Azəri
Wednesday 24th of April 2024
0
نفر 0

Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir dəfə belə İmam camaat olmadı?

Siz deyirsiniz Peyğəmbərdən sonra Əli (ə) haqq olaraq İmamdır, bəs nə üçün Peyğəmbərin (s) xəstə olduğu müddətdə bir dəfə olsun belə İmam Əli (ə) İmam camaat durmadı?! Bu kiçik İmamət böyük İmamətə dəlalət edirdi
Qısa cavab

            Birinci: Heç bir möhkəm dəlil yoxdur isbat etsin, Qədir xumdan və Peyğəmbərin xəstələnməsindən sonra Əbu Bəkir o həzrətin göstərişiylə imam camaat dursun.

İkinsi: İmamətin şərait və xüsusiyyətlərinə nəzər saldıqda ki, ibarətdirlər: Elm, ismət və hər cür günahın elm və əməldə olmaması, camaat üçün pişnamaz

Durmaq İmamətin əsl və əsas şəraitlərindən deyildir. İmam camaat durmamaq İmamət məqamına heç bir nöqsan yetirmir.

Bundan əlavə, tarix sabit edir İmam Əli (ə) başqalarından daha çox imam camaat olmuşdur.

Ətreaflı cavab

Sualın cavabından əlavə bir neçə nöqtəyə diqqət etmək lazımdır:

İmamətin mənası

İmamət lüğətdə rəhbər mənasındadır və hər kəs bir dəstənin rəhbərliyini öhdəsinə götürsə ona (İmam) deyildir, istər haqq olsun istərsə də batil.[1]

Etiqad elmi terminində, İmamət ibarətdir: İslam cəmiyyətinin rəhbərliyi dünya və dini cəhətdən.[2] Yəni İmamət, Peyğəmbərlik kimidir və bu vəzifənin sahibi Peyğəmbərin vəzifəsini davam edir və yalnız bu fərq aralarında vardır ki, Peyğəmbərə vəhy nazil olur və insanlara çatdırır lakin İmam bi şəraitə malik deyildir.

İmamətin şəraiti:

Şiə ədiqəsinə əsasən İmamətin şəraitləri ibarətdir: Elm, məsum (hər növ günah və səhvdən pak olmaq).

Bunun üçündə, bu cür şəxsi yalnız vəhy vasitəsiylə mümkündür.

İmam Əli (ə)- ın İmamət və vilayəti

Bir çox ayə və rəvayət vardır ki, İmam Əli (ə)- ın İmamət və vilayətini isbat edir; xülasə olaraq onlardan bir neçəsinə işarə olunur:

  1. Ayədə buyurur:

«انما ولیکم الله و رسوله و الذین آمنوا الذین یقیمون الصلوة و یؤتون الزکؤة و هم راکعون»[3]

Həqiqətən sizin vəliniz Allah Peyğəmbər və iman gətirən şəxslərdir, o şəxslər ki, namaz qılar və ruku halında zəkat verirlər. Şiə və sünnü alimlərinin bir çox nəql etdiyi rəvayətlərə diqqət etdikdə, bu ayənin həzrət Əli (ə)- ın məqamında nazil olub o həzrətin vilayətini sabit etdiyini görürük.[4]

Xüsusiylə də ayədə "vəli" sözünün olması ki, dost mənasını bildirmir; çünki dostluq bütün insanlara aiddir. Nəin ki, yalnız ruku halında sədəqə verənlərə.

  1. Ayədə buyurur:

«انما یرید الله لیذهب عنکم الرجس اهل البیت و یطهرکم تطهیراً»[5]

Həzrət Əli (ə) və on bir övldının məsum olmasına dəlalət edir.

Bu ayədə Allah Taala buyurur: Həqiqətən Allah istəmişdir çirkinlikləri siz Əhli- beytdən uzaqlaşdırıb sizi pak etsin."

Şiə və sünnü alimləri vasitəsiylə çoxlu rəvayətlər nəql olunmuşdur ki, bu ayənin Peyğəmbər (s) və o həzrətin Əhli- beyti haqqında nazil olduğunu bildirir.[6] Hər bir məntiqli insan qəbul edir cəmiyyətin hakimiyyət və rəhbərliyi, düzgün və səlahiyyətli insanın ixtiyarında olmalıdır. Odur ki, ağıl qəbul etmir, məsum olan bir cəmiyyətdə, hakimiyyət digərlərin öhdəsinə verilsin.

