Azəri
Thursday 28th of March 2024
0
نفر 0

Meymun olmaq o şəxsin cəzasıdır ki, ehtiyacına görə şənbə günü balıq tutubdur?

Bəqərə surəsinin 65- ci ayəsi buyurur: Mütləq bildiniz sizdən o camaat ki, şənbə günün ehtiramın gözləmədilər onlara məsx etdik və dedik meymun olun. Meymun olmaq o şəxsin cəzasıdır ki, ehtiyacına görə şənbə günü balıq tutubdur. Allah yanında şənbə günü aclıq çəkməyin və tənbəlliyin hörməti, o zaman ki, bu günkü kmi tətil günlərində dincəlmək vəsilələri olmayıb, fərağət günlərində qazancdan və bəhrələnməkdən daha çoxdur?
Qısa cavab

Əvvəl bunu bilmək lazımdır ki, bəni İsrailin məsxi təkcə buna görə olmayıb ki, ruzi qazanmaq üçün balıq tutublar; çünki bu iş günah olmamaqla yanaşı məsx kimi nəticələridə yoxdur. Bəlkə İslam məntiqində bu iş Allah yanında ibadətlər sırasındadır. İmam Sadiq (ə) buyurub: O kəs ki, ailəsinin ruzisi üçün işləyir, çalışır və zəhmət çəkir: Döyüş meydanında Allaha xatir cihad edən mücahid kimidir. Bu üzdən onların məsx olmalarının səbəbi balıq tutmaqdan başqa bir şey olubdur. O həmin şeydir ki, Allah ona işarə edib və buyurur: "Bu cür onları bir şeylə imtahan etdik ki, onun qarşısında itaətsizlik edirdilər".

Başqa bir şahid ki, bizim iddiamızı təsdiqləyir qeyd olunan ayələrdə o qövmün balıq tutmağından "utədu" (həddən təcavüz etdilər) təbir olunub.

"Yəədun" (həddən təcavüz etdilər) gətirilibdir və buda dəlalət edir ki, onların cəzalanması Allahın göstərişindən təcavüz edib və itaətsizlik günahına habelə imtahanlarda qəbul olmamalarına görə olubdur.

Şənbə günü işləməmək yəhudi qövmünün dəyişilməyən əsillərindən biri idi ki, bu gündə yəhudilər bu əslə etiqadlıdırlar. Bunun mənası tənbəllik mütləq şəkildə işdən əl çəkib istirahət etmək deyil. Bəlkə bunu nəzərə alaraq ki, insanlar həftə boyu (bir gün tətil günündən başqa) çox işləyirlər və ibadət, təmizlik, ailə işləri və.... kimi işlərlə az məşğul olurlar. Bu cəhətdən bəyənilibdir ki, həftədə bir tətil günü həftə boyu məşğul olmadıqları işlərlə məşğul olsunlar.

Buna əlavə olaraq ailə kənarında şadlıq ələ gətirsinlər ki, həftənin əvvəli müsbət enerfilə başlasınlar. Tətil günlərində (rəsmi) işləməmək tənbəllik mənasına deyil.

Ətreaflı cavab

Məsələnin aydın olması üçün bir neçə nöqtəni nəzərə çatdırmaq lazımdır:

Bir. Sual olan ayədən əlavə ki, "səbt" əshabı haqqında söhbət edir. Əraf surəsinin 163- cü ayəsində də Allah bu hadisəyə işarə edib buyurur: "Və onlardan o şəhərin (əhvalatı) barəsində ki, dəryanın sahilində idi soruş və (yada gətir) o vaxtı ki, onlar şənbə günündə təcavüz (Allahın qanunu qarşısında tüğyan) edirdilər. Həmin vaxt ki, balıqları şənbə günü (ki, onların tətil və istirahət günü idi) aşkar olurdular, amma şənbə günündən başqa günlər onların sorağına gəlmirdilər. Bu cür onları bir şeylə imtahan etdik ki, onun qarşısında itaətsizlik edirdilər.

İki. Bu cəhətdən ki, onlar şənbə günündə ov edirdilər və yaxud balıqları həbs edib şənbə ertəsi tuturdular, burada iki nəzər var.

Birinci: O balıqlar ki, şənbə günün özləri üçün əmin amanlıq günü bilirdilər o gündə çox yığılırdılar. Yəhudilər onları şənbə günü suda həbs edirdilər və şənbə ertəsi tuturdular.

İkinci: Onlar rəsmi olaraq şənbə günü ov edirdilər və onu halal sayırdılar.[1]

Üçüncü: Yəgud qövmü Allaha və onun rəsuluna xəyanət etdikləri üçün, dinlərində saleh olanları fasid etdilər, onlardan bir dəstəsi Allahın lənətinə düçar olub nəticədə iman tofiqi onlardan alındı. Onlardan bir azından başqa hamısı bu cür oldu. Allah onları bununla təhdid etdi ki, əgər təkəbbür etsələr və üzrsüz itaətsizlik etsələr çətinliyə düçar olacaqlar ki, ya lənətdir ya təməs yəni o əzab ki, onlardan heç bir əsər qoymur qalsın. Bu lənət və təməs ki, onların yaxasın tutub şübhəsiz onlardan əl çəkən deyil.[2]

Girişin bəyanından sonra sualın özünə başlayırıq:

Buna diqqət etməklə ki, sual bir sıra fərziyyələr üzərində qurulub ki, bu fərziyyələr doğru deyil. Bu cəhətdən onu doğru təhlil etməklə onların cavabına başlayırıq.

