Azəri
Saturday 27th of April 2024
0
نفر 0

Ümumdünya Əhli-Beyt ¢ cəmiyyətindən

Ümumdünya Əhli-Beyt ¢ cəmiyyətindən

Şübhəsiz, Əhli-Beyt ¢ məktəbinin nəfis inci xəzinələrindən olan və ardıcıllarının vasitəsilə qorunub saxlanılan mədəni-maarif mirası islami maarifin müxtəlif yönlərində olan hərtərəfli bir məktəbdir. Bu məktəb qeyd olunan zülal çeşməsindən mümkün qədər su içməyə qabiliyyəti olan iste`dadlı insanları tərbiyə etmiş, Islam ümmətinə bu məktəbin yolunu gedən böyük alimlər və dahi şəxsiyyətlər təqdim etmişdir. Bu böyük alimlər də mütəmadi olaraq əsrlər boyu – həm Islam cəmiyyətinin daxilində, həm də xaricində – müxtəlif ideologiyalar və məzhəblər müqabilində düzgün mövqe seçərək, onlara ən dolğun və qənaətbəxş cavablar vermişlər.

«Ümumdünya Əhli-Beyt ¢» cəmiyyəti öhdəsinə aldığı bu məs`uliyyətli vəzifəni yerinə yetirmək və Islamla müxalif olan müxtəlif firqə və məzhəb başçıları tərəfindən risalət hüdudları və onun həqiqətlərinə qarşı yönələn ardıcıl hücumlar qarşısında onu müdafiə etmək üçün Əhli-Beyt ¢ və bu haqq məktəbin davamçılarının üslubunu davam etdirmək əzmindədir.

Bu xüsusda Əhli-Beyt ¢ məktəbi alimlərinin dəyərli kitablarında mövcud olan təcrübələr öz növbəsində misilsizdir. Çünki onlar əql və bürhan əsasında olan dərin elmi üsullara arxalanır və boş təəssübkeşlikdən və nəfsani istəklərdən uzaqdır, onun dinləyiciləri mütəxəssis alimlər və mütəfəkkirlərdir ki, onlara sağlam fitrətin qəbul etdiyi və əqlin bəyəndiyi bir tərzdə xitab edir.

«Ümumdünya Əhli-Beyt ¢» cəmiyyəti həqiqət aşiqləri üçün bu məktəb alimlərinin, yaxud bu şərəfli məktəbin ardıcılı olmaq və Allahın ne`mət verdiyi şəxslərin yazdığı müasir zəngin elm və mə`rifət xəzinəsini onlara təqdim etmək üçün yeni bir mərhələni qarşıya qoymuşdur. Bundan əlavə, qədim şiə alimlərinin də bu məqsədlə yazdığı nəfis əsərlər onların ixtiyarına verilir ki, haqq axtaranlar üçün bir hədiyyə olmuş, «Ümumdünya Əhli-Beyt ¢ cəmiyyəti»nin bəşərin əqli səviyyəsinin yüksələrək təkamülə çatdığı, ruhun çox sür`ətlə inkişaf etdiyi bir əsrdə bütün dünyaya təqdim etmək istədiyi həqiqətlərə yol açılmış olsun.

Əbiz oxuculardan xahiş edirik ki, özlərinin dəyərli tənqid və təkliflərini yazıb bizə göndərsinlər. Eləcə də bütün alimləri, müəllif və mütərcimləri, mədəni-maarif mərkəzlərini də`vət edirik ki, əsl Islam mədəniyyətinin yayılmasında öz köməklərini əsirgəməsinlər.

Allah-taaladan aciz surətdə istəyirik ki, bu azacıq işi bizdən qəbul etsin, bizi Özünün xüsusi nəzərləri sayəsində və yer üzündəki höccətinin – Imam Məhdi §-in himayəsində qərar versin!

Bu dəyərli kitabın müəllifi Həzrət Əllamə Seyyid Mür‌təza Əskəri və onu Azərbaycan dilinə tərcümə edən M. Əli‌za‌də cənablarına, eləcə də kitabın çapa hazırlanmasında zəhmət çəkən bütün şəxslərə, xüsusilə tərcümə bölməsinin əməkdaşlarına dərin minnətdarlığımızı bildiririk.