  1. Peyğəmbər " و انذر عشیرتک الاقربین" ayəsi nazil olduqdan sonra Əlinin (ə) haqqında buyurur:

«هذا اخی و وصیی و خلیفتی فیکم فاسمعوا له و اطیعوا»

Sizin aranızda bu Əli (ə) mənim qardaşım, vəsim və canişinimdir. Onun dediklərinə qulaq asın və ondan itaət edin.[7]

  1. Peyğəmbər (s) başqa bir yerdə səhabələrindən bir neçəsinə Əli (ə) haqqında buyurur:

«ان علیا منی و انا منه، و هو ولی کل مؤمن بعدی»

Əli məndən və mən ondanam, məndən sonra bütün möminlərin rəhbəri və ixtiyar sahibidir.[8]

  1. Salman, Əbuzər və Miqdad nəql edielər: Peyğəmbərdən eşitdik buyurdu: "Əli (ə) haqq ilə və haqq da Əliylədir (ə)."[9]
  2. Allahın Rəsulu (s) Əli (ə)- a buyurmuşdur: "Haqq səninlə və sənin dilindədir; haqq sənin iki gözün arasındadır; iman sənin can və qanınla qarışmışdır, o cür ki, mənim canım və qanımla qarışmışdır".[10]
  3. İbni Abbas deyir: Peyğəmbərdən (s) eşitdim buyurdu: "Mən Əli, Həsən, Hüseyn və doqquz nəfər Hüseynin övladlarından pak və məsumuq."[11]

Bəs bu ayə və rəvayətlərə əsasən, həzrət Əli (ə) bu şəraitlərə malik olmuş və o həzrətin haqq olması sabit olur.[12]

Lakin sizin sualınız haqqında, nə üçün Peyğəmbərin (s) xəstə olduğu bir vaxtda İmam Əli (ə) camaat qarşısında pişnamaz durmadı, cavabında deyirik:

Birinci: Heç bir dəlil yoxdur Peyğəmbərin zamanında İmam camaat durmaq, İmamətin mərtəbələrindən hesab olsun.

İkinci: O yerlərdə ki, Həzrət Əli (ə) Peyğəmbərin əvəzində İmam camaat durmuşdur, başqalarından daha çoxdur.[13] Misal üçün: Peyğəmbər  (s) təbuk döyüşü üçün Mədinədən çıxdığı zaman Əlini (ə) öz yerində qoydu ki, camaat namazı və digər məsələləri Peyğəmbərin olmadığı bir müddətdə iarə etsin. Bu münasibət üçün Peyğəmbər (s) Əli (ə)- a buyurubdur:

«انت منی بمنزلة هارون من موسی الا انه لا نبی بعدی»

Sənin mənə nisbət məqamın, Harunun Musaya nisbət olan məqamı kimidir, lakin məndən sonra Peyğəmbər gəlməyəcək.[14]

Üçüncü: İmam camaat olmaq, digər insanlardan fəzilətli olmağa dəlalət etmir" çünki Səd ibni İbadə, Zeyd ibni Harisə, Osman və digərləri Peyğəmbərin (s) əvəzində imam camaat dururdular.[15] Bir halda ki, heç bir kəs onların xilafət və vilayəti üçün fəzilət qail olmamışdır.

Nəticə alırıq kiçik imamətin (pişnamaz) böyük İmamətlə (İmam) heç bir rabitəsi yoxdur; xilafət və vilayət məqamı üçün heç bir fəzilət daşımır nəinki onu isbat və yaxud inkar etsin.

Bunlarsan əlavə heç bir möhkəm dəlil yoxdur ki, qədir xum və Peyğəmbərin xəstə olduğu müddətdə Əbu Bəkr o həzrətin göstərişiylə imam camaat olmasını isbat etmir.

Bəlkə Əbu Bəkrin (Peyğəmbərin xəstə olduğu müddətdə) məsciddə Peyğəmbərin əvəzində namaz qılması Ayişənin nəqşəsiydi ki, Peyğəmbər bundan xəbəri olduğu zaman xəstə halda məscidə gedib Əbu Bəkri kənarlaşdırdı və camaat namazını qıldı.[16]

 


[1] - Misbah Yəzdi, Məhəmməd Təqi, Amuzeşe əqaid, səh 298.

