Azəri
Tuesday 29th of September 2020
  328
  0
  0

Bəlallar

Bəlallar

Allahın Peyğəmbəri(s):«Zirəkliyin bəlası özünü tərifləmək, şücaətin bəlası həddini aşmaq, güzəştin bəlası minnət, gözəlliyin bəlası qürur, ibadətin bəlası süstlük, danışmağın bəlası yalan, elmin bəlası unutqanlıq, səbrliliyin bəlası səfehlik, əsl-nəcabətliliyin bəlası öyünmək və səxavətliliyin bəlası israfdır.»

Allahın Peyğəmbəri(s):«Dinin bəlası nəfsani istəklərdir.»

İmam Əli (ə):«Hər şeyin bəlası var və elmin bəlası unutqanlıqdır. İba¬dətin bəlası riya, ağlın bəlası xudpəsəndlik, nəcabətliliyin bəlası təkəb¬bür, zirəkliyin bəlası özünü tərifləmək, əliaçıqlığın bəlası israf, həyanın bə¬la¬sı acizlik, səbrliliyin bəlası xarlıq və güclülüyün bəlası pis danışmaq və pis rəftardır.»
İmam Əli (ə):«Qorxu bəladır.»
İmam Əli (ə):«Nəfsi istək ağılların bəlasıdır.»
İmam Əli (ə):«İmanın bəlası şirkdir.»
İmam Əli (ə):«Yəqinliyin bəlası şəkkdir.»
İmam Əli (ə):«Nemətlərin bəlası nankorluq, naşükrlükdür.»

İmam Əli (ə):«İtaətin bəlası itaətsizlikdir.»
İmam Əli (ə):«Əsilzadəliyin bəlası təkəbbürdür.»
İmam Əli (ə):«Ağıllılığın bəlası hiyləgərlikdir.»
İmam Əli (ə):«İbadətin bəlası riyakarlıqdır.»
İmam Əli (ə):«Səxavətin bəlası minnət qoymaqdır.»
İmam Əli (ə):«Dinin bəlası bədgümanlıqdır.»
İmam Əli (ə):«Ağlın bəlası nəfsi istəklərdir.»
İmam Əli (ə):«Böyüklük və izzətin bəlası qəzavü-qədərin maneələridir.»
İmam Əli (ə):«Nəfsin bəlası dünyaya vurğunluqdur.»
İmam Əli (ə):«Məşvərətin bəlası nəzərləri bir-birinə vurmaqdır.»
İmam Əli (ə):«Hakimlərin bəlası pis rəftardır.»
İmam Əli (ə):«Vəzirlərin bəlası düşmənçilikdir.»

İmam Əli (ə):«Alimlərin bəlası mənsəbpərəstlikdir.»
İmam Əli (ə):«Rəhbərlərin (idarəçilərin) bəlası siyasi acizlikdir.»
İmam Əli (ə):«Qoşunun bəlası öz başçısının əmrindən çıxmaqdır.»
İmam Əli (ə):«Riyazətin (zahidliyin) bəlası adətin hakim olmasıdır.»

İmam Əli (ə):«Rəiyyətin bəlası itaətsizlikdir.»

İmam Əli (ə):«Pəhrizkarlığın bəlası qənaətin azlığıdır.»
İmam Əli (ə):«Qazilərin bəlası tamahdır.»
İmam Əli (ə):«Ədalətli hakimlərin bəlası pəhrizkarlığın azlığıdır.»

İmam Əli (ə):«Şücaətli şəxsin bəlası uzaqgörənliyi və ehtiyatı əldən verməkdir.»
İmam Əli (ə):«Güclünün bəlası düşməni zəif saymaqdır.»
İmam Əli (ə):«Səbrliliyin bəlası xarlıqdır.»
İmam Əli (ə):«Bəxşişin bəlası məəttəl etməkdir.»
İmam Əli (ə):«Qənaətin bəlası xəsislikdir.»
İmam Əli (ə):«Heybət və böyüklüyün bəlası zarafatdır.»

İmam Əli (ə):«Axtarışın bəlası məqsədə çatmamaqdır.»
İmam Əli (ə):«Ölkə idarəçiliyinin bəlası ölkəni himayə etməkdə aciz qalmaqdır.»
İmam Əli (ə):«Əhd-peymanların bəlası onlara əməl etməməkdir.»
İmam Əli (ə):«Hakimiyyətin bəlası öyünməkdir.»
İmam Əli (ə):«(Hədis və ya hər hansı bir sözü) nəql etməyin bəlası yalan nəql etməkdir.»
İmam Əli (ə):«Elmin bəlası ona əməl etməməkdir.»
İmam Əli (ə):«Əməlin bəlası niyyət saflığının olmamasıdır.»

İmam Əli (ə):«Bağışlamağın (əliaçıqlığın) bəlası yoxsulluqdur.»
İmam Əli (ə):«Xalq kütləsinin bəlası pis əməlli alimdir.»
İmam Əli (ə):«Ədalətliliyin bəlası güclü zalımdır.»
İmam Əli (ə):«Abadlığın bəlası zalım hakimdir.»
İmam Əli (ə):«Qüdrətin bəlası yaxşılıq etməməkdir.»
İmam Əli (ə):«Ağlın bəlası xudpəsəndlikdir.»
İmam Əli (ə):«Sözün bəlası yalan danışmaqdır.»
İmam Əli (ə):«İşlərin bəlası icraçıların acizliyidir.»
İmam Əli (ə):«Arzuların bəlası əcəllərin çatmasıdır.
İmam Əli (ə):«Vəfalılığın bəlası əhdi pozmaqdır.»

İmam Əli (ə):«Uzaqgörənliyin bəlası iş-işdən keçməsidir.»
İmam Əli (ə):«Əmanətin bəlası xəyanətdir.»
İmam Əli (ə):«Fəqihlərin (alimlərin ) bəlası pəhrizkarlıq etməməkdir.»
İmam Əli (ə):«Bəxşişin bəlası yersiz xərcləməkdir.»
İmam Əli (ə):«Dolanışığın bəlası tədbirsizlikdir.»
İmam Əli (ə):«Sözün bəlası çox danışmaqdır.»
İmam Əli (ə):«Zənginliyin bəlası xəsislikdir.»
İmam Əli (ə):«Arzunun bəlası əcəldir.»
İmam Əli (ə):«Yaxşılığın bəlası pis həmdərddir.»
İmam Əli (ə):«Qüdrətin bəlası zülmkarlıq və itaətsizlikdir.».İmam Əli (ə):«Bütün bəlaların başı ləzzətlərə ( və eyş-işrətə) vurğunluqdur.»
İmam Əli (ə):«Ağlın ən pis bəlası kibr və özünü böyük tutmaqdır.»

Kitab: "Mizanül-hikmə"

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub
  328
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

İmam Rzanın (əleyhi səlam) hərəmində 3 km-lik iftar süfrəsi
Neysan suyunun xüsusiyyəti. Bahar yağışından qafil olmayın!
IMAM HӘSӘN ӘLEYHISSALAMIN ŞӘXSIYYӘTI
İRAQLILARIN MƏKTUB YAZMASI
İmam Hüseynin (ə) möcüzələri – “Ölünü diriltməsi”
Aşura Qiyamının ilk şəhidi
Tasua günü və Aşura gecəsinin əməlləri
Həzrət Müslim kim idi?
His Children
Haramdan doğulan uşağın əlamətləri

 
user comment