Azəri
Friday 29th of March 2024
0
نفر 0

Quran ayələrinin kişi cinsində olmasının hikməti nədir?

Quran ayələrinin kişi cinsində olmasının hikməti nədir? Nə üçün Quranın bir çox ayələri: Misal üçün Amənu, Kəfəru, Qalə, yələmunə, əlləzi və əlləzinə kişi cinsinə aid edilmişdir?

Qısa cavab

1). Biz o zaman Quranın ayələrini kişi cinsində olmasını iddia edə bilərik ki, ayə bütün məna və məzmun baxımından kişilərə aid edilsin. Amma bu belə deyildir. Yəni hər kişi cinsində olan ayə kişilərə aid deyildir, əksinə Quran ayələrinin yarıdan çox müraciətləri insanlara aiddir. Başqa sözlə desək Quran ayələri xüsusi cinsə deyil, insana xitab edir. (fatir surəsi, ayə 15, Nəhl surəsi, ayə 97, Ali- imran surəsi, ayə 5)

Deməli, Quran ayələri heç bir cinsiyyəti nəzərə almadan (xüsusi ayələrdən savayı) insanların doğru yola yönəlməsi üçün onlara xitab edir.

2). Ərəb ədəbiyyatının qramatik xüsusiyyətlərinə əsasən kişi və qadın cinsləri başqa dillərdən fərqlidir. Ərəb qramatikasında cins əvəzlikləri belədir:

Əgər cümlədə kişi cinsinə aid olan insanlar qadın cinsinə aid olanlardan çox olarsa o zaman cümlədə işlənən bütün şəxs əvəzlikləri kişi cinsində işlənəcəkdir. (təthir ayəsi. Əhzab 32)

Qadınların ismət və heysiyyətini qorumaq üçün Quranda qadın cinsindən az istifadə olunmuşdur. Məsələn: Baxmayaraq ki, evlənmək və ailə qurmaq qadınsız mümkün deyil. Amma buna aid olan ayələr də kişi cinsində gəlmişdir. Nur surəsi, ayə 33.

Ərəb qramatika ədəbiyyatlarına əsasən, cümlənin əsas məzmunun qorumaq şərti ilə kişi cinsində işlədilən ayələri qadınlara da şamil etmək olur. bundan əlavə əgər belə olan halda ayələr də qadın cinsindən istifadə olunsaydı kişilər bu ayələri özlərinə aid etməyərək, özlərini bu hökümdən azad biləcəkdilər. məsələn bu ayələrdəki kimi: Bəqərə surəsi, ayə 204- 206, İsra surəsi, ayə 31

3). Quranda olan əhkam və digər ayələrin çoxu kişilərə xitab edildiyi üçün, ayələrin çoxu kişi cinsində işlədilmişdir. Məsələn: Cihad ayələri. Təlaq, (nisa surəsi, ayə 20-21) ailəyə aid ayələr (nisa surəsi, ayə 19).

4). Quranda şəxsiyyətindən söhbət açılacaq insanların çoxu kişilərdir. Misal üçün: Peyğəmbərlər, kafirlərə, müşriklərə və sair...[i]

5). Quran ayələrinin bəziləri də ümumi insanlara aid edilir. Belə olan halda heç bir cinsiyyət nəzərdə tutulmur. Həmçinin Allah taala və mələklər barəsində istifadə olunmuş kişi cinsləri heç bir cinsiyyəti nəzərdə tutmur. Misal üçün: İsra surəsi, ayə 36, Qəsəs surəsi, ayə 71, Əraf surəsi, ayə 29, Fussilət surəsi, ayə 30, Nisa surəsi, ayə 56, Təlaq surəsi, ayə 20.

6). Kişilər müxtəlif vəzifələrə malik olduqları üçün, Quranda daha çox onlara xitab olunmuşdur. Məsələn Quranda kişilərə xitab olaraq deyilir: "Özünüzü və ailənizi cəhənnəmə düşməkdən qoruyun."(tərhim surəsi, ayə 6).

