Azəri
Friday 29th of March 2024
0
نفر 0

NƏŞRIYYATIN GIRIŞ SÖZÜ

NƏŞRIYYATIN GIRIŞ SÖZÜ

    


NƏŞRIYYATIN GIRIŞ SÖZÜ

Səadətə çatmaq üçün ən mühüm meyarlardan biri yaşayışda münasib nümunələrin olması və onlardan istifadə etməkdir.

Şəksiz cavanlar özünəməxsus bir mərhələdə olduqları üçün, öz həyatlarını idealların rəftar və davranışları ilə uzlaşdırmaq məqsədi ilə özlərinə ideal şəxsiyyət tapmaq niyyətindədirlər.

Məhz buna görə Quran kərim insanların həyatında qurucu nümunələrinin roluna vararaq, bəzi yüksək əxlaqa malik olan nümunələri qeyd etmişdir. O cümlədən “İsmayıl”ın Həmçinin “Safuranın” dastanlarını nümunə kimi göstərmək olar.

Bu əsər sadə nəsrlə amma tərbiyət və mistik baxımdan bu dastanların dərin mənalarını araşdırır.

“Rasixun” nəşriyyatı İsmayıla bənzər cavanların fədakarlığı və şəhid olmaqları naminə; müsəlman qızların Safura kimi paklığı, iffəti və əxlaqi dəyərləri qorumaqları məqsədi ilə bu dəyərli əsəri bütün cavan və gənc nəsilə təqdim edir

MÜTƏRCİMDƏN

Allahın adı ilə

Özünü islahetmədə örnəyin rolu.

Allahla olan əlaqəsi insanın fərdi və ictimayi həyatını məna və təfsir edir. Fiqh elmi qeyd edilən bütün əlaqələri özündə ehtiva edir. Fərd və cəmiyyət münasibətlərini özündə tərsim edən fiqh elmi bütün sahələrdə və məxsusən Allah ilə bəndə arasında olan qanunları tənzimləyir.

İstər fərdi tərbiyədə, istər ictimayi tərbiyələrdə praktiki nümunə mühüm rol oynayır. Məqsədimiz vahid məktəb və məramın kamilləşmiş və armanını təcəssüm etdirən nümunələrdir. Quran ədəbiyyatında bu növ kamillik nümunələrindən və təbiyət örnəklərindən “Üsvə” adı ilə yad edilir.

Həm Həzrəti İbrahim (ə) özünün tövhid mübarizələrində təkAllahlıların nümunəsi və həm Həzrəti Məhəmməd (s) əxlaq və davranış sahələrində müsəlmanların üsvəsi kimi hesab olunubdur.

Bu Quranın qabarıq və ləyaqətli insanların və qəhrəmanların nümunəvi rəftar və atributlarının öz ardıcıllarının rəftarlarına təsir etməsinə aid diqqətini göstərir.

Tərbiyəvi və əxlaqi bəhslərdə bəzən nəzəri əxlaq şəkilində din təlimlərini açıqlamaq lazımdır. Bəzəndə praktiki əxlaq şəkilinə salmaq lazımdır.

Din alimləri hər iki vasitədən istifadə etmişlər. Hər iki yol faydalı və səmərəlidir. Amma daha tez və qurucu rol oynayan praktiki və əməli metodların nümunəvi insanlar tərəfindən göstərilməsidir. Çünki bunlar bir növ tərəz hesablanırlar. Məhz buna görə bu kitabda Quranda mövcud olan nümunələrin bir qismini gənclərə çatdırırıq.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Allaha yaxınlaşmaq üçün günahı tərk etmək lazımdır
ƏSKİK SATMAQDAN UZAQLIQ VƏ NAMAZIN İLK VAXTDA QILINMASI
Təvəssül və şəfaətin inkarı tarixi
10 HƏDIS (22)
Riyakar və saxtakar insanın üç əlaməti
ŞӘFАӘTİN MӘNАSI
BƏRZƏX
MƏSİHİLİK
ZƏRDÜŞTİLİYİN DİNİ AYİNLƏRİ
Nübüvvətin zəruri olması dəlilinə əsasən ilahi ,

 
user comment