Azəri
Wednesday 24th of April 2024
0
نفر 0

AİP səud rejiminin son cinayətlərini pisləyib

AİP səud rejiminin son cinayətlərini pisləyib

Azərbaycan Respublikası İslam Partiyası səud rejiminin müsəlman din alimlərindən və şiələrdən 37 nəfərin başını kəsmək üzrə vəhşicəsinə hərəkətlərini pisləyib və bu cinayəti İslam ilə düşmənçilik adlandırıb.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycan Respublikası İslam Partiyası bir bəyanat yayaraq, səud rejiminin son cinayətlərini pisləyib.

Bu bəyanatda səud rejiminin azadlıqsevər müsəlmanlara qarşı cinayətlərinin davam etməsinə işarə edən Azərbaycan Respublikası İslam Partiyası həmin rejimin müsəlman din alimlərindən və şiələrdən 37 nəfərin başını kəsmək üzrə vəhşicəsinə hərəkətlərini pisləyib və bu cinayəti İslam ilə düşmənçilik adlandırıb.

Bəyanatın bir hissəsində deyilir: Səud rejiminin Yəmən, Suriya və Tunis xalqlarına qarşı terrorçu qırğınları, məktəblər və xəstəxanaları bombalaması, uşaqları qətli-am etməsi, tənqidçi jurnalist Camal Qaşıqçı kimi şəxsləri doğraması və buna bənzər digər cinayətlər kimi bəşəriyyətə zidd cinayətləri qarşısında lazımi və layiqli beynəlxalq müqavimətin olmaması, bu cinayətlərin təkrar olunmasına imkan verir.

Azərbaycan Respublikası İslam Partiyası səud rejiminin Amerikadan və sionist rejimdən asılı olmasına toxunaraq, əlavə edib: Səud rejiminin cinayətlərinin sifarişli olması aşkardır və Amerikanın səud xanədanının hakimiyyətini qorumağı boynuna götürməsi gələcəkdə bir çox başların kəsilməsi ilə nəticələnə bilər.

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Nyu-York Müsəlmanlarının qəzəbi səngimir: D. Trampın çıxışından sonra İmam ...
ALDATMAQDAN UZAQ OLMAQ
Azərbaycanda “masonluq” və onun başçısı – Araşdırma
Məğriblə işa namazı arasında qılınan bu namaz bütün hacətlərin yerinə ...
10 HƏDIS (21)
Bakı rejimi AİP lideri M. Səmədovu 20 günə yaxın karserdə saxlayıb
Əxlaq hədisləri
Cəmərəyə dаş аtmаq
Əxlaqını gözəl et ki, hesab-kitabın asanlaşsın
Əsasən müsəlman məhbusların olduğu Quantanamonun rəhbəri işdən azad edildi

 
user comment