7). Quranın bəzi ayələri kişilərin başına gələn əhvalat olduğu üçün, ayələr kişi cinsində gəlmişdir. Bundan əlavə ayənin nazil olma səbəbi kişi cinsində gəlməklə ayənin əsas məzmunu qorunmuşdur. Məsələn: "Vilayət" ayəsi, Ayə həzrət Əliyə (ə) aid olduğu üçün bütün şəxs əvəzlikləri kişi cinsində işlədirlmişdir. (Maidə surəsi, ayə 55).

8). Bəzi ayələr isə kişi həm də qadın cinslərində işlədilmişdir. (Əhzab surəsi, ayə 35. Nisa surəsi, ayə 32)

Ümumiyyətlə bütün ayələrdə kişi və qadın cinsləri bir- birinin yanında işlədilərsə bu həm ayənin fəsahət və bəlağıtini aradan aparar. Həm də ayələrin çox uzun olmasına səbəb olar.

Ayələrin kişi və qadın cinslərində işlədilməsi onların heç biri üçün üstünlük və dəyər hesab olunmur. Əksinə Quran ayəsinə əsasən, Allah yanında dəyərli insanlar təqvalı olanlardır.

 

[i] - Nəhl surəsi, ayə 40, Ən- nəcm surəsi, ayə 3- 4. Səf surəsi, ayə 6, İsra surəsi, ayə 101, Ənbiya surəsi, ayə 80.

Ətreaflı cavab

Müqəddimə

1). Biz o vaxt Qurani- kərimin ayələrini kişi cinsində olmasını iddia edə bilərik ki, ayə bütün məna və məzmun baxımından kişilərə aid edilsin. Başqa sözlə desək biz o vaxt bu iddianı edə bilərik ki, Quranın sahibi (Allah) üçün, ayələrin kişi cinsində olması böyük əhəmiyyət kəsb etsin və həmçinin biz onu ayənin məzmununda müşahidə edək. Yəni ayələrin kişi cinsində olmasını, onlar üçün fəzilət və üstünlük olması açıq- aşkar başa düşülsün. Amma Quran ayələri barəsində azacıq fikrə dalsaq, Quran sahibi üçün heç bir cinsiyət mühüm olmadığını müşahidə edə bilərik. Yəni heç bir ayənin məzmunundan belə başa düşülmür. Bunu da qeyd edək ki, Quranda bəzi ayələr vardır ki, xüsusi olaraq kişilərə və qadınlara xitab edir. Belə ayələrin özünə məxsus hikməti vardır ki, tezliklə onları açıqlayacağıq.

"Ey insanlar! Siz hamılıqla Allah dərgahında fəqirsiniz. O Allahdır ki, hər bir şeydən ehtiyacsızdır."[1]

"Əgər kəs mömin olaraq saleh işlər etsə, Allah onun əməllərini zay etməz.[2]

"Hər kəs əməli saleh olmaqla yanaşı mömində olsa (istər qadın olsa istər kişi) pak və gözəl həyata çatacaqdır və biz də etdiyi əməllərdən də artıq ona hədiyyələr bəxş edəcəyik."[3]

"Şübhəsiz! Insan ən gözəl biçimdə xəlq etdik.[4]

Yuxarıda qeyd etdiyimiz ayələrdən belə məlum olur ki, bu ayələrin heç birində cinsiyyət deyil, əksinə iman, əməl və sair şərtdir.

