Azəri
Saturday 15th of August 2020
  12
  0
  0

Ülul əzm Peyğəmbərlər və onların kitabları hansılardır? Nə üçün ulul əzm adlandırılmışdırlar və nə üçün Zərdoşt və Davud (ə) ulul əzm deyildirlər?

Ülul əzm Peyğəmbərlər və onların kitabları hansılardır? Nə üçün ulul əzm adlandırılmışdırlar və nə üçün Zərdoşt və Davud (ə) ulul əzm deyildirlər?
Ulul əzm Peyğəmbərlər və onların kitabları hansılardır? Nə üçün ulul əzm adlandırılmışlar və nə üçün Zərdoşt və Davud kitabları olduğu halda ulul əzm sayılmırlar?
Qısa cavab

Ülul əzm kəlməsi əhqaf surəsinin 35- ci ayəsində gəlmişdir. Əzm hökm və şəriət mənasındadır. Ulul əzm yəni o peyğəmbərlər ki, yeni şəriət və müstəqil dinə sahibdirlər. rəvayətlərdə ulul əzm Peyğəmbərlər üçün bir neçə şərait qeyd olunmuşdur:

 

1.             Dünyəvi olaraq dəvətə şamil olsun.

 

2.             İlahi kitaba malik olsun.

 

3.             Şəriət və dinə sahib olsun.

 

Yalnız İlahi Peyğəmbərlərdən 5 nəfər bu xüsusiyyətə malik olmuşdur; yəni ümimi şəkildə dəvət etmiş şəriət və İlahi kitaba sahib olmuşdurlar. O beş nəfər ibarətdirlər həzrət Nuh, İbrahim, Musa, İsa (ə) və İslam Peyğəmbəri həzrət Məhəmməd (s) rəvayətlərdə həzrət Nuh və həzrət İbrahimin kitablarından "Suhuf" olaraq adlandırılmışdır. Tövrat, həzrət Musanın kitabı, İncil İsanın kitabı və Quran İslam Peyğəmbərinin (s) kitabıdır.

 

Ətreaflı cavab

Quran- kərimdə "ulul əzm" kəlməsi bir dəfə işlədilmişdir. Allah Taala buyurur: "Ulul əzm Peyğəmbərlər kimi səbr et və...."[1]

 

Əzm möhkəm və payidar iradəli mənasındadır. Rağib Müfrədat kitabında deyir:

 

Əzm bir işi görmək qərarına gəlmək mənasındadır.[2] Lisanul ərəb lüğətnaməsində gəlmişdir: Ulul əzm Peyğəmbərlər o şəxslərdir ki, İlahi göstərişi öz öhdələrinə götürüb onu yerinə yetirməkdə qərara gəlmişdirlər.[3] Qurani kərimdə "əzm" kəlməsi bəzən səbr mənasında işlənmiş[4] və bəzən də əhdə vəfa etmək mənasında işlənmişdir.[5]

 

Təfsir kitablarında yazılır: Baxmayaraq ki, təzə din və şəriət sahibi olan Peyğəmbərlər bir çox çətinliklərlə üzləşirdilər; onunla qarşılaşmaq üçün əzm və böyük iradəyə malik olmaqları lazım idi. Bu cür Peyğəmbərlərə ulul əzm deyilir. Əgər bəziləri əzm və əzəmət sözünü hökm və şəriət mənasına təfsir etmişdirlər[6] buna görədir. Belə olmayan halda "əzm" lüğətdə şəriət mənasına gəlmişdir.[7]

 

Peyğəmbərin ulul əzm olması, o Peyğəmbərin şəriət sahibi olmasının nişanəsidir. Başqa sözlə desək, o Peyğəmbər xüsusi bir dinə sahibdir ki, onun zamanında və yaxud ondan sonrakı Peyğəmbərlər o dinin nəşrində köməkçi olmalıdırlar.[8]

 

