Azəri
Friday 19th of April 2024
0
نفر 0

AYAQLARIN MƏSH EDİLMƏSİ

AYAQLARIN MƏSH EDİLMƏSİ

Üləma arasında mübahisə doğuran məslələrdən biri də dəstamaz ayəsi kimi bilinən Maidə surəsi 6-cı ayəsində ayaqların yuyulması yoxsa məshi edilməsi mövzusudur.
Sünni məzhəblərinin hamısında çılpaq ayaqların yuyulması, corabın və ya ayaqqabının üstündən isə məsh edilməsi doğru hesab edilərkən, şiə məzhəbində corab üzərinə məsh məkruh qəbul olunmuş, yalnız çılpaq ayağa məsh edilməsi doğru hesab edilmişdir.

Məsh, dilimizə toxunmaq və ya silmək mənasında tərcümə edilə bilər. Heç bir məzhəbdə ayaqlara məsh edilməz deyə bir görüş yoxdur, məsh məsələsində ittifaq var. Bu mövzuda ixtilaf, çılpaq ayaqla, üzərində bir şey olan ayaq arasındadır. Cəfərilərin çılpaq ayağa fərz bildiyi məshi digər məzhəblər corab və ayaqqabı üzərinə edilməsini doğru hesab edirlər. Məzhəb alimləri hətta bunun üçün corabın nə mənaya gəldiyinin tərifini belə vermişlər: öz-özünə ayaqda durulan şey... Ayağınıza bir bez bağlasanız o corab sayılmaz və s.

Eyni zamanda məhzəb alimlərimiz qalın corab üzərinə məsh edilməsinə izin vermiş, incə, geyildiyi zaman ayaqların göründüyü coraba isə məsh olunmayacağının söyləmiş və dəlil gətirmişlər: corab incə olarsa onunla yürümək mümkün olmaz, yıtılar, ayaqdan çıxar və s. Əslində onlar öz yaşadıqları zamanda corabın nə anlama gəldiyini bir növ açıqlamışlar. Bu gün bizim corab dediyimiz şey ayaqqabı funksiyasını icra etmir və deməli bu dəlil özü-özlüyündə keçərliliyini itirmiş olur. Bəzi fıkh kitablarında məsh corabının su keçirməyən olmasını şərt qoşmuşlar ki, bu da öz təsdiqini tapmır: corab dediyiniz şey su keçirir. Bu günki texnalogiya ilə su keçirməyən corablar istehsal etməyə çalışanlar Rəsulun zamanında elə bir texnologiya var idimi? O dövrdə hansı corablar geyinilib? Bunun üzərində düşünməyi tövsiyə edirik.

Rəsulullahın da əshabının da həm çılpaq ayağa, həm də corab üsərindən məsh etdiklərinə dair əlimizdə bir çox hədis var. Hədis kitablarındakı əlaqədar bölümləri oxusanız buna şahid olacaqsınız. Çılpaq ayağa məsh etmək məkruh olmadığı kimi, məsh mütləq corab və ya ayaqqabı üstündən olmalıdır deyə bir fikir də doğru deyildir. Qurandakı ayəyə baxsaq Allahın bizim üzərinmizə bir nemətini tamamlamaq istədiyini görərik.


Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı. Cünüb isəniz qüsl alın. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlara toxunmusunuzsa (cinsi əlaqədə olmuşsunuzsa), su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz. (Maidə, 6)

Bu nemət elə bir şey olmalıdır ki, öncəki ümmətlərdə olmasın. Öncəki ümmətlərin dəstəmaz ayinlərinə baxsaq hər birində ayağın yuyulduğuna şahid olarıq. Bizdən öncəki ümmətlərin heç birində məsh yoxdur və o yalnız Muhəmməd ümmətinə verilmiş bir rahatlıq və nemət ola bilər.

Ənam surəsinin 90 –cı ayəsində Allah, Rəsulullaha bir çox rəsul və nəbinin ismi xatırladaraq onlara uymasını əmr edir. Muhəmməd ummətindən öncəki ümmətlərdə də namazın fərz olduğunu və bu ümmətlərin namaz öncəsi dəstəmaz aldığını da bilirik. Rəsuldan gələn hədis də bunu dəstəkləyir: «əzalarını üç dəfə yuduqdan sonra bu, məndən öncəkilərin dəstamazıdır, dedi».