2). Bütün Peyğəmbərlərin və səmavi kitabların ümdə hədəfi insanların səadət yolunda inkişaf etməsidir. Bu səbəbdən Qurani- kərimin xitabları müəyyən cinslərə deyil, insanadır. Başqa sözlə desək, insanın qarşısında "şeytan" kimi böyük düşməni vardır. İnsan dünyaya gələndən sonra Adəmə (ə) səcdə məqamına çatdıqda altı min illik ibadətinə göz yummaq Allahın əmrindən çıxıb, səcdədən boyun qaçırdı. Bu səbəbdən də Allahın dəgahından qovuldu. Məlum məsələdir ki, şeytan bu əsəbilikdə bizi hansı bəlalaradüçar edəcəkdir? Şeytan bizim nə canımızı və nə də malımızı istəyir. Əksinə Allah yanında olan abır- həyamızı və imanımızı istəyir.[5]

Bu səbəbdən də Quranın əsas hədəfi kişiləri və ya qadınları deyil, əksinə bütün bəşəriyyəti qəflətdən oyadaraq səadətə çatdırmaqdır.[6]

Qurani kərimin xitablarının kişi cinsində olmasının hikməti və səbəbi

  1. Ərəb dili qramatikasının xüsusiyyətləri və ərəb dili qaydaları:

Quranın ərəb dilinə məxsus olması haqqında Quranda bəzi ayələr vardır. Bu səbəbdən də Quranın bütün ayələri ərəb dili qaydaları əsasında məna və təfsir olunmalıdır.

Bunun əksinə əməl edəriksə, ərəb dili qaydalarından və ümumi işlək sözlərindən bəhrələnməliyik.[7]

Bir sıra ərəb dili mədəniyyətinə və qramatika qaydalarına aid xüsusiyyətləri aşağıda qeyd edirik.

  • 1- Hər vaxt bir cümlədə kişinin sayı qadından çox olarsa, bu zaman cümlə kişi cinsində olacaqdır. Məsələn: Təthir ayəsində (Əhzab surəsi, ayə 33) 4 kişi və bir qadından (Peyğəmbər (s) Əli (ə) imam Həsən və imam Hüseyn (ə) və xanım Zəhra (s.ə.) söhbət getdiyi halda bütün şəxs əvəzlikləri kişi cinsində gəlmişdir.[8]
    • 1- Ərəblərin milli mintalitetlərinə əsasən, çalışdıqları qədər cümlədə və tələffüzdə qadınların adlarını çəkməkdən və ya işarə etməkdən çəkiniblər. bu ərəblərin tarix baxımından qeyrətli və qısqanc olmalarından xəbər verir. Hətta bəzi yerlərdə ərəblər arvadlarının adlarını çəkməyə məcbur olsalar belə, onların adlarını istehza ilə çəkər və ya qəlbdən istifadə edərlər. məsələn deyərlər: "O, ailəm, uşaqların anası və sair"...

Qurani kərim də ərəb dilində olduğu üçün bu məsələlərə olduqca ciddi fikir vermiş və onların qayda qanunlarına əsasən cümlələr qurmuşdur. Bundan əlavə qadınların iffət və namus məsələrinə əsasən Qurani-kərim bu kimi qanunları bəyənir. Məsələn: Baxmayaraq ki, evlənmək məsələsi kişi vəqadın arasında müştərək qanunlardandır. Yenə də Qurani kərim bu məsələlərdən danışarkən kişi cinsindən istifadə edərək buyurur:

«و لیستعفف الذین لایجدون نکاحاً حتی یغنیهم الله من فضله»

"Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və cariyələrinizi evləndirin."[9]

Ayənin sonunda qeyd olunmuş "fəqirlik" məsələsi qadınlara aid olmasına baxmayaraq Quran bu sözü kişi cinsində işlətmişdir. Yəni qadınların fəqirlik səbəbi ilə ərə getməmələrini önə çəkməməklə onların iffətini qorumuşdur.