 

Ümumdünya Əhli-Beyt ¢ cəmiyyətinin mədəni-maarif şö`bəsi

 


 

Bismillahir-Rəhmanir-Rəhim

Üçüncü bəhs

Iki məktəbdə islami şəriət mənbələri

Müqəddimə

Beş islami istilah: Qur`an, sünnə, bid`ət, fiqh və ictihad

Birinci fəsil – iki məktəbin Qur`ani-Kərim barəsindəki nəzərləri;

Ikinci fəsil – iki məktəbin Peyğəmbər ¡ sünnəsi barəsindəki nəzərləri;

Üçüncü fəsil – iki məktəbin fiqh və ictihad barəsindəki nəzərləri;

Dördüncü fəsil – Əhli-beyt ¢ məktəbində yeganə islami mənbə Qur`an və sünnədir;

Beşinci fəsil – iki məktəbin islami şəriət mənbələri barəsindəki bəhslərinin xülasəsi.


 

Müqəddimə

beş islami istilah

«Islami şəriət mənbələri» bəhsini Qur`an, sünnə, bid`ət, fiqh və ictihad kimi beş islami istilahın araşdırılması ilə başlayacaq, daha sonra iki məktəbin onların barəsindəki nə‌‌zərlərini qeyd edəcəyik. Bununla yanaşı, bu bəhslərlə əla‌qə‌‌dar digər istilahları da, Allahın köməyi ilə, araş‌dı‌ra‌ca‌ğıq.

1-Qur`an

Qur`an peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd Mustafa ¡-ə tədrici şəkildə nazil olan Allah kəlamıdır. Bu da ərəb dilində şe`r və nəsrin müqabilidir. Buna əsasən, ərəb dili üç qisimdir: Qur`an, şe`r və nəsr.[1]

«Şe`r» kəlməsinin həm şairin divanına, həm onun bir qə‌sidəsinə, həm də bir beytinə və ya bir sətrinə aid edilməsi düz‌gün olduğu kimi, «Qur`an» kəlməsinin də Qur`anın bü‌tün‌lük‌də hamısına, onun bir surəsinə və hətta bir ayəsinə belə, aid edilməsi düzgün olacaqdır. Belə ki, bə`zən onun bir ayə‌si‌nin bir hissəsi olan "və mimma rəzəqnahum" kimi cümləsinə də («Bə‌qərə», 2) Qur`an deyilir. Bu mə`naya olan Qur`an islami bir is‌tilah və şər`i həqiqətdir. Çünki bu cür işlənmə Qur`‌an‌dan və şərif Peyğəmbər ¡ hədisindən əxz olun‌muş‌dur.

Qur`anIn diGər adlarI

Islam alimləri elə Qur`anın özündən bu şərif kitab üçün digər bə`zi adlar da çıxarmışlar ki, həqiqətdə bir şe‌yin öz sifətləri ilə təqdim olunması qəbilindəndir. Onun ən məhşuru «Kitab» kəlməsidir. Mütəal Allah «Bəqərə» surə‌si‌nin ikinci ayəsində buyurur: "O Kitabda heç bir şəkk-şübhə yox‌dur". Bu ayədə «Kitab» dedikdə məqsəd müsəlmanların səmavi kita‌bı olan və yəhudilərin Tövratı və məsihilərin Incili mü‌qa‌bilində qərar tutan Qur`andan ibarətdir. Kitab dedikdə məq‌sədin hansı kitab olması müəyyənlik bildirən «əlif-lam» (ال) artiklı ilə bəyan olunmuşdur. Bə`zən də kitab kəl‌məsi Töv‌rata aid edilir. Belə ki, buyurulur: "Və bundan əvvəl Musanın ki‌tabı..." Burada kitab kəlməsinin Musa kəlməsinə izafə şək‌lində bəyan edilməsi ilə məqsədin nə olduğu aydın‌la‌şır.

