Azəri
Saturday 27th of April 2024
0
نفر 0

İmam Əli əleyhis-salamın (Peyğəmbər salavatullahın vəsfi barəsində) xütbələrindəndir.

94- xütbə

 

İmam Əli əleyhis-salamın (Peyğəmbər salavatullahın vəsfi barəsində) xütbələrindəndir.

Allah-təala insanların (doğru yoldan) azaraq (öz işlərində) sərgərdan qaldıqları, səhv bəsirətsizliklərinə görə fitnə-fəsad yoluna qədəm qoyduqları bir vaxtda Həzrət Məhəmmədə peyğəmbərlik verdi. (Yersiz) İstək arzular onları yaxalamış, təkəbbür xüdpəsəndlik onları yanlışlıqlara vadar etmiş, cəhalət nadanlıqları onları quşbeyin qanmaza çevirmişdi. Belə ki, pərişan öz işlərində narahat (idilər), nigarançılıq nadanlığa mübtəla olmuşdular. Sonra Həzrət Mustafa (səlləllahu əleyhi alih) (onlara) nəsihət etməyə çalışdı, doğru yolla hərəkət etdi, (onları) hikmət, bilik gözəl öyüdlərə dəvət etdi (ki, bədbəxtlikdən qurtularaq dünya axirət səadətini qazansınlar).

 

95-ci xütbə

 

İmam Əli əleyhis-salamın (Allah-təalaya həmd-səna edildiyi Həzrət Peyğəmbərinsəlləllahu əleyhi alihvəsf olunduğu) xütbələrindən biridir.

Həmd olsun Allaha ki, əvvəldir (bütün varlıqların mənşəyidir), Ondan əvvəl bir varlıq yoxdur axırdır (bütün yaradılmışların qayıdışı onadır). Ondan sonra bir şey yoxdur. (Əlamət nişanələrə görə) görünən aşkardır. Ondan daha aşkar bir şey yoxdur (zatının əsli) gizlin məxfidir. Ondan daha görünməz olan bir şey yoxdur. (Başqa sözlə desək,) görünən qüdrətlidir. Onun fövqündə bir şey yoxdur (bütün varlıqlar Onun güc qüdrəti qarşısında acizdir). Əşyanın batinindən onun cüziyyatından xəbərdardır. Heç Ondan (əşyaya) daha yaxın deyil.

Bu xütbənin bir hissəsində Həzrət Peyğəmbərin (səlləllahu əleyhi alih) vəsfi verilir:

Onun qərar tutduğu məkan (peyğəmbərlik verildiyi Məkkeyi-Müəzzəmə) ən yaxşı məkan, yetişdiyi yer (ilahi hökmləri yaydığı Mədineyi-Teyyibə) ən şərafətli yerdir. (O böyük şəxsiyyət) Kəramət alicənablıq yataqlarında (ali məqamlı bellər pak bətnlərdə meydana gəlmiş) (hər cür zahiri batini eyblərdən, nöqsanlardan təmiz, uca) sağlam daldanacaqlarda (böyümüşdür). Yaxşı əməl sahiblərinin qəlbləri Onun vurğunudur (ağıllı insanların) gözlərinin bəbəyi heyranlıqla Ona dikilib (ki, bütün dünyanı başına almış azğınlıq cəhalətdə etdiyini görsünlər. Gördülər ki,) Allah-təala o Həzrətin vasitəsilə çoxdankı kinləri məhv etdi (xalqın arasından yığışdırdı) düşmənçilik atəşini söndürdü. (Əmirəl-mömininlə Salman kimi) iman qardaşları arasında ülfət dostluq yaratdı, özününkülər (Həmzə ilə Əbu-Ləhəbin) arasına (İslama küfrə görə) ayrılıq saldı. O böyük insanın zühuru ərsəyə çatması ilə möminlərin zillət çarəsizliyini başucalığına, şadlıq, üstünlük böyüklüyə çevirdi, kafirləri isə bədbəxtliyə düçar etdi. Sözlərinin bəyanı susmağının (da) dili var idi.[1]

 

96- xütbə

 

İmam Əli əleyhis-salamın (zülmkarın son nəticədə öz cəzasını görəcəyini, Allah-təalanın ondan sorğu-sual edəcəyini bildirdiyi, sonra öz qoşununu Müaviyə qoşunu ilə müharibədə səhlənkarlıqlarına görə danlayıb qınadığı) kəlamlarındandır.

