Azəri
Saturday 20th of April 2024
0
نفر 0

Allahın günahkar bəndəyə verdiyi 7 saatlıq möhlət

Xoşagəlməz bir işə bulaşdığına baxmayaraq yenə də ona yeddi saat möhlət verilər.
Rəsuli-Əkrəm (s.ə.v.s) buyurur: -Bir şəxs, günah fikrinə düşüb niyyətini xoşagəlməz bir iş görərək əməli olaraq həyata keçirərsə ona yeddi saat möhlət verərlər...

Rəsulullah (s.ə.v.s) buyurur: -Bir mömin bəndə, gözəl işin icrası haqqında düşünərsə, fikrində olanı icra etməsə belə - Allah (c.c) ona, niyyətinin gözəl olduğuna görə bir savab verər. Həyata keçirdiyində isə, gördüyü işin on bərabəri bəndənin əməl dəftərinə qeyd olunar.
Bir şəxs günah fikrinə düşdüyü halda, niyyətini əmələ keçirmədiyi müddət ərzində, tutduğu qərarına görə onun üçün bir şey qeyd edilməz. Lakin, niyyətini əməli mərhələsinə qədəm qoyduğunda - xoşagəlməz bir işə bulaşdığına baxmayaraq yenə də ona yeddi saat möhlət verilər.
Sağ tərəfindəki yaxşı əməllərin qeyd etməsi məsuliyyətinə malik olan mələk, digər tərəfində (yəni, solunda) olan xoşagəlməz əməllərin qeyd edilməsi əmrinin icraçısı olan mələkə deyər: “-Hələ qeydə alma, bəlkə pis əməlini aradan aparacaq yaxşı iş görə. Çünki, Əziz olan Allah (c.c) buyurur: -Yaxşı əməllər günahları əridər və ya mümkündür ki, peşman olaraq tövbə etsin.”
Əgər bəndə peşiman olaraq, həmin yeddi saat ərzində ...

أَسْتَغْفِرُ اللَّهَ الَّذِی لَا إِلَهَ إِلَّا هُوَ عَالِمَ الْغَیْبِ
Əstəğfirullahəl-ləži lə iləhə illə huvə əliməl-ğaybi

وَ الشَّهَادَةِ الْعَزِیزَ الْحَکِیمَ الْغَفُورَ الرَّحِیمَ ذَا الْجَلَالِ
vəş-şəhədəh(til-)`əzizəl-ħəkiməl-ğafurar-raħim(ə) žəl-cələli

وَ الْإِکْرَامِ وَ أَتُوبُ إِلَیْهِ
vəl-ikram(i) və ətubu iləyh(i)

... deyərsə, həmin xoşagəlməz əməl şəxsin əməllər dəftərinə yazılmaz. Lakin yeddi saat keçdikdən sonra, ortada nə yaxşı əməl ola və nə də peşimanlığa görə tövbə - bu zaman sağ tərəfin mələki, pis əməlləri qeydə alan sol tərəfin mələkinə deyər: “-Həmin günahı, bu məhrum və bədbəxtin əməllər dəftərinə qeyd et!”

Mənbə:
“Pənde tarix”, c. 4, səh. 245-246
“Vəsailuş-Şiəh”, səh. 524

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qulun duası
ƏLİ (ƏLEYHİSSALAM)-IN ŞƏHADƏT EŞQİ
Ayətullah Məkarim Şirazi Ramazan ayı ilə əlaqədar Bəyanat verdi
YALANIN ACI NƏTİCƏLƏRİ
İmam Həsən Müctəbanın İnci Dolu Kəlamları – 40 hədis
Cəmiyyətdə imanı necə qoruyaq
İTTİHAMLA ÜZ-ÜZӘ
Bayram namazı hicrətin neçənci ilində qanuni şəkil aldı?
Ənam surəsi
SӘHABӘLӘR MӘ᾿SUM VӘ GÜNAHSIZ DEYİLLӘR

 
user comment