Azəri
Friday 26th of April 2024
0
نفر 0

IKi məKtəbin Qur`ani-Kərim barəsindəKi nəzərləri

IKi məKtəbin Qur`ani-Kərim barəsindəKi nəzərləri

1-Peyğəmbəri Əkrəm ¡-in və səhabələrin Qur`anın bir yerə toplanmasına göstərdiyi ciddi cəhdlər.

2-«Fatimə Müshəfi» ilə əlaqədar yeni təbliğatlar.

1-Peyğəmbəri ƏKrəm ¡-in və səhabələrin Qur`anIn bir yerə toPlanmasInda Göstərdiyi Ciddi Cəhdlər

Peyğəmbəri Əkrəm ¡ hər bir ayə nazil olduğu zaman onu bütün müsəlmanlara tilavət edir, təfsirə ehtiyacl olan şeyləri onlar üçün açıqlayır, xüsusilə onu Imam Əli -a təlqin edərək öyrədir və yazılmasına dair göstəriş verirdi ki, bunun ətraflı izahı sonrakı bölmələrdə gələcəkdir.

O həzrət Mədinəyə hicrət edən zaman müsəlmanları yazı üs‌lu‌bunu öyrənməyə təşviq edirdi. Onlar da bu işə başlayır, son‌ra Peyğəmbər ¡ onları təşviq edirdi ki, Qur`anı ya‌zıb əzbərləsinlər, onlar da bu işdə bir-birilə ötüşürdülər. Nə qədər Qur`an ayələrini öyrənirdilərsə, əllərinə keçən hər bir şeyə – dəriyə və başqa şeylərə yazırdılar. Peyğəmbəri Ək‌rəm ¡ surələrin adlarını, ayələrin yerlərini, mü‌tə‌al Allahın ona öyrətdiyi üslubda camaata öyrədirdi. Belə ki, mü‌tə‌al Allah onu Öz dərgahına apadığı zaman səhabələrdən on‌lar‌cası Mədinədə bütün Qur`anı hifz etmiş, səhabələrdən çoxu da bütün Qur`anı yazıb öz yanında saxlamışıdılar. O Qur`‌an‌ların bu günkü Qur`anla yeganə fərqi budur ki, o zaman‌da‌kı Qur`anlar hazırkı kimi cildlənmiş və tənzimlənmiş for‌mada deyildi, əksinə, bir-birindən ayrı olan vərəqlərdə və lövh‌lərdə yazılmışdı. Peyğəmbəri Əkrəm ¡ vəfat edən za‌man Əli Qur`anı vahid bir kitab şəklinə saldı. Əli‌dən başqa səhabələrin hamısının da öz yazdığı Qur`an nüsxə‌si var idi. Lakin xəlifə Əbu Bəkr bu nüsxələrlə kifayət‌lən‌mə‌di və göstəriş verdi ki, səhabələrdən bir qrupu Qur`anı bir kitab şəklinə salsınlar. Sonra onu Ümmül-mö`minin Həf‌sənin yanında əmanət qoydu. Nəhayət, Osmanın dövründə fəthlər genişləndikdə və müsəlmanlar pərakəndə vəziyyətə düş‌dükdə, xəlifə göstəriş verdi ki, Həfsənin yanında möv‌cud olan nüsxənin üzünü köçürsünlər və Islam ölkələrinə yay‌sın‌lar. Müsəlmanlar öz nüsxələrini həmin nüsxənin üzündən kö‌çürt‌dülər və nəsilbənəsil bir-birinə ötürdülər, nəhayət bu gün‌kü günə kimi gəlib çatdı. Bu günkü günə qədər müsəl‌man‌lar‌dan heç kəsdə həmin nüsxədən başqası yox idi, o nüs‌xəyə də heç bir kəlmə artırılmamış və ya azaldıl‌mamış‌dır. Onun bu gün müsəlmanların əlində olan Qur`anla heç bir fər‌qi yox idi. Bütün müsəlman firqələri: sünnü, şiə, əş`‌əri, mö`‌təzili, hənəfi, şafei, hənbəli, maliki, zeydi, Ima‌mi, vəh‌ha‌bi və hətta xəvariclər belə, hamılıqla bu barədə yek‌dil fik‌rə malikdirlər, onlardan heç bir firqənin arasında, hətta bir kəl‌mə belə artırılıb-azadılma olmadan, ayə və surə‌ləri‌nin tər‌tibi pozulmadan qalmış, onlarda bu gün müsəlman‌la‌rın ara‌sında olan Qur`anla fərqli olan bir nüsxə olmamış‌dır.