Allah-təala zülmkara möhlət versə, onun sorğu-sualından heç vaxt keçməz. Yolunun ortasında, ağızın suyunu belə keçməyə qoymayan boğazı qurudan qəmli kədərli bir yerdə (dünyadakı çətinliklər ölümün ağır anlarında) pusqudadır. (Sanki onun yolunun üstündə dayanıb ki, onu lazım olan vaxtda cəzasına çatdırsın.) Agah olun. And içirəm canım güc qüdrətinin əlində olana ki, bu dəstə (Şam qoşunu) sizlərə qalib gələcək. Bu, onların haqqa sizdən daha layiqli olmalarına görə deyil, əmirlərinin (Müaviyənin) batilini qazanmağa (fərmanını yerinə yetirməyə) tələsmələrinə sizin mənim haqqım üçün gec tərpənmənizə görədir.[2] (Padşah əmirin) ümmət rəiyyətlər(i) hər an öz rəhbərlərinin zülmünün qorxusu ilə sabahı açırlar (ki, məbada itaətsizliklərinə görə cəzalandırsın).[3] Ancaq mən səhərləri öz rəiyyətimin qorxusu ilə açıram (Allahdan qorxduğuma görə onlara zülmü rəva görmürəm, onlar isə mənə zülm edir, sözümə qulaq asmırlar.) Sizi düşmənlə cihada, döyüşə getməyə çağırdım, getmədiniz (döyüşə getməyin xeyrini getməməyin ziyanını) xatırlatdım, eşitmədiniz, gizlində aşkarda sizi dəvət etdim, yerinə yetirmədiniz, öyüd-nəsihət verdim, qəbul etmədiniz. Siz burada olsanız da yox kimi deyilsinizmi? (Sözlərimi eşitməyib öyüdlərimdən faydalanmırsınız.)

Sizlər qulamlar rəiyyət olsanız da böyüklər başçılar kimisinizmi? (Özünüzü rəy sahibi hesab edərək mənim kimisinə itaət etmirsiniz) hikmətləri ( böyüklüyü, dünya axirət səadətini əhatə edən sözləri) sizlər üçün deyirəm, (vəhşi heyvan kimi) ondan ürkürsünüz, sizlərə gözəl öyüdlərlə nəsihət verirəm, ondan uzaqlaşırsınız (qəbul etmirsinz). Sizləri fitnə-fəsad salanlarla (Şam əhli ilə) cihada rəğbətləndirirəm, sözüm sona çatmamış hamınızı Səba övladları kimi dağınıq görürəm.[4] Öz məclislərinizə qayıdırsınız (gedib gəlirsiniz), bir-birinizi öz öyüdlərinizlə aldadırsınız (hər birisi başqasına «elə etmək, belə etmək lazımdır» deyir, ancaq özü isə bir addım belə atmır). Hər səhər erkən sizləri (düşmənlə döyüşə hazır olmağınız üçün şümşad çubuğu kimi) düzəldirəm, hər axşam əyilmiş kamanın arxası kimi üstümə qayıdırsınız (döyüşə getməkdən boyun qaçırırsınız). Öyüd verən aciz qaldı qulaq asan (işi) çətin sandı. (Bundan sonra, belə rəftarla mənim nəsihətimin sizə təsiri yoxdur.) Ey bədənləri burada olanlar, ağılları isə tapılmayan, düşüncələri müxtəlif olanlar! (Bir yerdə toplaşıb ağılın göstərişinə əməl etməyən işlərdə hər biri öz nadürüst düşüncələrinin ardınca gedənlər). Onlara (nifaq, ikiüzlülük fikir ayrılıqlarına) görə başçıları (fitnə-fəsada) mübtəla giriftar olanlar. Sizin əmiriniz (İmam əleyhis-salam) Allaha itaət edir. Siz isə onun göstərişinə uyğun rəftar etmirsiniz. Şam əhlinin başçısı (Müaviyə) Allaha qarşı günah itaətsizlik edir, onlar isə onun mütiləridir. Allaha and olsun, istərdim ki, Müaviyə sizlər üçün sərraf kimi mənimlə alver etsin, (on gümüş dirhəmə bərabər olan) bir qızıl dirhəm verim bir gümüş dirhəm alım, sizin on nəfərinizi məndən alsın qoşunundan bir nəfər versin.

