Azəri
Monday 25th of January 2021
41
0
نفر 0
0% این مطلب را پسندیده اند

Əlhusi: Ərəbistan və BƏƏ-nin hədəfi, Yəmənin işğalıdır

Yəməndə Ənsarullah hərəkatının baş katibi Ərəbistan və Birləşmiş Ərəb Əmirliklərinin Yəmənə qarşı hərbi təcavüzdə məqsədlərini bu ölkənin işğal edilməsi adlandırıb və deyib ki, onların heç bir dinc hədəfi yoxdur.

Əbdulməlik Bədrəddin Əlhusi dünən gecə etdiyi çıxışında bildirib ki, Ərəbistan və Birləşmiş Ərəb Əmirlikləri Yəmənin bəzi əyalətlərində təkfirçi fəaliyyətlərə dəstək istiqamətində milyardlarla dollar pul xərcləyiblər. O, deyib: Səud təcavüzkarları Yəmənə qarşı təcavüzün əvvəlindən xalq arasında ixtilaf və düşmənçilik salmağa çalışıblar.

Ərəbistan və Birləşmiş Ərəb Əmirlikləri zabitlərinin Yəmənin Əlməxa məntəqəsində amerikan və sionist zabitlərlə əlaqədə olduqlarını bildirən Ənsarullah hərəkatının baş katibi deyib ki, ABŞ və sionist rejim Yəmənə qarşı hərbi hücumlarda birgə fəaliyyət göstərirlər.

Əbdulməlik Bədrəddin Əlhusi Ərəbistan və Amerikanın Yəmənə qarşı təcavüzü ilə mübarizəni şəri bir addım adlandırıb. Vurğulayıb ki, mübarizə, işğalçı muzdurlar qarşısında Yəmən xalqının başıucalığı və izzətinin müdafiəsi sahəsində yeganə yoldur.

O, həmçinin deyib: Ərəbistan və Birləşmiş Ərəb Əmirlikləri Fələstin xalqına qarşı da fitnə törədirlər və sionist rejimin baş naziri Benyamin Netanyahu Yəmənə qarşı hücumları bu rejim ilə Ərəbistan rejiminin birgə maraqlarınin bir hissəsi hesab edir.

41
0
0% ( نفر 0 )
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Ermənistan daha bir təxribata əl atıb
Xəlifə sülaləsinin muzdlu qüvvələri yaxın məsafədən qadına atəş açdılar
Bəhreynin İmam Sadiq (ə) adına Məscidində Cümə Namazı, Padşahlıq rejimi məhv olmalıdır
“ Əhli-beyt ”
SƏHABƏLƏRIN TƏMƏTTÖ ÜMRƏSINDƏN ƏLDƏ ETDIKLƏRI HÖKM
Qəzzənin mərkəzində Həmasın liderlərindən birinin maşını partladıldı
İslam Peyğəmbərini (s) təhqir edən Fransanın satirik jurnalının ofisinə silahlı basqın ...
Pakistan iki terrorçunu edam etdi
IMAM RZA (Ә) VӘ QARDAŞ NӘSIHӘTI
PEYĞƏMBƏRDƏN (S) QISA KƏLAMLAR

 
user comment