Azəri
Thursday 4th of June 2020
  1023
  0
  0

Mina qurbanı həzrət İsmayıl (ə)

Mina qurbanı həzrət İsmayıl (ə)

Mina qurbanı həzrət İsmayıl (ə)

Dünya yarandığı ilk gündən yer üzü höccətsiz olmayıb. Allah-Taala bütün dövrlərdə, xalqı hidayət etmək üçün yer üzünə bir peyğəmbər seçib göndərib. Uly Tanrı yer üzündə ilk peyğəmbər olaraq Adəm (ə) yratdı. Adəm (ə) ruh verildiyi zaman söylədiyi ilk söz "Əl-həmdu-lillahi-rəbbil-aləmin"kəlməsi olub. Ruh Adəm (ə) burnundan daxul olub, beyninə və oradan da vücuduna daxil olub. Bu Səbəbdən Adəm (ə) Allaha həmd eylədi. Eyni zamanda Quranı-Kərimin ən fəzilətli ayəsi "əlhəmdu lillahi rəbbil aləmin" ayəsidir.

Adəm övladları artıb yer üzünü bürüdükcə dini təriqətlər də artmağa başladı. Belə bir dövrdə Allah-Taala həzrəti İbrahimə (ə) peyğəmbərlik verdi. həzrəti İbrahimə (ə) dövründə ərəblər bütpərəst idilər. Cahillik dövrünü yaşayan ərəblər hər il büt qarşısında öz övladlarını qurban kəsirdilər. həzrəti İbrahimin (ə) əsas təkallahlıq ideyası idi. Cahillik əlaməti olan bu insan qurbanlarınin kəsilməsinə də son qoyulmalı idi.

həzrəti İbrahim (ə) isə hara hedirdisə güclü təqiblərə məruz qalırdı. Hər dəfə də eyni cavab alırdı:

Ya İbrahim! Əgər sənin də övladın olsa sən də bizim kimi Allah yolunda qurban kəsərsən.

Bu o vaxt idi ki, həzrəti İbrahimin (ə) övladı . O Saranın məsləhəti ilə kənizi ,Hacərlə evlənir. İllər keçir həzrəti İbrahim (ə) övlad həsrəti ilə qovrulduğu bir zamanda mələklər onun yanına gəlib soruşurlar:

"Ya İbrahim! Allah sənə bu qədər nemətlər ki, ehsan edib, sən onu səxavətlə xərc edirsən. Qəlbinə başqa şey gəlmir?"

həzrəti İbrahim (ə) düşündü və dedi: "Təkcə malım deyil, əgər Allah mənə bir saleh övlad versə, onu da Allah yolunda fəda edərəm".

Aradan illər keçdi, həzrəti İbrahim (ə) bir oğlu oldu. həzrəti İbrahim (ə) evində "atam", "anam" kəlmələri eşidildi. Ata və ananın sevə-sevə əzizlədiyi İsmayıl (ə) növcavan yaşına çatanda bir gecə yuxuda həzrəti İbrahimə (ə) "nəzirini yerinə yetir, ya İbrahim" sözləri deyildi. həzrəti İbrahim (ə) düşündü, "bu röya Allahdan idimi? Nəziri nə idi? Ertəsi gün həmin yuxu təkrar oldu. həzrəti İbrahim (ə) artıq bildi ki, bu yuxu Allahdandı. Nəzirin nə olduğunu xatırladı.

Bu haqda Allah Quranı-Kərimin Saffat surəsinin 102-ci ayəsində həzrəti İbrahim (ə) dili ilə buyurur: "oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör bu barədə nə fikirləşirsən? O, dedi: "Atacan! Sənə nə əmr olursa, onu da et. İnşallah mənim səbirlilərdən olduğumu görəcəksən".

Bu Nəmrud atəşindən xilas olmuş həzrəti İbrahim (ə) üçün növbəti sınaq idi. Bu zaman İsmayılın (ə) 13 yaşı var idi.

Artıq Allah əmrini yerinə yetirmək lazım idi. həzrəti İbrahim (ə) Hacərə söylədi: "İsmayılın libaslarını dəyiş, qonaq getməliyik. Bizim üçün bir ip və bir bıçaq da ver ki, yolda gərəyimiz olar".

Hacər deyilənlərə əməl etdi. Ata oğul "Mina" istiqamətinə yollandılar. Ancaq hara getdiklərini nə ata bildi, nə də oğul.

Yolda İblis həzrəti İbrahimin (ə) qabağına çıxaraq dedi: "ya İbrahim! Bu gözəllikdə övlada necə qıyıb, onu qurban kəsərsən? Bəs, sən demirdin ki, övladdan qurban kəsmək olmaz. Narahat yatıb yuxu görməklə bu uşağı qurban kəsməyi necə rəva bilirsən? həzrəti İbrahim (ə) bildi ki, Bu şeytandır. Budur ki: "Əgər bədənimin əzaları hərəsi bir İsmayıl ola, yenə də bu işdən dönmərəm. Bu İlahi əmrdir. Tanrı fərmanıdır". Şeytan İbrahim (ə) tərəfindən qovuldu.Əli üzülmüş halda Hacərin yanına gələrək onu öyrətməyə başladı:

"İbrahim səni aldadır. O, qonaqlığa deyil İsmayılı qurban kəsməyə aparır. Qonaq güdən illə bıçaq aparmaz".