Ey Kufə əhli, sizdə (rəftarınızda olan) üç şeyə (əsla sizdə olmayan) iki şeyə görə qəmə, kədərə batmışam. (Sizdə olan üç şeyin birincisi budur ki,) qulağınız olsa da karsınız, (ikincisi) danışsanız da lalsınız (üçüncüsü) gözünüz olsa da korsunuz (qulağınız, diliniz gözünüz olsa belə, haqqı eşitmir, demir görmürsünüz. Ancaq sizdə olmayan iki şeyin birincisi budur ki,) müharibə vaxtı (döyüşə girərkən) doğruluqda dönməzlikdə azad insanlar kimi deyilsiniz (qorxu ümidsizlikdən özünüzü düşmən qarşısında qul nökər kimi göstərirsiniz, doğruluğa azadlığa dəliliniz yoxdur) (ikincisi) bəlada, çətinliklərdə etimad oluna biləcək həqiqi qardaşlar deyilsiniz. Əlləriniz torpağa bulaşsın (yoxsulluğa, pərişanlığa mübtəla olub xeyir görməyəsiniz!) Ey sarbanları uzaqlaşmış, bir tərəfdən toplaşanda başqa tərəfdən dağılan dəvələrə bənzəyənlər (sizin mənim ətrafımdan dağılmağınıza gəlincə isə) Allaha and olsun, güman edirəm ki, müharibə şiddətlənsə döyüş alovu şölələnsə, qadın (doğum zamanı) qarnındakı uşaqdan uzaqlaşdığı kimi Əbu Talibin oğlundan uzaqlaşıb dağılışacaqsınız. (Dağılışdıqdan sonra uşağın anasının qarnına qayıtması mümkünsüz olduğu kimi dağıldıqdan sonra sizləri toplamaq da qeyri-mümkün olacaq.) Mənim Rəbbim tərəfindən (öz doğru dürüstlüyümə) sübutum dəlilim var, öz Peyğəmbərimin göstərişi ilə doğru yolla gedirəm (O Həzrət tərəfindən xəlifəliyə təyin olunmuşam), aydın aşkar bir üsulla (müqəddəs İslam dininin buyurduğu kimi) rəftar edirəm ( öz gözaçıqlığımla səhv yollar arasından), haqq yolu tapmışam onunla gedirəm. (Belə olan halda, necə ətrafımdan dağılışıb uzaqlaşır sözlərimə əməl etmirsiniz?) Öz peyğəmbərinizin əhli-beytinə (Əmirəl-möminin onun övladlarına) baxın onların yolundan çıxmayaraq əməllərinə tabe olun ki, heç vaxt sizi doğru yoldan çıxarmaz, həlakət azğınlığa qaytarmazlar.[5] Əgər onlar (xəlifəlik, cihad ya başqa işlərdə evdə) əyləşsələr (qiyam etməsələr), siz (evinizdə) əyləşin ( onlara itaət edin), əgər ayağa qalxsalar (hər hansı işdə qiyam etsələr), siz qalxın (onlara kömək yardım edin) onlardan önə keçməyin (öz bildiyinizə əsasən rəftar etməyin) ki, azğın sərgərdan olarsınız. arxada da qalmayın (əmrlərindən qadağalarından qəflətdə olmayan) ki, biçarə həlak olarsınız. Mən Məhəmmədin (səlləllahu əleyhi alih) səhabələrini görmüşəm sizlərdən heç birinin onlar kimi olduğunu görmürəm. (Ona görə ki,) onların səhərlər saçları dağınıq tozlu olar, gecələri səcdə qiyam halında oyaq keçirərdilər. Alınları ilə üzləri arasında növbə qoymuşdular. (Gah alınlarını, gah da üzlərini torpağa qoyardılar.) Qayıdışı (qiyaməti) xatırlayaraq köz kimi yanardılar (iztirablı narahat idilər). Alınları səcdənin uzunluğundan keçilərin dizləri kimi (qabar bağlamış) idi. Pak Allah zikr ediləndə əzab cəzanın qorxusundan, savab mükafata ümiddən gözlərindən axan yaşlardan yaxaları islanar şiddətli küləkli günlərdə ağacın titrədiyi kimi əsərdilər.



