Azəri
Friday 26th of April 2024
0
نفر 0

Zəkat

ZƏKATIN VACİB OLDUĞU ŞEYLƏR:
1.Buğda,2.Arpa,3.Xurma,4.Kişmiş,5.Qızıl,6.Gümüş,7.Dəvə,8.İnək,9.Qoyun

«Onların mallarından zəkat al! Bununla onların mallarını və canlarını təmizlənmiş və pak etmiş olarsan. Onlara dua et, çünki sənin duan onlar üçün aramlıq, rahatlıqdır. Allah (hər şeyi) eşidən və biləndir».
Müsəlmanların mühüm iqdisadi vəzifələrindən biri «Zəkat» ödəməkdir. Zəkatın əhəmiyyəti haqqında yalnız onu demək kifayətdir ki, zəkat Qurani-Kərimdə namazdan sonra gəlir, imanın və əməli salehliyin nişanəsi olaraq göstərilir.

ZƏKATIN VACİB OLDUĞU ŞEYLƏR:
1. Buğda.
2. Arpa
3. Xurma
4. Kişmiş
5. Qızıl
6. Gümüş
7. Dəvə
8. İnək
9. Qoyun

ZƏKATIN VACİB OLMA ŞƏRTLƏRİ
1.Mal nisağb həddinə çatmalıdır (nisab həddi-yəni bu şeylərin müəyyən ölçüsü).
2.Onun sahibi həddi-buluğa çatmış olmalıdır.
3.Aqil olmalıdır (dəli olmasın).
4.Azad olmalıdır.
5.Öz malından istifadə edə bilən olmalıdır.

Qızılın nisabı :
1.Əgər 15 adi misqala (1 misqal 4.5 qram) çatsa və başqa şərtlər mövcud olsa onun 1/40-i zəkat verilməlidir. Bu qədər olmasa vacib deyil.
2.Əgər 15 adi misqalın üstünə 3 adi misqal əlavə olunsa, 18 misqalın hamısının zəkatı 1/40 verilməlidir. Əgər 3 misqaldan az əlavə olunsa təkcə 15 misqalın zəkatı verilməlidir.

Gümüşün nisabı:
1.Əgər gümüş 105 misqala çatsa, başqa şərtlər də mövcud olsa, insan onun 1/40-ni verməlidir. Əgər bu miqdara çatmasa zəkat vacib deyil.
2.Əgər 105 misqalın üzərinə 21 misqal əlavə olunsa, bütün 126 misqalın zəkatı qeyd olunduğu kimi verilməlidir. Əgər 21 misqaldan az əlavə olunsa təkcə 105 misqalın zəkatı verilməlidir.

Dəvənin nisabı
Dəvənin sayı Zəkatın miqdarı
5 1 qoyun
10 2 qoyun
15 3 qoyun
20 4 qoyun
25 5 qoyun
26 2 yaşına daxil olmuş 1 dəvə
36 3 yaşına daxil olmuş 1 dəvə
46 4 yaşına daxil olmuş 1 dəvə
61 5 yaşına daxil olmuş 1 dəvə
76 3 yaşına daxil olmuş 2 dəvə
91 4 yaşına daxil olmuş 2 dəvə
121 və yuxarı 40-40 hesab olunmalıdır. Hər40 başın zəkatı 3 yaşına daxil olmuş 1 dəvə, yaxud 50-50 hesab edilib-hər 50 dəvəyə 4 yaşına daxil olmuş 1 dəvə. Və ya 40-50, 40-50 hesablanmalıdır.

İnəyin nisabı
İnəyin iki nisabı var:
1.İnəklərin sayı 30-a çatsa qeyd olunan şərtlərə malik olarsa, 2 yaşına daxil olmuş bir dana verməlidir.
2.İnəklərin sayı 40 çatsa 3 yaşına çatan bir dişi danadır.
Otuzla qırx arasında zəkat vacib deyil yəni 30 inəyin zəkatı verilməlidir. 40 dan 60 -a çatmayıbsa 40 inəyin zəkatı verilməlidir. 60 -a çatandan sonra birinci nisab ikiqat olduğundan 2 baş iki yaşlı dana verməlidir. Həmçinin yuxarı getdikcə ya 30-30 ya da 40-40 və ya 30-40-la hesablanmalıdır.

Qoyunun nisabı
Qoyunların sayı zəkatın miqdarı
40 1qoyun
121 2qoyun
201 3qoyun
301 4qoyun
400 və ondan artıq Hər 100 başüçün bir qoyun verilməlidir.

