Azəri
Friday 26th of April 2024
0
نفر 0

BӘDBӘXTLIKLӘR XOŞBӘXTLIKLӘRIN ANASIDIR

BӘDBӘXTLIKLӘR XOŞBӘXTLIKLӘRIN ANASIDIR

Pisliklərin gözəllikləri cilvələndirmək və ali bir toplum yaratmaqda mühüm rol oynamalarından əlavə, yaxşı və pisliklər barəsindəki mühüm mətləblərdən biri də budur ki, bizim bədbəxtlik və pislik, kamal və xoşbəxtlik adlandırdığımız şeylər arasında səbəb-nəticə əlaqəsi vardır. Pisliklər yaxşılıqların anası və onların yaradıcısıdır. Bu, pisliklərin üçüncü faydasıdır.

Onların birinci xeyirli əhəmiyyəti, pislik və çirkinliklərin mövcudluqlarının, dünyanın gözəl toplumunun yaranmasında zəruriliyi idi. Ikinci əhəmiyyəti bu idi ki, hətta gözəlliklər öz gözəlliklərini pisliklərdən alırlar və pislik və çirkinlik olmasaydı, gözəllik və yaxşılıq heç bir mə`na verməzdi. Belə ki, gözəlin gözəlliyinin hiss edilməsi çirkin və çirkinliklərin olmaları və onlar arasında müqayisənin yaranmasındadır.

Indi pislik və bədbəxtliklərin üçüncü tə`sirini çirkinliklərin gözəlliklərin müqəddimə və yaradıcısı olmaları adı altında izah edəcəyik. Bə`zən xoşbəxtliklərin daxilində bədbəxtliklər yarandığı kimi, çətinlik və bədbəxtliklərdə də səadət və xoşbəxtliklər yatır. Bu, dünyanın formuludur.

ذَلِكَ بِأَنَّ اللَّهَ يُولِجُ اللَّيْلَ فِي النَّهَارِ وَيُولِجُ النَّهَارَ فِي اللَّيْلِ وَأَنَّ اللَّهَ سَمِيعٌ بَصِيرٌ

«...Necə ki, Allah gecəni gündüzə, gündüzü də gecəyə qatar. (Allah bəndələrinin mənafeyi naminə bə`zən insanlar daha çox ruzi qazana bilsinlər deyə, gecəni qısaldıb gündüzü uzadar, bəzən də onlar daha çox istirahət edib dincələ bilsinlər deyə, gündüzü qısaldıb gecəni uzadar). Allah (hər şeyi) eşidən və görəndir!» (Həcc-61).

«Zülmət gecənin sonu nurdur» məşhur atalar sözü əziyyətlərə qatlaşmaqla xoşbəxtliyə nail olmağın bir-birindən heç cür ayrılmazlığını bəyan edir. Pozulmuş şəraitlərdə ağlar qara istehsal etdiyi kimi, sanki ağlar da qaralardan doğulurlar.

On doqquzuncu əsrin məşhur alman filosofu Hegelin bu baxımdan diqqəti cəlb edən bir sözü var. O, bu barədə belə deyir:

«Mənfi işlər arasındakı çəkişmə və şər, xəyaldan yaranmayır, işlər tamamilə həqiqət və gerçəklik, hikmət baxımından xeyir və təkamülün pillələridirlər. Çəkişmə tərəqqinin qanunudur. Sifət və səciyyələr dünyanın hərc-mərclik savaşlarında və iğtişaşlarda kamilləşərək formalaşırlar və şəxs yalnız çətinlik, məs`uliyyət və iztirab yolu ilə ali şəxsiyyət dərəcəsinə çatır. Çətinlik həm əqli işdir, həm də həyat nişanəsi və islahat mühərrikidir. Әqli işlər arasında şəhvətlərin də öz yerləri vardır. Heç bir böyük iş, şəhvətsiz öz kamilliyinə çatmayıb və hətta Napalyonun şöhrətpərəstlik və eqoistliyi onun öz istəyi olmadan belə, xalqların inkişaf və tərəqqisinə kömək edib. Həyat xoşbəxtlik (asayiş və ondan yaranan razılıq) üçün deyil, təkamül üçündür. Dünya tarixi səadət və xoşbəxtlik səhnəsi deyil; xoşbəxtlik dövrləri onun ruhsuz səhifələrini təşkil edir. Çünki həmin dövrlər qarşılıqlı razılaşma dövrləri olub və belə ağır razılıq və qənaətlik kişiyə layiq bir şey deyil. Tarix, həqiqi aləmin ziddiyyətləri inkişaf və təkamül vasitəsi ilə həll edilən dövrlərdə düzəlib». (Fəlsəfə tarixi; Vill Dorant.)

Qur`ani-kərim çətinliklə asayişin ayrılmazlığını bəyan etmək üçün belə buyurur:

«Şübhəsiz ki, hər çətinlikdə bir asanlıq vardır!»

Həqiqətən, hər çətinlikdə bir asanlıq vardır!

Qur`an çətinlikdən sonra asanlıq və rahatlığın olmasını demir. Qur`anın tə`biri budur ki, çətinlikdə asanlıq var, yə`ni asanlıq çətinliyin batinində və onunla birlikdədir. Mövləvinin dili ilə desək «zidd ziddin içində gizlənib».

Zendəgi dər mordəno dər mohnətəst

Abe heyvan dər dərune zolmətəst.

`nası: Həyat ölüm və çətinlikdədir; dirilik gətirən su, zülmətdə (quyunun dibində)dir.

Burada incə bir nöqtə var ki, onun başa düşülməsi bu surənin bütün ayələrinin nəql edilməsindən asılıdır.