[1] Söz buyurduqda ilahi hökmləri bəyan edərdi. Hər hansı sözü, əməli görüb sakit dayansaydı, bu, onun doğru, düzgün icazə verilmiş olmasına dəlalət edərdi.

[2] Xülasə, onların qələbəsinin səbəbi birlikləri rəislərinə tabe olmaları, sizin məğlubiyyətinizin səbəbi isə nifaq, ixtilaf əmirinizə itaətsizliyinizdir. Deməli, müharibədə hər bir işdə uğurun amili əqidə, imanın doğruluğu səhvliyi deyil, qəbilə başçısının əmrlərini yerinə yetirmək üçün olan ümumi birlikdir. Belə olmasaydı, şirk əhli heç vaxt tovhid əhlinə qalib gəlməzdi. Ancaq kafirlərin, münafiqlərin çoxunun işlərdə müsəlmanlara, möminlərə qələbə çaldıqlarını öndə olduqlarını görürük.

[3] Buna görə öz rəislərinə müti olub itaət edir hər işdə öndə gedirlər.

[4] Səba - peyğəmbərləri təkzib etdiklərinə görə Allahın suyu onlara hakim qılaraq evlərini, bostanlarını batırdığı, onları şəhərlərə pərən-pərən saldığı Səba ibn Yəşcəb ibn rəb ibn Qəhmanın övladlarından olan qəbilənin adıdır. Onların təfriqəsi ərəblər arasında zərbül-məsələ çevrilmiş onlar həddən artıq dağınıqlığı «Əyadiyə Səba»ya - Səba övladlarına bənzətmişlər.

[5] Onlar camaatın ən yaxşısı itaətə ən layiq olanlarıdır. Qurani-Kərimin Ali-İmran surəsinin 110- ayəsində buyurduğu kimi: كُنتُمْ خَيْرَ أُمَّةٍ أُخْرِجَتْ لِلنَّاسِ تَأْمُرُونَ بِالْمَعْرُوفِ وَتَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَتُؤْمِنُونَ بِاللّهِ وَلَوْ آمَنَ أَهْلُ الْكِتَابِ لَكَانَ خَيْرًا لَّهُم مِّنْهُمُ الْمُؤْمِنُونَ وَأَكْثَرُهُمُ الْفَاسِقُونَ «Siz, Məhəmmədin əhli-beyti sizə tabe olanlar insanların ən yaxşısısınız. Qeyb aləmindən çıxmış seçilmisiniz ki, yaxşı işlər görməyi əmr edib pis əməlləri qadağan edəsiniz Allaha iman gətirəsiniz. Əgər kitab əhli sizin kimi iman gətirib sizə tabe olsalar, əlbəttə, onlar üçün küfrdən daha yaxşıdır. Onların da içərisində bəzi iman gətirən şəxslər vardır, lakin çox hissəsi haqq yoldan çıxıb iman gətirməyibQısası, Məhəmməd ailəsindən qeyrisinin ardınca getmək zəlilliyə azğınlığa səbəb olar.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İŞİD terror təşkilatının təsisçisi olan H. Klinton Məsciddə yıxılaraq ...
Hədis-3
Qaçqınlar: Bir məmurun ki, həyat yoldaşı erməni ola... -
ŞOK! Misirdə qadın paltarı geyinmiş sələfi terrorçu həbs edildi
IKi məKtəbin Peyğəmbəri ƏKrəm ¡-in hədisini rəvayət edənlər barəsindəKi ...
Nimei Şəbanda Tehran və Qəzvinin küçə və xiyabanları bəzədildi
Ərdoğan Suriya qaçqınlarını İstanbulda dilənçilərə çevirib
İnqilab Rəhbəri: Nano-texnologiyası insanların həyatında hiss olunmalıdır
Üçüncü аmil әmr bе mә᾽ruf
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına ...

 
user comment