Azəri
Friday 26th of April 2024
0
نفر 0

Allah-taala Qurani-kərimdə İslam ümmətinə xitab edərək buyurur:

Allah-taala Qurani-kərimdə İslam ümmətinə xitab edərək buyurur:

“Ey möminlər! Allaha, Peygəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin. Əgər (müəyyən) bir məsələdə ixtilafınız çıxarsa, Allaha və son künə (Qiyamətə) inanırsınızsa, onun (həllini) Allah və Peygəmbərinin öhdəsinə qoyun. Bu sizin üçün daha yaxşı və daha közəl sonucludur.”  

Allah-taala bu ayədə möminlərin Ona itaət etmələrinin vacibliyini qeyd etməklə yanaşı, İslam peyğəmbərinə itaət etməyin də onlar üçün vacib olduğunu buyurmuşdur. Bu itaət əslində Allah-taalanın özünə itaət hesab olunur.

Qeyd etmək lazımdır ki, “Ulu”  və “Uli” sözləri ərəb dili qrammatikasına görə, “zu”, yəni; sahib sözünün cəm formasıdır.

“Əmr” sözü isə iş, məqam, rütbə, fərman, göstəriş və s. kimi mə`nalar daşıyır  

Deməli, ayədə buyurulmuş “Ulil-əmr” sözü, doğma ana dilimizə “Əmr və fərman sahibləri” kimi tərcümə olunur.

Təfsir və hədis kitablarında bu mövzu ilə bağlı nəql olunan müxtəlif rəvayətlər ayənin nümunəsi baxımından bir-birini inkar etsə də onları nəql etmək məcburiyyətindəyik.

Birinci rəvayət:

“Abdullah ibn Abbas nəql edir ki, İslam peyğəmbəri (s) Xalid ibn Vəlidin başçılığı ilə (müşrik qəbilələrdən biri ilə döyüşmək üçün) kiçik bir qoşun göndərdi. Əmmar Yasir də onunla birgə idi. O qəbilədən bir nəfər Əmmar Yasirin yanına gəlib İslam dinini qəbul etdi və ondan aman (toxunulmamazliq haqqında fərman, yaxud vəd) istədi. Əmmar Yasir özü ona aman verdi. Xalid ibn Vəlid isə Əmmarın bu işindən bərk qəzəblənib, onunla savaşdı...

Nəhayət, yaranmış mübahisənı həll etmək məqsədi ilə həzrət Peyğəmbərə (s) şikayətləndikdə, İslam peyğəmbəri (s) Əmmar Yasirə bir daha icazəsiz başqasına aman verməməsini tapşırdı və eyni zamanda onun o şəxsə verdiyi amanı da qəbul etdi. Sonra bu ayə (Nisa/59) nazil oldu və əmr sahiblərinə itaət etməyin vacib olduğunu müsəlmanların nəzərinə catdırdı.”

Bu rəvayətdə deyilir ki, Xalid ibn Vəlid Peyğəmbərin (s) hüzurunda Əmmar Yasir ilə savaşıb, ona nalayiq söz dedikdə, həzrət Peyğəmbər (s) ona buyurdu:

“Ey Xalid! Əmmara nalayiq söz demə. Hər kəs ona nalayiq söz desə, Allah da ondan öz inayətini kəsər. Hər kəs Əmmarı qəzəbləndirsə, Allah da ona qarşı qəzəb edər və hər kəs Əmmara lənət göndərsə, Allah da ona lənət edər.” 

İkinci rəvayət:

“Mücahid nəql edir ki, bu ayə (Nisa/59) İslam peyğəmbəri (Təbuk döyüşünə gedərkən) Əli ibn Əbi-Talibi Mədinə şəhərində öz canişini tə`yin etdiyi zaman nazil olmuşdur. O zaman Əli (ə) Peyğəmbərə (s) dedi: (Ya Peyğəmbər!) Məni qadınların və uşaqların yanında qoyub gedirsənmi? Həzrət Peyğəmbər (s) isə buyurdu:

Mənim üçün Harunun Musaya olduğu nisbət və məqamda olmağına razı deyilsənmi?...” 