بسم الله الرحمن الرحيم أَلَمْ نَشْرَحْ لَكَ صَدْرَكَ وَوَضَعْنَا عَنكَ وِزْرَكَ الَّذِي أَنقَضَ ظَهْرَكَ وَرَفَعْنَا لَكَ ذِكْرَكَ فَإِنَّ مَعَ الْعُسْرِ يُسْرًا إِنَّ مَعَ الْعُسْرِ يُسْرًا

«Bağışlayan və rəhm edən Allahın adı ilə. (Ya Peyğəmbər!) Məgər biz sənin köksünü açıb genişlətmədikmi?! Ağır yükünü səndən götürmədikmi?! Elə bir yük ki, sənin belini bükürdü. Sənin ad-sanını, şan-şöhrətini ucaltmadıqmı?! Şübhəsiz ki, hər çətinlikdə bir asanlıq vardır! Həqiqətən, hər çətinlikdə bir asanlıq vardır! (Ya Peyğəmbər!) Elə ki, (risaləti təbliğ etməkdən və ya dünya işlərindən) azad oldun, qalx dua et! Və ancaq Rəbbinə yalvar!»

Peyğəmbərə (s) xitab olunan bu surə o həzrətin özünə məxsusdur.

Bu surə məhəbbət hissi ilə dolu ifadələrlə sanki, xoşagəlməz hallardan narahat olmuş Peyğəmbərin (s) şərəfli ruhunu nəvaziş edir və Allahın onun çiynində olan ağır yükü necə götürdüyünü və çətinlikləri asanlıqlara çevirdiyini xatırladır. Sonra dəqiq elmlərdə olan üslubla, baş vermiş və gerçək bir hadisədən belə nəticə alır: «Şübhəsiz ki, hər çətinlikdə bir asanlıq vardır`ni biz keçmişdə sənin çiynində olan ağır yükü götürmüşüksə, sənin adını ucaltmışıqsa və sənə səbr, dözüm qüdrəti vermişiksə, sən onlardan belə bir nəticəyə gəl ki, hər çətinlikdə bir asanlıq vardır!

Daha sonra nəticənin sabitləşməsi və onun qətiliyinə inandırmaq üçün bir daha təkrar edir: «Həqiqətən, hər çətinlikdə bir asanlıq vardır

Burada maraqlı nöqtə budur ki, həmin ümumi formuldan nəticə əldə etdikdən sonra gələcəkdəki hərəkət istiqaməti və davranış yolunu da müəyyənləşdirərək belə buyurur:

 فَإِذَا فَرَغْتَ فَانصَبْ وَإِلَى رَبِّكَ فَارْغَبْ

«Elə ki, (risaləti təbliğ etməkdən və ya dünya işlərindən) azad oldun, qalx dua et!»

`ni asanlıq çətinliyin batinində yerləşdirildiyi üçün asudə olan kimi, bir daha özünü əziyyətə sal və yenidən çalışaraq sə`y göstərməyə başla. Çətinlik və giriftarçılıqların kamillik və tərəqqinin müqəddiməsi olması məsələsi canlı varlıqların, xüsusilə insanın xüsusiyyətlərindəndir. Zərbələr cansız varlıqları məhv edir və onların qüdrətini zəiflədir, amma canlı varlıqları təhrik edərək hərəkətə gətirir və gücləndirir. «Nə çox varlılıqlar ki, yoxsulluğun içindədir.»

Çətinlik və məşəqqətlər bəşəriyyətin təkamülü üçün zəruridir. Çətinlik və əziyyətlər olmasa, bəşəriyyət məhv olar. Qur`an bu barədə belə buyurur: «Biz insanı məşəqqətdə yaratdıq!...» (Bələd-4).

Insan, öz layiqli varlığını tapması üçün məşəqqətlərə dözərək çətinlik çəkməlidir.

Ziddiyyət və çəkişmə, təkamül qamçısıdır. Canlı varlıqlar kamilliyə doğru olan yollarını bu qamçı ilə qət edirlər. Bu qanun özünü bitgilər, heyvanlar, xüsusilə insanlar aləmində doğruldur.

Həzrət Әli (ə) özünün Bəsrədəki nümayəndəsi Osman ibni Huneyfə yazdığı məktubda, bu bioloji qanunu xatırladır ki, naz-ne`mət içində yaşamaq və çətinliklərdən qaçmaq, insanın zəif və acizliyinə, çətin və ağır şəraitdə yaşamaq isə güclü və qıvraq olmasına səbəb olur və onun varlığının gövhərini püxtələşdirərək qüdrətli edir. O həzrət həmin məktubda öz nümayəndəsini, imkanlıların gecə keçirdikləri məclisdə iştirak etdiyi və heç bir yoxsulun iştirak etmədiyi və ancaq varlıların çağrıldığı qonaqlığa ayaq basdığı üçün məzəmmət edir. Həzrət imam (ə) həmin münasibətlə öz sadə həyatını izah edərək ardıcılları, xüsusilə özünün dövlət adamlarından onun yolu ilə getmələrini istəyir.

Sonra bəhanə gətirilməsinin qarşısını almaq üçün bu məsələni izah edir ki, münasib olmayan şərait və sadə yemək insanın gücünü azaldaraq zəiflətmir. O, həmçinin, bağbanın daimi qulluğundan məhrum olan çöl ağaclarının daha möhkəm və davamlı gövdəyə malik olmalarını, həmişə qulluq edilən bağ ağaclarının gövdələrinin isə nazikqabıq və davamsız olmalarını xatırladır.

Allah-taala Qur`ani-kərimdə belə buyurur:

وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِّنَ الْخَوفْ وَالْجُوعِ وَنَقْصٍ مِّنَ الأَمَوَالِ وَالأنفُسِ وَالثَّمَرَاتِ وَبَشِّرِ الصَّابِرِينَ

«Әlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Məhəmməd! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver!» (Bəqərə-155).

`ni bəla və çətinliklər müqavimət və dözümlülük göstərənlərə xeyirlidir və onlar həmin şəxsdə xeyirli izlər buraxırlar. Buna görə də həmin hallarda onlara müjdə vermək lazımdır.

