Azəri
Friday 19th of April 2024
0
نفر 0

Nisa surəsinin 11 ayəsinin sonunun olan “Siz ata və övladlarınızın hansı birisinin sizin üçün faydalı olduqlarını bilmirsiniz.” cümləsinin mənası nədir?

Nisa surəsinin 11- ci ayəsində buyurulur: «آباؤُکمْ وَ أَبْناؤُکمْ، لا تَدْرُونَ أَيُّهُمْ أَقْرَبُ لَکمْ نَفْعاً» “Sizin ata və övladlarınızın hansı birinin sizin üçün faydalı olduqlarını bilmirsiniz”. Zəhmət olmasa bu cümlənin mənasını izah edin.
Qısa cavab

Nisa surəsinin 11- ci ayəsində birinci təbəqədə olanların irsinin bölünməsi qaydası bəyan edildiyini nəzərə alsaq, təfsirçilər bu ayənin sonunun- sizin ata və övladlarınızın hansının sizin üçün faydalı olduğunu bilmirsiniz-  mənası barəsində ehtimallar bəyan etmişlər. Buna görə bu ayənin bu hissəsinin mənası aşağıdakılardan bir ola bilər:

1. Siz ata, ana və övladlarınızın hansı birinin sizin üçün faydalı  olduğunu bilmirsiniz ki, ləyaqətinə uyun olaraq ona irs verəsiniz. Lakin Allah- taala öz hikmətinə uyğun olaraq onların payını təyin etmişdir.

2. Siz onların hansı birinin sizin din və dünya səadəti üçün təsirli olduğunu bilmirsiniz. Lakin Allah- taala bilir və malı Öznün məsləhətinə uyğun olaraq onların arasında bölmüşdür.

3. Siz tərbiyəniz üçün ata və analarınızın səylərinin xeyrinin sizin üçün daha çox olduğunu yaxud sizin ata və analarınıza xidmətlərinizin daha xeyirli olduğunu bilmirsiniz.

4. Məqsəd budur: Allah qarşısında daha müti olan ata, ana və övladlar qiyamət günü onların dərəcəsi daha yüksək olacaqdır. O zaman  Allah taala bəzi möminlərin məqamını digərləri vasitəsi ilə yüksəldir ki, atanın məqamı yüksək olsun. Övladın məqamını da ona görə yüksəldir ki, onun gözlərini açsın və övladın məqamı yüksək olduğu zaman, ata- ananın da məqamını ona xatir yüksəldir ki, onların gözləri də açılsın.

5. Siz hansı birinizin öləcəyinizi bilmirsiniz ki, başqa birisi öldüyü üçün onun  irsini aparsın. Buna görə digərlərinin ölmünü arzulamayın və onun ölməsini istəməyin.

Ətreaflı cavab

Sual olunan ayənin tərcüməsi belədir:

“Allah övladlarınız haqqında sizə tövsiyə buyurur ki, oğula iki qız hissəsi qədər pay düşür. Əgər (ölən şəxsin) qızlarının sayı ikidən artıqdırsa, mirasın üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir nəfər qızdırsa, mirasın yarısı onundur. Övladı olduğu təqdirdə vəfat edənin ata və anasının hər birinə mirasın altıda bir hissəsi verilir. Əgər onun övladı olmayıb, varisi yalnız ata və anadan ibarətdirsə, (malın) üçdə bir hissəsi anaya aiddir. (Qalan hissəsi tamamilə ataya çatır). Əgər ölmüş şəxsin qardaşları və bacıları varsa, ananın hissəsi altıda birdir. (Yerdə qalan hisə yenə də atanın payına düşür). Bu bölgü ölən şəxsin vəsiyyəti yerinə yetirildikdə və ya borcu ödənildikdən sonra aparılır. Valideyinlərinizdən və övladlarınızdan hansı birinin sizin üçün daha faydalı olduqlarını bilmədiyiniz üçün bu (bölgü) Allah tərəfindən müəyyən edilmişdir. Həqiqətən, Allah biləndir, hikmət sahibidir![1]

Bu ayənin sonunun məna və məqsədini bəyan etməzdən öncə, başlanğıc üçün irs məsələsinin qısa şəkildə izahına ehtiyac duyulur.

Bu ayə birinci təbəqənin irs məsələsini bəyan edir. Birinci təbəqəyə, övlad, ata, ana və bütün ehtimalları. Btün bunların payları Qurani Kərimdə aydın şəkildə bəyan edilmişdir. Məsələn:

1. Ata və ananın hər birinin payı övladın olması halında altıda birdir.

2. Ata və ananın payı övlad olmadığı halda, atanın altıda bir, ananın isə üçdə birdir. Əgər ölən şəxsin qardaşı olmazsa. Əgər olarsa o da altıda bir pay götürməlidir.