Nəhv (ərəb ədəbiyyatı) alimlərinin nəzərində «Sibəveyhin ki‌‌tabı» dedikdə məqsəd «əl-Kitab» adı ilə məşhurlaşan ki‌tab‌‌dır. Belə ki, Hacı Xəlifə «Kəşfuz-zünun» kitabının «ki‌‌tab» babında yazır: "Nəhv alimlərin yanında Kitab kəl‌məsi Sibəveyhin kitabı üçün, onun fəzilətli və məşhur ol‌ma‌sına görə xüsusi ada çevrilmişdir. Belə ki, hər vaxt Bəs‌rə‌də "Filankəs Kitabı oxumuşdur" – deyilirsə, ondan məq‌sə‌din Sibəveyhin kitabını oxuduğu aydınlaşır. Hər vaxt "Ki‌ta‌bın yarısını oxumuşdur" – deyilsə, heç kəs onun Sibə‌vey‌hin kitabını oxumasında şəkk etmir..."

O deyir: «Sibəveyhin kitabını Ibni Xəruf Əndəlusi adı ilə məşhur olan Əli ibni Məhəmməd (609-cu hicri ildə və‌fat edib) şərh etmiş və onu «Tənqihul-əlbab fi şərhi ğəva‌mi‌zil-Kitab» adlandırmışdır. Eləcə də Əbül-Bəqa Əbdüllah ib‌ni Hüseyn Əkbəri Bağdadi Hənbəli (616-cı ildə vəfat edib) onun beytlərini şərh edərək kitabının adını «Lübabül-Ki‌tab» qoymuşdur. Məhəmməd ibni Həsən Zübeydi Əndəlusi (380-ci ildə vəfat edib) o kitaba yazdığı şərhini «Əbniyətül-Ki‌tab adlandırmışdır.»[2]

Buna əsasən, kitab kəlməsi nə Qur`ani Kərimdə, nə də mü‌səl‌manların arasında Qur`anın xüsusi adı deyildir.

Qur`anın digər adlarından biri də «Nur» kəlməsidir ki, mü‌tə‌al Allah «Nisa» surəsinin 174-cü ayəsində buyurur:

﴿وَأَنزَلْنَا إِلَيْكُمْ نُورًا مُّبِينًا

"Biz, sizə aşkar bir nur göndərdik".

Bu əziz kitabın bir adı da «Moizə» kəlməsidir ki, «Yu‌nus» surəsinin 57-ci ayəsində bu barədə buyurulur:

﴿قَدْ جَاءتْكُم مَّوْعِظَةٌ مِّن رَّبِّكُمْ

 "Həqiqətən, Pərvərdigarınız tərəfindən sizin üçün bir moizə gəl‌di."

Həmçinin, «Vaqiə» surəsinin 77-ci ayəsində buyurulan «Kərim» kəlməsi də Qur`ana işarə edir:

﴿إِنَّهُ لَقُرْآنٌ كَرِيمٌ

"Həqiqətən o, Kərim (kəramətli) olan bir Qur`andır."

Qur`anda gələn bu adlar, alimlərin də buyurduqları kimi, bu səmavi kitaba məxsus olan adlar deyil, əksinə, onlar yal‌nız Qur`anın bə`zi sifətlərini tə`bir etmək məqamında gəl‌mişdir.

Xüləfa məktəbində Qur`anın adlarından biri də «Müs‌həf»dir ki, bu kəlmə Qur`ani-Kərimdə və şərif Peyğəmbər ¡ hədislərində gəlməmişdir.

Zərkeşi və başqaları rəvayət edərək deyirlər: «Əbu Bəkr Qur`anı bir yerə toplayan zaman ətrafındakılar dedilər: «Ona bir ad seçin.» Bə`ziləri dedilər: «Onun adını Incil qoyaq.» Bu söz bəyənilmədikdə başqaları dedilər: «Onun adını Sifr» qoyaq. Bu adı da – yəhudilərə məxsus olduğuna görə – qəbul etmədilər. Ibni Məs`ud dedi: «Mən həbəşilərin yanında bir kitab gördüm ki, onu «Müshəf» adlandırırdılar. Buna görə də onu «Müshəf» adlandırdılar.»[3]

