Azəri
Thursday 25th of April 2024
0
نفر 0

Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?

Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
Quranın hansı ayəsi göz dəymənin qarşısını almaq üçün faydalıdır?
Qısa cavab

Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə alsaq göz dəymə barəsində nazil olduğunu bilərik.

 

Bundan əlavə rəvayətlərdə göz dəymədən amanda qalmaq üçün başqa surələrə də işarə olunmuşdur; o cümlədən "Nas", "Fələq" "Həmd" və "Tövhid" surələri. Beləliklə bir çox təfsirlərdə işarə olunmuş ayənin təfsiri zamanı, bu surələrin də oxunmasına sifariş olunmuşdur.

 

Ətreaflı cavab

Gözdəymə və ya nəzər nəfsin təsirlərindəndir ki, insan həyatında dəfələrlə onunla üzləşir və onu rədd etmək üçün heç bir dəlil yoxdur.

 

Bəzi rəvayətlər onun həqiqət olduğunu təsdiqləyir. "Durrul- mənsur" kitabında Peyğəmbərdən (s) rəvayət olmuşdur ki, o həzrət buyurdu: Göz dəymə məsələsi həqiqətdir. Və yenə buyurdu: Göz dəymə (nəzər) sağlam insanı qəbrə və sağ dəvəni isə qazanda qərar verir.[1]

 

Əmirəl- möminin Əli (ə) buyurur: Allahıpn rəsulu (s) imam Həsən (ə) və imam Hüseyn (ə) üçün "riqyə" (məqsəd o dualardır ki, yazılır və insanlar nəzərdən amanda qalmaq üçün özlərində saxlayırlar; ona təviz də deyilir).

 

Tutub bu duanı oxudu:

 

«أُعِیذُکُمَا بِکَلِمَاتِ اللَّهِ التَّامَّاتِ وَ أَسْمَائِهِ الْحُسْنَى کُلِّهَا عَامَّةً مِنْ شَرِّ السَّامَّةِ وَ الْهَامَّةِ وَ مِنْ شَرِّ کُلِّ عَیْنٍ لَامَّةٍ وَ مِنْ شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ»

 

Yəni: Sizin üçün pənah aparıram Allahın kamil sözlərinə və onun gözəl adlarına o hər bir şərdən nicat verən və şərrin böyüklərindən (rəhbərlərindən) ki, bir varlıqdırlar gözlə görünməyirlər; və hər bir pis (bəd nəzər) gözün şərrindən ki, insana ziyan vurur və həsəd edən şəxslərin həsədindən ki, insana həsəd aparır... sonra Peyğəmbər (s) buyurdu: İbrahim (ə), İshaq və İsmayıl (ə) üçün bu cür təviz (pənah aparmaq) etmişdi.[2]

 

Nəhcül- bəlağə hikmət- 400- də gəlmişdir: Nəzər həqiqətdir və ondan amanda qalmaq üçün dualardan istifadə etmək də həqiqət və haqqdır.[3]

 

Bu rəvayətdən məlum olur ki, nəzər və göz dəymə xurafat olan bir şry deyil, bəlkə bir həqiqətdir ki, zahirdə baş verir və onun qarşısını almaq üçün də yolları vardır.

 

Məşhurdur ki, Qələm surəsinin 51- ci ayəsi gözdəymə amanda qalmaq üçün çox təsiri vardır.

 

Bu ayədə Allah- Taala Peyğəmbərə (s) buyurur: Az qalır ki, kafirlər Quran ayələrini eşitdikdə, nəzərlə səni aradan aparsınlar və deyirlər: "o dəlidir!"[4]

 

Bu ayənin nazil olması barəsində gəlmişdir: Bəni Əsəd qəbiləsindən bir nəfər, bəzi vaxtlar üç günlərlə aclıq çəkirdi və ondan sonra hər bir şeylə qarşılaşırdısa deyirdi: onun kimisini bu günə kimi görməmişəm və bu zaman o əşyaya ziyan dəyirdi. Bəziləri istəyirdilər bu işi Peyğəmbərin (s) haqqında da həyata keçirsinlər. Amma Allah- Taala Peyğəmbəri ondan amanda saxladı.[5]

 

Əllamə Təbatəbai bu ayənin tozihində buyurur: "Gözdəymə ilə nəzər etmək"- dən məqsəd, bütün təfsir alimlərinin nəzərində göz dəymədir ki, özü nəfsin təsir qoyduğu əlamətdir və onu rədd etməyə ağıl dərk edən heç bir dəlilimiz yoxdur. Bəlkə bir çox hadisələr müşahidə olunmuşdur ki, gözdəymə və nəzər nəticəsində baş vermişdir. Beləliklə heç bir dəlil yoxdur ki, biz onu inkar edib deyək bu xurafat olan bir əqidədir.[6]

 

Zəməxşəri bu ayəni nəzərdən amanda qalmaq üçün (Əhli sünnətin böyüklərindən birindən) gətirmişdir.[7]