3. Bir qız övladının payı malın yarısıdır.ı

4. Heç bir varisin olmadığı halda bir neçə qızan payı ikidə üçdür.

5. Həm oğlan övladı həm də qız övladının olması halında, oğlan qızdan iki dəfə çox irs götürür.

6. İki qızın irs payı dördüncü bənddə qeyd olunduğu kimi ikidə üçdür.

İndi, bu ehtimallara diqqət yetirdikdən sonra bu ayənin sonunun “siz ata, ana və övladlarınızın hansı birinin sizin üçün daha faydalı olduqlarını bilmirsiniz” cümləsinin məna və fəlsəfəsi təfsirçılər tərəfindən müxtəlif şəkildə izah edilmişdir:

A) Siz ata, ana və övladlarınızın hansı birinin sizin üçün faydalı  olduğunu bilmirsiniz ki, ləyaqətinə uyun olaraq ona irs verəsiniz. Lakin Allah- taala öz hikmətinə uyğun olaraq onların payını təyin etmişdir.

B) Siz onların hansı birinin sizin din və dünya səadəti üçün təsirli olduğunu bilmirsiniz. Lakin Allah- taala bilir və malı Öznün məsləhətinə uyğun olaraq onların arasında bölmüşdür.

C) Siz tərbiyəniz üçün ata və analarınızın səylərinin xeyrinin sizin üçün daha çox olduğunu yaxud sizin ata və analarınıza xidmətlərinizin daha xeyirli olduğunu bilmirsiniz.

D) Məqsəd budur: Allah qarşısında daha müti olan ata, ana və övladlar qiyamət günü onların dərəcəsi daha yüksək olacaqdır. O zaman  Allah taala bəzi möminlərin məqamını digərləri vasitəsi ilə yüksəldir ki, atanın məqamı yüksək olsun. Övladın məqamını da ona görə yüksəldir ki, onun gözlərini açsın və övladın məqamı yüksək olduğu zaman, ata- ananın da məqamını ona xatir yüksəldir ki, onların gözləri də açılsın.

E) Siz hansı birinizin öləcəyinizi bilmirsiniz ki, başqa birisi öldüyü üçün onun  irsini aparsın. Buna görə digərlərinin ölmünü arzulamayın və onun ölməsini istəməyin. [2]

Əllamə Təbatəbai “siz ata, ana və övladlarınızın hansı birinin sizin üçün daha faydalı olduqlarını bilmirsiniz”

«آباؤُکمْ وَ أَبْناؤُکمْ، لا تَدْرُونَ أَيُّهُمْ أَقْرَبُ لَکمْ نَفْعاً»

cümləsinin vərəsələrə, həqiqətdə öz ölülərindən irs aparan müsəlmanlara müraciəti olduğunu bildirir. Bu irs bölgülərində ixtilaf və onun fəlsəfəsini nəzərə alaraq bəyan edir. Bu bir növ müsəlmanlara təlimdir ki, “siz bilmirsiniz” cümləsində bəyan edilir. O deyir: Bundan da əlavə, əsasən müraciət qeyri vərəsəyə yəni, adi insanlara ola bilməz? Bununla demək istəyir ki, siz ey insanlar gec- tez öləcəksiniz və öz malınızı ata, ana və övladlarınız üçün qoyacaqsınız və siz hansı təbəqənin hansı birinin sizin üçün faydasının daha yaxın olduğunu bilmirsiniz. Deməli, əgər belə olsa “ hansı birinin faydasının daha yaxın olduğunu bilmirsiz” cümləsinə başqa yol qalmır. Çünki bu ibarətin zahirindən “fayda” sözünün mənası ölənin vərəsədən faydası deyil, ölənin malından faydadır. Deməli, vərəsəyə demək istəyir ki, siz hansı bir qohumunuzun daha tez öləcəyini və onların faydasının hansı birinin sizə daha tez çatacağını bilmirsiz.

Buna görə, irs məsələsi və onun paylarında olan ixtilaflar nisbətlərə, dərəcələrin müxtəlifliyinə əsasəndir ki, qohum- əqrabaya nisbətən insani məhəbbət olmasına əsasən tənzim olunmuşdur. Burada bəhs olunan ayədə belə buyurulur:

«آباؤُکمْ وَ أَبْناؤُکمْ، لا تَدْرُونَ أَيُّهُمْ أَقْرَبُ لَکمْ نَفْعاً»

“Valideyinlərinizdən və övladlarınızdan hansı birinin mənfəət cəhətdən sizə yaxın olduğunu bilmirsiz”. Bu cümlə özü Allah taalanın irs qanunlarını İslamın digər qanunları kimi yaradılış və şəriət qanunları əsasında müəyyən etməsini göstərir. [3]