Buna əsasən, Qur`anın «Müshəf» adlandırılması islami bir istilah və şər`i bir həqiqət deyil, yalnız müsəlmanların ad‌q‌oyması və onların istilahı növündəndir. Buna görə də bu cür adqoymada «Müshəf» kəlməsi xəvaricin arasında «şari» kəl‌məsinin vəziyyəti ilə eynidir. Belə ki, onlar bu kəlməni mü‌səl‌manlarla müharibəyə hazırlaşan bir kəs barəsində iş‌lə‌dirdilər, halbuki, bu kəlmə xəvariclərdən başqasının ya‌nın‌da müştəri və alıcı mə`nasına işlənir. Biz hər vaxt xəva‌ricdən başqa bir dəstənin yanında «şari» kəlməsinin işləndiyini görsək, müştərinin nəzərdə tutulduğunu biləcək və bu kəlmə ilə müsəlmanlarla müharibəyə hazırlaşan bir şəxsi heç vaxt nəzərdə tutmayacağıq.

Eləcə də Suriya və Iraq əhalisinin nəzərində «məbsut» kəl‌‌məsini qeyd etmək olar; bu kəlməni iraqlılar «vurulmuş şəxs» mə`nasına, suriyalılar isə «sevincli, şad şəxs» mə`‌na‌sı‌‌na işlədirlər. Əgər bu kəlmə suriyalıların sözlərində iş‌‌lə‌nərsə, sevincli şəxs nəzərdə tutulduğu aydın olur. Amma əgər iraqlılar onu işlədərsə, məqsədin «vurulmuş adam» ol‌duğu mə`lum olur.

Buna əsasən, xüləfa məktəbində adqoyma növündən olan «Müs‌‌həf» kəlməsi hər vaxt onların kəlamında gəlsə, Qur`ani-Kə‌‌rim mə`nasınadır; lakin hər vaxt Əhli-beyt ¢ mək‌təbi‌nin ardıcıllarının kəlamında gəlsə və «Müshəfi Fati‌mə » deyilsə, məqsəd «Fatimə -ın kitabı» olacaqdır.

Belə ki, Imam Səccad -ın məşhur dualarının çap olun‌‌duğu kitab «Səhifeyi-Səccadiyyə», yə`ni «Imam Səccad -ın kitabı» adlanmışdır (səhifə və müshəf eyni kökdən‌dir-müt.).

2–sünnə

Sünnə və bid`ət iki islami istilahdır və hər birinin mə`‌na‌sının tanınması digərinin tanınmasına bağlıdır. Mü‌əm‌malı və anlaşılmaz hallarda isə bir-biri ilə müqayisə olun‌malıdır.

Bu iki istilahın şərhi aşağıdakı kimidir:

Sünnə

Sünnə lüğətdə üslub və sirə mə`nasınadır – istər yaxşı ol‌sun, istərsə də pis.[4] Islami şəriətdə isə Peyğəmbəri Əkrəm ¡-in əməl və sözlərindən ibarət olan və Qur`a‌ni-Kərimdə aşkar şəkildə qeyd olunmayan əmrlər, nəhy‌lər və yol göstərmələr mə`nasınadır.[5] Həmçinin, Peyğəmbəri Əkrəm ¡-in bir şeyi müşahidə edib onu təsdiqləməsinə də şa‌mil olur. Yə`ni Peyğəmbər ¡ hər hansı bir müsəl‌man‌dan gördüyü bir işi onun üçün qadağan etməyibsə və həqiqətdə öz sükutu ilə o əməli təsdiqləmişsə, sünnə ona da şamil ola‌caqdır.[6] Buna görə də «Kitab» və «sünnə» kimi şər`i də‌lil‌lərə Qur`an və hədis də deyilir.[7]

3-Bid`ət

«Bid`» kəlməsi lüğət baxımından yeni zühur edən yeni bir iş mə`nasınadır.[8] Dində isə bid`ət dedikdə: «hər hansı ix‌ti‌ra olunmuş yeni bir saxta (qondarma) işi və sözü şəriət sa‌hi‌binə aid etmək» nəzərdə tutulur.[9]

Peyğəmbəri Əkrəm ¡-in sünnəsi ona görə islami şə‌ri‌ət mənbələrindən hesab olunur ki, Allah-taala «Həşr» surə‌sinin 7-ci ayəsində buyurur:

﴿مَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانتَهُوا

"Peyğəmbərin sizə gətirdiyi hər bir şeyi əxz edin, sizi çəkin‌dir‌di‌yi hər bir şeydən çəkinin."

