Azəri
Thursday 25th of April 2024
0
نفر 0

Quran mətnində istifadədə “innə” ilə “ənnə”, “məvəddət” və məhəbbət”, “mulk” və “mələkut” arasında fərq nədir?

Quran kəlmələrinin istifədəsində “innə” ilə “ənnə”, “məvəddət” və məhəbbət”, “mulk” və “mələkut” arasında fərq nədir?
Qısa cavab
1.“İnnə” və “ənnə” hərflərinin arsındakı fərqlər bundan ibratədir ki, “innə”-dən (ilk hərfi kəsrə ilə başlayan) həmişə cümlə gəlir. Amma “ənnə” hərfi özündən sonrakı  cümləni məsdərə – sözün kökünə tərəf aparır və tək hala dəlalət edir.
2.Quran təfsirçiləri məvəddət və məhəbbət sözlərini ərəbcədən dostluğ mənasında tərcümə edirlər. Zahirdə, Quranın mətnində bu iki kəlmənin arasında məvhum  cəhətdən o qədər də fərq bilmirlər. Bu məna Quranda çox işlənmiş və De ki, mən sizdən  Əhli-Beytimə məhəbbətdən başqa bir şey istəmirəm” ayəsini nümunə göstərmək olar. Amma, dostluğun dərəcəsi cəhətdən demək olar ki məvəddət sözü adi dostluğun məna mərtəbəsindən çox yüksəkdir.
3.Quran istifadəsində mələkut sözü mülk sözü kimi hökumət və işlərin idarə olunması mənasında işlənir. Amma mələkut sözü mülk sözündən daha çox mübaliğəyə dəlalət edir. Ona görə ki ərəb kəlməsində vav və ta hərfi sözə məna cəhətdən mübaliğə əlavə etməkdən ötrü qoşulur. Həmçinin, bu söz əmrdə və işlərin idarəsində xüsusi nəzm mənasında da işlənir.
 
Ətreaflı cavab
İnnə (yəni, həqiqətən) və ənnə hərfləri cümlədə, hər ikisi mətləbin təkidi üçün işlənir.[1] Məslən, “Həqiqətən, Allah hər şeyə qadirdir.”[2]  Həqiqətən, Allahın hər şeyə qadir olmasını bilmirsənmi?! “[3]
İnnə” və “ənnə” hərflərinin arsındakı fərqlərin ən məhşuru  bundan ibratədir ki, “innə”-dən (ilk hərfi kəsrə ilə başlayan) həmişə cümlə gəlir. Amma “ənnə” hərfi özündən sonrakə cümləni məsdərə – sözün kökünə tərəf aparır və tək hala dəlalət edir.[4]  Məsələn, bu  ayədə oxuyuruq: Məgər, həqiqətən, Allahın hər şeyə qadir olmasını bilmirsənmi?! “  Bu ayədə, ənnə öz isim və xəbəri ilə cümləni məsdər və tək hal mənasına aparır. Əslində, ənnədən sonrakı cümlə tək halda məsdər (kök) mənasında olbub, “bilmirsən” feli üçün məful bi (yəni,təsir qəbul edən)  rolunu oynayır. [5]
2.Məvəddət kəlməsi ərəbcədən. Əslində “vədəd, (vidəd, vüdəd)[6] yəni, məhəbbət və sevmək mənasında olub, bir şeiyn çox istənilməsi və ona qarşı olan məhəbbət mənasını verir. Həmçinin, hər iki məna bu kəlmədə cəm olur.[7]
Məhəbbət sözü də ərəbcədən, hübb kökündən olub bir şeiyn sevilməsi və ona qarşı olan meyl mənasındadır.[8]
Quran təfsirçiləri məvəddət və məhəbbət sözlərini ərəbcədən dostluğ mənasında tərcümə edirlər. Zahirdə, Quranın mətnində bu iki kəlmənin arasında məvhum və cəhətdən o qədər də fərq bilmirlər.[9] Bu məna Quranda çox işlənmiş və De ki, mən sizdə Əhli-Beytimə məhəbbətdən başqa bir şey istəmirəm” ayəsini nümunə göstərmək olar.[10] Amma, rəvayətlərdə gəldiyinə əsasən, dostluğun dərəcəsi cəhətdən demək olar ki, məvəddət sözü adi dostluğun məna mərtəbəsindən çox yüksəkdir. Bu haqda bir neçə rəvayəti nəzərdən keçirmək olar:
A) Məvəddət; məhəbbətin və dostluğun izar olunması təkidinə görə çox vaxt istifadə olunur.[11]
B) Məvəddət ədavət və düşməçilyin ziddidir amma, məhəbbətin ziddi qəzəbdir. Təbii ki, ədavət və düşmənçilik qəzəbdən yüksək mənada olan bir haldır. Nəticədə məvəddət məhəbbətdən yüsək dərəcədədir.[12]
3.Mülk sözü ərəbcədən, Quranda hökumət və işlərin idarə olunması mənasındadır.[13] Məslən ayədə oxuyuruq: “Göylərin və yerin hökmü Allaha məxsusdur.”[14]
Quran istifadəsində, a) mələkut sözü mülk sözü kimi hökumət və işlərin idarə olunması mənasında işlənir. Amma mələkut sözü mülk sözündən daha çox mübaliğəyə dəlalət edir. Ona görə ki, ərəb kəlməsində vav və ta hərfi sözə məna cəhətdən mübaliğə əlavə etməkdən ötrü qoşulur.[15] Beləliklə, mələkut sözünün mənası, çox böyük  mülk, izzət və səltənət deməkdir.[16]
B) Mələkut sözü mülk sözündəndir. Məsələn, oxuyuruq: “İrak mülkü onun üçündür.”[17] Nümunə üçün qeyd edə bilərik  ki, biz bir  zavoda baxış keçirdikdə ayıdn şəkildə görürük ki, bu zavodun binasında və işçiləri arasında tamamlilə nəzm və intizam hökm sürür. Yer və göylərdə də həmin nizam var.[18] Quran ayəsində oxuyuruq: Beləcə, İbrahimə göylərin və yerin mülkünü (səltənətini, orada qəribəlikləri və gözəllikləri, onların Allah qüdrəti ilə yaradılmasını) göstərdik[19]
Amma, irfan aləmində mələkut aləmini varlıq aləmindən yüksək bir aləmə aid edirlər ki, o da mülk aləmindən üstündür.[20]
 

