Azəri
Thursday 13th of August 2020
  12
  0
  0

Nə üçün Fatimə adlanıb?

«Zəhra sevənlər müvəhhid olsalar, Cəhənnəm əzabından amandadırlar» təbiri Zəhranın şəfaət məqamına işarədir

Bunun səbəbi müxtəlif cür izah edilib. İmam Sadiqə (ə) görə, xalq onu tanımaqda aciz olduğu üçün Fatimə adlanıb.
İmam Əli (ə) həzrət Peyğəmbərdən nəql edir ki, Fatimənin belə adlanmasının səbəbi onun və övladlarının təkallahçı olması, mənə nazil olana iman gətirməsinə görə oddan amanda qalmasıdır.
Yenə o həzrətdən nəql olunur: «Qızım ona görə Fatimə adlanıb ki, Allah onu və onu sevənləri atəşdən ayırıb».
İmam Sadiqdən (ə) nəql olunur ki, bunun bir səbəbi onun şərdən ayrılmasıdır. «Zəhra sevənlər müvəhhid olsalar, Cəhənnəm əzabından amandadırlar» təbiri Zəhranın şəfaət məqamına işarədir. Bu şəfaət ona şərait yaradanlara şamildir.


Nə üçün «Tahirə» adlanıb?

İmam Baqirdən (ə) rəvayət olunub ki, Fatiməni Tahirə də adlandırıblar. Çünki o, bütün nöqsan və çirkinliklərdən uzaq idi. Fatimə (ə) heç zaman heyz və nifas qanı görməmişdi.

Nə üçün «Mühəddəsə» adlanıb?

Fatimə Mühəddəsə də adlanmışdır. Çünki mələklər Məryəmə (s) nazil olduqları kimi Fatiməyə də nazil olub, onunla danışmışlar.

Nə üçün «Bətul» adlanıb?

Fatimə (ə) oxşarsız olduğu üçün «Bətul» da adlandırılıb. Bu onun mübarək və məna dolu adlarındandır.
Münasibdir ki, şiələr qızlara Zəhranın (ə) adlarını qoysunlar,  Zəhranın adlarını daşıyan qızlarla kobudluq etməsinlər, onları sıxıntıya salmasınlar. Bu Fatimə ilə eyni adda olmağın bərəkəti sayıla bilər.
  12
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

    Allah insanı niyə yaratmışdır?
    Əmanətdarlıq
    Fatimeyi- Zəhranin (ə.s) fəziləti
    Həyatı
    201- cixütbə
    ABŞ-ın Denver şəhərində Xanım Fatiməi Zəhranın (s) əzadarlıq mərasimi qeyd edilir
    Xanım Zəhranın (ə) gizli şəkildə dəfn edilməsilə bağlı vəsiyyətindəki hədəfi nə ...
    Əhli-beytlə (ə) tanışlığın zəruriliyi
    İslamın əziz Peyğəmbərinin (s) be`səti
    Fransanın səfiri İmam Əlinin (ə) məzarını ziyarət etdi

 
user comment