O zamana qədər ki, başqa bir Peyğəmbər yeni din və şəriətlə zühur etsin. Allah- Taala da Qurani- kərimdə Peyğəmbərlərin vasitəsiylə dinin təbliğinə və nəşrinə işarə edir. Dörd Peyğəmbərin adını (İslam Peyğəmbərindən başqa ki, son ilahi din onun vasitəsiylə gəlmişdir bu ayədə onlara xitab edir) ki, məxsus din və şəriətə sahibdirlər, Qurani- kərimdə gətirir. Dindən sizin üçün bunu şəriət qərar verdi ki, Nuh (ə)- ı ona tövsiyə etdi, o ki, biz sənə vəhy etmişik İbrahimə (ə) Musaya (ə) və İsaya (ə) tövsiyə etdik, budur ki, dini bərpa edin və onda ixtilaf yaratmayın."[9]

 

Ülul əzm Peyğəmbərlər rəvayətlərdə:

 

Baxmayaraq ki, təfsir alimləri (xüsusiylə də şiə olmayanlar) İslamın birinci əsrlərində, ulul əzm Peyğəmbər o şəxsləri bilirdilər ki, cihad üçün məmur olmuşdurlar və yaxud mükaşifə aləmində görüşlərini zahir edirlər. Onların kim olduğunu təyin etdikdə isə Nuh, İbrahim, İshaq, Yəqub, Yusif, Əyyub, və yaxud İbrahim, Nuh, Hud (ə) və həzrət Məhəmməddən ad çəkirdilər.[10] Amma məsumlardan olan rəvayətlər ulul əzm Peyğəmbərlərin kim olduqlarını açıq- aşkar qeyd etdikdən əlavə ulul əzm peyğəmbərlərin sifətlərinidə açıqlayır.

 

Ülul əzm Peyğəmbərlərin sifətləri rəvayətlərdə bu cür açıqlanmışdır:

 

1.             Umumi və dünyəvi, istər insan və istərsə də cinlər olsun dəvəti şamil olmalıdır.[11]

 

2.             Təzə, müstəqil din və şəriətə sahib olmalıdır.[12]

 

3.             Səmavi kitaba sahib olmalıdır.[13]

 

Bu üç mərhələdə ulul əzm Peyğəmbərlərin məxsus üç xüsusiyyətlərinə işarə olunmuşdur; yəni ümumi dəvətləri olmalı, İlahi din və kitaba sahib olmalıdırlar.

 

İmam Sadiq (ə-) dan bizlərə çatan rəvayətlərdə ikinci və üçüncü şərt bir- birinin kənarında qeyd olunmuşdur ki, sualın sonrakı cavabı üçün (nə üçün bəzi Peyğəmbərlər o halda ki, kitab sahibidirlər, amma ulul əzm deyildirlər?) kifayət edir.

 

İmam Rza (ə) o şəxsin cavabında ki, o həzrətdən soruşur, bu Peyğəmbərlər necə ulul əzm oldular?

 

Buyurur: Çünki, (Nuh, İbrahim və ...) məxsus şəriət və kitaba təyin oldular.[14]

 

Bəs kitab sahibi olmaq, ulul əzm Peyğəmbərlərin şəriətlərindən biridir. Amma iki digər mühüm şərt bundan ibarətdir ki, bütün insanlar və cinlər üçün ümumi dəvətə sahib olsun və digəri isə təzə və müstəqil şəriətə sahib olsun.

 

Diqqət etmək lazımdır ki, müstəqil şəriətin mənası bu deyildir ki, əvvəlki Peyğəmbərlərin şəriətiylə tamamıyla fərqli olsun; və onunla heç biruyğunluğu olmasın. Bəlkə onun mənası budur ki, zamanın tələblərinə görə şəriətlərdə bir- birindən fərqli olurdu ki, bu da təbiidir.