«Nəcm» surəsinin 3-cü ayəsində isə buyurulur:

﴿وَمَا يَنطِقُ عَنِ الْهَوَى إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَى

"O (Peyğəmbər), heç vaxt həvayi-nəfs üzündən danışmır. Onun dedik‌lə‌ri ona nazil olan vəhydən başqa bir şey deyildir."

«Əhzab» surəsinin 21-ci ayəsində isə belə buyurulur:

﴿لَقَدْ كٰانَ لَكُمْ فِي رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ لِمَنْ كٰانَ يَرْجُو اللهَ وَالْيَوْمَ الْـٰاخِرَ وَ ذَكَرَ اللهَ كَثِيرًا

"Həqiqətən Allahın Rəsulunda sizin üçün gözəl nümunələr vardır; o kəs‌lər üçün ki, Allaha və Qiyamət gününə ümidləri vardır, Allahı çox yad edərlər."

«Ali-Imran» surəsinin 31-ci ayəsində isə deyilir:

﴿قُلْ إِنْ كُنتُمْ تُحِبُّونَ اللّهَ فَاتَّبِعُونِي يُحْبِبْكُمُ اللّهُ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ

"De: Əgər Allahı sevirsinizsə, mənə itaət edin ki, Allah da sizi sev‌sin və sizin günahlarınızı bağışlasın."

«Ə`raf» surəsinin 158-ci ayəsində buyurulur:

﴿فَآمِنُواْ بِاللّهِ وَرَسُولِهِ النَّبِيِّ الأُمِّيِّ الَّذِي يُؤْمِنُ بِاللّهِ وَكَلِمَاتِهِ وَاتَّبِعُوهُ لَعَلَّكُمْ تَهْتَدُونَ

"Belə isə, Allaha və Onun Rəsuluna iman gətirin; həmin məktəbdə oxu‌mamış Peyğəmbər ki, Allaha və Onun kəlmələrinə iman gətir‌mişdir; ona tabe olun ki, bəlkə hidayət olunasınız."

Çoxlu hədislərdə qeyd olunur ki, Peyğəmbər ¡ mü‌səl‌‌‌‌‌‌manları öz sünnəsinə tabe olmağa təşviq etmiş və onunla mü‌‌‌‌‌xa‌‌‌‌lifətdən çəkindirmişdir. Misal üçün, bu hədisi qeyd edə bi‌‌lərik:

فَمَنْ رَغِبَ عَنْ سُنَّتُي فَلَيْسَ مِنِّي

"Hər kəs mənim sünnəmdən üz çevirsə, məndən deyildir."[10]

Buna əsasən, sünnə islami bir istilah və şər`i bir həqi‌qət‌‌dir. «Allahın Rəsulunun ¡ sünnəsini əxz etmək» yə`‌ni o həzrətin sirəsi (adət-ən`ənəsi, rəftarı və davranışı), hə‌‌di‌si və başqalarının əməlini təsdiqləməsi dedikdə məqsəd yal‌‌nız o həzrətdən nəql olunan hədislərdə xülasələnir ki, hal-hazırda islami təhqiqat mənbələrində, təfsir, siyrə və hə‌‌dis kitablarında yazılıb saxlanmışdır. O cümlədən, Ayi‌şə‌nin Peyğəmbər ¡-dən nəql etdiyi bu hədisi qeyd etmək olar:

النِّكَاحُ سُنَّتِي فَمَنْ لمَ ْيَعْمَلْ بِسُنَّتِي فَلَيْسَ مِنِّي

"Evlənib ailə qurmaq mənim sünnəmdir: hər kəs mənim sünnəmə əməl et‌məsə, məndən deyildir."[11]

