Azəri
Wednesday 8th of May 2024
0
نفر 0

Vahabi etiqadının yeni təhlili(6)

Vahabi etiqadının yeni təhlili(6)

 

ALTINCI SÖHBƏT

Övliyaların kəraməti

Vahabilərin sünnü şiə firqəsi ilə müxalif nəzəriyyələrindən biri kəramət məsələsidir. Quran bu mövzunu açıq-aşkar söylədiyinə görə bütün islami firqələr Peyğəmbərin (s) möcüzə kəramət xüsusiyyəti olduğunu deyirlər. Lakin onları kəramət sahibi kimi qəbul etməyən, imtiyaza malik olmadıqlarını deyən, onları digər adi şəxslərlə bərabər hesab edən yeganə firqə vahabilərdir. Şiə, Pak İmamları (ə) möcüzələr kəramətlər sahibləri qüdrətli şəxsiyyətlər kimi tanıyaraq bu həqiqətin dini-tarixi rəvayətlərə əsasən təsdiqləndiyini iddia edir. Əgər bir şəxs möcüzə ilə kəramət arasında fərq qoyar desə ki, möcüzə Quranın peyğəmbərlərə əta etdiyi xüsusiyyətdir, lakin kəraməti isə rəvayətlər Pak İmamların sahib olduğunu söyləyir, demək lazımdır ki, onlardan başqa bu qüvvə heç kəsdə yoxdur bu qüdrətin kəramət yaxud möcüzə adlandırılmasının bir fərqi yoxdur. Yeri gəlmişkən, bəzi həqiqi ariflər Allah adamlarında bu qüvvənin zəif dərəcələrini müşahidə etmək olar.

“Fəthul Məcid” kitabında deyilir:

“Övliyaullahların kəraməti ilahi lütf vergidir. Bu məsələ şəxsiyyətdən, elmdən ya məqsəddən asılı deyildir. Məsələn, Əlinin (Allah ondan razı olsun) çox yerlərdə göstərdiyi kəramətlər kimi, yaxud Ömərin (Allah ondan razı olsun) İrana gedib Şuş şəhərində Daniyal peyğəmbərlə etdiyi söhbətləri, Mədinə şəhərindəki qıtlıq zamanı yağış namazında iştirakından sonra yağışın yağması kimi nümunələri göstərmək olar”.

Qeyd etmək lazımdır ki, Ömərin İranın Şuş şəhərinə getməsi barəsində etibarlı tarixi sənəd əldə etməmişik. Lakin əslində İranın Şuş şəhərinə gedib Daniyal peyğəmbərlə söhbət edən Əli ibn Əbi Talib olmuşdur.

Ancaq qıtlıq məsələsinə gəldikdə isə demək lazımdır ki, mötəbər sənədlər Ömərin xahişi ilə Peyğəmbərin (s) əmisi Abbasın bu namazı qıldığını təsdiqləyir.

Sonra kitabın müəllifi davam edərək deyir ki, belə kəramətlər faydasızdır. Mənfəətli olmuş olsa da belə yalnız o zaman üçün faydalı olmuşdur. Uzun sözün qısası, kəramət sahiblərinin ölümündən sonra bu kəramətin heç bir dəyəri yoxdur. Elə buna görə insan gərək belə şeylərlə könlünü sevindirməsin.[1]

Beləliklə, vahabilər İmamlar, səhabələr dini başçıların kəramət sahibi olmalarına bir növ inandıqlarına baxmayaraq, bu kəramətin onların həyatda olduqları zamana qədər dəyərli olmasını söyləyirlər. Çünki, onların fikrincə insan öldükdə onun vücudu digər mövcudlar, hətta cansız əşyalar kimi məhv olub gedir. Bu versiyanı isbat etmək üçün isə Quran ayəsindən nümunə gətirirlər:

"اِنَّك ميت و اِنَّهُمْ ميِّتُونَ"

Bu ayədən Peyğəmbərin vəfatı ilə övliyaların vəfatının bərabər tutulduğu qənaətinə gəlirlər. Eləcə də, bu ayədə peyğəmbərlərlə övliyalardan yardım istəməyin bihudə əbəs olduğunu, qəbirləri ziyarət etməkdən çəkinməyi düşünürlər.

 

Nəfsin razılığı və təqvanın təsiri ilə övliyaların kəraməti

"مَن يتق الله يجعل له مخرجاً"[2]

"اِنَّّّ اللهَ لا يُضِيعُ أَجْر المحسنين"[3]

Bu ayələrə əsasən ilahi təqvanı öz peşəsi seçib yaxşı söhbətlər edən, gözəl rəftarı olan, ehsan edən Allah razılığı üçün səy göstərən şəxsə Allah dünya axirət problemlərindən çıxış yollarını göstərər, hər iki dünyada onu bəhrələndirər. Dünya adamları onun gözəl əməlləri nurundan bəhrələnərsə, ona da layiqli mükafat çatacaqdır. Buna istinad olaraq kəramət xüsusiyyətinin xüsusi bir dəstəyə aid olduğunu təsəvvür edənlər bu kəramətin onların həyatda yaşadıqları vaxta qədər təsirli, dəyərli olduğunu zənn edənlər düzgün fikirdə deyildirlər. Çünki, bu ayələr xüsusi müəyyən qruplara işarə etməmişdir. Həqiqi möminlər suya bənzəyirlər. Həyatda yaşadıqları zaman hamı onların vücudundan mənfəətlənir, vəfat edib torpağa qovuşduqları zaman isə yeraltı mineral suların müxtəlif vasitələrlə çıxarıldığı kimi, mənəvi rabitələr yaradıb onlara təvəssül etmək mümkündür.

Belə olduğu surətdə, vahabilər bir şəxsin, hətta peyğəmbər belə olsa, dünyadan köçdüyü zaman vücudunun heç bir əlaməti ya təsiri olmadığına inanırlar. Varlığının təsiri olmayan şəxsin isə təvəssül edilmək ləyaqəti yoxdur. Nəticədə onu ziyarət etmək faydasız xeyir mənfəət verməyən şəxsi görmək isə puç bihudə işdir.



[1] “Fəthul Məcid”, səh. 93, 137, və 169.

[2] Talaq (65), 2-ci ayə.

[3] Tövbə (9), 120-ci ayə.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Peyğəmbərdən sonra xilafət
Tovhid və onun mərtəbələri
Məadın sübutu
Ramazandan sonra
Mərifət və itaət
Elm biliyi və bilik elmi haqqında olub beş babdan ibarətdir
Müharibələrin başlanması
ALLAHIN TӘQDIRINӘ RAZILIQ
Şükür - ürəkdə təvazökarlıq, dildə təsbih və əməldə itaət
QЕYBӘTİN HÖKMLӘRİ

 
user comment