Üçüncü rəvayət:

“Abdullah ibn Abbasın nəql etdiyi digər rəvayətdə deyilir ki, bu ayə (Nisa/59) Abdullah ibn Həzafənin İslam peyğəmbəri (s) tərəfindən kiçik bir qoşunla müharibəyə göndərildiyi zaman, onun haqqında nazil olmuşdur.” 

Qeyd olunmuş hədislər, hədis elmi baxımından mötəbər sayılsa belə, onlara əsaslanıb bu ayəni (Nisa/59) yalnız onun nazil olduğu zamana və adları sadalanmış şəxslərə aid etmək heç cür qənaətbəxş sayıla bilməz. Çünki Qurani-kərim yalnız müəyyən bir zaman və ya müəyyən bir millət üçün nazil olmamış, əksinə bütün zamahlar və millətlər üçün göndərilmişdir. Deməli, yuxarıda qeyd etdiyimiz hədislər ayəni yalnız müəyyən bir zaman və ya məkana aid etmədən, yalnız nazil olma səbəbini aydınlaşdırır.

Unutmamalıyıq ki, Peyğəmbərin (s) təyin etdiyi rəhbər və başçıya itaət etmək müqəddəs şəriət çərçivəsində vacib sayılır.

Həmçinin bunu da qeyd etmək lazımdır ki, “Əmr sahibləri” (Nisa/59) ayəsi heç də üç dəfə ayrı-ayrı hadisələrdə nazil olmamışdır. Əksinə, qeyd olunmuş rəvayətlərin hər üçü mö`təbər sayıldığı halda, bu ayə bir dəfə nazil olmuş, qalan iki dəfə isə çox güman ki, İslam peyğəmbəri (s) və müsəlmanlar tərəfindən təkrar edilmiş və xatırlanmışdır.

İtaətkarlıq məsələsinin hər bir insanın dini, dünyəvi və uxrəvi həyat və müqəddəratında mühüm rola malik olduğunu nəzərə alsaq, “Əmr sahibləri” (Nisa/59) ayəsinin hansı əhəmmiyyətə malik olmasının, habelə “Əmr sahibləri”ndən məqsədin hansı şəxslər olmasının əsaslı bir sual olaraq, hər bir müsəlmanı maraqlandıracağı aydın olar. Elə buna görə də hər bir müsəlman, şəxsi və məzhəbi təəssübkeşliyini kənara qoyaraq, ayədə buyurulmuş “Əmr sahibləri”nin hansı şəxslər olduğunu aydinlaşdırmalı və bu vasitə ilə özünü dünya azğınlığından və axirət peşmançılığından qoruyub, səadətə nail olmağı üçün şərait yaratmalıdir.

Allah-taala bu ayədə “özünüzdən olan Əmr sahibləri” ifadəsindən istifadə edir. Bu, çox incə bir mə`naya malikdir. Yəni “Əmr sahibləri” ilahi mələk deyil, zahirdə sizin kimi və sizin özünüzdən sayılırlar. Onlar əmr və məqam sahibləri olduğu üçün siz müsəlmanlar, onlara itaət etməlisiniz.

Ayədə buyurulmuş “Əmr sahibləri”nin aşağıda qeyd olunan iki nümunəsi vardır.

1-“Əmr sahibləri”nin nisbi nümunəsi

“Əmr sahibləri”nin nisbi nümunəsindən məqsəd, müsəlmanlar arasında xalqın rəhbərliyini qanuni yolla ələ alan müəyyən rəhbər və hakimlərdir. Bu, ayədə buyurulmuş “Ulul-əmr”, yəni “əmr sahibləri” sözünün ifadə etdiyi ilkin və əhatəli mə`nadan əldə olunur. Eyni zamanda ağıl da bu sözü təsdiq edir. Çünki xalqın rəhbərliyini ələ almış əmr sahibinə itaət etməmək, cəmiyyətdə hərc-mərclik və özbaşınalığın artmasına səbəb olur. Bu isə həm ağıl, həm də müqəddəs şəriət nöqteyi-nəzərindən mənfi hal sayılır.

