Azəri
Saturday 20th of April 2024
0
نفر 0

Rizvan behiştinə sahib olmaq, onlar üçün mələyin şəfaət etməsi ilə necə uyğundur?

Rizvan behiştinə sahib olmaq, onlar üçün mələyin şəfaət etməsi ilə necə uyğundur?

Allah Taala kimlərdən razıdır? Hər kəsdən ki, Allah razıdır, behişt əhlidirmi? Əgər belədirsə, ənbiya surəsinin 28 ayəsi buyurduğu: "və onlar (mələklər) şəfaət etmirlər. O kəslər ki, Allah onlardan razıdır" müxalifət etmirmi? Başqa cür desək: Rizvan behiştinə sahib olmaq, onlar üçün mələyin şəfaət etməsi ilə necə uyğundur?
Qısa cavab

Allah iman və saleh əməl sahiblərindən razıdır, amma çünki iman və saleh əməllər qüdrət və zəif mərtəbəsindən fərqlidir, Allahında razılğı onlar üçün fərqlidir.

Behiştin ən uca mərtəbəsi behişti rizvandır. Onun sahibləri, yəni Peyğəmbərlər, övsiya övliya və Allah dərgahında yaxşı olanlardır. Bu dəstənin şəfaətə ehtiyacı yoxdur və bunlar özləri qiyamət gününün şahid və şəfaətçilərindəndirlər. Buna görə də "Mənirtəza" ( o kəslər ki, Allah onlardan razıdır) ayəsindən məqsəd, behişt- rizvansahibləri deyildir, deyək ki, bunlarla Quran ayəsi arasında ixtilaf var. Bu ayə müşrüklərin bu fikirlərini ki, mələklərin şəfaəti onlara şamil olacağını rədd edir; çünki mələklər Allahın məmurları və onun əmr və iznindən boyun qaçıra bilməzlər. Onlar yalnız o şəxslər üçün şəfaət edirlər ki,

Birinci: Şəfaətə layiqli olsunlar

Ikinci: Allah onlara şəfaət etməyi icazə versin. Başqa cür desək, o şəxslər şəfaətə layiqdir ki, imanları Allah dərgahında qəbul olsun, amma əməllərinin nəticəsində imanları məhv olmuşdur və şəfaətə ehtiyacları vardır, amma müşrüklər mömin olmayıb və Allahın razılğını əldə etməmişlər.

Ətreaflı cavab

Quran kərim buyurur: Allah o şəxslərdən razıdır ki, bu xüsusiyyətlərə sahib olsun:

1.     İman və saleh əməl edə

2.     Hər bir halda Allahın Peyğəmbərin və imamların dediklərinəəməl edə.

3.     Kafir, müşrik və münafiqlərələ düşmənçilik edə.

4.     Allaha və ya Peyğəmbərə və yaxud imama verdiyi vədəsinə əməl edə.

5.     Düzgünlük.

6.     Allah yolunda iş görə və şəhid ola.

7.     Allahın dini uğrunda qüdrət və maldan keçə.

8.     İşlərdə Allaha təvəkkül edə.

9.     İtaətdə və günahı tərk etmək və çətinliklərdə və müsibətlərdə səbr edə.

10.  Allahın dininin düşmənlərindən qorxmaya.[1]

Amma görəsən, Allah razı olan şəxslər, Behişt- rizvana sahibdirlərmi? Allahın insanlara qarşı razılğı, onların imanlarının zəifvə ya güclü, saleh əməllərinin keyfiyyəti və kəmiyyəti nəticəsində fərqlidir. O şəxslər ki, imanın uca mərtəbəsində yer tutub və dində ayaqları büdrəməməlidir, Peyğəmbər, övsiya və Allah övliyaları ki, Allahın razılğın dünyada qazanmışdırlar və bununda əlavə axirətdə Behişt rizvana daxil olacaqlar. Amma behişt- rizvanın sahibi olmayacaqlar.

