Azəri
Friday 29th of March 2024
0
نفر 0

إِيَّاكَ نَعْبُدُ وَ إِيَّاكَ نَسْتَعينُ “İyyakə nə’budu və iyyakə nəstəin” ayəsinin təfsiri nədir?

“İyyakə nə’budu və iyyakə nəstəin” ayəsinin təfsirini qısa şəkildə bəyan edin.
Qısa cavab

Ayənin tərcüməsi: “(Pərvərdigara!) Yalnız Sənə pərəstiş edir və yalnız Səndən kömək istəyirik.”[1]

Allaha ibadət etmək bəndənin Onun qarşısında “məmluk” (Onun mülkiyyəti) olmasını,[2] Ondan kömək və yardım istəməsini göstərir.[3] “Nəstəin” kəlməsinin kökü olan “ovn” mütləq şəkildə nüsrət və kömək etmək mənasındadır.[4]

“Həmd” surəsinin ilk ayələri Allahın zat və sifətində tövhidi bəyan edir, إِيَّاكَ نَعْبُدُ وَ إِيَّاكَ نَسْتَعينُ “İyyakə nə’budu və iyyakə nəstəin” ayəsi isə fellərdə və ibadətdə tövhidi çatdırır. İbadətdə tövhid budur ki, Allahın müqəddəs zatından başqa heç kəsi və heç nəyi pərəstişə və ibadətə layiq bilməyək, yalnız Onun fərmanına itaət edək, Onun zatından başqasının müqabilində bəndəlik və təslimdən uzaq olaq. Fellərdə tövhid budur ki, bütün varlıq aləmində həqiqi mənada təsir edənin yalnız Allah olduğunu bilək. Nəinki səbəblərin ardınca getməyək, əksinə inanaq ki, təsir edən hər bir səbəb yalnız Allahın fərmanı ilə təsir qoyur.[5] Bu təfəkkür və etiqad insanı Allahdan qeyri hər bir şeydən və kəsdən ayıraraq yalnız Allaha doğru yönəldir.[6]

İmam Riza (əleyhis-salam) buyurur: “İyyakə nə’budu kəlməsi bəndənin Allah dərgahına yaxınlaşıb rəğbət bəsləməsinə, əməldə ixlas göstərməsinə səbəb olur, Ondan qeyrisinə yox. “İyyakə nəstəin” daha artıq ibadətə tövfiq tapmağı, verilən nemətlərin davamını və kömək Allahdan istəməkdir.”[7]

Bir neçə təfsir incəliyi[8]

1. Yalnız Allah pərəstişə layiqdir, kömək axtarmağa layiqli olan yeganə həqiqət də Allahdır.[9]

2. Əvvəlki ayələr insanın etiqadlarına aid idi, bu ayədə isə insanın əməli, yəni pərəstiş bəyan olunur. Buna diqqət yetirməklə iki nəticə almaq olar: 1. İnsanın düşüncə və təfəkkürləri onun əməl, rəftar və davranışının əsasıdır; 2. Allah-taalanın bütün varlıq aləminə rübubiyyəti – Rəbb olması, Rəhman və Rəhim olması, qiyamət günündə mütləq hakim və malik olması Onun pərəstişə layiq olmasının ən mühüm dəlilidir.[10]

3. Allahın hüzurunda özünü görməməzliyə vurmaq (heç hesab etmək) Ona ibadətin ədəb qaydalarından biridir. “Mən” kəlməsinin yerinə “biz” kəlməsindən istifadə edilməsi bəzən qarşı tərəfi əzəmətlə yad etmək üçündür, bəzən də xudbinlik və mənəmlik hislərindən uzaq olmaq üçün. Kəlamda mövcud olan şahidlər məqsədin nə olduğunu bəyan edir. Burada bəndəlik məqamına münasib olduğundan məqsəd xudbinlikdən və mənəmlikdən uzaq olmaqdır. Buna görə də “nə’budu” kəlməsi birinci şəxsin cəm formasında gəlmişdir.