 

Baxmayaraq ki, həzrət Davud (ə) səmavi kitaba sahibdir, amma onun kitabı, müstəqil şəriət və əhkam kitabı deyildi, o cür ki, həzrət Adəm, Şeys və İdris (ə) da kitab sahibi idilər, amma ulul əzm deyildirlər.[15]

 

Rəvayətlərdə, ülul əzm Peyğəmbərlərin adları başbaşa qeyd olunmuşdur. İmam Əli ibni Hüseyn (ə)- dan rəvayətdir ki, buyurur: Ulul əzm beş nəfərdirlər: Həzrət Nuh (ə), İbrahim (ə), Musa (ə), İsa (ə) və həzrət Məhəmməd (s)[16] beləliklə bu məna imam Sadiq (ə)[17] və imam Rza (ə)[18]- dan da bizə çatmışdır. Rəvayətlərdə, Nuh (ə) və İbrahim (ə)- ın kitablarından "Suhuf" olaraq yad edilmişdir, baxmayaraq ki, Quranı- kərimdə həzrət Musa (ə)- ın kitabındanda "Suhuf" olaraq yad olunmuşdur.[19] Amma bu "Suhufun" cəminə tövrat deyirlər. Həzrət İsanın (ə) kitab İncil, həzrət Məhəmməd (s)- in kitabının adı isə Qurandır.

 

Amma "Avesta" ki, Zərdüştların kitabıdır, Zərdüştun həmin səmavi kitab olmasında şübhə vardır. Avestanın müxtəlif qismətlərində onun sözləri və yaxud onun Allahla və insanlarla olan söhbətləri qeyd olunmuşdur.[20]

 

Əlavə məlumat üçün "Yəsna" (Avestanın ən qədim və mühüm hissəsi) 26- cı fəsl, 1- 2 bəndlərinə müraciət olunsun. Baxmayaraq ki, rəvayətlərə əsasən, o İlahi Peyğəmbər və kitab sahibi olmuşdur.[21]

 

 

 

 



[1] - Əhqaf surəsi, ayə 35.

[2] - Müfrədate Rağib, əzm kəlməsi.

[3] - Lisanul ərəb, cild 12, səh 399. " و أُولُو العَزْمِ من الرُّسُلِ: الذینَ عَزَمُوا على أَمرِ الله فیما عَهِدَ إلیهم "

[4] - Şura surəsi, ayə 43.

[5] - Taha surəsi, ayə 115.

[6] - Əllamə Təba- təbai deyir: Əzmin "əzimət" mənasına olması, yəni hökm və şəriət olması Əhli- beytin rəvayətləri vasitəsiylə sabit olmuşdur. Əlmizanın tərcüməsi, cild 18, səh 332.

[7] - Nümunə təfsiri, cild 21, səh 379.

[8] - Misbah Yəzdi, Usuli əqaid, səh 239.

[9] - Şura surəsi, ayə 13.

[10] - Biharul- ənvar, cild 11, səh 35. Beyrut çapı, vəfa.

[11] - Həmin səh 32.

[12] - Həmin səh 34, İləlüş- şəraye, cild 1, səh 149, bab 101.

[13] - Həmin səh 35.

[14] - Həmin səh 56.

[15] - Əl- mizan cild 2, səh 142, Əlmizanın tərcüməsi, cild 2, səh 213.

[16] - Biharul- ənvar, cild 11, səh 32.

[17] - Həmin cild 11, səh 56.

[18] - İləlüş- şəraye, cild 1, səh 149, bab 101.

[19] - Əla surəsi, ayə 19.

[20] - Rabert hiyom, Ədyane zindeye cəhan, səh 278 və yaxud əlavə məlumat üçün

Yesna" Avestanın ən qədim və mühüm hissəsi, 46- cı fəsl, 1 və 2- ci bəndlərinə müraciət olunsun.

[21] - Mənla yəzhəruhul fəqih, cild 2, səh 53, hədis, 1678; Səfinətul- bihar, cild 4, səh 346.

  12
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

    Allah insanı niyə yaratmışdır?
    Əmanətdarlıq
    Fatimeyi- Zəhranin (ə.s) fəziləti
    Həyatı
    201- cixütbə
    ABŞ-ın Denver şəhərində Xanım Fatiməi Zəhranın (s) əzadarlıq mərasimi qeyd edilir
    Xanım Zəhranın (ə) gizli şəkildə dəfn edilməsilə bağlı vəsiyyətindəki hədəfi nə ...
    Əhli-beytlə (ə) tanışlığın zəruriliyi
    İslamın əziz Peyğəmbərinin (s) be`səti
    Fransanın səfiri İmam Əlinin (ə) məzarını ziyarət etdi

 
user comment