Azəri
Friday 26th of April 2024
0
نفر 0

Yasin surəsi-3

41. Övladlarını (yaxud Nuhun tufanı vaxtı ulu babalarını müxtəlif yüklərlə) dolu gəmiyə mindirməyimiz (sonra dənizdə istədikləri yerə getmələri) də onlar üçün (qüdrətimizə) bir dəlildir.

42. Onlar üçün bunun kimi (başqa) minik vasitələri də yaratdıq.

43. Əgər istəsək, onları suya qərq edərik. Nə bir dadlarına çatan olar, nə də nicat taparlar.

44. Yalnız Bizdən bir mərhəmət olaraq və bir qədər (əcəlləri çatanadək) dolanıb keçinmələri üçün (onları xilas edərik).

45. Onlara (müşriklərə): "Önünüzdə və arxanızda olandan (dünya və axirət əzabından) qorxun ki, bəlkə, rəhm olunasınız!" - deyildikdə (dönüb gedər, öyüd-nəsihətə qulaq asmazlar).

46. Onlara Rəbbinin ayələrindən elə birisi gəlməz ki, ondan üz çevirməsinlər!

47. Onlara: "Allahın sizə verdiyi ruzidən (ehtiyacı olanlara) sərf edin!" - deyildiyi zaman, kafirlər mö’minlərə: "Allahın istədiyi təqdirdə özü yedirə biləcəyi kimsəni bizmi yedirdəcəyik?!" - deyərlər. Siz (bu e’tiqadınızla) sadəcə olaraq (haqq yoldan) açıq-aşkar azmısınız.

48. Onlar: "Əgər doğru söyləyirsinizsə, (bir xəbər verin görək) bu və’d (qiyamət günü) nə vaxt yerinə yetəcək?" - deyərlər.

49. Onlar (küçədə, bazarda) bir-biri ilə çənə-boğaz olarkən özlərini saracaq yalnız bir dəhşətli (tükürpədici) səsə (İsrafilin surunun birinci dəfə çalınmasına) bənddirlər.

50. Artıq nə bir vəsiyyət etməyə iqtidarları olar, nə də ailələrinin yanına qayıda bilərlər!

51. Sur (ikinci dəfə) çalınan kimi (qiyamət günü) qəbirlərindən qalxıb sür’ətlə Rəbbinin hüzuruna axışacaqlar.

52. Onlar deyəcəklər: "Vay halımıza! Bizi yatdığımız yerdən (qəbir evindən) kim qaldırdı? (Onlara belə deyiləcək: ) "Bu, Rəhmanın məxluqata buyurduğu və’ddir (qiyamət günüdür). Peyğəmbərlər doğru deyirlərmiş!"

53. Yalnız bir dəhşətli səs qopan (İsrafilin axırıncı dəfə surunu çalan) kimi onlar hamısı (haqq-hesab üçün) qarşımızda hazır duracaqlar.

54. Bu gün heç kəsə heç bir haqsızlıq edilməyəkdir. Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz!

55. Cənnət əhli bu gün keflə (əyləncə ilə) məşğuldur.

56. Onlar (mö’min kişilər) və zövcələri kölgəliklərdə (yumşaq) taxtlara söykənmişlər.

57. Orada onlar üçün (hər cür) meyvə və istədikləri hər şey vardır.

58. Rəhmli Rəbbdən (onlara) "salam" deyiləcəkdir.

59. (Kafirlər Cəhənnəmə varid edilərək onlara belə deyiləcək: ) "Ey günahkarlar! Bu gün (mö’minlərdən) ayrılın!"

60. Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir,

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

"Ənbiya" surəsi
"İnşirah" surəsi
"Talaq" surəsi
"Munafiqun" surəsi
"Ənkəbut" surəsi
"Nəcm" surəsi
Qurani kərimdə sirat körpüsü barəsində məlumat verilibmi?
Donuz ətinin haram və murdar olması haqqında iki baxış
Əbu-Ləhəb" surəsi
Yasin surəsi

 
user comment