Azəri
Wednesday 12th of May 2021
99
0
نفر 0
0% این مطلب را پسندیده اند

Allah təalanın məkrinin mənası nədir?

Al- İmran surəsinin 94- cü ailəsində buyurulur:” Yəhudilər Allaha hiylə etdilər Allah da onlaarın bu hiylələri qarşısında hiylə etdi və Allah hamıdan daha artıq hiylə edəndir.” Məgər bu ayədə Allah təala öz məkrindən fəxrlə danışmırmı? Məgər məkr bəyənilməyən sifətlərdən deyilmi?
Qısa cavab

Ərəb lüğətində “məkr” kimisə məqsədindən yayındırmaqdır. (istər məqsədi pis yaxud yaxşı olsun). Bu mənaya əsasən məkr hər yerdə pis deyil.

Bu mənanın Allaha aid edilməsi  ziyanverici planların məhv edilməsi mənasındadır. Bu fasidlər barəsində işlədildikdə isə islah proqramlarının önünü kəsmək mənasında işlədilir. Bu ayənin məqsədi  “Məsihin” düşmənlərinin şeytani planlarla bu İlahi dəvətin qarşısını almaq istəmələridir. Amma Allah təala öz peyğəmbərinin canını qorumaq və dininin inkişafı üçün  tədbir görür və onların planlarını ürəklərində qoyur.

Ətreaflı cavab

Bu ayənin mənasını başa düşmək üçün “İlahı məkr” dedikdə nəyin nəzərdə tutulduğunu bilmək lazımdır.

“Məkr” Ərəb lüğətində bugünki Azərbaycan dili lüğətində olduğu mənadan çox fərqlidir. Çünki bugnki azərbaycan dilində “məkr” şeytani və pis planlarda işlədilir. Amma ərəb lüğətində  isə hər iki növ planlara aid edilir. Rağib İsfəhaninin “Mofrədat” kitabında oxuyuruq: “Məkr hər hansı bir şəxsi məqsədindən yayındırmaqdır”[1] (istər yaxşı məqsədli işlərdə istərsə də pis).

Buna əsasən “məkr” Quranda şeytani və ziyanverici planlar barəsində işlədilmişdir ki, bugünki azərbaycan dilində işlədilən mənanı daşımır və həmçinin yaxşı planlarda da işlədilən mənanı kəsb etmir. Buna görə Qurani Kərimdə bəzən “ məkr” “xeyir” sözü ilə birlikdə işlədilmişdir. Məsələn: « وَ مَكَرُوا وَ مَكَرَ اللَّهُ وَ اللَّهُ خَيْرُ الْماكِرينَ» “Allah təala ən yaxşı tədbir edəndir”[2] və bəzən də “məkr” “pis” sözü ilə işlədilmişdir. Məsələn: « وَ لا يَحيقُ الْمَكْرُ السَّيِّئُ إِلاَّ بِأَهْلِه» “Onların pis plan və fikirləri yalnız onların başında çatlayacaqdır”[3]

Bu ayədə Allaha aid edilən “məkr” sözü onu nəzərdə tutmuşdur ki, “Məsihin” düşmənləri özlərinin şeytanı planları ilə İlahi dəvətin qarşısını almqğa çalışırdılar. Amma Allah təala peyğəmbərin canını qorumaq və dinini inkişaf etdirmək üçün tətbir tökərək, onların planlarını məhv etmişdir. [4]

Buna görə məkr həmişə və hər yerdə pis mənada deyildir. Bu söz Allah təala barəsində işlədildiyi zaman ziyanverici planları məhv etmək mənasında işlədilir. Bu söz fasidlər barəsində işlədildikdə isə islahedici proqramların qarşısını almaq mənasında işlədilir.[5]

 


[1] - Əl- mofrədatu fi əribil Quran, səh 772.

[2] - Al- İmaran, ayə 54.

[3] - Fatir, ayə 43.

[4] - Təfsire nümunə, cild 2, səh 566 və 567.

[5] - Təfsire nümunə, cild 15, səh 498

99
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Ya Zəhra!
Fikri və əməli vasvasılıq
Həzrət Zeynəb (ə.s)
Tozlandırma, Quranın elmi möcüzəsi kimi
ZÜHURUN ZƏMİNƏ VƏ ƏLAMƏTLƏRİ
Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
İMAM BAQIR (Ə) HAQQINDA QISA MƏLUMAT
Din və nigah
İlk insanın yaranması və təkamül hipotezi
Neysan suyunun xüsusiyyəti. Bahar yağışından qafil olmayın!

latest article

Ya Zəhra!
Fikri və əməli vasvasılıq
Həzrət Zeynəb (ə.s)
Tozlandırma, Quranın elmi möcüzəsi kimi
ZÜHURUN ZƏMİNƏ VƏ ƏLAMƏTLƏRİ
Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
İMAM BAQIR (Ə) HAQQINDA QISA MƏLUMAT
Din və nigah
İlk insanın yaranması və təkamül hipotezi
Neysan suyunun xüsusiyyəti. Bahar yağışından qafil olmayın!

 
user comment