Azəri
Thursday 9th of July 2020
  1579
  0
  0

İnqilab Rəhbəri: Atom Enerjisi Təşkilatı tez bir zmaanda 190 min su istehsalına çatmağa şərait yaratsın

İslam İnqilabının Böyük Rəhbəri bazar ertəsi günü İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyninin (rə) vəfatının 29-cu illiyi tədbirində İranın Atom Enerjisi Təşkilatından tez bir zamanda nüvə sazişi çərçivəsində 190 min su istehsalına çatmaq üçün lazımi hazırlıqları həyata keçirsin.

İslam İnqilabının Böyük Rəhbərinin informasiya portalının məlumatına görə, Həzrət Ayətullahülüzma Xamenei xatırladıblar: Bəzi Avropa dövlətlərinin sözlərindən belə çıxır ki, İran xalqına həm sanksiya tətbiq etməyi, həm də ölkənin gələcəyinin mütləq ehtiyacı olan öz nüvə fəaliyyətlərindən əl çəkməyi, həmin məhdudiyyətləri davam etdirməsini gözləyirlər. Lakin bu xəyali yuxunun gerçəkləşməyəcəyini bilməlidirlər.

İslam İnqilabının Böyük Rəhbəri raket məsələsi haqda da, raket potensialını ölkənin gücü və təhlükəsizlik yaradan amillərindən biri adlandırıb və deyiblər: Elan olunmamış müharibə dövründə İranın müdafiə və raket potensialı olmadığına görə, sərhəd şəhərlər Tehrana qədər gecə-gündüz raket silahlarının altında idilər. Lakin hazırda gənc mütəxəssislərin təşəbbüsü ilə biz regionun ilk raket qüdrətinə çevrilmişik. Düşmən bir raket atdığında on raketlə cavab alacağını bilir.

İslam İnqilabının Böyük Rəhbəri düşmənlərin bir psixoloji əməliyyatla diqqətlərini güc nöqtəsinin üzərinə topladıqlarını bildirərək xatırladıblar: Onlar psixoloji müharibə ilə bizim güc amilləri və milli iqtidar parametrlərimizdən əl çəkməyimizə çalışırlar. Belə ki, əcnəbilər çox asanlıqla ölkəyə, xalqa və onun gələcəyinə nəzarət edə bilsin. Lakin İran xalqı bu hərəkətin qarşısında dayanmışdır.

Həzrət Ayətullahülüzma Xamenei beynəlxalq ədalətsevərlik, məzlum xalqlara dəstəyi İslam Respublikasının güc amillərindən biri adlandırıb və deyiblər: Fələstinə dəstək, sionist rejim qarşısında müqavimət qüvvəsinin himayə, region ölkələrinin ərazi bütövlüyü və müstəqilliyinin müdafiə olunması İslam Respublikası üçün fəxr mənbəyidir. Düşmən onu İranın regiondakı müdaxiləsi adı altında problem yaradan məsələyə çevirməyə çalışır.

İslam İnqilabının Böyük Rəhbəri vətəndaşların səhnədə iştirakını çox önəmli adlandırıb və elə bu həftə cümə günündə Ümumdünya Qüds Günündə yürüşün keçirilməsinə toxunaraq əlavə ediblər: Allahın köməyi ilə, vətəndaşların irimiqyaslı iştirakının bərəkəti ilə, builki Qüds Günü ötən illərlə müqayisədə daha güclü və möhtəşəm şəkildə keçiriləcək.

  1579
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

    Sələfi zombilərinin əlinə keçməyən Hələbin qədim tarixi qalası
    İlham Azərbaycanda araq və siqaret satışı üçün lisenziyalar ləğv etdi- Bahalıqla ...
    Ali Təqlid Mərcələrinin iştirakıyla Qumda İmam Həsən Əsgərinin (ə) viladəti şənliyi ...
    İmam Xameneyinin Mesajı Münhen-də Avropalı Gənclər qarşısında
    Yevda Abramovun dalıyca Ağacan Əbiyev: “İslam dini yaranandan indiyədək nəyə nail ...
    Müqtəda Sədr: Peyğəmbərin qəbrini Vahhabiyet təhlükəsindən qoruyun!
    Suriya Xan Şeyx şəhəri yağı düşməndən azad edilərkən
    Rusiyada pornosaytlara giriş qadağası alqışlandı
    Ayətullah Məkarim Şirazi doktor Mövsüm Səmədova müraciət etdi: Sizi aksiyanı ...
    İraq Müdafiə Naziri Amerika Ordusunun Baş Qərərgahının Başçısı ilə görüşdə İİR-a ...

 
user comment