Azəri
Friday 26th of April 2024
0
نفر 0

Fürsətlərdən istifadə edək ki, İlahi əzab gəldikdə möhlət verilməyəcəkdir

Fürsətlərdən istifadə edək ki, İlahi əzab gəldikdə möhlət verilməyəcəkdir

“Ey Rəbbimiz! (vəd verdiyin şeyi öz gözümüzlə və qulaqlarımızla) gördük və eşitdik, belə isə bizi geri qaytar ki, yaxşı işlər görək”. (“Səcdə” 12).

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyi: Fürsətləri əldən verdikdən sonra Uca Allahdan necə möhlət istəyə bilərik? Bu barədə Qurani-Kərimdə buyurulur: “Ey Rəbbimiz, yaxın bir müddətədək bizi(m əzabımızı) təxirə sal ki, Sənin dəvətini qəbul edək və peyğəmbərlərinə tabe olaq”. (“İbrahim” 44).

Bu ayəyə nəzər salan zaman görürük ki, bizə ilk olaraq Qiyamət gününü xatırladır. Ancaq ayəyə diqqətlə baxanda görmək olur ki, dünyada olan İlahi əzabdan danışır. Çünki əzabı təxirə salmaq, Allahın dəvətini qəbul etmək və peyğəmbərlərin (ə) ardıcılı olmaq – dünyaya aid olan mövzudur, Qiyamətə deyil.

Qiyamət günü daha çox bəndələrin dünyaya geri qayıtmaq xahişi diqqətimizi cəlb edir. “Belə isə (buradan) çıxmaq üçün bir yol varmı?”. (“Ğafir” 11).

“Ey Rəbbimiz! (vəd verdiyin şeyi öz gözümüzlə və qulaqlarımızla) gördük və eşitdik, belə isə bizi geri qaytar ki, yaxşı işlər görək”. (“Səcdə” 12).

“Onlar orada dad-fəryad edərlər: «Ey Rəbbimiz, bizi (buradan) çıxart ki, (indiyədək) etdiklərimizdən fərqli olaraq yaxşı işlər görək»”. (“Fatir” 37).

Bu ayələrdən belə nəticəyə gəlmək olur:

1. Günahkarlar bu dünyadan peşman halda gedərlər və əldən verdikləri fürsəti geri qaytara bilməzlər.

2. Nicat yolu peyğəmbərlərin (ə) ardıcılı olmaqdadır.

Ona görə də hər kim Allahdan möhlət istəyərsə, gərək Allahın dəvətini qəbul edib, onun elçilərinin ardıcıllarından olsun. Ancaq o zaman dünya və axirətin bəlalarından xilas ola bilər və həqiqi nicata çatar.

 

 

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Tərəzidə aldatma!
TƏMƏTTÖ HƏCCININ YERINƏ YETIRILMƏ QAYDALARININ XÜLASƏSI
Ayətullah Behcətin həyatına qısa bir baxış
ALLAHIN RƏSULUNUN CANIŞINI
Yezidin təhrif olunmuş məsihiyyətə meyli
MӘSUMLАRIN TÖVSİYӘLӘRİ
Dilin günahı ilə necə mübarizə aparaq
Həcc və Qurbanlıq
MƏSUMLARIN NURLU KƏLAMLARINDAN
Riyakarın əlamətlərini bilirsinizmi?

 
user comment