Allah, insanların ruhlarını tərbiyə edərək formalaşdırmaq üçün şəriət və yaradılış proqramları qoyub və həmin iki proqramın hər birində çətinlik və əziyyətlərə yer ayırıb. Şəriət proqramında ibadəti vacib edib. Yaradılış proqramında isə, insanların yolları üstündə çətinliklər qoyub. Oruc, həcc, cihad, sədəqə və namaz şər`i vəzifə yolu ilə müəyyənləşdirilmiş çətinliklərdir və onların yerinə yetirilməsində səbr və dözümlülük göstərmək, ruhların kamilləşməsi və ali insani iste`dadların formalaşmasına səbəb olur. (Әlbətttə bu mətləb dində çətinlik və ağırlığın olmaması kimi qəti məsələ olan prinsiplə heç bir ziddiyyət daşımır. Çünki, çətinliyin rədd edilməsindən məqsəd, dində vəzifə və tapşırığın olmaması deyil, insanın inkişafına və onun düzgün fəaliyyətinə mane ola bilən hökmlərin mövcud olmamasıdır. Dini qanunlar elə hazırlanıb ki, onlar nə əl-ayağa dolaşan acizlər və nə də tənbəl insanlar yetişdirəndir.) Aclıq, qorxu, maddi ziyan və insan tələfatı yaradılış proqramında nəzərdə tutulmuş və insanı məcburi olaraq əhatə edən çətinliklərdir.

ÖVLIYALAR ÜÇÜN BӘLA

Buna görə də Allah-taala, bəndələrindən birinə xüsusi lütf göstərəndə onu çətinliklərə salır. «Bəla övliyalar üçündür» məşhur cümləsi də həmin məsələni bəyan edir.

Imam Baqirdən (ə) nəql edilmiş bir hədisdə belə deyilir:

«Kişi səfərdən ailəsinə hədiyyə göndərdiyi kimi, Allah da mö`min bəndəsini axtararaq ona bəla hədiyyə edir.»

Imam Sadiqdən (ə) nəql edilmiş bir hədisdə isə belə deyilir:

«Allah-taala bir bəndəsini sevdikdə onu çətinliklər dəryasında batırıb çıxarır».

`ni, Allah sevdiyi və kamala çatmalarını istədiyi bəndələrini, öz şagirdini çalışması və çabalayaraq üzgüçülüyü öyrənməsi üçün suya atan məşqçi kimi bəlalar dəryasına atır. Insan üzgüçülük barəsində ömrü boyu kitab oxusa da, suya girməyincə üzgüçü ola bilməz. O, üzgüçülüyü əməli surətdə suya girib, boğulmaqla mübarizəni təcrübədən keçirdikdən və bə`zən gec tərpəndiyi üçün özünü boğulmaq təhlükəsi qarşısında gördükdən sonra öyrənir. Insan çətinliklərdən çıxa bilməsi üçün çətinliklərlə üzləşməli və püxtələşərək kamilləşməsi üçün çətinlik çəkməlidir.

`zi quşlar barəsində yazırlar ki, onlar balaları tükləşərək qol-qanad açdıqdan sonra, onlara uçmağı öyrətmək üçün yuvadan kənara çıxarır və yuxarı qaldıraraq göyün ortasında buraxırlar. Quşun balası məcburi olaraq sə`y göstərməyə başlayır və hərəkət edərək qeyri-münəzzəm qol-qanad çalmağa başlayır. Mehriban ana balası yorulanda və ya yerə çatmağa az qalanda özünü yetirərək onu qanadları üstünə alır və yorğunluğunu alması üçün qanadlarının üstündə saxlayır. Amma bala quşun yorğunluğu çıxan kimi anası onu bir daha göyə qaldıraraq oradan buraxır və onu sə`y göstərərək qanad çalmağa vadar edir və yorulanda yenə də balasını tutur. Ana quş bu əməli balası uçmaq öyrənincəyə qədər təkrar edir.

Bir dəfə müsəlmanlardan biri Peyğəmbəri (s) evinə qonaq çağırır. Peyğəmbər (s) həmin müsəlmanın həyətinə daxil olanda görür ki, onun hasarının üstündə bir toyuq yumurta qoydu, amma yumurta ya yerə düşmədi, ya da düşdü, lakin sınmadı. O həzrət bu hadisədən çox təəccübləndi. Ev sahibi dedi: «Təəccübləndinizmi? Səni, Peyğəmbərliyə göndərən Allaha and olsun ki, mənə heç vaxt ziyan dəyməyib.» Peyğəmbər (s) həmin kişinin evini tərk etdi və buyurdu ki, çətinlik və müsibətlərə giriftar olmayan şəxs Allahın lütfündən uzaqdır.

Imam Sadiqdən (ə) nəql edilib: «Bəlalara ən çox giriftar olan şəxslər Peyğəmbərlər, onlardan sonra fəzilət baxımından sonrakı yerdə duranlar və onlardan sonra da həmin baxımdan yuxarıdan aşağı olanlardır».

Hədis kitablarında Әmirəl-mö`minin Әli (ə), imamlar və onların övladlarının bəla və çətinliklərinin ağırlığına aid fəsillər vardır.

Ne`mət və yaxşılıqlar azğınlar və Allahın xoşu gəlməyən adamlar üçün ne`mət və lütf şəklində olan əzab ola bildiyi kimi, bəlalar da Allah dostları üçün qəzəb və hiddət formasında olan lütfdür.

BӘLALARIN TӘRBIYӘVI TӘ`SIRI

Çətinlik və bəlalar həm fərdləri formalaşdıran və həm də xalqları oyadan bir amildir.

Çətinlik, yatmış insanları oyadaraq sayıqlaşdırır, iradə və əzmləri təhrik edərək hərəkətə gətirir. O, dəmir və polada vurulan cila kimi, insanların ruhları ilə hər nə qədər çox təmasda olsa, onları bir o qədər qətiyyətli, fəal və zirək edir. Çünki həyatın xüsusiyyəti insanın çətinliklər müqabilində müqavimət göstərməsi və bilə-bilə və ya bilmədən onunla mübarizəyə hazır olmasıdır.

Çətinlik xariqüladə qüvvəyə malik maddə kimi mahiyyəti dəyişdirmək xüsusiyyətinə malikdir. O, insanın ruhunu təzələyir. Həyat maddəsi iki şey, yə`ni eşq və bəladır. Bu iki şey dahilər yetişdirir, solğun və sönük maddədən parlaq və nurlu gövhər yaradır.

Həmeye omr təlxi keşidəəst Sə`di

Ke naməş bər aməd be şirin zəbani.

`nası: Sə`di bütün ömrü boyu çətinlik çəkib ki, axırda adı şirindil olmaqda çəkilir.

