Dünya möminin zindanı, kafirinsə behiştidir


خیر و شر - شب دوم - محرم 1437 - هئت سجادیه نازی آباد -  

Hədis 1: Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala yalnız rəhimli bəndələrinə rəhm edər.”
* * *
Hədis 2: Həzrət Məhəmməd (s) buyurur: “Qadının bərəkətli olmasının əlaməti budur ki, elçiliyi asan, mehriyyəsi isə yüngül olsun.”
* * *
Hədis 3: Həzrət Məhəmməd (s) buyurur: “Bu dünyada sizin üçün bir müsafirin azuqəsi qədər olan mal kifayətdir.”
* * *
Hədis 4: Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala behişti nə dediyinə və onun haqqında nə deyildiyinə əhəmiyyət verməyən pis danışıqlı adamlara haram etmişdir.”
* * *
Hədis 5: Həzrət Məhəmməd (s) buyurur: “Sizin ən yaxşınız dünyaya daha rəğbətsiz, axirətə isə daha rəğbətli olanınızdır.”
* * *
Hədis 6: Həzrət Məhəmməd (s) buyurur: “Qardaşın (öz din) qardaşına olan gizli duası rədd ediləsi deyil.”
* * *
Hədis 7: Həzrət Məhəmməd (s) buyurur: “Dünya möminin zindanı, kafirinsə behiştidir.”
* * *
Hədis 8: Həzrət Məhəmməd (s) buyurur: “Allah o kəsə rəhmət etsin ki, sözlərindən artığını saxlayar, malının artığını isə sədəqə verər (paylayar).”
* * *
Hədis 9: Həzrət Məhəmməd (s) buyurur: “Alimin iki rəkət namazı, alim olmayan adamın yetmiş rəkət namazından üstündür.”
* * *
Hədis 10: Həzrət Məhəmməd (s) buyurur: “Allaha diqqətlə qılınan iki rəkət namaz, Allahdan qəflətdə qılınan min rəkət namazdan üstündür.”

سخنرانی های مرتبط
پربازدیدترین
سخنرانی استاد انصاریان سخنرانی مکتوب استاد انصاریان سخنرانی ها سخنرانی تهران هیئت سجادیه نازی آباد دهه سوم محرم 94 سخنرانی دوم