Bir çox üləmanın da ittifaq etdiyi və bizim də dəstəklədiyimiz görüş budur ki, Rəsulullah Məkkədə yaşadığı müddətcə ayaqlarını yumuşdur. Çünki Maidə surəsinin 6-cı ayəsi Mədinədə nazil olub. Quran da hökm bildirilməyən mövzularda öncəki kitablara bax əmrini verdiyinə görə Rəsulullah öncəki ümmətlərdə olan hökmləri icra etmiş olmalıdır. Biz buna zina cəzasının Quranla sabit olmadığı zaman rəcmin icra edildiyində görmüşdük. Quranın zina edənə 100 qamçı vurun ayəsi nail olduqdan sonra rəcm heç bir halda tətbiq olunmamışdır. Rəcmin icra olunması da mümkün deyildir, çünki, Ən-Nur surəsinin 3-cü ayəsində zina edənləri zina edənlə evləndirin deyir, Allah. Rəcmlə daş-qalaq edib öldürdükdən sonra kimi evləndirəcəksiniz?

Bizim qənaətimizi dəstəkləyən bir çox hədislər də mövcuddur. Məzhəblərin görüşündən danışarkən bu hədisləri də qeyd edəcəyik. Qənaətimizcə Maidə surəsinin 6-cı ayəsi nazil olmamışdan öncə Rəsul və əsahabı ayqlarını yumuş, ayə nail olduqdan sonra isə məsh etmişlər. Ayaqlar kirli olduğu zaman yuyulmasının, təmiz olduğu zaman isə məsh edilməsinin daha doğru olacağını düşünürük. Allah bizə sıxıntı vermək deyil, təmiz olmağımızı istəyir. Yəni təmizlik şərtdir. Doğrusunu Allah bilir.

Başqa bir məsələ budur ki, Quranla yumaq mütləq şərt olmuş olsaydı o zaman məshin bütün növləri məkruh olardı. Belə ki, üzün və əllərin dirsəklərə qədər yuyulması vacib olduğu Quranla sabitdir. Onlara məsh edilməsinə heç bir hədis və ya heç bir məzhəb görüşündə rast gələ bilməzsiniz. Ayə məshə qapı açdığı üçün məzhəblər hansı halda məsh edilə biləcəyini müzakirə etmişlər.


Məzhəblərin görüşü.

