Azəri
Sunday 5th of December 2021
302
0
نفر 0
0% این مطلب را پسندیده اند

Zəkat nədir?

On şey nisab həddinə çatdıqda, onun zəkatı verilməlidir
İslam təkcə etiqad və əxlaq məsələləri ilə məşğul olan məktəb deyildir. Bu din öz ardıcıllarının mənəvi sağlamlığını təmin etməklə yanaşı, onların iqtisadi problemlərini də həll edir. İlkin İslam dövründən başlayaraq, bu günə qədər ehtiyaclı təbəqənin mənafeləri müdafiə olunmuşdur. həmin təbəqənin ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan ən mühüm tədbirlərdən biri, zəkatdır.

Şəksiz ki, bütün cəmiyyətlərdə iş qabiliyyətini itirmiş şəxslər, xəstələr, yetimlər, əlillər mövcuddur. Bu insanların himayəyə ehtiyacı vardır. Əgər cəmiyyətdə zəkat ödəməyə vəzifəli olan imkanlılar uyğun vergini ödəyərlərsə, ehtiyaclıların ətrafdakılara əl açmasına lüzum qalmaz. İmam Sadiq (ə) buyurur: «Bütün xalq malının zəkatını ödəyərsə, bir dənə də olsun fəqir müsəlman qalmaz. İnsanlar yalnız varlıların günahından ac, çılpaq, evsiz-eşiksiz qalır». («Vəsailuş-şiə», 6-cı cild səh. 4.) Elə bu səbəbdən də, İslamda zəkat vacib buyurulmuşdur: «Onların mallarından zəkat al». («Tövbə» surəsi, ayə 103.)
Lakin zəkat hamı üçün vacib deyildir. Zəkatı vacib edən, zəkat veriləcək şeyin miqdarının «nisab» deyilən həddə çatmasıdır. On şey nisab həddinə çatdıqda, zəkat verilməlidir: dəvə, inək, qoyun, buğda, xurma, arpa, kişmiş, qızıl, gümüş, fitrə (bədənin zəkatı).

Məsələn, beş dəvəyə bir qoyun, otuz inəyə bir baş iki yaşa girmiş dana, qırx qoyuna bir qoyun zəkat ödənilməlidir. Say artıqca, zəkatın miqdarı dəyişə bilər. Məsələn, qoyunun sayı üç yüz biri aşarsa, hər yüz qoyundan biri zəkat verilir.
302
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

GERÇƏKLİKLƏRƏ VƏ VARLIQ ALƏMİNƏ NƏZƏR YETİRMƏK – ALLAHIN VARLIĞININ ...
Ölüm anında baş verənlər
Bütün təqva Allah Təalanın bir ayəsində
VAXTSIZ VƏ YERSIZ SUALA CAVAB
DIL–DAXILI QÜVVƏNIN NÜMAYƏNDƏSI
MƏAD BARƏSİNDƏKİ ƏQİDƏMİZ
Çalğıçının əli iflic oldu
ÜÇ GÖY MƏSCID
İMАM HÜSЕYNİN (Ә) QİYАMINА АNАLİTİK BİR BАХIŞ-2
ŞEYTAN

 
user comment