Belə açıqlayaq o cür ki, behişt nemətləri insanlardır öz əməlləri və fikirləridir və insanlar saleh əməllərdə və imanlarında fərqlidirlər, behiştdə bir neçə dərəcədən ibarətdir.

Qurani- kərimdə bu mərtəbələr belə ünvanla: cənnətulğai,[2]cənnətür- rizvan,[3] cənnətün- nəim,[4] darus- səlam,[5] cənnatu- ədn,[6] cənnətul- firdəvs,[7] cənnətul- xuld,[8] cənnətul-məva,[9] məqədu- sidq,[10] qeyd olunmuşdur.[11]

Bəzi rəvayətlərdə behiştin yüz dərəcədən ibarət olduğu göstərilir.[12] Ki, bunlar insanların imanlarının zəifliyi və etdiyi əməllərindən ibarətdir. Bunun üçündə insanlar öz iman və əmələri qarşısında behiştin dərəcələrinə bölünəcəklər. O şəxslər ki, bəzi vaxtlar Allahın razılğın əldə edir və salehəməllər görür və bəzəndə çirkin əməllərə sahib olur, onların behiştə girməsi məlum deyil.[13] Belə bir halda şəfaətə ehtiyacları vardır, və ənbiya surəsinin 28 ci ayəsində deyilən "Mənir- təza" kəlməsindən məqsədə bu cür insanlardır, və cənnət- rizvan sahibləri nəzərdə tutulmamışdır. Çünki behişti- rizvanın sahibləri, özləri qiyamət gününün şahid və şəfaətçiləridir və şəfaətə ehtiyacları yoxdur. Bunun üçün də yeri vardır ki, sual edək: bu ayənin (şəni nuzulu) nazil olmasının səbəbi nədir?

Məkkə müşrikləri, bütləri Allah yanında şəfaətçi bilib ibadət edərək əzəmətli biklirdilər və deyirdilər: "Biz bütlərə ibadət edirik ki, bizim məqamımızı Allaha yaxın etsinlər:"[14] Çünki "bu bütlər Allah dərgahında bizim şəfaətçilərimizdir".[15] Amma Allah Taala onların malikiyyət iddasını və bütlərin xeyir və zərərə qadir olduqlarını rədd edir, çünki bütlər bir işə qadir deyildirlər ki, başqalarına və ya özlərinə xeyir yetirib, ziyanı uzaqlaşdırsınlar, bəs necə insanların istəklərini yerinə yetirib, çətinliklərdən qurtaracaqlar. Və yaxud qiyamətdə necə bu nadan müşriklərə şəfaətçi olacaqlar.

Başqa bir tərəfdən, mələkləri Allahın qızları deyərək onları uca tutub ehtiram qoyurdular. Və hesab edirdilər ki, bu mələklər qiyamətdə onlara şəfaətçi olacaqlar. Müşriklərin bu səhv iddiası yenə də ənbiya surəsinin 28 ayəsinin nazil olmasıyla rədd edildi. Allah Taala buyurur:

Mələklər Allahın qızları deyil bəlkə Allahın əziz bəndələridir ki, Allahın əmrindən çıxmayıb onun göstərdiklərinəəməl edirlər və Allah onların bütün əmələrindən- istər dünyada istərsə də axirətdə xəbərdardır. Onlar yalnız o şəxslərə ki, Allah onlardan razıdır şəfaət etmirlər, çünki mələklər Allahın qəzəbindən qorxurlar.[16]  Çünki Allahın icazəsi və razılığı olmadan bir iş görməzlər bəs müşriklərə şəfaət edə bilməzlər.