1. Şiə məzhəbi. Məzhəb alimlərinin görüşünə baxsanız həm yumaqla, həm də çılpaq ayağa məsh etməklə bağlı hədislərə rast gələcəksiniz. Məsələn, Cəfəri məzhəbin ən əsas hədis kitabı sayılna «Əl Kafi» kitabında belə bir hədis var: üzündən öncə əllərini yumusansa, yenidən üzünü yumadan başla, əllərini yu, başını məsh et və ayaqlarını yu. Başqa bir hədis Hz. Əlidən nəql edilir: «dəstəmaz aldığım zaman Rəsulullah gəldi. Dəstamaz əzalarımı yudum, sıra ayaqlarıma gəldiyi zaman, ayaq barmaqlarımı hilallamağımı istədi. Dedi ki, əgər barmaqlarının arasından su keçməzsə cəhənnəm atəşi onun aralarına girəcək». Başqa bir rəvayətdə yenə Hz. Əlinin Misir xalqında göndərdiyi məktubdan danışılır və orada da dəstəmaz alarkən ayaqların yuyulmasını söylədiyi nəql edilir. Bu üç hədis şiə məzhəbində yuxarıda söylədiyimiz kitabda da ayaqların yuyulmasına dəlil olaraq nəql edilir.
Tabəri təfsirinə baxsaq orada da ayaqların məsh edildiyinə أَرْجُلَكُمْ kəlməsinin fərqli qiraətinin olduğuna (ərcilikum) dair bilgilərə rast gələrik. Tabəri hərəkə fərqindən bu qənaətə gəlmişdir və onun bu təsfiri şiə qaynaqlarında dəlil olaraq istifadə edilmişdir. Başqa bir hədis İbn Həcərin «Əl İsabə» kitabında nəql olunur. Səhabədən nəql edilən bu hədisdə Rəsulullahın ayağına məsh edildiyindən bəhs edilir ki, şiə qaynaqlarında bu hədis də ayaqların məsh edilməsi üçün dəlil qismində təqdim edilir. Abdulrəzak b. Hamam Sənani "el-Müsennef" kitabında Həsən və İkrimənin Maidə surəsinin 6-cı ayəsini oxuduqdan sonra biz ayağımızı məsh edəcəyik dediklərini nəql edir. Şiə qaynaqlarının 4-cü dəlili İbn Abbasdan nəql edilir. İbn Abbas demiş ki: «Allah iki yumanı, iki məsh etməni buyurdu. Dəstamazda yuyulmazı fərz olan əzalar təyəmmümdə məsh edilir. Məsh olunması vacib olanlar isə təyəmmümdə tərk edilir». Bu hədisə Tabəri kitablarında da rast gələ bilərsiniz.
Şiələrin məsh barəsində beş əsas dəlilləri vardır. 1. Maidə 6, ayə. Orada hərəkənin fərqini əsas alırlar. 2.Hz. Əlinin birilərinə dəstamaz almasını göstərərkən ayaqlarına məsh etməsini, 3. Təfsirlərdə sünnü alimlərin də məsh barəsindəki (məsələn, Tabəri) görüşlərinin olduğunu, 4. Səhabə və tabiundan Hz. Abbas, İkrimə və başqalarının belə görüşünün olduğunu söyləmişlər. 5. Əhli beytin belə etdiyi isə əsas dəlil olaraq qəbul olunmuşdur. Bu icmanın qərarı olduğundan daha doğru olması ehtimalı üzərində dayanmışlar.
2. Hənəfi Məzhəbi. Sünni məzhəbinin demək olarki hamısı çılpaq ayağı mütləq yumağı şərt qoşmuşlar. Sünni məzhəbindən sadəcə zahirilər məshi qəbul etmişlər, yumağı doğru hesab etməmişlər.
Hənəfi məzhəbində Kəsani bu məsələni sistematik olaraq ələ almış. Ayaqları yuyulmalıdır, demiş və dəlil olaraq ayənin oxunuşunu (أَرْجُلَكُمْ) əsas almış, rafizilərin qiraət barəsində ixtilafından danışmış, amma özünün görüşünün doğru olduğu qənaətinə varmışdır. Kəsani İbn Bəsrinin də görüşünü kitabında nəql etmiş: İbn Bəsriyə görə «istəyən yumalı, istəyənsə məsh etməlidir». Bu cür düşünən başqaları da vardır. Onlara görə iki qiraət var. İkisi də Qurandadır. Kim hansını istərsə onu da edə bilər.