  • 1- Ərəb kişilərində qadınlara qarşı olan təəssüb (o zaman) o qədər çox idi ki, əgər qadın və kişi cəmində cümləni qadın cinsində xitab etsəydilər daha kişilər deyilən sözə qulaq asmaq istəmədən çıxıb gedərdilər. amma cümlə kişi cinsində işlədilsəydi, baxmayaraq ki, qadınlara da şamil olur, özlərini həmin sözün "müxatəbi" (dinləyicisi) bilərək axıra kimi dinləyərdilər. Məsələn: Dünya pərəstlik elə bil sevgi deyil ki, kişilərə və ya qadınlara məxsus olsun. Əksinə bu sevginin hamıda baş verməsi mümkündür. Əgər belə xitabları qadınlar barəsində ixtisaslaşdırsaydılar, kişilər özlərini belə ayələrdən azad bilərdilər. yəni deyərdilər ki, "dünyapərəstlik qadınlara haramdır, bizə halal". Bəqərə surəsinin 204- 206- cı ayələri bu məsələyə işarə edir.

«... و من الناس من یعجبک قوله فی الحیاة الدنیا...»

"İnsanların bəzisində elə dünyapərəstlik sevgisi və sevdası müşahidə olunur ki, insanı təəccübə gətirir."[10]

Həmçinin fəqirlik səbəbi ilə öz övladlarını satmaq kimi məsələlərə işarə edərkən kişilərə xitab olunur.[11]

Əlbəttə bunu da qeyd edək ki, yuxarıda qeyd etdiyimiz səbəblərdən savayı mədəni və əbədi səbəblər vardır ki, aşağıda qeyd edəcəyik.

2). Kişiləaid olan fiqhi məsələlərdə isə yalnız kişi cinsindən istifadə olunmaqla yanaşı ayə qadınlara şamil edilməlidir. Məsələn: "ailədə başçılıq etmək"[12] qanunları kimi, və ya kişiyə aid olan Təlaq (boşanmaq), cihad[13] əmrləri və sair...

3). Bəzi ayələrdə isə yalnız kişinin şəxsiyyətlərindən söhbət açılır.[14] Bunu da qeyd edək ki, əgər qadının şəxs əvəzliklərindən istifadə olunur. Məsələn: Həzrət Məryəmin (s) şəxsiyyəti[15] barəsində olan ayələr kimi.

Qurani- kərimdə bir çox ayələr Peyğəmbərlərin əhvalatı və şəxsiyyəti barəsindədir. Təbii ki, bütün Peyğəmbərlər kişi olmuşdur və bu səbəbdən də bütün ayələrdə kişi cinsindən istifadə edilmişdir. Məsələn: Nəcm surəsi, ayə 3- 4, Səf surəsi, ayə 6, İsra surəsi, ayə 101, Səba surəsi, ayə 10 və sair...

Həmçinin bir çox kafir və müşrik tayfalarının başçıları misal üçün, Firon, Nəmrud, Əshabi fil və sair... və ya ayələrin nazil olma səbəbləri bəzi kişilər olduğu üçün ayələrin çoxu kişi cinsində işlədilmişdir.

«انما ولیکم الله و رسوله الذین یقیمون الصلوة و یؤتون الذکوة و هم راکعون»

"Vilayət" ayəsinin nazil olma səbəbi həzrət Əlinin (ə) namaz qılarkən fəqirə üzük verməsi olmuşdur.[16]

4). Bir çox ayələrin qadın və ya kişi cinsindənolmasına baxmayaraq ayənin əsli hədəfi insandır. Belə ayələrdə heç bir cinsiyyət rol oynamır. Məsələn: Allah Taalanın barəsində olan ayələrdə kimi. Allah Taalanın barəsində olan bütün ayələr kişi cinsində işlədildiyinə baxmayaraq heç bir kişi nəzərdə tutulmu.

«و لا تقف ما لیس لک به علم...»

Qurani kərimin əmrlərinə əsasən heç kəsin savadsız olaraq imam olmağa haqqı yoxdur. (İstər qadın və ya kişi olsun) amma bunu əmr edərkən heç bir cinsi nəzərdə tutmur.[17]

Həmçinin Allah Taala barəsində olan ayələr.[18]

«ان المسلمین والمسلمات و المؤمنین و المؤمنات...»