 

Mərhum Şeyx Abbas Qumi, Məfatih- ul- cinan kitabının müəllifi bu kitabda pənah aparmaq mövzusunda nəzərdən amanda qalmaq üçün deyir: nəzərdən amanda qalmaq üçün rəvayət olunmuşdur ki, «ان یکاد...» oxunsun.[8]

 

Əlbəttə o rəvayətlər ki, müxtəlif təfsirlərdə bu ayənin təfsirində gəlmişdir heç bir rəvayət qeyd olunmuş ayəni nəzərin qarşısını almaq üçün dəlalət etmir.[9]

 

Tanınmış hədis alimi Əllamə Məclisi gözdəyməni açıqldıqda, Durrul- mənsur kitabında olan rəvayətə işarə etdikdən sonra, başqa bir hədisi İmam Sadiq (ə)- dan rəvayət edir ki, o həzrət buyurur: Əgər bir şəxs qorxur ki, onun gözü başqasında və ya başqasının gözü onda təsir qoyar, üç dəfə desin:

 

«ماشاء الله لاقوة الا بالله العلی العظیم»

 

Maşallah la qüvvətə illa billah Əl- əliyyul- əzim. Və ya buyurur: Qul əuzu birəbbin- nas və Qul əuzu birəbbil- fələq surəsini oxusun; başqa rəvayətlərdə həmd və tövhid surələri də ona əlavə olunmuşdur.

 

Amma nəzərdən amanda qalmaq üçün qeyd olunmuş ayəyə heç bir işarə etmir.[10]

 

Bunun üçün də həqiqəti olan məsələ nəzərin zahirdə olması və onun uzaqlaşdırılması üçün bəzi iddialardır. əlavə məlumat əldə etmək üçün müraciət olunsun Nümunə təfsiri, cild 24, səh 426.

 



[1] - Durrul- mənsur, səh 651.

 

[2] - Əl- kafi, cild 2, səh 569, hədis 3.

 

«عَلِیُّ بْنُ إِبْرَاهِیمَ عَنْ أَبِیهِ عَنْ بَعْضِ أَصْحَابِهِ عَنِ الْقَدَّاحِ عَنْ أَبِی عَبْدِ اللَّهِ ع قَالَ قَالَ أَمِیرُ الْمُؤْمِنِینَ ع رَقَى النَّبِیُّ ص حَسَناً وَ حُسَیْناً فَقَالَ أُعِیذُکُمَا بِکَلِمَاتِ اللَّهِ التَّامَّاتِ وَ أَسْمَائِهِ الْحُسْنَى کُلِّهَا عَامَّةً مِنْ شَرِّ السَّامَّةِ وَ الْهَامَّةِ وَ مِنْ شَرِّ کُلِّ عَیْنٍ لَامَّةٍ وَ مِنْ شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ ثُمَّ الْتَفَتَ النَّبِیُّ ص إِلَیْنَا فَقَالَ هَکَذَا کَانَ یُعَوِّذُ إِبْرَاهِیمُ إِسْمَاعِیلَ وَ إِسْحَاقَ»

 

[3] - Nəhcül- bəlağə, səh 547.

 

«العین حق والرقی حق»

 

[4] - Qələm surəsi, ayə 51.

 

«وَ إِن یَکاَدُ الَّذِینَ کَفَرُواْ لَیزُْلِقُونَکَ بِأَبْصَارِهِمْ لَمَّا سمَِعُواْ الذِّکْرَ وَ یَقُولُونَ إِنَّهُ لمََجْنُونٌ»

 

Əl- mizan təfsiri, Əllamə təbatəbayi, cild 19, səh 636.

 

[5] - Əl- Kəşşaf, Zəməxşəri, cild 3- 4, səh 1278. çap darul- hədis.

 

[6] - Əl- mizan, cild 19, səh 648.

 

[7] - Əl- kəşşaf, Zəməxşəri, cild 3- 4, səh 1279.

 

[8] - Məfatihul- əl- cinan, Şeyx Abbas Qumi, səh 319. Baxmayaraq ki, mərhum Qumi qeyd olunmuş ayəni nəzər üçün olduğunu Səfinərul- bihar kitabında gətirməmişdir.

 

[9] - Əl- mizan təfsiri, cild 19, səh 651; Nəsimi rəhnət təfsiri, səh 72; Nurus- səqəleyn təfsiri, cild 5, səh 400; Nümunə təfsiri, cild 24, səh 426.

 

[10] - Hilyətul- muttəqin, Əllamə Məclisi, səh 319. hicrət çapı.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

"İnşirah" surəsi
"Talaq" surəsi
"Munafiqun" surəsi
"Ənkəbut" surəsi
"Nəcm" surəsi
Qurani kərimdə sirat körpüsü barəsində məlumat verilibmi?
Donuz ətinin haram və murdar olması haqqında iki baxış
Əbu-Ləhəb" surəsi
Yasin surəsi
İftar üçün tövsiyə!

 
user comment