Azəri
Tuesday 16th of April 2024
0
نفر 0

SƏKSƏN DINARLIQ EV

84-SƏKSƏN DINARLIQ EV
Şürəyh ibni Haris məşhur İslami şəxsiyyətlərdəndir. O, altmış il Kufənin qazisi olmuşdu. O, ilk dəfə Ömər ibni Xəttabın xilafəti zamanında qazi oldu ki, bu vaxt Şürəyhin təqribən qırx yaşı var idi. O, Osmanın xilafəti zamanı, eləcə də Əli (əleyhissalam)-ın icazəsinə əsasən öz qaziliyində qalırdı.
Baxmayaraq ki, Əli (əleyhissalam) bəzi nəzəriyyələrdə onunla müxalif idi və hətta bir neçə dəfə onu Kufədən öz kəndinə (Kufənin yaxınlığındakı) ki, sakinlərinin əksəri yəhudi idilər, sürgün də etdi, amma onu qazilikdən çıxarmadı. Bəziləri onun ömrünü 183-il bəziləri də 120-ilə qədər qeyd etimşdirlər.
Şürəyh zehinli, ayıq və zirək bir şəxs idi. Onun qazilik və işləri islah etmək sahəsində qəribə səriştəsi var idi. Onun xüsusiyyətlərindən biri də saqqalının olmaması idi. Ərəblər arasında atalar sözü idi ki, deyirdilər: “Şüreyh tülküdən də zirək və hiyləgərdir.”
Bu sözün ona deyilməsinin səbəbi bundan ibarət idi ki, Şürəyh bir müddət Nəcəf- Əşrəfdə yaşayırdı və o vaxt ibadət və namaza məşğul olduğu zaman bir tülkü gəlib onun kənarında və qarşısında oynayır, beləliklə onun fikirini namazdan yayındırırdı.
Bu hadisə bir müddət təkrarlandı. Nəhayət Şürəyh adama oxşar bir heykəli düzəldib öz papağını onun başına qoydu. Ondan sonra tülkü gəlir o heykəlin kənarında oynayırdı. Bir gün Şürəyh yavaşca o tülkünün arxasından gəlib onu tutdu və camaat da bu səbəbdən dedilər: “Şürəyh tülküdən də hiyləgərdir.”
Hər halda İmam Sadiq (əleyhissalam)-dan nəql edilmişdir ki, Həzrət buyurdu: Əli (əleyhissalam) Şürəyhi qaziliyə təyin etdikdə onunla şərt bağladı ki, Həzrət Əli (əleyhissalam) təsdiq etmədən heç bir qərar çıxarmasın.
İndi isə qayıdaq “Nəhcül-bəlağə”də Şürəyhlə bağlı dastana. Şürəyh Əli (əleyhissalam)-ın xilafəti zamanı özü üçün 80 dinarlı bir ev aldı. Bu xəbər Əli (əleyhissalam)-a çatdırıl-dıqda İmam onu çağırıb buyurdu: Mənə məlumat verilib ki, sən 80 dinar qiymətinə ev alıb onu öz adına qəbalə etdikdən sonra hələ ona şahid də tutmusan?! Şürəyh cavabında dedi: “Düzgün məlumat veriblər.” İmam ona qəzəbli bir tərzdə nəzər salıb buyurdu: “Ey Şürəyh! Tezliklə bir kəs (Əzrail) sənin tərəfinə gələr ki, nə qəbzinə baxar, nə də şahid və şühudlarının imzasına diqqət yetirər, və səni ondan çıxarıb yalqız qəbir çuxuruna qoyar.”
Ey Şürəyh! Olmaya başqalarının malından alıb pulunu da (qiymətini) haram yolla ələ gətirmiş olasan? Əgər belədirsə öz dünya və axirətini əldən vermisən. Bunu bil ki, əgər evi olarkən mənim yanıma gəlmiş olsaydın, sənə elə bir qəbz yazardım ki, ona əməl etməklə hətta bir dirhəmə belə meyl göstərməzdin. Yazacağım qəbzin nüsxəsi belə idi: Zəlil bu evi dünya ilə xudahafizləşməkdə olan bir şəxs edən alıbdır ki, fani olanların məhəlləsində və ölənlərin küçəsində yerləşir:
Bu mülk bir tərəfdən bəla və müsibətlərlə zəngin, digər tərəfdən isə üzü müsibətlərə doğru irəliləməkdədir, üçüncü tərəfdən nəfsani həvəslərlə başqa bir tərəfdən isə şeytanın hiyləsi ilə tamamlanır.
Bu evi arzulara aldanmış və qısa bir müddətdən sonra dünyadan köçəcək izzətdən xaric məbləğə, qənaətə və dünya zillətinə daxil olmaq üçün alıbdır. Əgər bu evdə hər cür ixtilaf və fəsad baş verərsə İran Roma və Yəmən şahlarının çürümüş cəsədlərinin öhdəsinədir. Bu müddəanın şahidi həvayi-nəfsin tabeçiliyindən çıxan, dünyapərəstlik zəncirlərindən azad olan əqlin etdiyi hökmdür.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Fürsətlərdən istifadə edək ki, İlahi əzab gəldikdə möhlət verilməyəcəkdir
Orucluq - yoxsa aclıq?
İMАM RİZАYА (Ә) ХİLАFӘTİN TӘKLİFİ
MÖCÜZƏ NƏDİR?
Göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allahın həqiqi ...
NÜDBƏ DUASI
Qədr gecəsi
VACİB VƏ VACİBDƏN DAHA VACİB NƏDİR?
MƏSUMLAR HAQQINDA
Kəbİrə günah haqqında alİmlərİn buyuruqları

 
user comment