Hənəfi məzhəbinin nümayəndələri içində ayaqların həm yuyulmasının, həm də eyni zamanda məsh edilməsinin yəni cəm edilməsinin daha doğru olduğunu iddia edənlər də olmuşdur. Amma böyük əksəriyyət yumaq tərəfdarıdır və dəlil olaraq da qiraəti əsas gətirilər və ərculəkum qiraətinin daha yayğın olduğunu iddia edirlər. Bundan başqa Hənəfi məzhəbinin alimləri ayaqları yuyan zaman əlin ayağa toxunmasını da məsh yerinə keçə biləcəyini söyləyirlər ki, halbuki digər orqanların yuylması zamanı belə bir şərtləri yoxdur. Yani Hənəfilərə görə hovuza girib çıxsan belə, bu qüsul yerinə keçər. Yəni niyyət edib hovuza girsən qüsul almış sayılarsan. O halda da bu görüşə görə ayağın üstündən suyun axıdılması da dəstəmazda ayaqların yuyulması anlamına gəlir. Deməli əslində Hənəfi məzhəbində əllə toxunmadan da yuma işi icra olunur və bu halda ayaqların hillalanması və ya əllə toxunulması fərz deyil və yumaq eyni zamanda məsh hesab edilə bilməz. Bu da məzhəb içindəçi ziddiyyətdən xəbər verir.
Hənəfi məzhəbinin üçüncü dəlili Kutubu Sittənin tamamında keçən bir hədisdir: «Bir gün Rəsulullah bir topluluq gördü. Onlar dəstamaz alarkən topuqlarının arxa qismi su dəymədiyi üçün parıldayırdı. Bunu görə Rəsulullah o topuqların atəşdən çəkəcəyi var demiş». Hədisi anlamağa çalışaq:
Birincisi hədisin anlatdığı hadisə böyük bir qələbəliyin məsh almasına dəlildir, nəinki ayaqların yuyulmasına.
İkincisi suyun dəymədiyi yerin parlaması mümkünsüzdür. Su dəydiyi halda bəlkə də parlaya bilərdi.
Üçüncüsü səhrada bir qələbəlik düşünün. İnsanlar dəstəmaz alır arxadan Rəsulullah yetişərək ayaqlarında su dəymədiyi yeri görür və onları təhdid edərək var səsi ilə qışqırır. Allah Rəsulu dəstəmaz almağı öyrətmək yerinə onları nə üçün təhdid etmiş ki? Bu Rəsulullahın əxlaqına zidd bir davranış deyilmi?
Dördüncüsü bu qədər qələbəlik bir topluluq ayaqların yuması gərəkdiyini bilmirdimi ki, məsh edirdi? Başqa bir anlaşılmamazlıq isə məshin topuğa edilməməsidir. Əgər məsh topuğa edilmirsə ora necə yaş ola bilərdi ki? Ən doğrusu Rəsulun «məsh etməyin yuyun» deməsi daha doğru olardı. Və Rəsul onlara bu gündən sonra ayaqlarınızı yuyacaqsınız demək əvəzinə nə üçün təhdid edirdi?
Və ən əsası isə Ərəb toplumunda bir adət vardır ki, bu hədisi o adət işığında anlamaq lazımdır. Bədəvi ərəblər idrarlarını topuqlarının üstünə edərək ayaqlarını parladırlarmış. Bu rəvayətə tarixi qaynaqlarda da rast gəldik və bizə görə heç də üstündən sakit keçilməsi mümkün olmayan bir bilgidir. Ayədə Allahın istəyi «tər-təmiz olmağımızdır». Rəsulullahdan gələn başqa rəvayətləri də birləşdirsək («idrarın dəydiyi yer cəhənnəmlikdir») o zaman bu mövzu daha yaxşı anlaşılacaq. O ayaqlar kirli idi və onların yuyulması şərtdir.
Son olaraq Hənəfi məzhəbinin üləmaları çılpaq ayağı yumağın, üzərində bir şey olan ayağa isə məsh etməyin doğru olacağını söyləmişlər.
3. Şafi məzhəbi. Şiələr beşinci yerə icmanın görüşünü qoymuşlarsa Şafilər icmanın görüşünü birinci yerə qoymuş və ayaqların yuyulmasında icmanın qərarı var deyərək ilk dəlil olaraq onu almışlar. Daha sonra digər məzhəb alimlərinin də dəlil aldıqları o məşhur hədisi nəql edərək vardıqları qənaəti açıqlamışlar: «Rəsulullah su dəymədiyi üçün onları cəhənnəm atəşi ilə qorxutmuşsa deməli ayaqlar yuyulmalıdır». Halbuki bu hədis yumağa deyil, məshə dəlil ola bilər. Söylədiyimiz kimi böyük bir qələbəlik ayaqlarını məsh etmişlər. Buxaridə keçən bu hədisdə səhabədən bəziləri ya Məkkənin fəthindən dönərkən ya da Hudeybiyə anlaşmasından dönərkən əsr namazı üçün dayandıqları zaman başlarından keçən hadisəni nəql etmiş. Buxari hədisi «ayaqların yuyulması, lakin məsh edilməməsi babı» altında nəql etsə də, maraqlıdır ki, hədisdə səhabə ayağımızı məsh edərdik deyir. Buxari hədisə toxunmamış, lakin elə bir başlıq qoymuş ki, hədisi yanlış anlamağa qapı açmış.
