Azəri
Thursday 1st of October 2020
  41
  0
  0

Onunla görüşən zaman ona mənim salamımı çatdır"

 Mən beləyəm ki, əgər Allah məni qoca görmək istəsə, qocalığı daha çox sevərəm...
Əsərlərin birində deyilir ki, Peyğəmbərin (s) böyük səhabələrindən biri olan Cabir bin Abdullah Ənsari ömrünün axır çağlarında zəifləyib əldən düşmüş idi. Həzrət Baqir (ə) ona baş çəkməyə gedir və əhvalını soruşur, Cabir deyir: “Elə bir haldayam ki, qocalığı cavanlıqdan, xəstəliyi sağlamlıqdan, ölümü həyatdan daha çox sevirəm!” 
İmam Baqir (ə) buyurur: “Mən beləyəm ki, əgər Allah məni qoca görmək istəsə, qocalığı daha çox sevərəm, əgər cavan görmək istəsə, cavanlığı daha çox sevərəm, əgər xəstə görmək istəsə, xəstəliyi, sağlam görmək istəsə, sağlamlığı daha çox sevərəm, əgər ölüm versə, ölümü, həyat bağışlasa, həyatı daha çox istəyərəm”. Elə ki, Cabir bu sözləri eşitdi, qalxıb o Həzrətin (ə) alnından öpdü və dedi: “Allahın Rəsulu (s) buyurmuşdu ki, mənim adımı daşıyan övladlarımdan birini görəcəksən. Onunla görüşən zaman ona mənim salamımı çatdır”
 İmam Bairi (ə) “əvvəlinci və axırıncı elmləri yaran” adlandırmışlar. Dediyimiz dərəcələrə diqqət yetirməklə məlum olur ki, Cabir səbir əhlinin dərəcəsində imiş və Həzrət Baqir (ə) isə riza mərtəbəsində.
  41
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

Xəvariclər Nəhrəvan döyüşündə haqq yoldan azmışdılarmı? Əli (ə) Müaviə fitnəsini ...
Fədəyin qəsb edilməsi həzrət Zəhranın (sa) evinin yandırılmasından sonra olmuşdur ya ...
İmam Hadi (ə) və İmam Əskərinin (ə) pak hərəmində yeni zərihin quraşdırılmasına ...
KƏRBƏLA FACİƏSİ VƏ ONUN TƏSİRLƏRİ (1)
FATIMƏ (S.Ə) ÜSTÜNDÜR
IMAM SӘCCAD ӘLEYHISSALAMIN ŞӘXSIYYӘTI
Səmavi ad
Məsumlardan (ə) gözəl kəlamlar
Alim və tələbə hər ikisi inkişaf və hidayətdə şərikdirlər
Həzrət məriyəmin uca məqama sahib olmasının illəti nədir?

 
user comment