Bu cür bəyan edək ki, şəfaətçilərin şəfaəti üç cürdür: 1. Behişt əhlini behiştdəki məqamı. 2. cəhənnəmə daxil olmamışdan cəhənnəm əzabından nicat tapa. 3. cəhənnəmə olduqdan sonra orda qalmaqdan və əzabdan nicat tapa. Aydındır ki, onların arasındakı fərq və nəticə onların qabiliyyət, iman və əməllərinə şamil olan şəfaətdir,[17] və əzabdan nicat tapmaq o şəxsin şəfaəti olar ki, aşağıdakı şəraitlər onda olsun.

1.      heç bir şəxsin Allahın izin olmadan başqa birisinə ola bilməz. çünki qiyamətdə hakim və qazi Allahdır, və şəfaət Allahın rəhmət sifətlərindəndir ki, qəzəbinə üstünlük verir.

2.      Şəfaətçilər yalnız o şəxslərdir ki; 1. özləri şəfaətə ehtiyacları olmayıb və iman və xeyir əməl sahibi olsunlar. 2. Elm və haqq üzündən şəfaət etsinlər. 3. Allah tərəfindən icazələri olsun.

3.      Şəfaət olunanlar: 1. Şəfaətə ehtiyacı olsunlar. 2. şəfaətə ehtiyacları olduqda, Allahın rəhmətinə şamil olmaq qabiliyyəti onlarda olsun ki, Allahın rəhməti onlara şamil olsun və şəfaətçilərin şəfaətiylə əzabdan qurtarsınlar. 3. Şəfaətə mane olan işlər: Küfr, nifaq, şirk, şəfaəti inkar etmək və namaza etinasızlıqdı.

Yuxarıdakı şəriətləri nəzərdə tutaraq. əgər şəfaət barəsində olan başqa ayələrə diqqət etsək, belə bir nəticə əldə edirik ki, möminlər və mələklər, müşrikləri, münafiq və kafirləri şəfaət etməyin icazəsi yox, bəlkə onlara dua və bağlanmalarını istəməyə icazələri yoxdur. Allah Taala buyurur: "müşrik və münafiqlərin bağışlanmasını istəmə. Əgər yetmiş dəfə də bunu istəsən heç vaxt Allah onları bağışlamaz".[18] Çünki Allah ona şərik qoşanı bağışlamaz amma ondan aşağı mərtəbədə olanları bağışlayar.[19]

Bəs elə ki, Peyğəmbər və mələklər məsumdurlar. Heç vaxt Allahın əmrindən boyun qaçırtmayıb[20] və müşriklər üçün şəfaət etməzlər. Hesab edək ki, başqa möminlər onlar üçün şəfaət etsinlər, onların şəfaəti müşrik, müenafiq və kafirlər üçün Allah yanında qəbul olunmazdır; çünki son hökmü verən odur və bu üç dəstə öz ixtiyarlarıyla rəhmət və şəfaət qabiliyyətini özlərindən uzaqlaşdırmışlar. Onları əməl dəftərlərində iman və xeyir iş yoxdur ki, Allahın razılığına səbəb olsun və Allah şəfaətçilərə şəfaət izni versin və yaxud möminlər tərəfindən olan şəfaət, onlara rəhmət rəğbətini qazandırıb şəfaətçilərin şəfaətini onların halına şamil etsin.

Bunun üçündə müşriklərin bu fikri ki, bütlər onların şəfaətçiləridir; yuxu və xəyaldan başqa bir şey deyil və qiyamətdə buna nail olmazlar.

Bəs Allahın razılığı nisbi və bir neçə mərtəbədən ibarətdir. Əgər desək Allah bir bəndənin əqidə və imanından razı, əməl və işlərindən isə razı deyildir, və yaxud desək bəzi işlərindən razı və bəzi işlərindən razı deyildir. Bunun üçün maneəsi yoxdur ki, Allah bir bəndəsinə qarşı (bəzi əməllərinin qarşılığında) razı olsun və o bəndə behişti rizvan sahibi olmasın, bəlkə bundan da əlavə bu bəndə (bəzi əməllərinin qarşılığında) əzab əhlindən olsun.