ZƏKATIN İSTİFADƏ YERLƏRİ
1.Fəqirə (özünün və ailəsinin illik xərcini təmin edə bilməyən şəxs)
2.Miskinə- miskin fəqirdən də pis vəziyyətdə olan.
3.İmamın və naibinin tərəfindən zəkatı yığğıb saxlamaq və mühasibə edib həmin malı İmam və ya naibinə və ya fəqirə çatdırmaq üçün təyin olunan şəxsə
4.Zəkat verilərsə İslam dininə yönələn, yaxud müharibədə müsəlmanlara kömək edən kafirlərə, həmçinin zəkat verilərsə imanları güclənən zəif müsəlmanlara.
5.Qulların alınıb azad olunmasına
6.Öz borcunu verə bilməyən borclulara.
7.Allah yolunda: Yəni məscid, mədrəsə tikmək, ümumi -dini mənfəəti olan işlər görmək, yaxud körpü tikilməsi, yolların təmir olunması kimi xeyri müsəlmanlara çatan və ümumiyyətlə İslam və müsəlmanların xeyrinə olan hər bir işə.
8.İbnus-səbilə (səfərdə pulu qurtaran yolda qalan şəxs)

ZƏKATIN ÖDƏNMƏ VAXTI
Buğda, arpa- samandan ayrılandan sonra
Üzüm - quruyub kişmiş olandan sonra
Xurma- quruyub quru xurma olandan sonra
Qızıl, gümüş, dəvə, inək, qoyun- 11 ay tamam olandan sonra

FİTRƏ ZƏKATI
Bir şəxs Fitr bayramı gecəsinin gün batan çağına hətta bir neçə an qalanda belə, həddi-buluğa çatan, aqil, fəqir və bir kəsin qulu olmasa özü və onun çörək yeyənləri sayılan hər nəfər üçün buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və s. kimi şeylərdən təqribən 3 kq miqdarında müstəhəqqə (fitrə zəkatına layiq olan şəxsə, ehtiyacı olana) verməlidir. Əgər bunların hər hansını pulunu versə, kifayətdir.
Əgər bir kəs özünün və ailəsinin illik qazancını tə\'min edə bilməsə və tə\'min etmək üçün işi, qazancı, kəsb-ticarəti də olmasa fəqirdir və fitrə zəkatı ona vacib deyil.
Hər kəs Fitr bayramı gecəsində (məğrib vaxtı) onun çörək yeyənləri hesab olunan şəxslərin fitrə zəkatını verməlidir: istər böyük olsun, istərsə kiçik; istər müsəlman olsun, istərsə də kafir; istər onların xərcləri o şəxsə vacib olsun, istərsə də olmasın; istər öz şəhərində olsun, istərsə də başqa şəhərdə.
Fitr bayramı gecəsində iftar vaxtından qabaq ev sahibinin razılığı ilə evə daxil olan və onun çörək yeyəni hesab olunan qonağın fitrəsi ev sahibinə vacibdir.
Fitr bayramı gecəsində iftar vaxtından qabaq ev sahibinin razılığı olmadan evə daxil olan və bir müddət onun yanında qalan qonaq onun çörək yeyənlərindən hesab olunarsa, ehtiyata əsasən onun fitrəsi ev sahibinə vacibdir. Həmçinin, insanın xərcini verməyə məcbur etdiyi şəxsin də fitrəsini verməlidir.
Fitr bayramı gecəsi məğribdən sonra gələn qonağın fitrəsi (məğribdən əvvəl də\'vət olunmuş olsa və orada iftar etsə belə) ev sahibinə vacib deyil.
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Aclığın dəyəri nədir?!
BӘDBӘXTLIKLӘR XOŞBӘXTLIKLӘRIN ANASIDIR
Islami rəvayətlərdə bayram günləri
ÖVLIYALAR ÜÇÜN BӘLA
FӘLSӘFI BӘDBINLIK
İBTİDAİ DİNLƏR (2)
ALLAHIN VARLIĞININ FƏLSƏFİ YOLLA İSBAT EDİLMƏSİNİN NÜMUNƏLƏRİ
Özünəpərəstiş süqut amilidir
VARLIQ BƏXŞ EDƏN SƏBƏBİN XÜSUSİYYƏTLƏRİ
ƏXLAQ VƏ RƏFTAR PRİNSİPLƏRİ (NORMALARI)

 
user comment