Bə`zi hədis kitablarında qeyd olunan, Qur`anda əskildilmə tə‌səv‌vürü yaradan rəvayətlər elə əvvəlki yolunda qalmış, heç bir vəchlə Qur`an nüsxələrinin heç birinə varid olma‌mış‌dır. Misal üçün, altılıq təşkil edən «sihah» kitablarında: Bu‌‌xa‌rinin, Müslümün, Əbu Davudun, Termizinin, Ibni Macə‌nin, Darəminin və başqalarının kitablarda da belə deyilir: «Xə‌lifə Ömər minbərə çıxaraq dedi: «Allah Mühəmmədi haqq ola‌raq peyğəmbərliyə göndərdi və bu kitabı ona nazil etdi. Al‌la‌hın nazil etdiyi şeylərdən biri də «rəcm» ayəsidir ki, biz onu oxuyub başa düşdük və əzbərlədik. Peyğəmbər rəcm etdi, biz də ondan sonra rəcm etdik. Indi qorxuram ki, əgər ca‌maat üçün bir müddət keçsə, bir şəxs deyə ki: «Allaha and ol‌sun, rəcm ayəsini Qur`anda görmürəm!» Beləliklə də, Al‌la‌hın nazil etdiyi vacib bir hökmü tərk etməklə yolunu azalar; Hal‌buki, Allahın Kitabında rəcm hökmü möhsin olduğu halda zi‌na edən şəxs üçün haqq və sabitdir.»[1]

Ibni Macənin Ömərdən nəql etdiyi rəvayətdə təsəvvür olunan bir ayə – Ömərin dediyinə görə – belə imiş:

اَلشَّيْخُ وَالشَّيْخَةُ اِذَا زَنَيَا فَارْجِمُوهُمَا اَلْبَتَّةَ

"Yaşlı (qoca) kişi və qadın zina etsələr onları hökmən daş-qalaq edin!"

Malikin «Müvəttə» kitabında isə belə deyilir: «Yaşlı kişi və qadın zina etdikdə, hökmən onu daş-qalaq edin!» Biz bu ayəni oxumuşduq.»

Həmin hədislər barəsində «Səhihi-Buxari» kitabında deyilir: «Sonra biz Allahın Kitabında belə oxuyurduq:

اَنْ لاَتَرْغَبُوا عَنْ آبَائِكُمْ فَاِنَّهُ كُفْرٌ بِكُمْ اَنْ تَرْغَبُوا عَنْ آباَئِكُمْ

"Atalarınızdan üz döndərməyin; çünki sizin öz atala‌rı‌nız‌dan üz döndərməyiniz küfrdür."

Ümmül-mö`minin Ayişədən nəql olunan bir rəvayətdə deyilir: «Qur`‌‌anda nazil olan ayələrdən biri də əşru rəzəatin mə`lu‌ma‌tin – on dəfə mə`lum süd vermə – ayəsi idi ki, Pey‌ğəmbər vəfat etdikdən sonra da onları Qur`anda oxuyur‌‌‌dular.»[2]

«Səhihi ibni Macə» kitabında deyilir:

قَالَتْ: نَزَلَتْ آيَةُ الرَّجْمِ وَرِضَاعَةُ الْكَبِيرِ عَشْرًا، وَلَقَدْ كَانَ فِي صَحِيفَةٍ تَحْتَ سَرِيرِي، فَلَمَّا مَاتَ رَسُولُ اللّهِ (ص) تَشَاغَلْنَا بِمَوْتِهِ فَدَخَلَ دَاجِنٌ فَاَكَلَهَا

"Rəcm və böyük adamın on dəfə süd əmməsi ilə əlaqədar ayə nazil oldu, mən onu yazıb taxtımın altına qoymuşdum ki, Peyğəmbər vəfat edən zaman biz onun dəfn işləri ilə məşğul olduq, ev heyvanlarından biri daxil olub onu yedi."

«Səhihi-Müslüm»də deyilir:

وَفِي صَحِيحِ مُسْلِمٍ اَنَّ اَبَا مُوسَى الْاَشْعَرِيَّ بَعَثَ اِلَى قُرَّاءِ اَهْلِ الْبَصْرَةِ وَكَانُوا ثَلاَثَمِائَةِ رَجُلٍ، فَقَالَ فِي مَا قَالَ لَهُمْ وَاَنَّا كُنَّا نَقْرَاُ سُورَةً كُنَّا نُشَبِّهُهَا فِي الطُّولِ وَالشِّدَّةِ بِبَرَاءَةَ فَاَنْسَيِتُهَا غَيْرَ اَنِّي قَدْ حَفِظْتُ مِنْهَا (لَوْ كَانَ لِابْنِ آدَمَ وَادِيَانِ مِنْ مَالٍ لَابْتَغَى وِادِيًا ثَالِثًا وَلاَ يَمْلَاُ جَوْفَ ابْنِ آدَمَ اِلَّا التُّرَابُ.) وَكُنَّا نَقْرَاُ سُورَةً كُنَّا نُشَبِّهُهَا بِاِحْدَى الْمُسَبِّحَاتِ فََاَنْسَيْتُهَا غَيْرَ اَنِّي حَفِظْتُ مِنْهَا (يَا اَيُّهَا الَّذِينَ آمَنُوا لِمَ تَقُولُونَ مَا لاَ تَفْعَلُونَ فَتُكْتَبُ شَهَادَةٌ فِي اَعْنَاقِكُمْ فَتَُسْاَلُونَ عَنْهَا يَوْمَ الْقِيَامَةِ)

