Azəri
Friday 19th of April 2024
0
نفر 0

Niyyət - əməlin əsası

Niyyət, ixlas və şirk, riya və nifaqdan çəkinmə
Mənəviyyatın, nəfsani fəzilətlərin və ali insani dəyərlərin özülünün islah olunması və möhkəmləndirilməsi islam əxlaqının əsasıdır. Ona görə bütün əməllər-istər mənəvi, istərsə də cismi olsun,məxsusən ibadətlər niyyətə bağlıdır. Niyyət o qədər təsirlidir ki, əslində ibadət olmayan hər hansı bir mübah əmələ ilahi rəng vurub Allaha yaxınlıq niyyətilə yerinə yetirərək onu ibadət dərəcəsinə qaldırıb əcr və savaba yetişdirir.
 

 

Məsələn, əgər yemək və ya istirahət etmək yenidən qüvvə toplayıb yaxşı ibadət etmək və ya xalqa xidmət göstərmək üçün olarsa, ibadət sayılar. Halbuki belə əməllər əslində ibadət deyildir. Deməli, bu keyfiyyətə görə niyyətə əməlin ruhu və özülü demək olar. Başqa sözlə desək, islamda ən mühüm məsələ hər bir şeyin batini və həqiqi cəhətidir, çünki əməllərin dəyəri və qəbulolma dərəcəsi ona bağlıdır. Bu barədə diqqətinizi bir neçə hədisə cəlb edirik:
Peyğəmbər(s) buyurmuşdur:
Həqiqətən, əməllər niyyətə bağlıdır. Hər bir şəxs nəyi niyyət edibsə, elə ona da yetişər. Kim Allaha və Rəsuluna görə hicrət edərsə, Allah və peyğəmbərlərinə tərəf də gedər. Kim qadına görə evlənərsə və ya sərvət, var-dövlət ələ keçirmək xatirinə hicrət edərsə, hicrəti niyyətində tutduğu şey tərəfə də yönələr.
“Möminin niyyəti əməlindən yaxşı, kafirin niyyəti isə əməlindən daha pisdir. Hər kəs niyyətinə görə iş görər.”
Dördüncü imam həzrəti Əli ibn Hüseyn(ə) buyurur: “Heç bir əməl niyyətsiz qəbul olunmur.”
Peyğəmbər(s) bir hədisdə buyurur:
“Qiyamət günü insanlar niyyətinə görə təhrik olunarlar.”
“Qiyamət günü adamlar niyyətinə görə sorğu-sual olunar.”
İmam Sadiq(ə) də bu barədə bir hədisdə buyurur: “Qiyamət günü Allah-təala insanları düşüncə və niyyətinə görə sorğu-suala çəkər.”
Müxləs (saflaşmış) bəndələr
Allah-təala saleh bəndələri saf niyyətlərinə görə tərifləyir. Məsələn, Yusif peyğəmbəri(ə) tərifləyərkən onu “müxləs” (saflaşmış)- deyə yad edir:
Doğrudan da, (qadın) ona meyl salmışdı. Əgər Rəbbinin dəlilini görməsəydi, (Yusif də) ona meyl edərdi. Biz pisliyi və biabırçılığı (zinanı) ondan sovuşdurmaq üçün belə etdik. Çünki o, həqiqətən, Bizim sadiq bəndələrimizdəndir.” («Yusif» - 24).
Həzrət Musa(ə) barədə buyurur:
(Ya Mühəmməd!) Kitabda (Quranda) Musanı da yad et! Həqiqətən, o (öz ibadətində) çox səmimi idi. O bir elçi, bir peyğəmbər idi.” («Məryəm» - 51).
 
 
 
Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

HİCАB VӘ ÖRPӘYİN TАRİХÇӘSİ
MƏHƏBBƏTIN IZHARINDAN ÇƏKINMƏYƏK
Həyatın müşküllərini çözən 25 hədis!
İmam Xamenei cənablarının hüzuru ilə Əyyami Fatimə (s.ə.) məclisləri qeyd ...
ƏR-ARVAD RABITƏLƏRI
VƏLİYYİ ƏSR İMAM ZAMAN (Ə)-IN İMAM CAMAATA HƏVALƏ VERMƏSİ
YUXUDA DA ALLAHI YAD ETMƏK
KIŞI SEVMƏK, QADIN ISƏ SEVILMƏK SORAĞINDADIR
İŞLƏYƏN QADINLARLA BAĞLI BƏ`ZI NÖQTƏLƏR
Həzrəti Əli (ə) kimdir?

 
user comment