Çətinliklər qoynunda yaşayan xalqlar güclü və iradəli olurlar. Rahatlıq sevən insanlar naz-qəmzəli, məğlub və bədbəxtdirlər.

Әn dər təbiətəst ke bayəd şəvəd zəlil

Hər melləti ke rahətiyo eyş xu konəd.

`nası: Təbiətin qanunu belədir ki, rahatlıq və eyş-işrətdə olan xalq zillətə düçar olsun.

Mövləvi Yusifin (ə) zindan əhvalatı barəsində necə də gözəl deyib:

Şe`rin məzmunu belədir: Doğruçu Yusifin uzaq yoldan bir qonağı gəldi; onlar uşaqlıqdan bir-birləri ilə tanış olmuşdular; o, Yusifə qardaşları və həsədin zülmünü başa saldı. Yusif deyir ki, qardaşlarım zülm və həsəd zəncirinə bənzəyirdilər, mən isə şir kimi idim; şirə zəncirdə olmaq ar deyil və biz Haqqın təqdirindən gileylənmirik; şirin boynunda zəncir olmasına baxmayaraq, o bütün zəncir düzəldənlərə ağalıq edir; o (qonaq) dedi ki, sən zindan və quyuda olanda necə idin? Cavab verdi ki, ay yoxa çıxan kimi; dedi ki, əgər aysız gecədən sonra ay yenidən iki dənə olsa axırda göydə bədr (on dörd gecəlik ay) olar; üzərliyi döyməklərinə baxmayaraq o sonradan elə əziz olur ki, ondan bəlanın uzaqlaşdırılması üçün istifadə edirlər; torpağın altına toxum atdılar, sonra ondan sünbüllər düzəltdilər; onu sonra bir daha dəyirmanda döydülər, qiyməti artdı və canları gücləndirən çörək oldu; çörəyi də dişin altında çeynədilər və o, xeyirli əql, ruh və dərrakə oldu; həmin ruh sonra bir də eşqdə məhv oldu, «əkinçiləri təəccübləndirən» (Qur`an ayəsinə işarədir) şəklə gəldi.

Başqa bir yerdə bu həqiqəti başa salmaq üçün döyüldükcə kökələn heyvanın halını nəql edir:

Şe`rin məzmunu: Adı əsğər (kirpinin bir növü) olan bir heyvan var ki, ona nə qədər çubuq zərbəsi vursalar daha da kökəlir; ona çubuq vuran kimi yaxşılaşır və o, çubuq yarasından kökəlir; mö`min insanın ruhu əsğər kimidir ki, o, çubuq yarası ilə yağlı və kök olur; buna görə də peyğəmbərlərin çətinlikləri hamıdan çoxdur, onların canları bütün canlardan möhkəm olur.

Sonra bəlanın ruhun təmizlənməsindəki tə`sirini dabbaqlıq zamanı dərinin aşılanmasında işlədilən dərmana bənzədərək belə deyir.

Şe`rin məzmunu belədir: Dəri dərmandan bəla çəkir və yaxşı gönə çevrilir; əgər ona acı və iti şey sürtməsəydin şişər, iylənərək qurd basardı; insanı da həmin dəri kimi hesab et ki, rütubətlərdən çirkin hala düşüb; ona acı və iti şeyi çox sürt ki, pak, lətif və şövkətli olsun; ey insan, əgər belə olmaq istəyirsənsə, Allah sənin ixtiyarın olmadan sənə müsibət və bəla verməsinə razı ol; çünki Allahın bəlası sizin paklığınızdır, onun elmi sizin tədbirinizdən üstündür.

Әli ibni Әl-Cəhm Abbasi xəlifələrinin zamanında yaşamış güclü şairlərdəndir. O, zindana düşüb və zindanın azadlıqsevər insanlar üçün faydaları, insanı yetişdirməsi və insan üçün fəxr olması, habelə zindana düşməyin necə fəzilət olması və hansı üstünlükləri yaratması barəsində çox gözəl və ali şe`rlər deyib və Məs`udi, onun həmin şe`rlərini «Murucuz-zəhəb» kitabında nəql edib. Biz həmin şe`rlərdən birini ədəbiyyatsevərlər üçün nəql edirik.

«Mənə dedilər ki, sən həbs edildin?! Dedim ki, hansı iti qılınc qın zindanına getmir?

Görmürsən ki, şir böyüklüyü və e`tinasızlığı üzündən bir guşədə qalır, amma alçaq yırtıcılar hər yerə hücum çəkirlər?

Od daşın bağrında gizlənib və dəmirlə toqquşmayınca sıçramır.

Zindan nə qədərki cinayət üçün deyil, yaxşı yerdir».

ALLAHIN TӘQDIRINӘ RAZILIQ

Ilahi təqdirə razılıq və Allah istəyən şeyə şad olmaq sifəti bəlaların dəyərli faydalarını nəzərə alanda yaranır.

`di belə deyir:

Şe`rin məzmunu belədir: Dar düşüncəlilər həmişə rahatlıq axtararlar, arif bəla istəyir ki, bəlanın özü onun üçün rahatlıqdır; başının üstünü ölüm kəsdirmiş bu beş günlük ömürdə hər nəyin varsa qoy keç ki, heç nə yoxdur; eşq qılıncı ilə öldürülən insana zaval yoxdur; Allahdan gələn hər bir şey gözəldir; Sə`di, Allah razılığı olan yerdə öz razılığını istəmə.

Nəql edilmiş duaların bə`zilərində belə deyilir:

«Ilahi, mənə, Sənə şükr edənlərin səbrini əta etməyini istəyirəm.»

Şükr edənlərin səbri acı deyil, bal kimi şirin bir səbrdir. Bəlaların insan ruhunu tərbiyə etməsini bilənlər, bəlalardan razı qalmaqdan əlavə, onların qarşısına açıq ürəklə çıxırlar və hətta bə`zən özlərini bəlanın çənginə atır və özləri üçün hadisə yaradırlar. Onlar üzərək özlərini püxtələşdirmək üçün dərya və burulğan yaradırlar.

Mövləvi bir az öncə nəql etdiyimiz şe`rinin davamında belə deyir:

Şe`rin məzmunu belədir: Bəlanın dalınca şirinlik gəldiyi üçün bəla ona şirin gəlir, xəstəliyin dalınca sağlamlıq gəldiyi üçün dərman acı olmur; Həmin fikirli adam ölümdən qorxmur və ölümü özünə çox rahat bilir.

