Azəri
Saturday 20th of April 2024
0
نفر 0

Onuncu imam həzrət Əli İbn Məhəmməd (ə)

Onuncu imam həzrət Əli İbn Məhəmməd (ə)

 Onuncu imam həzrət Əli İbn Məhəmməd (ə)

Həzrətin adı Əli, məşhur künyəsi Əbul-Həsəni Salis və ibn Rizadır. Onun məşhur ləqəbləri Nəqi və Hadidir. Onun atası imam Məhəmməd Təqi (ə), anası isə Süsən xanım olmuşdur. Həzrət cəmi 40 il ömür sürmüşdür. Hicrətin 214-cü ilində rəcəb ayının ikisində dünyaya gəlib, 254-cü il rəcəb ayının üçündə isə Mötəz Abbasinin əli ilə zəhərləndirilərək şəhid olmuşdur.

O həzrətin imamət müddəti 33 il olub. Əli ibn Məhəmməd (ə) yeddi yaşında olarkən atası dünyasını dəyişmiş və bundan sonra imamət ona çatmışdır. On üç il Mədinədə yaşadıqdan sonra Mütəvəkkil Abbasinin göstərişi ilə o, Bağdada gətirilir və 20 il məcburən Bağdad şəhərində qalır. Nəhayət burada o, zəhərləndirilir və şəhid olur.

Bağdadda yaşadığı 20 il müddətində daima nəzarət altında olan Əli ibn Məhəmməd (ə) bəzən zindanlara salınaraq ağır işgəncələrə məruz qalır, bəzən də azad gəzib-dolaşırdı. Bir sözlə, Bağdadda məcburi keçirdiyi 20 illik ömrünün bir qismini Bəni Abbasın əzab-əziyyət və zülmlərinə sinə gərməklə yaşamışdır.

Şəkli-şəmayili və əxlaqı barədə onu demək olar ki, o həzrət (ə) ortaboylu bir qədər şişkin, iri gözlü, qaşları aralı, dişləri iri, açıq alınlı adam olmuşdur. Imam qəmli adamlarla rastlaşanda, onlarla ünsiyyətə girdikdə və ya baxanda onların dərd-qəmi azalırmış. O nurani cənabın (ə) görən hər kəsin qəlbində ona qarşı böyük ehtiram və məhəbbət yaranmışdır.

Bununla belə, onun heybəti də çox böyük olmuşdur. Düşmənləri onun qarşısında özlərini itirər, hətta əsim-əsim əsərlərmiş.

Adi vaxtlarda isə o cənabın (ə) mübarək dodaqlarında həmişə təbəssüb əlaməti görünər, daim Allah-Taalanın zikrini edərmiş. Yol gedəndə kiçik addımlarla yeriyərmiş. Yerişi daim vüqarlı, özü isə təmkinli və tədbirli hərəkət edərmiş. Müsahibi ilə söhbət edərkən danışdığı adamın üzünə baxmağı xoşlamaz, səsini ucadan çıxarmazmış. Məscidlərdə, qonaqlıqlarda süfrənin yuxarı başında da oturmağa meyl göstərməzmiş, amma bununla yanaşı onu dəvət edənlərin hər biri öz məclisinin və ya süfrəsinin başında, ən hörmətli şəxslərə layiq yerdə əyləşdirərlərmiş.

Mütəvəkkil Abbasi Abbasi xəlifələri içərisində ən zalım və qaniçən xəlifələrdən olmuşdur. Onun hökmdarlığı dövründə yaşamış həzrət Hadinin (ə) xəlifənin gördüyü işlər qarşısında səbr etməkdən başqa bir çıxış yolu yox imiş. Dəfələrlə öz adamlarına fərman verən hökmdar onlara bildirmişdi ki, gecə ikən imamın (ə) evini basqınlara məruz qoyub onun var-yoxunu qarət etsinlər. Qarətçilər bir gecə həzrətin (ə) evinə girərək oradan Mütəvəkkilin anasının möhürlədiyi bir kisə pul tapırlar. Sonradan məlum olur ki, Mütəvəkkil xəstə olarkən, onun anası bu pulları imam Hadiyə (ə) nəzir demiş. Və oğlu sağaldıqdan sonra həmin pul kisəsini ona vermişdir.

Əsil-nəcabət baxımından onun həzrət Cavad (ə) kimi atası, əhli-beyt (ə) kimi kökü vardır. Elmi fəzilətlərinə gəldikdə isə həzrətin öz sözlərini oxuculara çatdırmaq yerinə düşər. Yəhya ibn Əksəm imamdan (ə) "Əgər yerdəki bütün ağaclar qələm, dərya isə mürəkkəb olsa və yeddi dərya ona qoşulsa, yenə də Allahın sözləri (yazılıb) tükənməz", ayəsindəki Allahın sözlərini necə başa düşmək lazımdır?

Həzrət cavab verdi: "Allahın kəlamları bizik ki, fəzilətlərimiz (layiqincə) dərk olunmaz və qurtarmaz"

Nofəli nəql edir ki, imam Hadi (ə) buyurardı: "Allahın" ismi-əzəmi" 73 hərfdir ki, ondan da yalnız bir hərfi Asəf ibn Bərxiya bilirdi və onun vasitəsi ilə Bilqeysin taxtını bir göz qırpımında Yəməndən Şama gətirdi. Biz əhli-beyt o hərflərdən 72-sini bilirik, yalnız birini bilmirik. Geridə qalan o birindən də yalnız Allah xəbərdardır".

Imam Hadidən (ə) nəql olunan rəvayətlər çoxdur. Bu rəvayətlərin birində həzrət buyurur: "hər kəs Allahdan qorxub təqvalı olsa, ondan qorxarlar və hər kəs Allaha itaət etsə, ona itaət edərlər". Bu fikir əsrlər boyunca təcrübədən keçib və isbat olunubdur. Bildiyimiz çoxlu ayə və rəvayətlər də yuxarıdakı fikri təsdiq edir. "hər kəs Allaha iman gətirib xeyirxah işlər görsə, Allah onun məhəbbətini ürəklərə salar".

Imam Əliyyən Nəqi (ə) buyurmuşdur:

Öz qədrini bilməyən adamın şərindən heç vaxt amanda olmazsan.

Dünya bir bazardır ki, bəzi adamlar ondan mənfəət götürər,bəziləri də ziyan çəkər. s

Bizim də hər birimiz çalışmalıyıq ki, bu fani dünyada həm özümüzün, həm də bir-birimizin qədrini bilək və həmin bazardan da üzüağ çıxaq.İnşallah!

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Xəvariclər Nəhrəvan döyüşündə haqq yoldan azmışdılarmı? Əli (ə) Müaviə ...
İmam Hüseyn(ə) Qurani- kərimin ayələrində
Məhərrəm ayının 19-cu günü
Allah vəhyinin mütərcimləri
IMAM HÜSEYN ӘLEYHISSALAMIN ŞӘXSIYYӘTI
İmam Həsən Əskərinin (ə) Əli ibn Babəveyhə məktubu
MÜBARIZƏ VƏ CIHAD ALOVU (2)
Həzrət Əlinin (ə) haqsılığa münasibəti
Peyğəmbər (s) - Şölələnən çıraq
Məhərrəm

 
user comment