Azəri
Thursday 9th of July 2020
  1559
  0
  0

Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur

Qeyd edək ki, işğalçı yəhudi ünsürləri tərəfindən Qəzzə Zolağında 80 fələstinlinin qətliam edilən bir vaxtda, mayın 15-i Qüdsdə, Azərbaycan və qondarma İsrail rejimi arasında iqtisadi əməkdaşlığın inkişafı üzrə rejimlərarası komissiyanın ilk iclası keçirilib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, sionist israil rejimi tərəfindən Qüdsün işğal edilməsi dönəmində rəsmi Bakının işğal edilmiş Fələstin ərazilərinə "işgüzar" səfər edən Azərbaycanın vergilər naziri Mikayıl Cabbarov Azərbaycan-İsrail hökumətlərarası komissiyanın ilk iclasında belə açıqlama verib: "Azərbaycan İsraillə əməkdaşlıqda yeni səhifə açıb."

Bu barədə "Trend” “Smegi” telekanalına istinadən məlumat yayıb.

Məlumata görə, M.Cabbarov deyib: “İsrail və innovasiyalar bu gün sinonimlər olub. İnnovasiyalar hazırda təkcə kompüter texnikası sahəsində deyil, demək olar ki, insan fəaliyyətinin bütün sahələrində tətbiq olunur.

Ona görə də mən şadam ki, Azərbaycan İsraillə əməkdaşlıqda yeni səhifə açıb və ümid edirəm ki, bizi çox sayda birgə layihələr gözləyir”.

Qeyd edək ki, işğalçı yəhudi ünsürləri tərəfindən Qəzzə Zolağında 80 fələstinlinin qətliam edilən bir vaxtda, mayın 15-i Qüdsdə, Azərbaycan və qondarma İsrail rejimi arasında iqtisadi əməkdaşlığın inkişafı üzrə rejimlərarası komissiyanın ilk iclası keçirilib.

Qondarma rejim tərəfdən komissiyanın həmsədri, ətraf mühitin mühafizəsi naziri Zeev Elkin bildirib:

“Biz İsrailin baş naziri və Azərbaycan Prezidentinin birgə qərarı ilə yaradılan bu komissiyaya böyük əhəmiyyət veririk. Azərbaycan nümayəndə heyətinin tərkibinə bir çox nazirliklərin nümayəndələrinin daxil olması faktı İsrail ilə münasibətlərin inkişafının Azərbaycan üçün də böyük əhəmiyyətə malik olduğunu göstərir.

Komissiyanın yaradılması çoxillik etibarlı əlaqələr ilə seçilən ölkələrimiz arasında münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxaracaq və əməkdaşlığın yeni sahələrinin açılması üçün platforma olacaq”.

Bundan əlavə tərəflər tibb sahəsində birgə elmi tədqiqatların aparılmasının mümkünlüyünü və İsrailin yüksək texnologiyalar şirkətlərinə Azərbaycan investisiyalarının perspektivlərini müzakirə ediblər.

 

 

  1559
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

    Doktor Mövsüm Səmədovdan xəbər var – Vəkil
    Sələfi zombilərinin əlinə keçməyən Hələbin qədim tarixi qalası
    İlham Azərbaycanda araq və siqaret satışı üçün lisenziyalar ləğv etdi- Bahalıqla ...
    Ali Təqlid Mərcələrinin iştirakıyla Qumda İmam Həsən Əsgərinin (ə) viladəti şənliyi ...
    İmam Xameneyinin Mesajı Münhen-də Avropalı Gənclər qarşısında
    Yevda Abramovun dalıyca Ağacan Əbiyev: “İslam dini yaranandan indiyədək nəyə nail ...
    Müqtəda Sədr: Peyğəmbərin qəbrini Vahhabiyet təhlükəsindən qoruyun!
    Suriya Xan Şeyx şəhəri yağı düşməndən azad edilərkən
    Rusiyada pornosaytlara giriş qadağası alqışlandı
    Ayətullah Məkarim Şirazi doktor Mövsüm Səmədova müraciət etdi: Sizi aksiyanı ...

 
user comment