Əbu Musa Əş`əri Bəsrə qarilərindən 300 nəfərin hüzu‌run‌‌da dedi: Biz Qur`anda miqdar və möhkəmlik baxımından «Bə‌‌ra‌‌ət» surəsinə təşbih etdiyimiz bir surəni oxuyurduq. Mən onun hamısını unutmuşam, yalnız burası yadımdadır: "Əgər Adəm övladının iki vadi qədərində malı olsa, şübhəsiz, üçün‌‌cü vadini tələb edər. Adəm övladının batinini torpaq‌dan başqa heç nə doldurmaz." Həmçinin, Qur`anda müsəbbihat (səb‌‌bəhə sözü ilə başlayan) surələrindən birinə təşbih etdi‌yi‌‌miz bir surəni oxuyurduq. Mən aşağıdakı ayədən başqa onun hamısını unutmuşam: "Ey iman gətirənlər! Nə üçün əməl etmədiyiniz şeyləri deyirsiniz ki, o, şəhadət olaraq si‌zin əməl dəftərlərinizə yazılar və Qiyamət günü onun barə‌sin‌də sorğu-suala tutularsınız."[3]

Bəli, xüləfa məktəbinin sihah kitablarında qeyd olunan bu cür rəvayətlərin varlığı ilə belə, Əhli-beyt ¢ məktə‌bi‌‌nin ardıcıllarından heç bir kəs xüləfa məktəbinin ardı‌cıl‌‌larını müttəhim edərək «sizin məktəbin inancına görə Qur`‌anda azaldılma mövcuddur», yaxud «siz öz yanınızdan Qur`‌ana müəyyən surələri və cümlələri artırmısınız» - deyə müt‌tə‌‌him etməmişdir. Lakin bunun əksi baş vermişdir: Bu söz‌lə‌‌rin oxşarı Əhli-beyt məktəbi ardıcıllarının bə`zi hədis ki‌tab‌‌larında gəldiyindən, xüləfa məktəbinin yazıçılarından bir qismi Əhli-beyt məktəbi ardıcıllarına qarşı geniş əks-təbliğata başlayaraq demişlər: «Onlar Qur`anın azal‌dıl‌ma‌‌sına inanır və öz yanlarından ona müəyyən ibarələr və cüm‌‌lələr artırırlar». Onların bu müddəaya dəlil-sübutları da, bə`zi hədis kitablarında gələn (nadir) rəvayətlərdən iba‌rət‌‌dir. Halbuki, Əhli-beyt məktəbinin ardıcılları Allahın Kitabından başqa heç bir kitabın yüz faiz düzgün olmasına il‌ti‌zamlı deyildirlər, lakin xüləfa məktəbinin ardıcılları öz‌lə‌rinin «Səhihi-Buxari» və «Səhihi-Müslüm»də gələn hədis‌lə‌rin hamısına – heç bir istisna olmadan – iltizamlı bi‌lir, bu hədislərdə mövcud olan müəmmalar barəsində isə «on‌la‌rın tilavəti nəsx olunmuşdur» – deyərək bu kimi işlərə bə‌ra‌ət qazandırırlar.[4]



[1] «Səhihi-Buxari», hüdud kitabı, 4-cü cild, səh.120 «Səhihi-Müslüm», 5-ci cild, səh.116; «Sünəni Əbu Davud», 2-ci cild, səh.229 «Sünəni-Termizi», 6-cı cild, səh.204; «Sünəni Ibni Macə», hüdud kitabı, hədis:2553 «Sünəni Darəmi», 2-ci cild, səh.179; «Müvəttə» Malik, 3-cü cild, səh.42

[2] «Səhihi-Müslüm», riza kitabı. 4-cü cild, səh.167, «Sünəni Əbu Davud», nikah kitabı, 1-ci cild, səh.279 «Sünəni Nəsai», 2-ci cild, səh.82 «Sünəni Ibni Macə», nikah kitabı, 1-ci cild, səh.626, hədis:1944 «Sünəni Darəmi», 1-ci cild, səh.157; «Müvəttə», Malik, riza kitabı, 2-ci cild, səh.118

[3] «Səhihi-Müslüm», zəkat kitabı, 3-cü cild, səh.100

[4] «Səhihi-Buxari», hüdud kitabı, rəcmül-hübla minəzzina babı, hədis:1; «Səhihi-Müslüm», hüdud kitabı, rəcmüs-səyyib fizzina babı, hədis:15.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İŞİD terror təşkilatının təsisçisi olan H. Klinton Məsciddə yıxılaraq ...
Hədis-3
Qaçqınlar: Bir məmurun ki, həyat yoldaşı erməni ola... -
ŞOK! Misirdə qadın paltarı geyinmiş sələfi terrorçu həbs edildi
IKi məKtəbin Peyğəmbəri ƏKrəm ¡-in hədisini rəvayət edənlər barəsindəKi ...
Nimei Şəbanda Tehran və Qəzvinin küçə və xiyabanları bəzədildi
Ərdoğan Suriya qaçqınlarını İstanbulda dilənçilərə çevirib
İnqilab Rəhbəri: Nano-texnologiyası insanların həyatında hiss olunmalıdır
Üçüncü аmil әmr bе mә᾽ruf
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına ...

 
user comment