Azəri
Saturday 27th of April 2024
0
نفر 0

Xüləfa məKtəbində iCtihad mə`nasInIn dəyişiKliyə uğrama yolu

Müqəddimə

«Fiqh» və «ictihad» kəlməsi son əsrdə bir-birilə elə qa‌rış‌mışdı ki, onların arasında fərq qoymaq kifayət qədər araş‌dırma aparmadan müyəssər deyildi. Buna görə də biz əv‌vəl‌cə xüləfa məktəbində «ictihad» kəlməsini araşdırır, da‌ha sonra Əhli-beyt məktəbində «fiqh» və «ictihad» barəsin‌də‌ki nəzəriyyələrini bəyan edəcəyik. Inşallah!

Xüləfa məKtəbində iCtihad mə`nasInIn dəyişiKliyə uğrama yolu

Ictihad və müctehid istilahı səhabə və tabein əsrindən uzun illər sonra yaranmış istilahlardır. Səhabə və tabein əh‌kamları öz şəxsi nəzərləri əsasında dəyişdirməyi tə`vil ad‌lan‌dırırdılar. Belə ki, Peyğəmbəri Əkrəm ¡-in iş‌çi‌si Malik ibni Nüveyrənin qətlə yetirilməsi hadisəsində Xalid ibni Vəlid Əbu Bəkrə demişdi: «Ey Rəsulullahın xəlifəsi! Mən tə`vil etdim, düz və səhvə yol verdim.» Əbu Bəkr də Ömərin dediyi «Xalid zina etmişdir, onu daş-qalaq et!» - sözünün cavabında demişdi: «Mən onu daş-qalaq etməyə‌cə‌yəm, çünki o, tə`vil etmiş və səhvə düşmüşdür!»[1]

Həmçinin, Zühərinin Ürvədən, onun da Ayişədən nəql et‌di‌yi bir rəvayəti də qeyd etmək olar. O deyir: «Vacib namaz əv‌vəl‌də iki rəkətli idi ki, bu iki rəkət səfərdə sabit qaldı, lakin həzərdə (səfərdə olmayan hallarda) namaz tamam‌dır.» Zühəri deyir: Ürvəyə dedim: «Bəs nə üçün Ayişə səfərlərdə namazlarını tamam qılırdı?» Dedi: «Osmanın tə`vil etdiyi kimi, o da tə`vil etmişdir.»[2]

Ibni Həzm «Əl-fəsl» kitabında yazır: «Əbul Ğadiyənin əli ilə qətlə yetirilən Əmmar Bey`əti-Rizvanda iştirak edən, Al‌lah-taalanın qəlblərinin paklığına şəhadət verdiyi, qəlb‌lə‌rinə aramlıq əta etdiyi və onlardan razı olduğu şəxs‌lər‌dən‌dir. Əbul-Ğadiyə mütəəvvil (tə`vil edən) və müctehid oldu‌ğu‌na görə səhv üzündən ona zülm etdi, hətta onun özü də (bu qətl işinə görə) əcr və savab qazanacaqdır – bir əcr. O, Os‌ma‌nın qatilləri kimi deyildir, çünki onlar üçün onu öldür‌mək barədə ictihad etməyə macal yox idi.»[3]

Ibni Həcər, Əbul-Ğadiyənin tərcümeyi-halında yazır: «Bi‌zim bütün bu müharibələrdə səhabə barəsindəki nəzərimiz bu‌dur ki, onlar tə`vil və ictihad etdilər, səhvə yol verən müc‌te‌hid də savab qazanır. Əgər bu qayda camaatın ayrı-ayrı fərd‌ləri barəsində sübuta yetərsə, onda sənin barəndə sözsüz ki, sübuta yetər.»[4]

Ibni Həzm «Əl-mühəlla» kitabında, Ibni Türkmani də «Əl-cövhərün-nəqiyy» kitabında yazır: Ümmət üzvlərində heç biri şəkk etmir ki, Əbdür-Rəman ibni Mülcəm Əlini qətlə yetirməkdə mütəəvvil və müctehid olmuşdu. O, belə təsəvvür edirdi ki, düz yola gedir. Buna görə də Imran ibni Həttan onun barəsində deyir:[5]

ياَ ضَرْبَةً مِنْ تَقِيٍّ مَا اَرَادَ بِهَا               اِلَّا لِيَبْلُغَ مِنْ ذِي الْعَرْشِ رِضْوَانًا

اِنِّي لَاَذْكُرُهُ يَوْمًا فَاَحْسبُهُ                   اَوْفَى الْبَرِيَّةِ عِنْدَ اللّهِ مِيزَانًا

Şeyx Əbdül-Lətif «Səvaiq» kitabının haşiyəsində yazır: «Əli‌nin dövründə olan bütün səhabələr – istər onunla yana‌şı olsunlar, istərsə onun əleyhinə, istərsə də hər iki ordu‌dan çəkilib bitərəf mövqe seçsinlər – hamlıqla müctehid idilər və öz əməlləri ilə ədalətdən xaric olmurdular.»[6]