[1]Farsi, Seyyid Əli Əkbər, Qamus-Quran, c.1; səh.129; Darul-kutubul islamiyyə, Tehran, altıncı çap, 1371 günəş ili; İbni Mənzur, Mühəmməd ibn Mükrəm, Lüsanul-ərəb, c.13;səh.33; Dar sadir, Beyrut, üçüncü çap; 1414 h.q;
[2] Bəqərə surəsi 20
[3] Bəqərə surəsi 106
[4] Qamus Quran, c.1; səh.129; Lisanul-ərəb, c.12;
[5] Duas-Həmidan- Qasim, Erabul-Quran Kərim, c.1; səh.47;Darul-Münir və Darul-Farabi, Dəməşq, birici çap, 1425 h.q
[6] Bu kəlmənin birləşmə forması vəddə kimi oxunur.
[7] Xosrəvi Hüseyni seyyid Ğulam Rza, tərcümə və təhqiq  Əlfaz Quran adlı Quran kəlmələrinin şərhi, Mürtəzəvi nəşryyatı, Tehran, ikinci çap, 1375 şəmsi ili; Qamus Quran, c.7; səh.192;
[8] Mehyar Rza, Fərhəng əbcəd ərəbi-farsı, səh.788; bi ca və bi ta; Qamus Quran, c.2; səh.93
[9] Мəkarim Şirazi, Nasir. Təfsir Nümunə, c.9; səh.211, Darul-kutubul-islamiyyə, Tehran. Birinci çap, 1374 şəmsi ili
[10] Шура сурəsi 23
[11] Мəsələn hədisdə var ki “xoş əxlaqlı olmaq məhəbbəti irs qoyur və məvəddəti möhkəmlədir.” (Təmimi Amədi, Əbdül-Vahid ibn Mühəmməd, Ğürərül-hikəm, səh.255; Dəftər təbliğat İslami nəşriyyatı, Qum, 1366,Qum, şəmsi) Digər hədisdə oxuyruq: “Hər zaman bir nəfəri sevdinsə bu haqda ona xəbər ver ki. bununla da, onula sənin aranda məvəddət möhkəm olsun.” (Kuleyni, Məhəmməd ibn Yəqub, c.2; səh.644; Darul-kutubul-islamiyyə, Tehran, 1365 şəmsi ili)
[12] Мəslən “ Məvəddətin ziddi düşmənçilikdir. Məhəbbətin ziddi qəzəbdir.” (Əl-Kafi, c.1, səh.22)
[13]  Гамус Гуран, c.6; səh.273
[14] Али Имран сурəsi 189
[15] Tureyhi, Fəxrəddin, Məcməul-Bəhreyn, təhqiq; Hüseyni, Seyyid Əhməd,c.5; səh.290; Mürtəzəfi adına kitab satışı mərkəzi, Tehran, üçüncü çap, 1375-ci şəmsi ili.
[16] Fərhəng Əbcədi Ərəbi-Farsı, səh.862
[17] Lisanul-Ərəb,c.10; səh.492
[18]  Qamus Quran, c.6, səh.275
[19] Ənam surəsi 75
[20] Müraciət olunsun: mövzu: əflak və göylər, sual-8269 (sayt:9151)
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Tərəzidə aldatma!
TƏMƏTTÖ HƏCCININ YERINƏ YETIRILMƏ QAYDALARININ XÜLASƏSI
Ayətullah Behcətin həyatına qısa bir baxış
ALLAHIN RƏSULUNUN CANIŞINI
Yezidin təhrif olunmuş məsihiyyətə meyli
MӘSUMLАRIN TÖVSİYӘLӘRİ
Dilin günahı ilə necə mübarizə aparaq
Həcc və Qurbanlıq
MƏSUMLARIN NURLU KƏLAMLARINDAN
Riyakarın əlamətlərini bilirsinizmi?

 
user comment