Şafilər Müslimdə keçən başqa hədisləri də dəlil gətirmişlər: «Hz. Ömər belə demiş: Bir adam gəldi, dəstamaz alarkən ayağında dırnaq qədər yeri quru buraxdı. Bunu da Rəsulullah görüncə onu uyarmış «dön doğru düzgün dəstamaz al demiş». Bu hadisə nə zaman olmuş? Bu da çox önəmlidir. Məkkə dövründə olmuşsa dəstamaz ayəsi enməmiş və söylədiyimiz kimi Muhəmməd ümməti öncəki kitablarda keçən şəkli ilə dəstəmaz alırdılar ki, öncəki ümmətlərdə ayaq yumaq şərti mütləqdir. Maidə surəsi Mədinədə nazil olduğuna görə bizim görüşümüzə görə Mədinədə məshlə ayağın yuyulması nəsh edilmiş və Allah nemətini bu ümmət üzərində beləcə tamamlamışdır. Yenə də doğrusunu Allah bilir. Biz sadəcə görüşümüzü sizə təqdim etdik. Şafi məzhəbinin alimlərinin bir görüşü də başın məshindəki dəlilləridir ki, məshi sadəcə toxunmaq olaraq qəbul edirlər. Başda üç telə toxundunsa o məsh sayılır. Onların qənaətinə görə ayaqlara məsh edilməsi gərəksəydi Allah bir sınır qoymazdı və ayaqların hər hansı bir yerinə sadəcə toxunmaq məsh olardır. Bu dəlilləri də bizə görə keçərli deyil. Ayaq kəlməsi deyərkən ağlınıza nə gəlir? Barmaq uclarından çanaq sümüyünə qədər olan məsafə. Allah bir sınır qoymamış olsaydı yumaq dediyinizdə nə edəcəkdiniz? Və ya məsh olaraq ayəni anlasanız kim ayağında hansı yerə toxunacaqdır? Bu çox məntiqsiz bir dəlildir. Şafililərin son dəlili ayənin qiraətidir.
4. Maliki məzhəbi. Digərləri kimi onlar da çılpaq ayağa məsh edilməsini qəbul etmirlər. Qiraəti onlar da əsas almışlar. Onlar sünnətin Quranı nəsh etdiyi qənaətində olduqlarına görə yumağın sünnət olduğunu və bu sünnətin də ayəni nəsh edə biləcəyini irəli sürmüşlər. Bu da təbii ki, çox mübahisəli bir yanaşmadır. Allahın ayəsini kim nəsh edə bilər ki? Ərəblərdə məsh kəlməsini yuma mənasında istifadə edildiyini də söyləyərək yumağın fərz olduğunu söyləmişlər.
5. Hanbəli məzhəbinin də görüşləri digərləri kimdidir. Onlar da dəlil olaraq eyni hədisləri almışlar. Məshi isə İslamın ilk dönəmlərində olduğunu irəli sürmüşlər ki, bu da bizim fikrimizcə tamamilə mümkünsüzdür. Hanbəli məzhəb alimləri məsh kəlməsi ilə xəfif yuma olduğunu da söyləmişlər.
6. Zahirilər. Əhli sünnə məzhəbindən sadəcə zahirilər ayaqların məsh edilməsini doğru olduğunu söyləmişlər və dəlilləri də: 1. Hansı qiraətlə oxusanız ayaqlaq məsh edilir. Çünki üzünüzü örtən şeyi məsh etmirsiniz, lakin ayağınızı örtən şeyi məsh edirsiniz. Səhrada yaşayanlar qum fırtınalarından və günəş şüalarından qorunmaq davamlı üzü bağlı gəzmişlər. Onlar heç bir halda üzlərinə məsh etməmiş, 2.Rəsulullah bir səfərində qolları dar olduğu üçün cübbəsini çıxararaq qollarını yumuşdur. Yumaq fərz olan orqanları heç bir halda məsh etmək olmaz. 3. Ayədəki sıralama da əllər üzə, ayaqlar da başa istinadən anlaşılmalıdır. Dördüncü dəlilləri bizə görə doğru deyil. Onlar dördüncü olaraq demişlər ki, təyəmmümdə yuyunması fərz olunanlar təyəmmüm edilmiş, məsh edilənlərsə tərk edilmişdir. Bunu dəlil olaraq ona görə almaq mümkün deyil ki, təyəmmüm qüsul üçün də keçərlidir. Amma digər dəlilləri qənaətbəxşdir.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

HİCАB VӘ ÖRPӘYİN TАRİХÇӘSİ
MƏHƏBBƏTIN IZHARINDAN ÇƏKINMƏYƏK
Həyatın müşküllərini çözən 25 hədis!
İmam Xamenei cənablarının hüzuru ilə Əyyami Fatimə (s.ə.) məclisləri qeyd ...
ƏR-ARVAD RABITƏLƏRI
VƏLİYYİ ƏSR İMAM ZAMAN (Ə)-IN İMAM CAMAATA HƏVALƏ VERMƏSİ
YUXUDA DA ALLAHI YAD ETMƏK
KIŞI SEVMƏK, QADIN ISƏ SEVILMƏK SORAĞINDADIR
İŞLƏYƏN QADINLARLA BAĞLI BƏ`ZI NÖQTƏLƏR
Həzrəti Əli (ə) kimdir?

 
user comment