4. İnsanın Allaha ibadəti və ibadətdə xalis niyyətdə olması yalnız ilahi köməklər sayəsində mümkündür. “Nəstəin” feli “Həmd” surəsindən əldə oluna bilən bütün vəzifələrdə kömək istəməyə şamildir, onlardan biri də yeganə Allaha pərəstiş lüzumudur ki, “yalnız Sənə ibadət edirik” cümləsindən məlum olur.

5. İnsan Allaha ibadətdə tam ixtiyar sahibi olmaqla eyni zamanda Onun yardımı və köməyi olmadan ibadət edə bilməz.[11] O, bütün işlərdə Allahın kömək və yardımına ehtiyaclıdır.

 


[1] “Fatihə” surəsi, ayə: 5

[2] Aşağıdakı görünüşlərə bax: “İbadətin yolları”, sual 8931 (sayt 9918); “İbadət Allah üçün, yoxsa özün üçün?”, sual 378 (sayt 389), “İbadətin dərəcələri və hüzuri-qəlb”, sual 14743 (sayt 14486).

[3] Bostani, Fuad Əfaram – Məhyar, Rza, “Əbcəd” lüğəti, səh. 60, “istianət” kəlməsi, “İslami” nəşriyyat, Tehran, 2-ci çap, 1375-ci şəmsi il

[4] Fərahidi, Xəlil ibni Əhməd, “Əl-eyn” kitabı, 2-ci cild, səh. 253, “Hicrət” nəşriyyatı, Qum, 2-ci çap, 1410-cu qəməri il; Cavadi Amuli, Əbdüllah, “Təsnim”, 1-ci cild, səh. 425, “İsra” nəşriyyatı, Qum,

[5] Aşağıdakı görünüşlərə bax: “Tövhidin mərtəbələri”, sual 1913 (sayt 3445); “Allah, Onun sübuti və səlbi sifətləri”, sual 2330 (sayt 2858)

[6] Məkarim Şirazi, “Təfsiri-nümunə”, 1-ci cild, səh. 42 və 43, "Darul-kutubil-islamiyyə", Tehran, birinci çap, 1374-cü şəmsi il

[7] Şeyx Səduq, Məhəmməd ibni Əli, “Mən la yəhzurhul-fəqih”, tədqiq və təshih: Ğəffari, Əli Əkbər, 1-ci cild, səh. 310, “İslami nəşriyyat”ın dəftərxanası, Qum, 2-ci çap, 1413-cü qəməri il.

[8] Haşimi, Əli Əkbər, “Təfsiri rahnəma”, 1-ci cild, “Həmd”, surəsinin 5-ci ayəsinin izahında, “Quran” mədəni-maarif mərkəzi, Qum (azacıq ixtisar dəyişikliklə)

[9] “İyyakə” məf’ulunun (tamamlıq), “nə’budu” və “nəstəin” fellərindən qabağa keçməsi həsrə dəlalət edir.

[10] “Həmd” surəsinin ilkin ayələrindən bəhs etdiyimiz ayəyə qədər diqqət yetirməklə.

[11] “İyyakə nəstəin”in mənasına diqqət yetirməklə.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İslamofobiya fenomeninin təhlili
SEKULYARİZM
SÜFYANININ XƏBƏRI
Rəbiüs-sani ayının 8-i İmam Həsən Əskərinin (ə) təvəllüd günüdür. ...
Mübahilə` duası
QÜREYŞİN PEYĞƏMBƏRƏ (S) QARŞI MÜCADİLƏ VƏ ÇƏKİŞMƏLƏRİ
“Xəlqi-aləm səbəbi Zəhrada (s.ə) imiş” şeri
İman
Əlidir! (Şeir)
Nəfsani xəstəlikləri müalicə etmək üçün, onları tanımaq lazımdır

 
user comment