Ibni Kəsir Yezidin barəsində yazır: «Bizim alimlərimiz onun yaramaz işlərini belə yozmuşlar ki, o tə`vil və ictihad etmişdir. Həmçinin, demişlər: Bununla yanaşı, o, fasiq bir imam idi, amma heç vaxt işdən götürülməməli idi... Onun əleyhinə qiyam etmək də caiz deyildir.» Amma bə`zilərinin dediyi «Yezid Mədinə əhlinin hadisələrindən və Hirrə vaqi‌ə‌sin‌də baş verən faciələrdən agah olduğu zaman şiddət‌lə se‌vinc hissi keçirmişdi» - sözünə gəldikdə isə, onun səbəbi bu idi ki, o özünü imam bilirdi, Mədinə əhli isə onun ita‌ə‌ti dairəsindən çıxmış, başqasını özlərinə əmir seç‌miş‌di‌lər, onun da haqqı var idi ki, onlarla vuruşsun, onları öz itaətinə keçirməyə vadar etsin və camaatla eyni olsunlar.»[7]

Birinci xəbərdə qeyd olundu ki, o iki səhabə – Xalid ib‌ni Vəlid və xəlifə Əbu Bəkr, Malik ibni Nüveyrəni öldür‌mək və onun həyat yoldaşı ilə zina etməyi tə`vil adlan‌dır‌mış‌lar. Ikinci rəvayətdə də tabeindən olan Ürvə ibni Zübeyr Ayi‌‌şənin işini – rəvayət etdiyinin əksinə, olaraq namazını sə‌fər‌də bütöv qılmasını tə`vil adlandırırdı. Halbuki, Os‌man da belə etmişdi.

Neçə əsrlər keçdikdən sonra görürük ki, Ibni Həzm (456-cı ildə vəfat edib) Əmmarın qatili olan Əbul Ğadiyəni mü‌təəvvil və müctehid adlandırır və onun yalnız bir savaba nail olacağını iddia edir!

Ondan sonra həm o, həm də Ibni Türkmani Hənəfi (750-ci il‌də vəfat edib) Imam Əli -ın qatili ibni Mülcəmi də tə`vil‌çi müctehid adlandırmışlar.

Ondan sonra ibni Həcər (852-ci ildə vəfat edib) o müha‌ri‌bədə iştirak edən bütün səhabələri mütəəvvil və müctehid ki‌mi təqdim edərək deyir: «Səhvə yol verən müctehid bir sava‌ba layiq görülür!»

Beləliklə, əvvəlcə şəxsi rə`y və nəzərə əməl etməyi tə`vil ad‌lan‌dırırlar. Daha sonra onu ictihad adlandırır, daha son‌ra xüləfa məktəbinin alimləri səhabələrə və xəlifələrə tabe ola‌raq bu ictihad qapısını (şəxsi rə`yə və nəzərə əməl et‌mə‌yi) öz üzlərinə açmış və onun üçün müəyyən qayda-qanunlar tə`‌yin etmiş, hər birinə də xüsusi ad qoymuşlar. Üsul elminin mü‌əy‌yən bablarını ona məxsus etmiş, özlərindən düzəlt‌dik‌ləri bu qayda-qanunlara və onların əsasında hökmlərin əldə edilməsini də ictihad, bu yolu ötənlərə isə müctehid adı vermişlər. Halbuki, din elminin şər`i istilahı fiqh, onun yolunda hərəkət edənə isə fəqih deyilir. Indi yaxşı olar ki, aşağıda qeyd olunan üç mövzunu araşdıraq:

1-Ictihad adının qoyulması;

2-Birinci əsrin müctehidləri və onların ictihad etdikləri şeylər;

3-Ikinci əsrdən sonrakı dövrlərdə ictihad və səhabələrin əməlinə istinadən islami hökmlərin əldə edilməsi.



[1] Gələn bəhsdə «Əbu Bəkrin ictihad etdiyi hallar»a müraciət edin.

[2] «Səhihi-Müslüm», səlatul-müsafirin və qəsruha babı, hədis:3; «Səhihi-Buxari», 1-ci cild, səh.134, təqsirüt-səlat babı, o, «fis-səfər» kəlməsini Ümmül-mö`minin Ayişəyə hörmət əlaməti olaraq hədisdən çıxartmışdır.

[3] «Əl-fəsl», 4-cü cild, səh.161

[4] «Əl-isabə», 4-cü cild, səh.151

[5] «Əl-Mühəla», Ibni Həzm, 10-cu cild, səh.484; «Əl-cövhərun-nəqiyy», Ibni Türkmani Hənəfi (750-ci ildə vəfat edib); «Sünəni Beyhəqi», 8-ci cild, səh.58-59.

[6] «Səvaiq»in haşiyəsi, səh.209.

[7] «Tarixi ibni Kəsir», 8-ci cild, səh.223 biz onun xülasəsini qeyd etdik.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İsveçrənin XİN-in müavini Nəcəfi Əşrəfdə İmam Əlinin (ə) pak hərəmini ...
ÇOX YATMAĞIN VƏ ÇOX DANIŞMAĞIN PİS TƏ᾽SİRLƏRİ
İmam Xamenei cənablarının ictihad və mərcəiyyətini təsdiqləyən müctəhid və ...
PAŞAZADƏNİN AXUNDU İLHAM HOCANIN SƏRGÜZƏŞTLƏRİ DAVAM EDİR
«Əllinci Görüş»
Təhlükədə olan TALIŞ milli kimliyi
Bəhreyn xalqı Şeyx İsa Qasimin himayəsinə qalxdı
Əlhusi: Ərəbistan və BƏƏ-nin hədəfi, Yəmənin işğalıdır
Ali Xəlifə rejimin muzdluları gecə saatlarında bəhreynliləri silahla atəşə ...
İŞİD terror təşkilatının təsisçisi olan H. Klinton Məsciddə yıxılaraq ...

 
user comment