizdən sizə aşkar dəlillər gəlmişdir. Kim (onları) görsə, lehinə, kim görməsə, əleyhinədir.Mən sizə nəzarətçi deyiləm[11] Həmçinin buyururYaxşılıq da etsəniz, özünüzə etmiş olursunuz, pislik [12]

2. Əgər ᾿minlərin imanı, kafirlərin küfrü ilahi qəza qədər əsasında olsaydı, peyğəmbərlərin göndərilməsi asimani kitabların nazil edilməsi əbəs yersiz bir olardı. Halbuki, Qur᾿an bunların camaatın hidayəti, ᾿limi ruhlarının paklanması üçün göndərildiyini aşkar şəkildə qeyd edir.

3. Əgər zina, oğurluq, haram yemək bir sözlə, bütün yaramaz işlərə mürtəkib olmaq ilahi qəza qədər əsasındadırsa, onda çirkin işlərin Allaha nisbət verilməsi mütəal Allahın zatına yaxılan iftira olacaqdır. Halbuki, Allah-taala özü pis işlərə əmr etməyi qadağan edərək buyurur: «De ki: Allah ədəbsizliyə (yaramaz işlərə) əmr etməz. Allaha qarşı bilmədiyiniz şeyimi danışırsınız![13]

4. İlahi elm qəza qədərin mənşəyidir. Amma insanın ixtiyarı ilahi elmlə zidd deyildir. Çünki insanın ixtiyarı da ilahi təqdir istək əsasındadır ilahi elm bir şeyə aid olanda onun müqəddimə şərtlərinə aid olur. Buna əsasən, ilahi elmin insanın ixtiyari fe᾿llərinə aid olması onun ixtiyari sifəti ilə yanaşı olur. «Allah filan xeyir işin, ya şər işin filankəs tərəfindən baş verəcəyini bilir» deməyimizin ᾿nası budur ki, Allah o şəxsin həmin işi öz istək iradəsi ilə yerinə yetirəcəyini bilir.

5. Əgər Allah-taalanın Öz iradə istəyi ilə insana ixtiyar verməsinə inansaq, onda insanın ixtiyari işlərinə e᾿tiqad bəsləmək tövhidlə, ilahi iradə ilə zidd olmaz.

 

 

 

 

 

 

 

 

 

 

SUALLAR TAPŞIRIQLAR

1. Əhməd ibni Hənbəlin qəza qədər haqqındakı nəzərini bəyan edin?

2. Əbul Həsən Əş᾿əri qəza qədər haqda deyir?

3. Əhli-hədisin qəza qədər barəsindəki nəzəriyyəsinə tutulan iradlar nədən ibarətdir?

4. Dərsdə istifadə olunan ayələrin tərcüməsini bir yerə toplayıb əzbərləyin onların əsasında Qur᾿anın qəza qədər barəsindəki nəzərini bəyan edin.

5. Əqaid dərslərində öyrəndiyiniz ixtiyar cəbr bəhslərinə istinad etməklə, əhli-hədisin nəzərini araşdırın.



[1] Ənbiya-23.

[2] Saffat-96.

[3] Nəhl-20.

[4] Nəhl-17.

[5] Tur-35.

[6] Ə᾿raf-178.

[7] Ə᾿raf-188.

[8] İnsan-3.

[9] Yunus-108.

[10] Casiyə-15.

[11] Ən᾿am-104.

[12] İsra-7.

[13] Ə᾿raf-28.

1
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Məhəmməd Baqirin(ə) mübarək miladı günü mübarək olsun!
AŞURA QIYAMININ ŞƏRAITI 1
Dua sağalma prosesini tezləşdirir
Allahla rabitə və başqalarından ehtiyacsızlıq
Rəcəb, tövbə və duaların qəbul olunan Mübarək Ay daxil olur – Bu gecənin ...
İnsan dilinə nəzarət, sükutla hikmətə çata bilər
İSMAİLİYYƏNİN İMAMƏTƏ OLAN BAXIŞI
ŞİӘ SÖZÜNÜN MӘ᾿NASI VӘ YARANMA TARİXİ
Tərəzidə aldatma!
TƏMƏTTÖ HƏCCININ YERINƏ YETIRILMƏ QAYDALARININ XÜLASƏSI

 
user comment

Constance
You’re the one with the brnias here. I’m watching for your posts.
پاسخ
0     0
2011-06-23 05:33:29