Nəticə budur ki: Allah taala bu cümlədə irs qanunu bəşəriyyətin həqiqi səadəti və məsləhəti əsasında qurulduğunu bəyan edir və bu məsləhətin müəyyən edilməsi Allahın əlindədir. Çünki insan hər yerdə xeyir və məsləhəti müəyyən edə bilməz. Bəziləri güman edə bilərlər ki, ata və ana onun ehtiyaclarına daha çox cavab verir. Buna görə onların payı irs məsələində övladdan çox olmalıdır. Bəziləri də bunun əksini iddia edə bilərlər. Deməli, əgər irs qanunu insanların əlində olsaydı ixtilaf və ayrılıq yaranardı. Amma Allah taala həqiqəti bilir və irs qanununu da bəşəriyyətin xeyrinə uyğun olaraq yaratmışdır. “Bu qanun həkim və hər şeyi bilən Allah tərəfindən vacib və müəyyən edilmişdir.” Cümləsi bundan öncəki cümləni təkid və təkmilləşdirir ki, insanlar bunun barəsində heç bir söz –söhbət və ixtilafa düşməsinlər.[4]

Sonda diqqət edilməsi vacib olan məsələlərdən biri də İmam Sadiqdən (ə) nəql olunan rəvayətə əsasən sübut edilərək, oğlan övladının qız övladdan üstün olmaması nəticəsinə gəlinir. Çünki yalınız Allahdır ki, bəşəriyyətin maddi və mənəi faydasın bilir.[5]

Bu rəvayətə əsasən sübut olunur ki, biz ayənin zahirinə əsasən maddi mənfəəti, irsin dəyəri kimi şeyləri böyütməyin və yalnız ona ümidvar olmayın. Bilməlisiniz ki, həqiqi mənfəət həm bu dünyada həm də o dünyada Allahın əlindədir ki, bəlkə güman etmədiyiniz yoldan sizə çatdıra bilər.

 


[1] - Nisa surəsi, ayə 11.

[2] - Bax: Təbərisi, məcməil bəyan fi təfsiril Quran, Nisa surəsi, 11 ayəsinin tərcüməsi barəsində, cild 5, səh 50, Fərahani, Tehran, birinci çap, 1360 h.ş.

[3] - Bax: Təbatəbai, Seyid Muhəmməd Hüseyn, Əl- mizan, Musəvi Həmədaninin tərcüməsi, Seyid Muhəmməd Baqir, cild 4, səh 333, dəftəre entişarate İslami, Qum, beşinci çap, 1374 h.ş. 

[4] - Bax: Məkarim Şirazi, təfsire nmunə, cild 3, səh 295, darul kitabil islamiyyə, Tehran, birinci çap, 1374, h. ş.

[5] - Bax: Kuleyni, Kafi, cild 6, səh 5, darul kitabil islamiyyə, Tehran, 1365 h. ş.  “Şiə əhlindən bir nəfər Mədinədə evləndiyini və sonra İmam Sadiqin (ə) getdiyini bildirir. Həzrət məndən həyat yoldaşım barədə soruşdu. Mən həzrətə dedim: Digərlərinin sahib olduğu hər xeyir mənim həyat yoldaşımda var. lakin bir işdən başqa ki, məni aldatmışdır. Həzrət soruşdu: O nədir? Bir qız övladı mənə vermişdir. Həzrət buyurdu: Bəlkə sənin yaxşılığınadır! Sonra bu ayəni oxudu: “Siz ata və ana ya da övladalrınızın hansı birinin sizin üçün daha faydalı olduğunu bilmirsiz” .  Digər rəvayətdə İmam Sadiq (ə) Allahın Rəsulundan (s) nəql edir: Qızlar necə də gözəl övladalrdır. Mehriban, üzvləri ilə, ünsiyyət və ülfət əhli, bərəkət və təmizliklə.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ƏLİ (ƏLEYHİSSALAM)-IN ŞƏHADƏT EŞQİ
Ayətullah Məkarim Şirazi Ramazan ayı ilə əlaqədar Bəyanat verdi
YALANIN ACI NƏTİCƏLƏRİ
İmam Həsən Müctəbanın İnci Dolu Kəlamları – 40 hədis
Cəmiyyətdə imanı necə qoruyaq
İTTİHAMLA ÜZ-ÜZӘ
Bayram namazı hicrətin neçənci ilində qanuni şəkil aldı?
Ənam surəsi
SӘHABӘLӘR MӘ᾿SUM VӘ GÜNAHSIZ DEYİLLӘR
Tİlavәt zamanı dİnlәmә vә sükut

 
user comment