Bütün bədbəxtliklərin açarı


دیدگاه تربیتی اهل بیت - روز پنجم - جمادی الاول 1437 - مسجد جامع بازار -  

Bir gün İmam Baqir (ə) Allah evini ziyarət etmək üçün Məscidul-harama daxil olur. Ziyarət edən və hərəmi təvaf edən zaman Qureyşin bir dəstəsi bir kənarda əyləşmişdi. Həzrəti (ə) görən kimi bir-birinə deyirlər: “Bu kimdir ki, bu cür ibadət edir?”. Bir nəfər onlara deyir: “O, Muhəmməd ibn Əlidir (ə), İraq xalqının İmamıdır”. Onlardan biri deyir: “Bir nəfəri onun yanına göndərin ki, ona sual versin”. Bir cavan könüllü olaraq İmamın (ə) yanına gedib deyir: “Ən böyük günah hansıdır?”. İmam (ə) buyurur: “Şərab içmək”.
Cavan qayıdır və bu cavabı onlara söyləyir. Dostları ona deyirlər ki, onun yanına qayıt və bu sualı ikinci dəfə ver. Cavan yenə İmamın (ə) yanına qayıdır və bu sualı təkrar edir.
İmam (ə) buyurur: “Məgər demədimmi ki, şərab içmək ən böyük günahdır. Şərab insanın ağlını və iradəsini zəiflədər, məhv edər. O zaman ki, ağıl məhv olur, insan bir çox əmələ düçar olar: zinaya, oğurluğa, insan öldürməyə, Allaha şərik qoşmağa... Xülasə şərab içmək bütün bədbəxtliklərin və şərin açarıdır. Fəsadı hər günahdan daha böyükdür”.

سخنرانی های مرتبط
پربازدیدترین