Daha Ətraflı mütaliə üçün mənbələr:

1-     Cavadiyi- Amili, Əbdullah,Quranda Peyğəmbərlərin mütodu (Mövzuyi təfsir), cild 6, səh 99- 113, İsra çapı, 1379, Qum şəhəri

2-     Həbibiyan, Əhməd, Behişt və Cəhənnəm, səh 249- 251, İslam təbliğat təşkilatı, çap 1, 1379, Tehran şəhəri

3-     Şirvani, Əli, Ustad Mütəhhəri əsərlərində İslam maarifi, səh 227- 254, Maarif nəşriyyatı, Çap 1, 1376, Qum şəhəri

4-     Təba təbayi, Muhəmməd Hüseyn, İslam araşdırmaları, səh 355- 367, Hicrət çapı, Qum şəhəri

5-     Təba təbayi, Muhəmməd Hüseyn, Əlmizan təfsiri, cild 14, səh 277, Ənbiya surəsinin 28- ci ayəsinin şərhində, İslam araşdırmalar təşkilatı, Qum şəhəri

6-     Misbah yəzdi, Muhəmməd təqi, Əqayid öyrənməsi, cild 3, 58- 60- cı dərslər, İslam təbliğat təşkilatı, Çap 14, 1375, Qum şəhəri

7-     Misbah yəzdi, Muhəmməd təqi, Quran maarifi, 1- 3 cildlər, səh 66- 68, Haqq yolunda nəşriyyatı, ikinci çapı, 1368, Qum şəhəri

8-     Məkarim Şirazi, Nasir, Məzhəblərin tapılma səbəbi, səh 151- 177, ikinci çapı, Qum şəhəri


[1] - Bəyyinə surəsi, ayə 8, Həşr, ayə 8, Taha, ayə 130, Mücadilə, ayə 22, Tövbə, ayə 100, Maidə, ayə 119, Ali imran, ayə 16- 169- 174, Fəth, ayə 18- 29, Nisa, ayə 64, Ğafir, ayə 7

[2] - Fəcr, ayə 30

[3] - Ali imran, ayə 15

[4] - Maidə, ayə 65

[5] - Ənam, ayə 127

[6] - Tövbə, ayə 72

[7] - Kəhf, ayə 107

[8] - Furqan, ayə 15

[9] - Səcdə, ayə 19

[10] - Qəmər, ayə 55

[11] - Həbibiyan, Əhməd, Behişt və cəhənnəm, səh 249- 250

[12] - Biharul- ənvar, cild 8, səh 118- 196

[13] - Tövbə, ayə 102- 106

[14] - Zümər, ayə 3

[15] - Yunus, ayə 18

[16] - Ənbiya, ayə 26- 28

[17] - Şirvani, Əli məarifi islami dər asare şəhid Mütəhhəri, səh 227- 254, Məkarim Şirazi, Nasir, əngizeyi peydayeşi məzahib, səh 151- 178, Abdullah, cavadiyi Amili, sireye Peyğəmbəran dər quran, cild 6, səh 99- 113

[18] - Tövbə, ayə 85- 73- 96, Hud, ayə 37- 46- 76, Munafiqun, ayə 6, Möminun, ayə 74, Həcc, ayə 31

[19] - Nisa, ayə 48- 116

[20] - Təhrim, ayə 6 Nəhl, ayə 50

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İSANIN (Ə) ZÜHUR ETDİYİ ƏSR
SƏBƏBİYYƏT (SƏBƏB-NƏTİCƏ) PRİNSİPİ ÜMUMİ BİR QANUNDURMU?
İMAMƏT (2)
İMAMƏT (1)
Səadət və bədbəxtlik əvvəlcədən müəyyən edilibmi?
Bilal haqqında
İSLAM FƏLSƏFƏSİ
Islami rəvayətlərdə bayram günləri
Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
MƏAD BARƏSİNDƏKİ ƏQİDƏMİZ

 
user comment