[2] - Həmin.

[3] - Maidə surəsi, ayə 55

[4] - Nurus- səqəleyn, təfsiri, cild 1, səh 643; Minhacul- bəraət, cild 2, səh 350. Əlavə məlumat üçün "Əhqaqul- həqq" cild 2, "Əlqədir" cild 2. "Əl- muraciat" kitablarına müraciət edin. Nümunə təfsiri, cild 4, səh 426.

[5] - Əhzab surəsi, ayə 33.

[6] - Səhih Müslim, Fəzailus- səhabə kitabı, bab 9, Məcməul- zəvahid, Heysəmi, cild 9, səh 203.

[7] - Təhzibul- asar, İbni Cərir Təbəri, cild 3, səh 62.

[8] - Sunəne- Termizi, cild 5, səh 632, Sunəne Nisayi, cild 5, səh 132.

[9] - Biharul- ənvar, cild 38, səh 30.

«(إن علیاً مع الحق والحق معه...)»

[10] - Əl- qədir, cild 3, səh 534.

«(إن الحق معک والحق علی لسانک و فی قلبک و بین عینیک والایمان مخالط لحمک و دمک کما خالط لحمی و دمی)»

[11] - Yənabiul- Məvəddət, səh 534.

«(عن ابن عباس قالب سمعت رسول الله (ص) یقول: انا و علی و الحسن و الحسین و تسعة من ولد الحسین مطهرون معصومون)»

[12] - Əlbəttə qeyd olunan ayələrin dəlaləti üçün geniş bəhsə ehtiyacı vardır lakin bu məqalədə ona macal yoxdur.

[13] - Biharul- ənvar, cild 22, səh 294.

[14] - Əl- sirətul- mənəviyyə, İbni Hişam, səh 519- 520.

[15] - Həmin.

«و من قدمهم للصلاة فأمير المؤمنين كان يصلي بالمدينة أيام تبوك و في غزوة الطائف و فدك و سعد بن عبادة على المدينة في الأبواء و ودان و سعد بن معاذ في بواط و زيد بن حارثة في صفوان و بني المصطلق إلى تمام سبع مرات و أبا سلمة المخزومي في ذي العشيرة و أبا لبابة في بدر القتال و بني قينقاع و السويق و عثمان في بني غطفان و ذي أمر و ذات الرقاع و ابن أم مكتوم في قرقرة الكدر و بني سليم و أحد و حمراء الأسد و بني النضير و الخندق و بني قريظة و بني لحيان و ذي قرد و حجة الوداع و الأكيدر و سباع بن عرفطة في الحديبية و دومة الجندل و أبا ذر في حنين و عمرة القضاء و ابن رواحة في بدر الموعد و محمد بن مسلمة ثلاث مرات و قد قدم عبد الرحمن بن عوف و معاذ بن جبل و أبا عبيدة و عائشة بن محصن و مرثد الغنوي. عماله ولى عمرو بن حزم الأنصاري نجران و زياد بن أسيد حضرموت و خالد بن سعيد العاص صنعاء و أبا أمية المخزومي كندة و الصدق و أبا موسى الأشعري زبيد و زمعة عدن و الساحل و معاذ»

[16] - Rəsul Cəfəriyan, Sireyi Rəsuli Xoda səh, 676; ibni Əbil Hədid, şərhe Nəhcül- bəlağə, cild 9, səh 197.

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Həsən Müctəba (ə) (1)
ƏR-RUM ‏ SURƏSI
23-cü gecə -"Cohəni gecəsi"
ABNA 13 Rəcəbin Həzrət Əlinin (ə) viladətinin ildönümü günü və “Atalar ...
İSLAMDA VƏHDƏT VƏ BİRLİYİN RƏMZİ– ƏFV VƏ GÜZƏŞT (2)
Əgər insanların pis işlərinə görə Allah cəza verməkdə tələssəydi, hamı ...
Qədr gecələrinin müştərək əməlləri
Din və nigah
Qurani-kərimi oxumağın qaydaları
MƏSUMLARIN NURLU KƏLAMLARINDAN-2

 
user comment