Əmr Məznidən rəvayət olunur ki, Peyğəmbəri Əkrəm ¡ belə buyurmuşdur:

مَنْ اَحْيَى سُنَّةً مِنْ سَنَّتِي فَعَمِلَ بِهَا النَّاسُ، كَانَ لَهُ مِثْلُ اَجْرِ مَنْ عَمِلَ بِهَا، لاَيَنِقَصُ cاللّهُç مِنْ اُجُورِهِمْ شَيْئًا وَمَنِ ابْتَدَعَ بِدْعَةً فَعَمِلَ بِهَا، كَانَ عَلَيْهِ اَوْزَارُ مَنْ عَمِلَ بِهَا لاَينْقَصُ cاللّهُç مِنْ اَوْزَارِ مَنْ عَمِلَ بِهَا شَيْئًا.

"Hər kəs mənim sünnələrimdən birini dirlçəltsə və camaat da ona əməl etsə, onun savabı həmin işə əməl edənlərin savabı qədərdir və Allah-taala onların savablarından heç bir şey azaltmadan həmin miq‌darı ona verər. Hər kəs özündən sonra bir bid`ət qoysa və ona əməl olun‌sa, ona əməl edən bütün şəxslərin günahları artırılıb-azaldılmadan onun üzərinə gələcəkdir. Allah da ona əməl edənlərin günahından heç nə azalt‌maz."[12]

Cabirdən rəvayət olunur ki, Peyğəmbər ¡ belə buyu‌rur:

اَمَّا بعْدُ، فَاِنَّ خَيْرَ الْاُمُورِ كِتَابُ اللهِ وَخَيْرَ الْهُدَي هُدَي مُحَمَّدٍ، وَشَرَّ الْاُمُورَ مُحْدَثَاتُهَا، وَكُلُّ بِدْعَةٍ ضَلاَلَةٌ.

"Əmma bə`d; həqiqətən işlərin ən yaxşısı Allahın Kitabı, ən yaxşı hidayət Muhəmmədin hidayətidir: ən pis şey isə bid`ətlərdir, hər bid`ət də azğınlıqdır."

Digər rəvayətdə isə belə buyurduğu nəql olunur:

اِنَّ اَفْضَلَ الْهُدَي هُدَي مُحَمَّدٍ

"Hidayətlərin ən yaxşısı Mühəmmədin hidayətidir."[13]

Ibni Məs`ud deyir ki, Peyğəmbər ¡ belə buyurdu:

سَيَلِي اُمُورَكُمْ بَعْدِي رِجَالٌ يُطْفِئُونَ السُّنَّةََ وَيَعْمَلُونَ بِالْبِدْعَةِ، وَيُؤَخِّرُونَ الصَّلاَةَ عَنْ مَوَاقِيتِهَا.

"Tezliklə sizin işlərinizin idarə olunmasını elə şəxslər öhdəsinə ala‌caqlar ki, onlar sünnəni söndürəcək, bid`ətlərə əməl edəcək və namazı öz vaxtından tə`xirə salacaqlar." Soruşdum: «Ya Rəsuləllah! Əgər on‌ları görsək, nə edək?» Həzrət buyurdu: "Ey Ümmi Əbdin oğlu! Nə edə‌cəyini məndən soruşursan?! Hər kəs Allaha qarşı itaətsizlik edər‌sə, onun itaət olunmağa haqqı yoxdur!!"[14]

Ibni Abbas deyir ki, Peyğəmbər ¡-in belə buyurdu‌ğu‌nu eşitdim:

اَبَى اللّهُ اَنْ يَقْبَلَ عَمَلَ صَاحِبِ بِدْعَةٍ حَتَّى يَدَعَ بِدْعَتَهُ

"Allah bid`ət qoyan bir şəxsin əməlini, bid`ətindən əl çəkməyincəyə qədər qəbul etməz."[15]

Hüzeyfə nəql edir ki, Peyğəmbər ¡ belə buyurdu:

لَايَقْبَلُ اللّهُ لِصَاحِبِ بِدْعَةٍ صَوْمًا وَلاَ صَلاَةً وَلاَ صَدَقَةً وَلاَ حَجًّا وَلاَ عُمْرَةً وَلاَ جِهَادًا وَلاَ صرْفًا وَلاَ عَدْلاً، يَخْرُجُ عَنِ الْاِسْلاَمِ كَمَا تَخْرُجُ الشَّعرَةُ مِنَ الْعَجِينِ.