Bütün varlığı ilə Allaha bağlı olan Hacərin verdiyi cavab şeytanı daha da ümidsizləşdirdi:

"İbrahim bu evin peyğəmbəridir. İlahi məsləhətini n daha yaxşı bilir. Əgər Allahdan belə bir əmr gəlmişsə, mən bir ana kimi bu əmrə təslim olub boynumu bükürəm". Bu dəfə şeytan Həzrəti İsmayılın (ə) yanına gəlib:

"Atan səni hara aparır, bilirsənmi? Kəsməyə aparır, kəsməyə!" Deyərək onu qorxutmağa çalışdı. Həzrəti İsmayıl isə: O mənim atamdır. O, Allah peyğəmbəridir. Əgər bu əmri Allahdan almışsa, əmri yerinə yetirmək lazımdır" cavabını verdi.

Ata ilə oğul gəlib "Minaya" çatdılar. Övlad həsrəti ilə beli bükülmüş ağsaçlı ata, yeniyetmə cavanla qucaqlaşıb ağlaşdılar.

Bu vaxt İsmayıl (ə):

"Atacan, bir neçə vəsiyyətim var, onu yerinə yetirməyini istəyirəm. Məndən anama salam söylə, əllərindən öpdüyümü bildir, Libasımı soyundur, qana bulaşmasın. Köynəyimi gedəndə anama ver. Mən yadına düşəndə bağrına basıb təsəlli alsın. Qana bulaşmış görsə, dözə bilməz, kiçik uşaqlar arasına çox çıxmasın. Odur ki, onlara baxıb məni yada salar, Allaha üsyan edər. Gözlərimi, əllərimi və ayaqlarımı bağla. Can şirindir, odur ki, bıçağı çəkəndə gözüm-gözünə sataşar, bıçağı əlindən almaq istərəm, ayağımla səni itələyərəm".

həzrəti İbrahim (ə) gözü yaşlı ağladı.

İsmayıl (ə) təkrar dilləndi: "Ey ata" Əllərimi və ayaqlarımı aç Məni Allah və mələkləri qoruyur. Bizə baxıb nə üsyankar uşaqdı, atası əl-ayağını bağlamaq məcburiyyətində qalıb deməsinlər. Üzümü yerə qoy, bıçağı tez çək. Dözmək asan olsun" dedi.

Ata və oğul hər ikisi əmrə müntəzir dayanmışdılar. həzrəti İbrahim (ə) gözü yaşlı halda oğlunun üzünü yerə qoydu. Bıçağı onun zərif boğazına çəkdi. Ancaq bıçaq kəsmədi. Bir daha bıçağı işə saldı, bıçaq kəsmədi. həzrəti İbrahim (ə) heyrətə gəlib Tanrıya üz tutdu ki, onu bu işdən agah eləsin. Səda gəldi-Ya İbrahim! Sənin nəzirin qəbul oldu... Ata və oğul sınaqdan üzüağ çıxdıqları üçün Allaha şükr eylədilər. Bu vaxt Allah-Taala Cəbrayıl (ə) vasitəsi ilə bir qurbanlıq qoç göndərdi. həzrəti İbrahim (ə) İsmayılın (ə) əvəzinə həmən qoçu qurban kəsdi. O vaxtdan illər keçsə də İslam aləmində qurbanlıq onun adı ilə "İsmayıl qurbanı" adlanır.

Qurban kəsməkdə məqsəd Allaha yaxınlaşmaq olub. Qurbanı gərək niyyətlə kəsəsən. Heyvanı kəsməzdən əvvəl müstəhəbbi əməldir ki, ona bir qədər duz və su verəsən. Qurban kəsilərkən belə niyyət olunmalıdır:

"Qurban kəsirəm qürbətən illəllah," sonra "Bismillah, Allahu əkbər" deyib bıçağı çəkirsən.

Qurban bayramınız mübarək olsun, Amin!

  1023
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

    Axund Nuhbala Rəhimova günahsız yerə hökm oxundu
    ÜSTÜN CƏHƏTLƏRƏ GÖRƏ VƏZIFƏYƏ TƏYIN ETMƏK
    Məcnunun nəzərincə haqq kiminlədir?!
    İmam Sadiq ələyhis-salamın kəlamında bəraətin vacibliyi
    İSRAİL REJİMİ VƏ ONUN ÇİRKİN NİYYƏTLƏRİ (3)
    İSRAİL REJİMİ VƏ ONUN ÇİRKİN NİYYƏTLƏRİ (5)
    Bu qadınlarla ailə qurmayın?!
    HÖKUMƏT SÜTUNLARININ MÖHKƏMLƏNMƏSI
    Allah Peyğəmbərinin (s) kəlamlarından
    Mənfur Türkmənçay müqaviləsi - İranı parçalayan sənədin TAM MƏTNİ

latest article

    Axund Nuhbala Rəhimova günahsız yerə hökm oxundu
    ÜSTÜN CƏHƏTLƏRƏ GÖRƏ VƏZIFƏYƏ TƏYIN ETMƏK
    Məcnunun nəzərincə haqq kiminlədir?!
    İmam Sadiq ələyhis-salamın kəlamında bəraətin vacibliyi
    İSRAİL REJİMİ VƏ ONUN ÇİRKİN NİYYƏTLƏRİ (3)
    İSRAİL REJİMİ VƏ ONUN ÇİRKİN NİYYƏTLƏRİ (5)
    Bu qadınlarla ailə qurmayın?!
    HÖKUMƏT SÜTUNLARININ MÖHKƏMLƏNMƏSI
    Allah Peyğəmbərinin (s) kəlamlarından
    Mənfur Türkmənçay müqaviləsi - İranı parçalayan sənədin TAM MƏTNİ

 
user comment