Başqa sözlə desək ayənin kişi və qadın cinsində olmasının heç bir cinsiyyətə dəxli yoxdur. Nəhayət surətdə belə ayələrdən ümumi insanlara xitab etdiyini başa düşmək olar. Məsələn: İnfitar surəsi, ayə 10- 12, Ənam surəsi, ayə 61, Sıcdı surəsi, ayə 11, Zumər surəsi, ayə 42, Nəhl surəsi, ayə 50, Ali- imran surəsi, ayə 133, Təlaq surəsi, ayə 2, Qəsəs surəsi, ayə 71, Əraf surəsi, ayə 29, Maidə surəsi, ayə 35, li- imran surəsi, ayə 85, Fussilət surəsi, ayə 30, Nisa surəsi, ayə 56.

5). Kişilərin üzərində ailə məsuliyyəti və həmçinin iqtisadi, ictimai və rəhbərlik kimi vəzifələr olduğu üçün ayələrin bir çoxu kişi cinsində gəlmişdir.[19]

Mümkündür belə bir sual zehnimizə gəlsin ki, "nə üçün heç bir cinsiyyət şərt olmayan və kişi cinsində olan ayələr qadınlara da şamil edilir? "Bu sualın cavabını 6- cı bölümdə verəcəyik.

6). Yuxarıdakı sualı belə cavablandırırıq ki, "əgər Quranda bütün xitablar ayrı- ayrılıqda qeyd olunmasaydı. Quranın fəsahəti və bəlağəti aradan gedər və ayələr olduqca uzun və mənasız olardı. Məsələn: Əhzab surəsinin 35- ci və Nisa surəsinin 32- ci ayəsini buna misal vurmaq olar. Əgər Quranın hər yerində belə xitablara yol verilsəydi Quranın möcüzəsi məzmunu aradan gedərdi.

Nəticə:

Qadınların adlarının Quranda çəkilməməsi onların Quran baxışında olduqca hörmət sahibi olduğunu sübut edir. Amma belə də deyil ki, Quranda qadınlara aidümumi ayələr yoxdur. Bəzi ayələri buna nümunə olaraq qeyd edirik.

Rum surəsi, ayə 21, Bəqərə surəsi, ayə 228, Ali- imran surəsi, ayə 36, Tərhim surəsi, ayə 10- 11, Hücurat surəsi, ayə 13, Bəqərə suaəsi, ayə 187.

Amma bunu da qeyd edək ki, Allah yanında kişi və ya qadın almaq kəramət və dəyər deyil, əksinə, o şəxslər ki, təqva sahibidirlər. Allah yanında dəyər və fəzilət əldə etmişlər.

 

[1] - Nəhl surəsi, ayə 97.

[2] - Fatir surəsi, ayə 15.

[3] - Ali- İmran surəsi, ayə 5.

[4] - Tin surəsi, ayə 4.

[5] - Cavadi Amuli, bdullah, suallar və tövsiyələr, Nəşr maarif, səhifə 22.

[6] - Bəqərə surəsi, ayə 128.

[7] - Yusif surəsi, ayə 2, Fussilət surəsi, ayə 3, Zümər surəsi, ayə 28, Şüəra surəsi,

yə 193- 195.

[8] - Əhzab surəsi, ayə 32.

[9] - Nur surəsi, ayə 33.

[10] - İsra surəsi, ayə 31.

[11] - Nisa surəsi, ayə 19.

[12] - Nisa surəsi, ayə 20- 21.

[13] - Tövbə surəsi, ayə 122.

[14] - Nəml surəsi, ayə 40.

[15] - Tərhim surəsi, ayə 10.

[16] - Maidə surəsi, ayə 55.

[17] - İsra surəsi, ayə 36.

[18] - Əhzab surəsi, ayə 35.

[19] - Təhrim surəsi, ayə 6.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article


 
user comment