`di isə belə bir şe`r deyib:

Şe`rin məzmunu belədir: Mirvarini köpək balığının ağzından çıxardırlar, canından qorxan dənizə getməz.

BӘLA VӘ NE`MӘT NISBIDIR

Bu nöqtəni yaddan çıxarmaq lazım deyil ki, insan bəla və müsibətlərdən istifadə etdiyi və çətinlik yaradan bəlalarla qarşılaşaraq səbr öz ruhunu kamilləşdirdiyi təqdirdə ne`mətdirlər. Amma əgər insan, çətinliklər müqabilində qaçmaq yolunu seçsə və nalə edərək şikayətlənsə, həmin bəla onun üçün doğrudan da bəladır.

Həqiqət budur ki, dünyanın ne`mətləri də onun bəlaları kimi səadət, tərəqqi və həm də bədbəxtlik və fəlakət mənbəyi ola bilər. Nə yoxsulluq mütləq bədbəxtlikdir və nə də varlılıq mütləq xoşbəxtlik! Insanların tərbiyə və kamilliyinə səbəb olmuş yoxsulluqlar və həmçinin bədbəxtlik və fəlakətinə cəbəb olmuş sərvətlər çoxdur. Təhlükəsizlik və təhlükə də belədir. Bə`zi şəxs və ya xalqlar təhlükəsizlik və rifah halında olanda əyyaşlıqla məşğul olur və düşkün həyat keçirirlər və nəticədə xarlıq və zillət uçurumuna aşırlar. Amma bir çox xalqlar bədbəxtlik və aclıq qamçısı nəticəsində hərəkətə gəlir, izzət və ağalığa çatırlar. Bu qanun sağlamlıq və xəstəlik, izzət və xarlıq və digər təbii ne`mət və bəlalara da şamildir. Ne`mətlər və həmçinin bəla və çətinliklər də bəxşişdirlər. Çünki, onların hər birindən həm ali dərəcədə istifadə etmək olar və həm də onların hər biri bəla və bədbəxtlik sayıla bilərlər. Səbəb budur ki, onların hər biri tənəzzül və bədbəxtlik mənşəyi ola bilər. Həm yoxsulluq, həm də sərvət yolu ilə səadətə çatmaq mümkündür və insan bu iki yolun hər biri ilə bədbəxtliyə də çata bilər.

Buna görə də hər hansı bir şeyin ne`mət olması, insanın ona verdiyi reaksiyadan və həmin ne`mət müqabilində şükür edən, yaxud naşükür olmasından asılıdır. Həmçinin, bəlanın bəla olması da, insanın onun müqabilindəki əks əməli, səbirli və təmkinli və ya süst və iradəsizliyindən asılıdır. Buna görə də bir şey iki şəxsə nisbət verilməsi baxımından müxtəlif şəkillərə düşür, yə`ni bir şey birinə nisbət veriləndə ne`mət, digərinə nisbətdə isə bəla olur. Buna görə də biz ne`mət və bəlaların nisbi olmasını deyirik.

Ilahi və mə`nəvi cəza olan şeyləri, yə`ni insanın əməlinin pis tə`sirlərini bəla adlandırmaq lazımdır. Bunlar birincisi insanın iradə və ixtiyarının nəticə və məhsulu olduqları, ikincisi isə heç bir xeyir və kamalın müqəddiməsi olmadıqları üçün həqiqi bəla və müsibətdirlər. Aşağıdakı rəvayətdə deyildiyi kimi, məsələn qəlbin qəsavəti və daş ürəklilik insan üçün bəladır.

«Allah-taala heç bir bəndəsini daşürəklilikdən yüksək bəlaya düçar etməyib.»

Peyğəmbərlərin əhvalatında deyilir: Bir kişi Şueyb peyğəmbərin yanına gələrək ona deyir ki, Allah nə üçün məni bu qədər günah etməyimə baxmayaraq cəzalandırmır? Ona cavab gəlir ki, sən ən pis cəzalara düçar olmusan, amma xəbərin yoxdur.

Mövləvi bu dastanı belə bəyan edir:

Məzmunu belədir: Şueybin zamanında biri deyirdi ki, Allah məndən çoxlu eyb görüb; Allah məndən çoxlu günah və cinayət görməsinə baxmayaraq, kərəmini məndən əsirgəmir; Allah Şueybin qulağına dedi ki, ona başa sal ki, ey səfeh, sənin, «nə qədər günah edirəmsə, Allah kərəmini məndən əsirgəmir» deməyin tamamilə tərsinədir; Hər neçə vaxtdan bir səni tuturam və sən bundan xəbərsizsən, başdan ayağa kimi zəncirlənmisən; ey qara qazan, sənin hisin öz əleyhinədir və o, sənin batini simanı məhv edib; sənin ürəyində pas üstündən pas bağlanıb və onlar hamısı bir-birinin üstünə yığılıb və səni sirləri görməkdən məhrum edib.

`ni sən tərsinə fikirləşirsən. Sən elə bilirsən ki, Allahın səni cəzalandırması səni hiss etdiyin aşkar cəzaya düçar etməsidir, halbuki sən belə bir cəza almağa layiq olsaydın o, cəza deyil, lütf və rəhmət olardı. Çünki o sənin qəflətdən oyanmağına səbəb ola bilərdi. Amma indi düçar olduğun cəza, sənin əməllərinin ayrılmaz hissəsi olan və yüz faiz cəza olan bir cəzaya düçar olmusan.

Həqiqi bədbəxtlik və fəlakətlər insan əməllərinin nəticə və izləridir və Qur`anın aşağıdakı ayəsi həmin nəticə və cəzalar barəsindədir.

وَمَا ظَلَمْنَاهُمْ وَلَـكِن كَانُواْ أَنفُسَهُمْ يَظْلِمُونَ

«...Biz (bunları haram buyurmaqla) onlara zülm etmədik. Onlar (günah işlər görməklə) özləri özlərinə zülm edirdilər...» (Nəhl-118).