Onların meymun olmalarının səbəbi ehtiyaclı olduqları halda balıq tutmalarıdır?

Bu sərgüzəşt necə ki, İslam rəvayətlərində ona işarə olub bəni İsraildən bir dəstə ilə əlaqəlidir Dənizlərin (ehtimal olunur ki, qırmızı dəniz olub ki, Fələstin kənarındadır) sahilində "İlə" adında Limanda (ki, bu gün ilat limanı kimi tanınır) yaşayırmışlar. Allah tərəfindən imtahan olaraq onlara göstəriş verildi. O göstəriş bu idi ki, balıq ovunu o gündə tətil etsinlər amma onlar bu göstərişlə müxalifət etdilər və dəhşətli cəzaya düçar oldular.[3] Buna əsasən onların məsx olması təkcə ruzi qazanmaq üçün balıq tutmağa görə olmayıbdır; çünki, bu iş günah olmamaqla yanaşı məsx kimi nəticələridə yoxdur. Bəlkə İslam məntiqində bu iş Allahın ibadətləri sırasındadır. Bununla əlaqədar iki rəvayətin bəyanıyla kifayətlənirik:

  1. Əmirəl- möminin Əli (ə) buyurub: "Hər kəs öz ailəsi üçün bir dirhəmə ət ala həzrəti İsmailin övladlarından olan bir qulu azad edən şəxs kimidir.[4]
  2. İmam Sadiq (ə) buyurub: O kəs ki, ailəsinin ruzisi üçün işləyə, çalışa və zəhmət çəkə; döyüş meydanında Allaha xatir cihad edən mücahid kimidir.[5]

Bu cəhətdən şübhəsiz onların məsx olmasının səbəbi balıq tutmaqdan başqa bir şey olubdur. O həmin şeydir ki, Allah ona işarə edib buyurur: "Bu cür onları bir şeylə imtahan etdik ki, onun qarşısında itaətsizlik edibdirlər".[6]

Buna əsasən əlaqədar ayələr və rəvayətlərə diqqət etməklə ələ gəlir ki, bu məsələ: Həzrəti İsmailin atası həzrəti İbrahimin (ə)[7] vasitəsiylə zibhi hadisəsi və Talutun[8] qoşununa su içmək qadağan hadisəsi kimi ki, bunlar imtahan üçün olub, bu hadisədə yəhudilərdən bir dəstəsinin tamah və dünya pərəst qövm şeytandan və nəfsani istəklərdən tabeçilik etməklə Allahın göstərişlərindən boyun qaçırıb, nəticədə Allahın qəzəbinə düçar olub və meymun şəklində gəldilər. Başqa bir şahid ki, bizim iddiamızı təsdiqləyir. Qeyd olunan ayələrdə o qövmün balıq tutmağından "itədu" (həddən təcavüz etdilər)[9] təbir olunur. "Yəədun" (həddən təcavüz etdilər)[10] gətirilib və bu da dəlalət edir ki, onların cəzalanması Allahın göstərişindən təcavüz edib və itaətsizlik günahına habelə imtahanlarda qəbul olmamalarına görə olubdur.

Tətil günlərində işləməmək tənbəlik mənasınadır? Şənbə tətili Torat nəzərindən vacib, bəlkə yəhudi qövmünün şuarlarındandır. Başqa daha mühüm vaciblərdə gəlibdir, deyirlər: Allah şənbə günü dünyanın tikintisini sona çatdırıb istirahətə başladı. Bəni İsrail bu günkü gündə Misrdən çıxıb və Misirlilərdən qurtuldular. Belə bir gündə yəhudilər hər bir işdən əl çəkib öz şüarlarını bərpa etsinlər.[11] Buna əsasən şənbə günündə işləməmək yəhudi qövmünün sabit qanunlarından olub və bu gündə onlar bu qanuna inanırlar. Bunun mənası tənbəllik və mütləq şəkildə işdən əl çəkib istirahət etmək deyil. Bəlkə bunu nəzərə alaraq ki, insanlar həftə boyu (bir gün tətil günündən başqa) çox işləyirlər və ibadət, təmizlik, ailə işləri və... kimi işlərlə az məşğul olurlar. Bu cəhətdən bəyənilibdir ki, həftədə bir tətil günü həftə boyu məşğul olmadıqları işlərlə məşğul olsunlar. Buna əlavə olaraq ailə kənarında şadlıq əldə etsinlər ki, həftənin əvvəlini müsbət enerjilə başlasınlar. Tətil günlərində (rəsmi) işləməmək tənbəllik mənasına deyil.

