Azəri
Friday 14th of May 2021
157
0
نفر 0
0% این مطلب را پسندیده اند

Aqillər elmin dəyəri barədə

Aqillər elmin dəyəri barədə

 Aqillər elmin dəyəri barədə

Allahın adı ilə

Mən elmin şəhəriyəm, Əli (ə) onun qapısıdır, kim şəhərə daxil olmaq istəyirsə, qapıdan gəlsin. (Həzrəti Məhəmməd (s) )

Rəsuli Əkrəm (s) buyurur: Alimlər və elm öyrənənlər savabda şərikdirlər, başqaları isə xeyir və səadətdən məhrumdurlar".

Yenə o ,Həzrət (s) buyurur: "hər kəs məlumatı olmadan xalqa fikir söyləyib fitva versə, dinə edəcəyi xidmətdən çox zərbə vurmuş olar".

İmam Əli (ə) buyurur: "hər insanın qiyməti onun elminin dəyəri qədərdir. (hər sənətkarın dəyəri bildiyi peşə, sənət qədər-təbibin dəyəri sağlamlığın əhəməyyəti qədər, müəllim və ruhaninin dəyəri isə cəmiyyətə elm öyrətməyi qədərdir)".

Məhəmməd Peyğəmbər (s) buyurur: "elm Allahın yer üzərində qoyduğu əmanət, alimlər isə Allahın elminin əmanətdarlarıdır.Hər kəs öz elminə əməl etsə, həqiqətdə əmanəti layiqincə sahibinə qaytarmış olar".

İmam Baqir (ə) buyurur: "Elm öyrənməyə çalışın, çünki elm öyrənmək gözəl əməl, onu axtarmaq isə ibadətdir".

İmam Əli (ə) buyurur: "elm öyrənmək üçün səy edənlər Allah yolunda cihad edən şəxs kimidir".

İmam Sadiq (ə) buyurur: "elm kəsb edin və onunla birlikdə vüqarla zinətlənin. Elm öyrətdiyiniz şəxs qarşısında isə təvazökarlıq edin".

İmam Sadiq (ə) buyurur: "hər kəs elm öyrənib ona əməl etsə və Allahın rizası üçün başqalarına öyrətsə, asimanların mələkut aləmində əzəmətlə yad edilər".

Rəsuli Əkrəm (s) buyurur: "Dünya və axirət elm ilə yanaşıdır".

Allahın Rəsulu (s) buyurur: "Elm öyrənən şəxs gündüzlər oruc tutan, gecələri isə səhərəcən ibadətlə keçirən şəxs kimidir. İnsanın öyrəndiyi bir elm toplusu Əbu aqudeys dağı qədər qızılı malı olub onu Allah yolunda ehsan etməsindən daha fəzilətlidir".

İmam Zeynalabdin (ə) buyurur: "Əgər insanlar elm kəsb etməyin necə böyük dəyəri olduğunu bilsəydilər, onu hətta qanlarını axıtmaqla və tufanlı, dalğalı dənizləri yarmaqla belə kəsb edərdilər".

İmam Əli (ə) buyurur: "Həqiqətən dinin kamalı elm öyrənmək və ona əməl etməkdir. Agah olun ki, elm kəsb etmək həqiqətdə sizin üçün mal dövlət qazanmaqdan daha vacibdir".

İmam Həsən (ə) buyurur: "Öz elmini başqalarına öyrət və çalış ki, digərlərinin də elmini öyrənəsən".

157
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
NASALEH ATA-ANA ILƏ NƏ ETMƏLI?
Ölüm anlarında dа şеytаn insаnı аzdırmаq istəyir ?
ISLAM FӘLSӘFӘSI
ALLAHIN ƏZƏLİ VƏ ƏBƏDİ OLMASI
Əli (ə)-ın şəhadətindən sonra İslamın əhatə dairəsi
İbrahin peyğəmbərin (ə) İsmayıl (ə) peyğəmbəri qurban kəsməsi hadisəsində ən ...
Xums
ӘDALӘT NӘDIR?
BIR MƏSIHI ALIMININ MÜSƏLMAN OLMAQ ƏHVALATI

 
user comment