Azəri
Wednesday 24th of April 2024
0
نفر 0

İSLAMDA TƏBABƏT (5)

İSLAMDA TƏBABƏT (5)

İSLAMDA TƏBABƏT (5)

Qədimlərdə soyuqdəymə ilə mübarizə üçün üç günlük alma rejimi keçirərmişlər.

İslamın sönməz ulduzlarından biri, yeddinci İmamımız Museyi Kazım (ə) buyurur: "Peyğəmbərin ailəsi soyuq su içməklə və alma yeməklə soyuqdəymə və qızdırmanı müalicə edirdilər".

Maraqlıdır ki, tez yetişən turşməzə almalar öd, təzyiq və sinir sistemi üçün daha münasibdir. Yetişməmiş almanın şirəsindən isə mədə-bağırsaq, diabet (şəkər xəstəliyi) və s. istifadə edirlər.

Qurudulmuş alma qabığını qaynadıb suyundan qulaq ağrısı zamanı damızdırırlar.

Bu ilahi nemət, həm də gözəl qan kəsicidir. Belə ki, İmam Cəfər Sadiq (ə) buyurur: "Burundan qan açılmnış şəxsə, qanın qarşısını almaq üçün alma şirəsi içirin". –deyə tövsiyə edir.

Başqa bir hədisdə isə İmam Cəfər Sadiq (ə) buyurur ki: "almanı yeməmişdən qabaq iyləyin, bu cür etsəniz o, bütün xəstəlikləri bədəndən xaric edər".

Öz ilahi qanunları ilə 124 min peyğəmbəri insan oğlu üçün müəllim etmiş böyük yaradana şükürlər olsun, 124 min peyğəmbərin ən şərafətlisi, elmlər şəhəri, aləmlərə rəhmət olaraq göndərilmiş həzrəti Məhəmmədə (s) və peyğəmbərlərin elminə varislik edən, pak övladlarına salamlar olsun.

İslamda təbabət

On səkkiz min aləmi yaradan və hamısını da yaratdıqlarının ən şərafətlisi olan insanın öhdəsinə verən, nemətlərinin şükrünü edə bilməyənlərə qarşı belə rəhman sifətini göstərən, öz mərhəmətini bəndələrindən əsirgəməyən aləmlərin Rəbbinə həmd və səna olsun!

Mehriban Allah minlərcə növbənöv bitgi və mevyələri insanın ixtiyarına vermişdir. Texnika sahəsində elmin zirvələrinə yüksəlmiş, başqa planetləri, qalaktikaıları tədqiq etməyə çalışan insan görəsən heç qozu sındırdıqda təəccübdən heyrətə gəlmirmi?! Iki hissədən ibarət olan qoz ləpəsi insan beyninə necə də oxşayır! Lobyaya, xüsusən də maş lobyasına diqqət yetirirmi? O, nədən bu qədər böyrəkləri xatırladır? Yeni planetlər kəşf etmək istəyən insan görəsən heç buğda dənəsinin quruluşuna diqqət vermirmi?! Bu qədər bənzərlik hikmətsizdirmi, mənasızdırmı?! Bəlkə Ulu Yaradan bizim bitki aləmi ilə, ümumiyyətlə təbiətlə bağlılığımızı göstərir?

Bizə düşünmək qalır, həqiqətləri isə ən yaxşı bilən Allahdır. Sirlərlə dolu aləmin-bitkilərin, meyvələrin dillərini, sirlərini anlayan, bizlərə tanıtdırmağa çalışan, bu sirli aləmin elmini bəşər arasında yayan Allahın elçiləri-peyğəmbərlərə, onların ən şərafətlisi həzrət Məhəmmədə (s) və onun elm xəzinəsi olan övladlarına Allahın ən gözəl salamı olsun!

Səmavi kitabların sonuncusu və ən kamili olan Quranı-Kərimdə Allah insanlara xitab edir: "Və göydən su nazil edən də odur. Biz onunla (su ilə) hər cür göyərtini çıxartdıq. O göyərtidən də yaşıllıq meydana gətirdik ki, bu yaşıllıqdan bir-birinin üstünə komalanmış dənələr (sünbüllər), xurma tumurcuğundan qoparılması asan olan salxımlar, üzüm bağları,bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar yetişdirdik. Bar verdikləri vaxt və bir də yetişdikləri zaman meyvəsinə bir baxın! Həqiqətən bütün bunlarda iman gətirən şəxslər üçün bir çox ayətlər (dəlillər) vardır".

İlahi nemət olan nar öz qəribə zahiri quruluşu ilə insanı nə qədər heyrətə salırsa, onun daxili quruluşu, yəni tərkibi də bir o qədər heyrətləndirici mənzərə yaradır. Narın kimyəvi tərkibi nişasta, limon turşusu, Tahin, karbohidrat, protein, yağlar, su, kalium, fosfor, dəmir, B1, B2 vitaminləri, aşılayıcı və bir çox başqa faydalı maddələrdən ibarətdir. 124 min peyğəmbərin sonuncusu, Allahın seçilmişi və sevimlisi həzrət Məhəmməd (s) buyurur: "nar yeyin! Yediyiniz narların hər birinin içərisində cənnət narlarından bir dənə vardır".

Içərisində cənnət meyvəsindən kiçik bir hissə saxlayan bu ilahi nemətin həm ağacının kökünün qabığı, həm meyvəsinin üz qabığı, həm meyvəsi və həm də içərisindəki ağ pərdələri dərmandır.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Molla Sədra düşüncəsində "vilayət-i fəqihin" yeri və İslam ...
10 HƏDIS (9)
MƏAD - Ölümdən sonrakı həyatın isbatı
Təkfirçilərə qarşı İslam dünyasının vəhdəti şərtdir.
Ədədlərin sirri
Şühəda və Siddiqin
İSLAMDA TƏBABƏT (5)
Müsəlmanlar küçələrə axışsın: Qüds İslam torpağıdır!
Əgər etdiyimiz nəzirə əməl etməsək vəzifəmiz nədir?
10 HƏDIS (32)

 
user comment