Şübhəsiz dinin sağlam dincəlməklə ziddiyyəti yoxdur. Bəlkə bəzi yerlərdə dincəlməyə həvəsləndirir. Amma belə deyil ki, tətil günləri dincəlməyə məxsus olsun yəhudilərdə ki, şənbə onların tətili idi vəzifələri bu idi ki, işdən, qazancdan və balıq ovundan əl saxlayıb o günün ibadət mərasimlərinə məşğul olsunlar. Amma onlar bu göstərişi ayaq altına qoydular.[12]

Əlbəttə mümkündür bu barədə başqa bir sual ouna ki, bəni İsrail şənbə günündə bir başa ov etmirdilər. Bir halda ki, onlar şənbə gününün ovundan çəkindirilmişdirlər buna əsasən onlar bir günah etməmişdirlər nə üçün məsx oldular?

Şübhəsiz onlar Allahın bu qanununa və göstərişinə təcavüz etdilər. Balıqlar şənbə gününü özlərinə əmin amanlıq günü bilirdilər və o gündə çox yığışırdılar. Yəhudilər onları şənbə günü suda həbs edirdilər və şənbə ertəsi tuturdular (hilə şəri edirdilər). Bir halda ki, bu iş təcavüz idi çünki həbs etmək həmin ovlamaqdır. Bu iş bunun kimidir ki, balığı sudan çıxarıb öz hovuzunda atasan və ondan sonra tutasan.

Nöqtə: Diqqəti cəlb edən budur ki, Toratda kı bəni İsrailin bütün mənaqibi gəlib, bir çox hədislər kimi bu hədisdə ki, Quran ondan yad edib oratda zikr olmayıb. O hadisələr ki, həm Quranda həm də Toratda gəlib Quranın təbiriylə Toratın o hadisələrin bəyanında dedikləri arasında çox fərq var.[13]



[1] - Təbərsi, Fəzl ibn Həsən, Məcməul- bəyan fi təfsiril- Quran, bir dəstə tərcüməçi, cild 1, səh 204 və 205 Nasir Xosrov nəşriyyatı, Tehran, üçüncü çap 1372 hicri şəmsi.

[2] - Təba- təbai Seyyid, Məhəmməd Hüseyn, Əlmizan, Musəvi Həmədani, Seyyid Muhəmməd Baqir, cild 4, səh 584, dəftəre intişarate İslamiyi camee müdərrisin hozee elmiyyeye Qum, beşinci çap, 1374 hicri şəmsi.

[3] - Məkarim Şirazi, Nasir, Təfsir nümunə, cild 6, səh 418, Darul- kutubul İslamiyyə,Tehran, 1374 hicri şəmsi, birinci çap.

[4] - Məclisi, Məhəmməd Baqir, Bəharul- ənvar, cild 57, səh 32, Əlvəfa müəssisəsi, Beyrut- Livan, 1404 hicri qəməri.

[5] - Kuleyni, Kafi, cild 5, səh 88, Darul- kutubul- İslamiyyə, Tehran, 1365 hicri şəmsi.

[6] - Əraf surəsi, ayə 163.

[7] - Həmin ki, (İslami) iş görmək həddinə yetişdi (İbrahim) ona dedi: Oğlum yuxuda gördüm ki, səni zibh edirəm bu barədə nəzərin nədir? Dedi atacan nəyə əmr olunmusan yerinə yetir ki, tezliklə məni inşallah səbr edənlərdən tapacaqsan. Səffat surəsi, ayə 102.

[8] - O zaman ki, Talut qoşunuyla hərəkət edirdi Talut dedi Allah sizi bir çayla imtahan edəndir, bəs hər kəs o çaydan içsə məndən deyil və hər kəs ondan içməsə o məndəndir. Məgər o kəs ki, sudan bir ovuc içə, o çaydan hamı içdi bir az dəstədən başqa. Və zaman ki, Talut və iman gətirən şəxslər o çaydan keçdilər müxalifət edənlər dedilər bizim bu gün Calut və qoşunuyla döyüşməyə taqətimiz yoxdur. Bəqərə surəsi, ayə 249.

[9] - Bəqərə surəsi, ayə 65.

[10] - Əraf surəsi, ayə 163.

[11] - Taliqani, Seyyid Mahmud, Pərtuyi əz Quran, cild 1, səh 186, Naşir, şirkət səhamiyi intişarat, Tehran, 1362 hicri şəmsi, dördüncü çap.

[12] - Məkarim Şirazi, Nasir, Təfsir nümunə (az fərqlə) cild 6, səh 419.

[13] - Taliqani, Seyyid Mahmud, Pərtuyi, əz Quran, cild 1, səh 186.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Yasin surəsi-3
"Nəml" surəsi
"Nuh" surəsi
"Əhqaf" surəsi
"Kəhf" surəsi
Qurani-Kərimdə danışığın qaydası barədə
Hud" surəsi
Sair səma cisimlərində və kürələrdə canlı varlıqların olması barəsində ...
İSLAMI QƏBUL ETMƏK
"Haqqə" surəsi

 
user comment