Lakin unutmamalıyıq ki, bu növ rəhbər və hakimlərə itaət etmək heç də tam və mütləq şəkildə deyil, əksinə müəyyən şərtlər əsasındadır. Bu şərtlər aşağıdakılardan ibarətdir:

1-Rəhbər və hakimlərin verdiyi göstərişlərin xalqın mənafeyini tə`min edən müəyyən bir quruluşun möhkəmlənməsi naminə verilməsı;

2-Bu göstərişlərin müqəddəs İslam şəriətinə uyğun olması, yaxud açıq-aşkar haram (günah) olmaması;

Elə buna görə də onların haqqında “Əmr sahibləri”nin nisbi nümunəsi ifadəsini işlədirik. Çünki onların “Əmr sahibi” olmaları, tam və mütləq şəkildə deyil, yalnız yuxarıda gostərilən müəyyən şərtlər əsasındadır.

Əmirəl-möminin imam Əli (ə) nəql edir ki, İslam peyğəmbəri (s) buyurmuşdur:

“Allahın haram etdiyi əməllərdə heç kimə itaət etmək olmaz.” 

Deməli, bu kimi şəxslərin rəhbərlik və hakimiyyətləri heç də tam və mütləq şəkildə deyil. Buna görə də onları “Əmr sahibləri”nin həqiqi və mütləq nümunəsi kimi qələmə vermək olmaz. Bu, həm ağıl, həm Quran ayələri, həm də qeyd olunmuş hədislərdən əldə olunan nəticədir.

2-“Əmr sahibləri”nin həqiqi və mütləq nümunəsi

“Əmr sahibləri”nin həqiqi və mütləq nümunəsindən məqsəd isə müsəlmanların heç bir şərtsiz, həqiqi rəhbər və hakimi sayılan ilahi rəhbərlərdir. Onlar İslam peyğəmbəri (s), habelə o həzrətin (s) həqiqi canişin və xələfləri olan mə`sum imamlardır. Bu, “əmr sahibləri” ayəsində mövcud olan ümumi və mütləq ifadədən, ağılın çıxardığı nəticədən və mö`təbər hədislərin məzmunundan əldə olunur. Belə ki, Allah-taala bu ayədə İslam peyğəmbəri (s) və “əmr sahibləri”inə mütləq şəkildə və heç bir şərt qoyulmadan itaət etmək göstərişi vermişdir. Halbuki, Allah-taalanın məsum olmayan müəyyən rəhbərlər haqqında mütləq şəkildə və heç bir şərt qoymadan itaət göstərişi verməsi, həm ağıl, həm Qurani-kərim, həm də hədislər baxımından qeyri-mümkün bir məsələ sayılır. Deməli, ayədəki mütləq ifadə onların bütün hallarda və bütün sahələrdə hər növ eyb, günah və səhvdən məsum olduqlarına bir sübutdur.

Digər tərəfdən Allah-taala Qur`ani-kərimdə müsəlmanlar üçün, demək olar ki, Özü, İslam peyğəmbəri (s) və “Əmr sahibləri”indən başqa heç kimin itaətini tam və mütləq şəkildə vacib etməmişdir. Hətta müqəddəs Qur`anda Allahın yeganəliyindən sonra haqqında çoxlu tə`kid edilən valideyn barəsində belə buyurulur:

“Biz insana öz valideyninə qarşı yaxşılıq etməyi tövsiyə etdik. Amma onlar, səni, Mənə, bilmədiyin şeyi şərik qoşmağa vadar etsələr, onlara itaət etmə...” 

Gördüyünüz kimi bu ayədə valideynə yaxşılıq etmək göstərişi müəyyən şərt əsasında qeyd olunmuşdur.

Bütün bunlar mə`sum imamların (ə) həqiqi “əmr sahibləri” olduqlarını deməyə tam əsas verir.

Ayənin bu təhlilinə sübut olan hədislər müxtəlif hədis və təfsir kitablarında mövcuddur. Biz, burada onlardan bir neçəsini qeyd edirik:

1-Cabir ibn Abdullah əl-Ənsari nəql edir ki, Allah-taala öz Peyğəmbərinə (s): “Ey möminlər! Allaha, Peygəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin”. (Nisa/59)-deyə buyurduğu ayəni nazil etdikdə, soruşdum:

Ey Allahın elçisi! Allahı və Onun elçisini tanıdıq. Amma Allah öz itaətini sənin itaətinlə yanaşı buyurduğu əmr sahibləri kimlərdir? Həzrət Peyğəmbər (s) buyurdu:

“Ey Cabir! Onlar mənim xələflərim və məndən sonra müsəlmanların imamlarıdırlar...” 

