Azəri
Friday 19th of April 2024
0
نفر 0

“Qüdrət” qanunu (burhanı)

Sual : “Qüdrət” qanunu məada necə dəlalət edir?

 

Qısa cavab:

Ətraflı cavab:

 Bu sualın cavabını “Səba” surəsinin 9-cu ayəsindən almaq mümkündür. Ayədə buyurur:

افَلَمْ یَرَوْا الى ما بَینَ ایْدیهِمْ وَ ما خَلْفَهُمْ مِنَ السَّماءِ وَ الارضِ
“Məgər göydən və yerdən önlərində və arxalarında olana, baxmadılarmı?”
Bu nəhəng göy bütün əsrarəngizliyi, bütün sabit və hərəkətdə olan ulduzları, eləcə də ona hakim olan sistemlər ilə, həmçinin bu yer, öz bütün təbiəti və canlı varlıqları, bərəkət və nemətləri ilə sanki, yaradanın qüdrətinə canlı şahiddir.
Bütün bunları yaratmağa qadir olan bir varlıq insanı ölümündən sonra həyata qaytarmaqdan aciz ola bilərmi?
Bu eynilə sözügedən “Qüdrət qanunu”dur. Belə ki, digər ayələrdə də axirəti inkar edənlərin müqabilində əsas olaraq qeyd edilmişdi. “Yasin” surəsinin 82-ci, “İsra” surəsinin 99-cu və “Qaf” surəsinin 6 və 7-ci ayələrini buna misal çəkmək olar.
Bundan əlavə, yuxarıdakı ayədə gözlərini bütün həqiqətlərə bağlamaqda israrlı olan bu təəssübkeş və üzüqara dəstəni təhdid etmək üçün bir müqəddimədir. Ona görə də, ardınca buyurur:
اِنْ نَشَا نَخْسِفْ بِهِمُ الاَرْضَ
“Əgər istəsək (yerə göstəriş verərik ki,) onları yerə batırar.”
اوْ نُسْقِطْ عَلَیْهِمْ کِسَفاً مِنَ السَّماءِ
“Əgər istəsək fərman verərik ki, göy cisimlərinin parçaları onların başlarına tökülər.”
Özləri, evləri və yaşayışları alt-üst olar. Bəli, bu mövzuda Allahın qüdrətini və onun hər şeyə qadir olmasını sübut edən aydın dəlillər var. Amma bu dəlillər Allaha doğru qayıdan və fikrini, düşüncəsini işə salan bəndələr üçündür.
انَّ فى ذلِکَ لاَیَهً لِکُلِّ عَبْد مُنیب
“Həqiqətən, bunda hər bir tövbəkar və Allaha tərəf qayıdan hər bir bəndə üçün bir nişanə vardır.”
Hər kəs öz həyatında zəlzələni və evlərin yerə batmasını dəfələrlə görmüş və eşitmişdir. Həmçinin, göy cisimlərinin enməsini, yaxud ildırım və vulkan nəticəsində dağlardan daşların tökülməsinin şahidi olmuş və ya onu dönə-dönə eşitmişdir. Hər aqil insan bilir ki, bu hadisələr hər an, dünyanın hər nöqtəsində baş verə bilər. Yer sakitdirsə, göylər bizim üçün təhlükəsizdirsə, bu sabitlik başqa bir gücdən qaynaqlanır. Biz hər tərəfdən onun qüdrəti dairəsində yaşayırıqsa, necə onun məada dair bacarıqlarını inkar edə bilərik? Necə onun hökumət dairəsindən qaça bilərik? (1)

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

HİCАB VӘ ÖRPӘYİN TАRİХÇӘSİ
MƏHƏBBƏTIN IZHARINDAN ÇƏKINMƏYƏK
Həyatın müşküllərini çözən 25 hədis!
İmam Xamenei cənablarının hüzuru ilə Əyyami Fatimə (s.ə.) məclisləri qeyd ...
ƏR-ARVAD RABITƏLƏRI
VƏLİYYİ ƏSR İMAM ZAMAN (Ə)-IN İMAM CAMAATA HƏVALƏ VERMƏSİ
YUXUDA DA ALLAHI YAD ETMƏK
KIŞI SEVMƏK, QADIN ISƏ SEVILMƏK SORAĞINDADIR
İŞLƏYƏN QADINLARLA BAĞLI BƏ`ZI NÖQTƏLƏR
Həzrəti Əli (ə) kimdir?

 
user comment