Russonun «Emil» adında maraqlı bir kitabı var ki, o həmin kitabı uşaqların tərbiyə üsulu barəsində yazıb. Emil fərzi və əfsanəvi uşağın adıdır ki, Russo onu öz kitabında tərbiyə edir və onun ruhi və cismi cəhətlərinin hamısının formalaşmasına diqqət yetirir. Russonun bütün arzusu Emilin, təbiəti təcrübə etmək yolu və onunla pəncə-pəncəyə dayanaraq çətinliklər qoynunda formalaşmasıdır.

Russonun fikrincə ən bədbəxt uşaqlar, valideynləri onları naz-ne`mət içində yetişdirən və dünyanın isti-soyuğunu dadmağa və eniş-yoxuşunu duymağa qoymayan uşaqlardır. Həmin uşaqlar çətinliklər müqabilində həssas, ləzzətlər müqabilində isə e`tinasız olurlar. Onlar kiçik bir ağacın budağı kimi, hər bir mehin müqabilində titrəyir və hər bir kiçik pis hadisə onları narahat edir. Hətta kiçik bir hadisə onları intihar etmək fikrinə salır. Digər tərəfdən onlara nə qədər ləzzət almaq şəraiti yaradılırsa, həyəcanlanmır və sevinmirlər. Bu cür insanlar heç vaxt ne`mətin dadını dərk etmir, aclıq görmədikləri üçün yeməyin ləzzətini duymurlar. Әn yaxşı yeməklər onlar üçün kəndli uşağın yediyi arpa çörəyindən ləzzətsiz və dadsızdır.

Sadiq Hidayət nə üçün intihar etdi? Onun intihar etməsinin səbəblərindən biri əşrəfzadə və aristokrat olması idi. Onun pulu həddindən artıq çox, normal düşüncəsi isə yox idi. O, iman ne`mətindən məhrum idi və dünyanı özü kimi şəhvətpərəst, puç və mə`nasız hesab edirdi. Onun tanış olduğu ləzzətlər ən çirkin ləzzətlər idilər və həmin qism ləzzətlərdən maraqlı bir şey qalmamışdı ki, varlıq və həyat, onun intizarını çəkmək dəyərinə malik olsun. O artıq həyatdan ləzzət ala bilmirdi. Onun kimi düzgün təfəkkürə malik olmayan və iman ne`mətindən məhrum olanlar çox idilər, amma onların heç biri onun kimi tox və əşrafzadə deyildi və həyat onlar üçün hələ ki, maraqlı idi. Buna görə də başqaları intihara əl atmadılar.

Әgər Hidayət kimilər dünyadan şikayətlənir və onu çirkin adlandırırlarsa, onların bundan başqa yolları da yoxdur. Çünki, onların naz-ne`mət içində böyümələri bunu tələb edir. Onlar ilahi ne`mətlərin xoşagələn tamlarını hiss edə bilmirlər. Әgər Sadiq Hidayəti bir kəndə apararaq ona öküz dalında xış çəkdirsəydilər, aclıq və çılpaqlığı daddırsaydılar, hərdənbir kürəyinə bir qamçı da vursaydılar və çox acanda qabağına bir parça çörək atsaydılar, həyatın mə`nasını yaxşı başa düşər və dünyanın su, çörək və digər maddi-mə`nəvi ne`mətləri onun gözündə çox dəyər və qiymətli olardı.

`di, «Gülüstan» kitabının birinci fəslində belə bir dastan nəql edir:

«Bir dəfə bir ağa, öz nökəri ilə gəmiyə minir. Dəniz görməmiş nökəri vəhşət bürüyür və o, səbirsizlik göstərməyə başlayır. Hətta iş o yerə çatır ki, onun keçirdiyi gərginlik, gəminin digər sərnişinlərini də narahat edir. Gəmidə olan bir həkim deyir ki, mən onun dərdini bilirəm. Oradakılara göstəriş verir ki, nökəri dənizə atsınlar. Özünü coşqun və rəhimsiz ləpələr üstündə ölümlə üz-üzə görən nökər, çox çalışaraq gəmiyə çatmağa və batmaqdan qurtarmağa çalışır. O, bir müddət nəticəsiz təlaşdan sonra, batmaq istəyəndə həkim onu sudan çıxarmaq göstərişi verir. Nökər bu hadisədən sonra sakitləşir və əvvəlki kimi səs-küy salmır. Həkimdən məsələnin sirrini soruşurlar. O deyir ki, nökərin, gəminin qədrini bilməsi üçün dənizə düşməsi lazım idi.»

Bəli, ləzzətlərdən istifadə etməyin şərti, çətinliklərlə tanış olmaq, onları dadmaqdır. Dərənin dibinə düşməyən şəxs, dağın əzəmətini dərk edə bilməz. Rifahı yaxşı olan sinif arasında intiharın çox olmasının səbəblərindən biri, onlarda adətən imansızlığın çox olması, digəri isə həmin təbəqənin həyatın ləzzət və dəyərini dərk etməmələri, dünyanın gözəlliyini hiss etməmələri və həyatın mə`nasını başa düşməmələridir. Həddindən artıq olan rifah və ləzzət insanı hiss və duyğusuz edərək axmaq və ağılsız bir varlıq şəklinə salır. Belə bir insan, kiçik bir məsələ üstündə intihar edir. Qərb dünyasında puçluğun səbəblərindən biri imanın əldən verilməsi, digəri isə rifahın həddindən artıq yüksək olmasıdır. Qərb, şərqin süfrəsinin başında oturaraq onun qanını sovurur, belə olan halda nə üçün də puçluq və nihilizmdən dəm vurmasın?

Intiharı həssaslığın üstünə yıxanlar, həmin həssaslığın han-sı növ həssaslıq olmasını bilməlidirlər. Onların həssaslıqları zövq və dərk etmə həssaslığı deyil, həmin həssaslığın mə`nası onlar daha incə düşüncəyə malik olmaları və başqalarının dərk etmədikləri şeyləri başa düşmələri deyil. Onların həssas-lıqlarının mə`nası budur ki, onlar dünyanın gözəllikləri müqabilində hissiz və sarsaq, çətinliklərin müqabilində isə tez inciyən və müqavimətsizdirlər. Belə adamlar elə intihar etməlidir və onların intihar etmələri daha yaxşıdır. Onlar bəşəriyyət üçün ardırlar və bəşəriyyət onların vücudlarının murdarlığından təmizlənməlidir.

