Azəri
Thursday 16th of July 2020
  868
  0
  0

Aya şeytanın övladı vardır və onlar da lənətlənibdirmi?

Aya şeytanın övladı vardır və onlar da lənətlənibdirmi?
Aya şeytanın övladı vardır və onlar da lənətləniblərmi?
Qısa cavab

Şeytanın da övladları vardır və ona kömək edirlər. demək olar onun övladlarının hamısı onun davamçısı lənətlənmiş və Allah dərgahından qovulmuşdurlar, yalnız az bir hissəsi: Misal üçün: Allahın Rəsuluyla (s) bir zamanda yaranmış şeytan ki, Peyğəmbərin vasitəsiylə müsəlman oldu.

 

Ətreaflı cavab

Şeytanlarda insanlar kimi övlad sahibidirlər, bu mətləb Quranda və rəvayətlərdə açıqlanmışdır. Quran buyurur: Aya mənim yerimə şeytan və onun övladlarını sevirsiniz, o halda ki, onların, sizin düşməniniz olduğunu bilirsiniz....[1]

 

Əllamə Məclisi Biharul- ənvar kitabından, "Əl səma və əl aləm" kitabında buyurur: Rəvayət olmuşdur ki, Allah Taala iblisə buyurdu: İnsana övlad vermədim o halda ki, sənə də onun kimi övlad verdim, və hər insan kimi şeytan da övlad dünyaya gətirir".[2]

 

Şeytan övladı da şeytan kimi insan nəslini yoldan çıxatrmaq üçün dünyaya gəlir və onun davamçısıdır. Bəs belə olduqda şeytana olan lənət onlara da şamil olur. Əlbəttə o vaxta qədər ki, şeytanın yolunu davam edirlər; bu da məlumdur ki, onların çoxu belədir, yalnız nadir şəxslərdir şeytan nəslindən müsəlman olsunlar.

 

Əllamə Məclisi bu kitabda yazır: "Allahın Rəsulundan sual olundu: Aya sizin də ətrafınızda şeytan vardır?

 

Buyurdu: Bəli, Allah mənə kömək oldu, onu müsəlman edə bildim".[3]

 

Sonra isə faydalı nöqtələr nəzərə çarpır:

 

1.     Quran ayələrindən bunu əldə edirik ki, onun qəbilə [4]və övladlarının vilayəti ki,[5] Quranda onların adlarına işarə olunmuşdur, az bir hissədir; misal üçün onlardan biri insanlardan bəzilərinə rəhbərlik edir, amma bəzilərinə qüdrəti çatmır və yaxud bəzilərinə gücü çatır və bəzilərinə isə gücü çatmır. Onların vilayəti yalnız əsl şeytanın (iblis) müavini həddində ona kömək edir. O isə bütün çirkinliklərin mənbəyidir ki, insanlardan qaynaqlanır.[6]

 

2.     Əsl şeytan (iblis) cin tayfasındandır,[7] o yerdə ki, Quran şeytanın övladı olmasına işarə edir,[8] başqa yerdə də onların ölüb bu dünyanı tərk etmələrinə işarə edir.[9] Bundan başa düşmək olur ki, cinlər də övlada sahib olurlar; çünki hər zaman bir canlı varlığın artmasından və ölümündən bəhs olunursa, o deməkdir ki, onun nəsli vardır. Burada bu sual cavabsız qalır ki, görəsən cinlərin də dünyaya gəlməsi insanlar və başqa canlılar kimi erkək və dişinin bir yerdə olduğu kimi, övlad dünyaya gətitirlər və yaxud başqa bir vasitəylə?

 

Quran ayələrindən bir şey əldə etmək olmur.[10]

 

 

 

 



[1] - Kəhf surəsi, ayə 50

« افتتخذونه و ذرّیته اولیاء من دونی و هم لکم عدو... »

 

[2] - Əl səma və əl aləm kitabının tərcüməsi, səh 243.

[3] - Həmin səh 254.

[4] - Kəhf surəsi, ayə 50.

[5] - Əraf surəsi, ayə 27,

« انه یراکم هو و قبیله من حیث لا ترونهم انا جعلنا الشیاطین اولیاء للذین لا یؤمنون »

[6] - Əl- mizanın tərcüməsi, cild 12, səh 63.

[7] - Kəhf surəsi, ayə 50.

« فَسجَدُوا إِلا إِبْلِیس کانَ مِنَ الْجِنّ »

[8] - Kəhf surəsi, ayə 50.

[9] - Əhqaf surəsi, ayə 18.

« قد خلت من قبلهم من الجن و الانس »

[10] - Əlmizanın tərcüməsi, cild 12, səh 226.

  868
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

    Həqiqəti göstərən eynək
    Dua - bəndə ilə Allah arasında rabitə halqasıdır
    CIHAD MÜRACIƏTI
    AYAQLARIN MƏSH EDİLMƏSİ
    Riyakar və saxtakar insanın üç əlaməti
    Milli Şura və Müsavat partiyası birgə mitinq keçirdi
    QARĞIŞ
    SUİ-ZƏNN VƏ BƏDBİNLİKLƏ MÜBARİZƏ!
    Bağışlanmanın səbəbləri hansılardır?
    Sualın xülasəsi: İnsanın dünyadan köçmüş yaxın adamını yuxuda görməyi üçün hansı ...

 
user comment