Azəri
Saturday 27th of April 2024
0
نفر 0

İmam Əli əleyhis-salamın (camaatın o böyük şəxsiyyətə) bey’əti barədə olan kəlamlarındandır.

53- xütbə

 

İmam Əli əleyhis-salamın (camaatın o böyük şəxsiyyətə) beyəti barədə olan kəlamlarındandır.

(Osmanın öldürülməsindən) Sonra camaat mənim yanımda özlərini bir-birinə vurdular, sarbanın açıb buraxdığı, dizlərinin kəndiri açılmış susuz dəvələrin su içərkən yaratdıqları izdiham kimi (beyət etmək üçün) izdiham yaratdılar. (Mənə elə hücum çəkdilər ki,) elə bildim ya məni öldürmək istəyirlər, ya da bəziləri mənim hüzurumda digərlərini qətlə yetirmək niyyətindədirlər (beləliklə, onların beyətlərini qəbul etdim, bundan sonra Təlhə Zübeyr kimiləri əhd-peymanını pozdular). Mən bu işin zahir batinini o qədər ələk-vələk etdim ki, (bu barədə düşünməkdən) yuxum çəkildi. Onlarla (əhd-peymanı pozanlarla) vuruşmaqdan, ya da Məhəmmədin (səlləllahu əleyhi alih) gətirdiyini inkar etməkdən başqa çarəm qalmadı.[1] (Allahın Rəsulunun əhkamını inkar etmək ilahi əzaba səbəb olduğundan) beləliklə, mənim üçün müharibəyə əlac etmək ilahi əzaba əlac etməkdən daha asan idi, dünya ölümləri (məşəqqət çətinlikləri) mənə qiyamət ölümlərindən (əzablarından) daha asandır.

 

54- xütbə

 

İmam Əli əleyhis-salamın Siffeyndə səhabələrinin onun (Şam əhalisi ilə) müharibəni gecikdirdiyini yubatdığını güman etdmkləri vaxt buyurduğu kəlamlarındandır:[2]

Amma sizin sözünüz: bu qədər düşünmək gecikdirmək ölmək öldürülmək qorxusuna görədirmi? And olsun Allaha, ölümə doğru getməkdən (döyüş meydanında öldürülməkdən), ya da ölümün məni qəfil yaxalamasından heç bir qorxum yoxdur.

Amma sizin Şam əhli ilə (döyüşün vacibliyinə) şəkk tərəddüd barəsində olan sözünüzə gəldikdə isə, Allaha and olsun, (onlardan) bir dəstəsinin mənə birləşərək hidayət olmalarını (azğınlıqdan əl çəkərək doğru yola gəlmələrini), yolumun aydınlığını öz zəif gözləri ilə görmələrini istəməsəydim döyüşü bir gün belə təxirə salmazdım.

Azğınları öldürməkdənsə döyüş barəsində düşünməyi təxiri daha çox sevirəm. Hərçənd ki, (onlar azğınlıqdan əl çəkməyib son nəticədə öldürüləcəklər qiyamətdə İmama qarşı çıxdıqlarına o Həzrətin düşmənlərinə itaət etdiklərinə görə) günahları ilə qayıdacaqlar (məşəqqətdə olacaqlar).  

55-ci xütbə

 

İmam Əli əleyhis-salamın kəlamlarındandır. (Özünün Həzrət Peyğəmbərin digər səhabələrinin müqəddəs İslam dininə kömək üçün aparılan müharbələrdəki fədakarlığını dönməzliyini bəyan edərək öz səhabələrini Allah yolunda cihada düşmənlərlə müharibəyə həvəsləndirir onların bu işdə süstlüyünü pisləyir.)

Biz Allahın peyğəmbəri (səlləllahu əleyhi alih) ilə olduğumuz vaxt (İslam dininə kömək üçün) öz atalarımızı, övladlarımızı, qardaş əmilərimizi (döyüşlərdə) öldürürdük. Belə rəftar iman etiqadımızı çoxaldırdı, itaət yolunu tuturduq doğru yolda dönməzliyimiz çoxalırdı. Ağrıların yanğısına dözümümüz düşmənlə cihad yolunda səylərimiz daha da artırdı. (Peyğəmbər dövrünün müharibələrində döyüş üslubu belə idi ki,) bizlərdən biri düşmənlərdən biri ilə bir-birinə hücum edirdi onlardan biri başqasına ölüm camı ilə doydurana qədər iki erkək heyvan bir-birinin canına düşən kimi bir-birinin üstünə düşürdülər (bir-birini öldürmək qəsdində olurdular). Bəzən biz düşmənə zəfər çalır, bəzən düşmən bizə qalib gəlirdi. Allah bizim doğruluğumuzu gördüyündən (İslam yolunda hər şeydən keçməyi göstərdik) dəvənin istirahət vaxtı sinə boynunu yerə qoyduğu tək, İslam möhkəmlənənə (din nizamlanana), öz yerlərində yayılana qədər düşmənlərimizi xar, qələbəni isə bizə nəsib etdi. (İslam düşmənin iztirab narahatlığından xilas oldu, onun həqiqətləri dünyanın hər yanına yayıldı.) Öz canıma and olsun, əgər (İslam dininə köməkdə) rəftarımız sizin kimi olsaydı, (düşmənlə döyüşdə sizlər tək süstlük səhlənkarlıq etsəydik) dinin bünövrəsi qoyulmazdı (Allaha iman olmazdı) iman ağacının budağı göyərməzdi (İslamın qanunları yayılmazdı). And olsun Allaha! Bu (bəyənilməyən) rəftarınıza görə (döyüşdə səhlənkarlığınıza görə, dünyanın dəvəsindən süd əvəzinə) qan sağacaqsınız ondan sonra (düşmən sizə hakim kəsildikdə) peşman olacaqsınız.

 




[1] Yağılarla vuruşmaq İmama vacibdir, imkanı qüdrəti olduğu halda vuruşmasa vacibi tərk etmiş olar bu da İmam üçün Həzrəti Məhəmmədin əhkamını inkar etmək kimidir.

[2] Çünki Siffeyndə su Həzrətin əlinə keçdikdə, o, suyu Şam əhalisinin üzünə bağlamadı bir neçə günlük müharibə dayandı. Buna görə döyüşçülərdən Bəzisi dedilər: «Onun müharibə fərmanı verməkdə düşünməsi, ola bilər ki, ölmək öldürülməkdən qorxduğu üçündür». Başqa bir hissəsi isə onun Şam əhalisi ilə vuruşmağın vacibliyinə şəkk şübhəsi olduğu üçün belə etdiyini dedilər. Həzrət onların cavabında bunları buyurmuşdur.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İŞİD terror təşkilatının təsisçisi olan H. Klinton Məsciddə yıxılaraq ...
Hədis-3
Qaçqınlar: Bir məmurun ki, həyat yoldaşı erməni ola... -
ŞOK! Misirdə qadın paltarı geyinmiş sələfi terrorçu həbs edildi
IKi məKtəbin Peyğəmbəri ƏKrəm ¡-in hədisini rəvayət edənlər barəsindəKi ...
Nimei Şəbanda Tehran və Qəzvinin küçə və xiyabanları bəzədildi
Ərdoğan Suriya qaçqınlarını İstanbulda dilənçilərə çevirib
İnqilab Rəhbəri: Nano-texnologiyası insanların həyatında hiss olunmalıdır
Üçüncü аmil әmr bе mә᾽ruf
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına ...

 
user comment