Azəri
Tuesday 24th of May 2022
186
0
نفر 0

“Rəbbin və mələklər səf-səf gələrlər” ayəsində “səf”in mənası nədir?

“Fəcr” surəsinin 22-ci ayəsində deyilən و َجَاء رَبُّکَ وَالْمَلَکُ صَفّاً صَفّاً “Rəbbin və mələklər səf-səf gələrlər” ayəsində səf sözü nə məna daşıyır?

Qısa cavab

Bu kəlmə və ondan alınan başqa kəlmələrdən digər ayələrdə də istifadə olunmuşdur.[1] Səf kəlməsinin mənası əşyaların düz xətt üzərinə olmasıdır. İnsanların və ya ağacların səflərə düzülməsi kimi.[2] Ayədəki “səffən” kəlməsi sintaktik təhlil baxımından məlaikələr üçün haldır. Məna nəzərindən isə Quran təfsirçiləri çox ehtimallar vermişlər. Nümunə üçün aşağıdakıları qeyd edirik:

  1. Məqsəd budur ki, məlaikələr müxtəlif cərgələrdə gələcəklər və onların bu cür düzülüşü malik olduqları dərəcə və mərtəbələrinə əsasəndir.[3]
  2. Məqsəd hər bir asimanın mələklərinin tərtiblə nazil olmasıdır. Bunlar da tərtiblə və cərgələrə düzülmüş halda gələrlər, özü də cinləri və insanları əhatə edəcəklər.[4]
  3. Bəziləri də onu camaat namazındakı cərgələrə təşbeh etmişlər ki, məlaikələr əvvəlcə birinci, sonra ikinci və s. cərgələrin arxasınca hazır olurlar.[5]

Bu sualın ətraflı cavabı yoxdur.

 

[1] “Kəhf” surəsi, ayə: 48, “Taha ” surəsi, ayə: 64, “Həcc” surəsi, ayə 36 və sair.

[2] Rağib İsfahani, “Əl-mufrədat fi ğəribil-Quran”, səh. 486, “Darul-elm”, “Əd-darul-Şamiyyə”, Dəməşq- Beyrut, 1412-ci il

[3] Beyzavi, Əbdullah ibni Ömər, “Ənvarut-Tənzil və əsrarul-tə’vil”, 4-cü cild, səh. 311, “Daru ehyait-turasil-ərəbi”, Beyrut, 1418-ci il

[4] Zəməxşəri, Məhmud, “Əl-kəşşafu ən-həqaiqi ğəvamizil-Tənzil”, 4-cü səh. 751, “Darul-kitabil-ərəbi”, Beyrut

[5] Tusi, Məhəmməd ibni Həsən, “Ət-tibyan fi təfsiril-Quran”, 10-cu cild, səh. 347, “Daru ehyait-turasil-ərəbi”, Beyrut bi.ta

Ətreaflı cavab

Бу суалын изаһлы ҹавабы јохдур.

186
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:
لینک کوتاه

latest article

İmam Hüseyn (ə) qatili Aşura günündə məhv edildi
Bu gün həzrət İmam Zeynulabidinin (ə) milad günüdür, İmam Səccadın (ə) ...
Quranda valideynə hörmət haqqında
Göyləri və yeri misilsiz və nümunəsiz yaradandır. Onun zövcəsi olmaya-olmaya ...
Xəstə ziyarəti
MƏHDİ (Ə)-IN HƏYATININ VİLADƏTDƏN ATASININ ŞƏHADƏTİNƏ QƏDƏRKİ DÖVRÜ
"Adiyat" surəsi
Quranın neçə surəsi ilahi peyğəmbərlərin mübarək adı ilə ...
1-ci məktub
QAİB İMAMIN İNTİZARINDA

 
user comment