Azəri
Wednesday 1st of December 2021
302
0
نفر 0
0% این مطلب را پسندیده اند

MƏHƏMMƏD FİZULİNİN FƏLSƏFİ GÖRÜŞLƏRİ (4)

MƏHƏMMƏD FİZULİNİN FƏLSƏFİ GÖRÜŞLƏRİ (4)

 MƏHƏMMƏD FİZULİNİN FƏLSƏFİ GÖRÜŞLƏRİ (4)

"Səhhət və mərəz" də ruhun bədən mülkünü dolaşdıqdan sonra yenidən öz əvvəlki məkanına qayıtdığının şahidi oluruq. Hər bir varlığın yenidən öz əslinə qayıtması ideyasına şairin digər əsərlərində də rast gəlirik. Məsələn:

Gəhi torpağə eylər hikmətin min Məhliqa pünhan.

Gəhi sünün qılır torpağdən min Məhliqa peyda.

(Gah hikmətin min ayüzlünü torpaqda gizlədir, gah da əməlin torpaqdan min ayüzlü yaradır).

Xəlq etmə, dünyaya insan gətirmə Allah Talanın ən böyük yaradıcılıq qüdrətidir ki, bu barədə müqəddəm kitablarda çox məlumatlar verilir. Allah Taala insanı bu dünyaya göndərir, sınaq müddəti bitdikdən sonra onu axirətə aparır. Allahın özünəməxsus bu hikməti qarşısında hər bir şey acizdir. Allah özü bilir, gah torpaqdan insan yaradıb yer üzündə qərar verir, gah da yaratdığını fənaya uğradıb bu dünyadan aparır. Fizuli burada Allahın yaradıcılıq qüdrətini, həm də insanın anlamağa qabil olmadığı hikmətini tərif edir. Göstərir ki, insan da yaranmışdır və bütün yaranmışlar kimi o da bir müddətdən sonra əslinə qayıtmalıdır.

İnsanın bədəni torpaqdan yaranıb torpağa da qayıdır. Bədən yaşadıqca ruh da onunla olur. Bədən ölüb torpağa tapşırılanda, ruh da öz əvvəlki məkanəna qayıdır, yəni göylərə çəkilir. Bədəndəki həyat ruh üçün sınaqdır. Ruh orada bir növ həbs olunur. Nə qədər ki, qafildir bədən mülkü ona xoş gəlir, elə ki, kamilləşir,bədən mülkü onun üçün zindan misalında olur. Şairin aşağıdaki beytinə onun kamilləşdiyini və bu həbsdən xilas olma arzusunu eşidirik:

Həbsi-həvadə qoyma Füzulisifət əsir,

Yarəb, hidayət eylə təriqi-fəna mana.

(İlahi, məni nəfsin həvavü həvəsin zindanında Fizuli sifətində əsir saxlama, mənə yox olmaq yolunu göstər).

Fənalıq kamilliyin ən yüksək zirvəsi sayılır. Bu zirvədə artıq kamilliyə çatmış aşiq vəslə yetişir. Artıq ruh bədən mülkündən azad olub azadlığa çıxır.

Canü tən olduqca məndən dərdü dağ əskik degil,

Çıxsa can, xan olsa tən, nə can gərək, nə tən mana.

(Can və bədən olduqca, məndən dərd və dağ əskik deyil, canım bədənimdən çıxsa, bədənim torpaq olsa, sonra mənə nə can gərəkdir, nə də bədən).

Göründüyü kimi bu beytdə də şair bədəni nəfs, həvavü həvəs zindanı hesab edir. Ona düşmən olan və onu əzab-əziyyətə sövq edən nəfsin həvanın əlindən qurtulmaq istəyir. Deyir ki, bədənim, bədənimdə canım var, mənə rahatlıq yoxdur. Canım bədənimdən çıxsa, bədənim də torpağa qarışsa, torpaq olsa, daha mənə onların heç biri lazım deyildir.

Kamilliyə çatan şair dərk edir ki, bu dünya müvəqqətidir. İnsan mütləq öz əbədi məkanına qayıtmalıdır. Əbədiyyətə qovuşmaq üçün isə canı qurban vermək gərəkdir:

Qəd ənarəl-eşqə-lil-üşşaqi minhacəl hüda!

Saliki-rahi-həqiqət eşqə eylər iqtida.

(Eşq aşiqlər üçün düzgün hidayət yolunu işıqlandırdı, həqiqət yolunun yolçuları eşqi müqtəda bilib onun ardınca gedər).

Həqiqət kamilliyin dördüncü mərtəbəsidir. Aşiqlər hər bir dünya nemətinə arxa çevirib, Eşqin bələdçiliyi ilə həqiqət yolunu tutub gedərlər. Eşq aşiqlərin yolunu işıqlandırıb onlara yol göstərir. Biz bunu "Səhhət və Mərəz" də də görmüşük. Ruh eşqin bələdçiliyi ilə Məşuqluq və aşiqlik ölkələrini dolaşır. Onun məsləhətlər ilə gözlərinə aşinalıq sürməsi çəkib gözəlləşir, bütün ehtiyaclardan qurtularaq, əbədiyyətə, yəni öz əslinə qovuşur.

302
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Tövbə və onun faydaları haqqında bİr neçə hədİs
Allah yerin və göylərin nurudur, bəs məqsəd hiss olunan nurdur? Əgər belə deyilsə, bəs ...
ƏLI (ƏLEYHISSALAM)-IN NƏZƏRINDƏ BEYTÜL-MAL OĞRULARI
Kimdir İnsan?
Gündəlik beş namaz nə üçündür?
ƏHLİ-BEYT RƏVAYƏTLƏRİ
Rəcəb ayının 27-ci gecəsi və gündüzünün əməlləri
MƏDƏNİYYƏT VƏ TƏRƏQQİ
Cəmərəyə dаş аtmаq
Quranın hikmətləri bir daha təsdiqləndi

 
user comment