Qeyd etmək lazımdır ki, o həzrət (s) sözünün davamında on iki imamın adlarını sadalamışdır.

2-Əmirəl-möminin imam Əli (ə) buyurur:

“Həqiqətən, Allah-taala Peyğəmbərə itaət etməyi vacib etmişdir. Çünki peyğəmbər pak və mə`sumdur. Heç vaxt (xalqı) güaha doğru çəkməz. O, əmr sahiblərinə itaət etməyi də vacib etmişdir. Çünki onlar da pak və mə`sumdurlar. Heç vaxt (xalqı) güaha doğru çəkməzlər.”  

3-İmam Baqir (ə) bu ayəni oxuduqdan sonra buyurmuşdur:

“(Allah-taala bu ayədə) xüsusilə bizi nəzərdə tutmuş (və) Qiyamətədək bizim itaətimizi bütün mö`minlərə vacib etmişdir.” 

4-İmam Baqir (ə) digər bir hədisdə bu ayə haqqında buyurur:

“(Ayədə buyurulmuş əmr sahibləri) Qiyamət gününədək Əli və Fatimənin(ə) övladlarından olan imamlardır.” 

5-İmam Sadiq (ə) bu ayə haqqında buyurur:

“(Ayədə buyurulmuş) əmr sahibləri, Əhli-beytdən olan imamlardır”. 

İslam peyğəmbəri (s) ilə “əmr sahibləri”nin itaətinin birgə bəyan edilməsindən belə nəticə almaq olar ki, həqiqi “əmr sahibləri”nə itaət etmək, əslində İslam peyğəmbərinə (s) itaət etmək, o həzrətə (s) itaət etmək isə əslində Allaha itaət etmək deməkdir.

Allah-taala bu ayənin davamında buyurur:

“…Əgər (müəyyən) bir məsələdə ixtilafınız çıxarsa, Allaha və son günə (Qiyamətə) inanırsınızsa, onun (həllini) Allah və Peygəmbərinin öhdəsinə qoyun. Bu sizin üçün daha yaxşı və daha közəl sonucludur“.

Həzrət Əmirəl-möminin imam Əli (ə) bu barədə buyurur:

“(Hər hansı bir işi Allahın öhdəsinə qoymaq,) onu Quranın (möhkəm) açıq-aşkar buyruqları ilə uyğunlaşdırmaq, Peyğəmbərin (s) öhdəsinə qoymaq“dan məqsəd isə, o həzrətin dolğun və mübahisəli olmayan sünnəsi ilə uyğunlaşdırmaqdır. Biz Peyğəmbərin Əhli-beytiyik. (Biz Quranın) aydın hökmünü Onun kitabından əldə edib, mütəşabih (oxşar) ayələrini ayırd edir, habelə qüvvədən salınmış (ayə və göstərişləri)... tanıyırıq”. 

Bütün bunlar, belə deməyə əsas verir ki, həzrət Peyğəmbərin (s) həyatı dövründə o həzrətin özünə, vəfatından sonar isə sünnəsinə və daha dəqiq ifadə ilə desək, o həzrətin (s) həqiqi xələfləri sayılan və sünnəsini olduğu kimi müsəlmanlara çatdıran mə`sum əhli-beytinə (ə) tapınmaq lazımdır. Bu, ayədə buyurulduğu kimi daha yaxşı və daha gözəl sonucludur.

 

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İŞİD terror təşkilatının təsisçisi olan H. Klinton Məsciddə yıxılaraq ...
Hədis-3
Qaçqınlar: Bir məmurun ki, həyat yoldaşı erməni ola... -
ŞOK! Misirdə qadın paltarı geyinmiş sələfi terrorçu həbs edildi
IKi məKtəbin Peyğəmbəri ƏKrəm ¡-in hədisini rəvayət edənlər barəsindəKi ...
Nimei Şəbanda Tehran və Qəzvinin küçə və xiyabanları bəzədildi
Ərdoğan Suriya qaçqınlarını İstanbulda dilənçilərə çevirib
İnqilab Rəhbəri: Nano-texnologiyası insanların həyatında hiss olunmalıdır
Üçüncü аmil әmr bе mә᾽ruf
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına ...

 
user comment