"Allah-taala bid`ət qoyan şəxsin heç bir orucunu, namazını, sədə‌qə‌sini, həccini, ümrəsini, cihadını, nafiləsini və fərizəsini qəbul et‌məz; o, tükün xəmirdən çıxdığı kimi Islam dinindən xaric olar."[16]

Mütəal Allah bid`əti «Hədid» surəsinin 27-ci ayəsində xa‌tır‌ladaraq buyurmuşdur:

وَرَهْبَانِيَّةً ابْتَدَعُوهَا مَا كَتَبْنَاهَا عَلَيْهِمْ

"Onların bid`ət olaraq qoyduqları röhbaniyyəti (tərki-dünyalığı) onlara vacib etməmişdik."



[1] Bu da Qur`ani-Kərimin mö`cüzə yönlərindən biridir. Çünki bəşər kəlamı hamı‌lıq‌la və bütün dillərdə ya şe`r formasındadır, ya da nəsr. Qur`ani-Kərim isə ərəb di‌lin‌də nə şe`rdir, nə də nəsr. Əksinə, bu əziz Kitab mübin (aşkar) ərəb dilindədir, Al‌la‌hın kəlamıdır və insan kəlamı növündən deyildir.

[2] «Kəşfuz-zünun» (Hacı Xəlifə), 2-ci cild, səh.1427 və 1428

[3] «Əl-bürhan fi ülumil-Qur`an», Zərkeşi (794-cü ildə vəfat edib), Qahirə çapı, 1-ci cild, səh.273, 276, 282; «Əl-itqan», Süyuti, (911-ci ildə vəfat edib), Qahirə çapı, 1368-ci il, səh.63

[4] «Əl-mö`cəmül-vəsit», sünən madəsi.

[5] «Nihayətül-lüğət», Ibni Əsir, sünən maddəsi.

[6] «Sünəni Əbu Davud», 2-ci cild, səh.274-275. Səhl ibni Sə`d deyir: «Peyğəmbərin yanında yerinə yetirilən hər bir şey sünnədir.»

[7] «Nihayətül-lüğət», sünən maddəsi.

[8] «Əl-möcəmul-vəsit», bid` maddəsi.

[9] «Müfrədati-Rağib», bid` maddəsi.

[10] «Əl-mö`cəmul-müfəhrəs li əlfazil-hədis», «sünnə» maddəsi.

[11] «Sünəni ibni Macə», kitabi-nikah, hədis:1845, səh.592.

[12] Yenə orada, səh.76, hədis:209-210; «Sünəni Termizi», 1-ci cild, səh.147-148.

[13] Yenə orada, səh.17, hədis:45, hədis2; «Sünəni Darəmi», 1-ci cild, səh.49, hədis:45.

[14] Yenə orada, cihad kitabı, səh.296, hədis:2865; «Müsnədi Əhməd», 1-ci cild, səh.400.

[15] Yenə orada, müqəddimə, səh.19, hədis:49-50.

[16] Yenə orada.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

PAŞAZADƏNİN AXUNDU İLHAM HOCANIN SƏRGÜZƏŞTLƏRİ DAVAM EDİR
«Əllinci Görüş»
Təhlükədə olan TALIŞ milli kimliyi
Bəhreyn xalqı Şeyx İsa Qasimin himayəsinə qalxdı
Əlhusi: Ərəbistan və BƏƏ-nin hədəfi, Yəmənin işğalıdır
Ali Xəlifə rejimin muzdluları gecə saatlarında bəhreynliləri silahla atəşə ...
İŞİD terror təşkilatının təsisçisi olan H. Klinton Məsciddə yıxılaraq ...
Hədis-3
Qaçqınlar: Bir məmurun ki, həyat yoldaşı erməni ola... -
ŞOK! Misirdə qadın paltarı geyinmiş sələfi terrorçu həbs edildi

 
user comment