Bir vaxtlar, bir tanışımız var idi və elə bilirdik ki, o, dünyanın ən xoşbəxt insanlarındandır. Həyat üçün lazım olan hər bir maddi imkana malik idi. Pul, sərvət, vəzifə, məqam, ad-san, bir sözlə hər şeyi var idi. Bir dəfə övlad olmasından söz düşdü. O dedi ki, mən istəmirdim və istəmirəm ki, uşağım olsun. Ondan səbəbini soruşdum. Dedi ki, mən özüm bu dünyaya gəlmişəm bəsdir, nə üçün digər bir varlığın da əziyyətə düşməsinə səbəb olum və o da mənim çəkdiyim çətinlikləri çəksin? Әvvəlcə təəccübləndim, amma sonra onun ruh və düşüncəsi ilə bir az yaxindan tanış olandan sonra, gördüm ki, yazıq düz deyir, o, bu qədər naz-ne`mət içində əziyyətdən başqa bir şey görmür. Adətən bizim bütün çətinlikləri özlərindən uzaqlaşdırdıqlarını güman etdiyimiz şəxslər, hamıdan çox əzab çəkirlər.

Bəli, bəla və müsibətlər böyük ne`mətdir və onlara görə Allaha şükr etmək lazımdır. Bə`zən qəzəb, lütf formasında göründüyü kimi, ne`mətlər də bə`zi vaxtlar qəzəb libasında zahir olurlar. Bu qəzəblərə görə şükr etmək lazımdır. Amma hər halda bu məsələni yaddan çıxarmaq lazım deyil ki, ne`mətin ne`mət və bəlanın da bəla olması, bizim ona verdiyimiz reaksiyadan asılıdır. Biz bütün müsibətləri ne`mətə və həmçinin bütün ne`mətləri bəla və müsibətə çevirə bilərik. Indi əgər bütün bunlar bizdən asılıdırsa, onda gör biz ne`mət libasında olan ne`mətlərin ne`mətə, bəla və müsibət formasında olan müsibətlərin isə bəlaya çevrilməsində nələr edə bilərik?

ZIDDIYYӘTLӘR TOPLUMU

Biz, bu fəsldə olan söhbətlərimizdən belə nəticəyə gəldik ki, yaradılışın əsas formulu ziddiyyətlər formuludur və dünya ziddiyyətlər toplumundan başqa bir şey deyil. Bu dünyada varlıqla yoxluq, həyat və ölüm, sağlamlıq və xəstəlik, gənclik və qocalıq və xoşbəxtliklə bədbəxtlik bir-birlərinin kənarında və birgədirlər. Sə`dinin sözü ilə desək «dəfinə ilə ilan, gül ilə tikan, qəmlə sevinc birgədirlər».

Mövləvi:

Məzmunu: Әziyyət rəhmətlər xəzinəsidir; dəri soyulanda beyin təzələnir; qardaşım, qaranlıq və soyuq yerə və qəmə, süstlüyə və ağrılara səbr etmək həyat suyu və məstlik piyaləsidir ki, bütün yüksəkliklər alçaqlıqlardadır; baharlar xəzan fəslində gizləniblər; o xəzan bahardadı, ondan qaçma; qəmlə yoldaş ol və vəhşətlə uyğunlaş, uzun ömrü öz ölümünlə tələb et.

Dünya maddəsinin dəyişməsi və təkamülün yaranması ziddiyyətlərdən yaranır. Әgər ziddiyyət olmasaydı, heç vaxt rəngarənglik və təkamül olmaz, dünya hər an yeni bir rol oynaya bilməzdi və varlıq aləmində yeni izlər buraxılmazdı.

Әgər məsələyə fəlsəfi rəng vermək istəsək deməliyik ki, maddənin müxtəlif formalar qəbul etmək qabiliyyətinə malik olması və formaların bir-biri ilə ziddiyyəti, həm qurucu və həm də dağıdıcı amildir; həm yaratmaq və həm də dağıtmaq amilidir; keçmişi dağıtmaq və gələcəyi qurmaq, köhnə formaları aradan apararaq yeni formalar gətirmək amili! Həm viran etmək və dağıdıcılıq və həm də rəngarənglik və təkamül ziddiyyətin məhsuludur. Çünki, bir şey dağıdılmasaydı, yeni hissələrin bir-birləri ilə birləşməsi, tərkibə girmə və təkamülün heç bir mə`nası olmazdı. Bir şeyin hissə və təşkiledici ünsürləri döyüşərək bir-birlərinə tə`sir etməyincə orta təbiət və yeni tərkib yaranmır. Deməli, «ziddiyyət, xeyirlərin mənşəyi və dünyanın əsasıdır və dünya ona söykənir» demək düzdür. Biz bu kitabın birinci fəslində ədalətin mahiyyətinin nə olması barəsində danışarkən, Molla Sədranın «Әsfar» kitabının ikinci cildindəki mə`nalı sözlərini nəql edərək maddə və formalarda iki tələbatın olmasının necəliyini və bir-birinə zidd həmin təlabatların rollarının daimi olaraq dəyişməsini tələb etməsini dedik. Indi həmin şəxsdən digər bir tə`bir nəql edəcəyik.

Molla Sədra «Әsfar» kitabının üçüncü cildinin 117-ci səhifəsində belə deyir:

«Әgər ziddiyyət olmasaydı, bağışlayan Allahın feyz verməsinin davam etməsi mümkün olmazdı».

Təbiət aləmi kəsilmə və birləşmələr, kəsilmələr, yapışmalar, qayçılamalar və tikməklərlə doludur və bu, dünyanın zərurətlərindəndir. Dünyanın maddəsi həmişə dövriyyədə olan sərmayə kimidir və qazandığı mənfəətlər onun cərəyan və hərəkətdə olmasına borcludur. Әgər dünya sabit və dəyişməz olsaydı, o, xeyir və ziyanı gətirməyən donmuş və dövriyyəsiz sərmayəyə bənzəyərdi.

Hər hansı bir bazarda dövriyyəyə buraxılan müəyyən sərmayə, bə`zən xeyir, bə`zən isə ziyan gətirir. Amma sərmayələrin hamısını nəzərə alanda ziyan olmur və sərmayənin hərəkətdə olması mütləq artan və çoxalandır.

Dünyanın quruluşunda da, onun bütün maddələrinin, maddənin qabiliyyəti və formaların ziddiyyəti formulu vasitəsi ilə işə düşməsi, mütləq xeyir verən və mənfəətlidir və o, dünyanı kamilliyə doğru sövq edir. Dialektik məntiqdə ziddiyyətlər məsələsi fövqəladə əhəmiyyətli bir məsələ kimi qiymətləndirilir və o, dialektik dünyagörüşünün əsası sayılır. Amma Islam filosof və arifləri, bu fəlsəfənin yaranmasından çox qabaq ziddiyyət prinsipinə diqqət edib, bu barədə maraqlı məsələlər bəyan ediblər. Hətta yunan fəlsəfəsindən nəql edilmiş bə`zi şeylərdən belə mə`lum olur ki, onların arasında da bu əsas və prinsipə diqqət edilirmiş.

Təntavi özünün «Әl-Cəvahir» təfsirinin 11-ci cildinin beşinci səhifəsində, Sokratın «ziddiyyət prinsipindən» ölümdən sonrakı həyatın sübutuna dəlil kimi istifadə etməsini nəql edib.

Təntavi yazır ki, Sokratı e`dam etmək istəyəndə o, həyatının son anlarında, ölümdən sonra digər bir həyatın olmasını sübut etmək üçün belə dəlil gətirib:

«Biz dünyada həmişə təzadların — gözəlliyin çirkinlikdən, ədalətin zülmdən, oyaqlığın yuxudan, yuxunun oyaqlıqdan, güclülüyün acizlikdən və bunun əksinin bir-birlərindən yaranmalarını görürük. Hər bir şey öz ziddindən yaranır. Bu ümumi qanun ölümlə həyat, varlıqla yoxluğa da şamildir və bu dəlilə görə, ölümdən digər bir həyat yaranmalıdır. Belə olmasa təbiətin ümumi qanunu pozular».

Mövləvi ziddiyyətlərin bir-birlərinin tərkibində yetişmələri barəsində belə deyir:

Məzmunu: Dənizin dibində gövhərlər daşla bir yerdədirlər; iftixarlar xarlıqların içindədir.

Ibni Xəldun, Әli Әl-verdinin «Әl-muhzələ» kitabındakı sözlərinə əsaslanaraq belə deyir: «Çəkişmə, insan həyatının əsas sütunlarından biri və bəşəriyyətin təbiətində olan mühüm ünsürlərdəndir».

Bundan öncə də sözlərinin bir hissəsini nəql etdiyimiz məşhur alman filosofu Hegelin, ziddiyyətlər barəsində «Hegel dialektikası» adı ilə məşhurlaşmış xüsusi nəzəri var və filosoflar, onun həmin nəzəriyyələrinə həddindən artıq çox istinad edirlər. O belə deyir:

«Hər bir fikir və əşyanın hər hansı bir forması, habelə dünyada olan hər bir təsəvvür və vəziyyət, güclü şəkildə öz ziddinə tərəf çəkilir, sonra onunla birləşərək üstün və möhkəm bir cəm yaradır. Inkişafın barışdıraraq vəhdətə çevirməsi üçün hər bir vəziyyət və əşyanın bir ziddi olmalıdır».

Әmirəl-mö`minin Әli (ə) öz xütbələrinin müxtəlif yerlərində ziddiyyət qanununa toxunub.

Bu böyük imam özünün 184-cü xütbəsində Allahı tanımaq barəsində «O, heç bir şey kimi deyil» prinsipindən istifadə edib və Allahla dünya arasında mənfi müqayisə aparıb. Onun sözlərinin tərcümə və mə`nası belədir: «Allahın hiss və şüur cihazlarını yaratmasından başa düşmək olar ki, Onun özünün belə üzv və cihazları yoxdur. Başqa sözlə desək, Allahın, məxluqatın hiss və şüuru üçün yer və vasitə yaratması, Onun şüur və dərkinin vasitə və üzv vasitəsi ilə olmamasına dəlildir. Varlıqlar arasında bərqərar etdiyi ziddiyyətdən onun özünün ziddinin olmaması başa düşülür. Həmçinin onlar arasında (cismani) yaxınlıq yaratmasından, Onun özünün cismani yaxınının olmaması dərk edilir. O, nurla zülmət, aydınlıqla qaranlıq, quru ilə yaş və isti ilə soyuq arasında ziddiyyət yaradıb. Düşmən və ziddiyyətli təbiətlər arasında ülfət yaradaraq bir-birlərinə biganə və yad olanları bir-birləri ilə birləşdirib. Uzaqları bir birlərinə yaxın, yaxınları isə bir-birindən uzaq edib».

Әmirəl-mö`minin (ə) Nəhcül-bəlağənin birinci xütbəsində Allah-taalanın, Adəmin gilini yerin müxtəlif hissələrindən yoğuraraq, sonra ona ruh üfürməsini bəyan etdikdən sonra, yaradılmış insanın vəsfində belə deyir: «O, müxtəlif təbiətlərlə qarışıb, onda həm yeksan və bir-birinə bənzər və həm də bir-birinə zidd hissələrdən istifadə edilib».

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Aclığın dəyəri nədir?!
BӘDBӘXTLIKLӘR XOŞBӘXTLIKLӘRIN ANASIDIR
Islami rəvayətlərdə bayram günləri
ÖVLIYALAR ÜÇÜN BӘLA
FӘLSӘFI BӘDBINLIK
İBTİDAİ DİNLƏR (2)
ALLAHIN VARLIĞININ FƏLSƏFİ YOLLA İSBAT EDİLMƏSİNİN NÜMUNƏLƏRİ
Özünəpərəstiş süqut amilidir
VARLIQ BƏXŞ EDƏN SƏBƏBİN XÜSUSİYYƏTLƏRİ
ƏXLAQ VƏ RƏFTAR PRİNSİPLƏRİ (NORMALARI)

 
user comment