Azəri
Thursday 28th of March 2024
0
نفر 0

İSLAM DİNİ VƏ ƏQL

İSLAM DİNİ VƏ ƏQL

İslam dini və Əql Allahın adı ilə Bəli 1500 il bundan əvvəl bütün dünyanın yarım vəhşi halında yaşadığı bir vaxtda İslam dini öz yaranışı ilə elmin yollarını işıqlandırdı. Hələ İslamın ilk günlərindən İslam Peyğəmbəri (s) müharibələrdə əsir alınmış savadlı şəxsləri müsəlmanlara yazıb-oxumağı öyrətmək müqabilində azad edir. Belə ki, hələ 8-ci əsrdə Bağdad şəhərində "Beytül-hikmət" adlanan elm mərkəzi artıq mövcud idi və dünyanın bir çox yerlərindən orada çalışır, hər dildən kitabları tərcümə edərək müsəlmanların ixtiyarına verirdilər. Xəlifənin göstərişi ilə dünyanın bir çox yerlərinə xüsusi adamlar göndərilmişdi ki, elmi kitabları tapıb burada cəm eləsinlər. Doktor Qustav Loben yazır ki, kitab və kitabxanaların Avropa xalqları arasında heç bir dəyəri olmadığı bir dövrdə "Beytül-hikmət" elm mərkəzində 4 milyon kitab, Qahirənin "Səltənət" kitabxanasında 1 milyon, Şamdakı kitabxanada 3 milyon kitab mövcud idi. 8-ci əsrin əvvəllərində Əndəlus adı ilə məşhur olan müsəlman İspaniyasında ildə 80 min kitab hazırlanırdı. Mustənsiriyyə şəhərində 800-cü ildə 300 tələbəsi və 16 ustadı olan universitet fəaliyyət göstərir ki, burada hər bir tələbə pulsuz yemək, yatmaq və təqaüd ilə təmin olunurdularlar. 12-ci əsr alim Bencamin Tuvel yazır ki, mən təkcə İskəndəriyyə şəhərində 20 elmi laboratoriyaya rast gəldim. həmin dövrdə Bağdadda, Qahirədə, Dəməşqdə, mosulda və s. Müsəlman şəhərlərində çoxlu elmi mərkəzlər, laboratoriyalar, kitabxana və rəsədxanalar mövcud idi, halbuki Avropada ilk rəsədxana 400 il sonra, yəni 16-cı əsrdə Parisdə qurulmuşdur. Qustav Loben öz məlumatlarında buyurur ki, müsəlmanlar bütün dünyada elm, maarif və mədəniyyətin yaranmasında zəhmət çəkmişlər. Belə ki, onların Avropalılara bəxş etdiyi elmi məlumatları nəzərə alsaq, müsəlmanların həqiqətən bir neçə əsr müddətində qərblilərə müəllimlik etdiklərini anlamaq çətin deyildir. Doktor Maks Mirhof yazır ki, hələ 8-ci ərdə müsəlmanlar təbiət emlərində elə bir zirvəyə yüksəlmişdilər ki, onların elmi nailiyyətləri bu gündə insanları heyran edir. Belə ki, orta əsrlərdə qeyri müsəlman alimlər tərəfindən İbn Sina, Cabir ibn Həyyan, Zəkəriyyə Razinin tibb kitabları latıncaya tərcümə olunardı. Tək İbn Sinanın "Qanun" kitabı Avropada 15-ci əsrdə 16 dəfə, 16-cı əsrdə 20 dəfə çap olunmuşdur. Alim qeyd edir ki, mənim fikrimcə, gələcəkdə dünya alimləri İslam elmlərinə daha artıq əhəmiyyət verərək bu qiymətli xəzinələri öyrənməyə çalışacaqlar. Doktor Vildorant yazır ki, ən məşhur və qabaqcıl müsəlman təbibi Zəkəriyyə Razinin 12-ci əsrdə 200-dən artıq elmi kitabı var idi ki,onların çoxu tibbə aid idi. Onun "Çiçək", "Qızılca" adlı kitabları bu gündə qiymətli əsər sayılır. Alimin "Əl Havil-Kəbir" kitabı 20 cilddən ibarət idi ki, onun bir cildi yalnız göz xəstəliklərinə aid idi. Zəkəriyyə Razinin kitabları 12-16-cı əsrlərdə 40 dilə tərcümə edilmişdir. 11-ci əsr İslam aləminin ən məşhur cərrahı Əbul Həsən Əndəlaş öz kəşf etdiyi alətlərlə cərrahiyə əməliyyatları apardığı bir dövrdə Avropada cərrahiyə haqqında heç məlumat belə yox idi. 11-ci əsrlər boyunca bu alimin kitabları dəfələrlə dünyanın bir çox dillərinə tərcümə olunub. Doktor Qustav Loben yazır ki, müsəlman alim təbibləri əczaçılıq (dərman düzəltmə) elmində elə yüksək səviyyəyə çatmışdılar ki, bu gün uzun əsrlər keçdikdən sonra avropalılar müsəlmanların 8-10-cu əsrlərdə xüsusi üsullarla düzəltdikləri kimyəvi dərman tərkibinin yeni üsul adı ilə dünya elminə tanıtdırırlar. Doktor Corc Zeydan buyurur ki, alimlər əczaçılıq elmində apardıqları tədqiqatlar nəticəsində etiraf etməli oldular ki, bu elmin əsasını müsəlman alimlər qoymuşlar. Alim yazır ki, 8-9-cu əsrlərdə müsəlman ölkələrinin bir çoxunda geniş xəstəxanalar mövcud idi. Tək Bağdad şəhərində 4 xəstəxana fəaliyyət göstərirdi. Onlardan Əzdi xəstəxanasında tibbin başqa-başqa sahələrində çalışan 24 həkim fəaliyət göstərirdi. Və bu vaxt Bağdad şəhərində 60 aptek var idi. Maraqlıdır ki, həmin dövrdə yəni 8-9-cu əsrlərdə qərb aləmində aptek və xəstəxana anlayışı belə yox idi.İmam Cəfər Sadiq (ə)-ın şagirdi olmuş Cabir ibn Həyyan haqqında Maks Mirhof yazır ki,Cabirin 100 cildə yaxın kimya elminə dair kitabı hələ də əllərdədir və həmin kitabların müasir kimyaya nüfuzu böyükdür. Hələ 8-ci əsrdə Cabir atomun ətrafında fırlanan elektronlar haqqında məlumat verir. Doktor Vill Dorant yazır ki, "kimya"nın elm kimi formalaşması məhz müsəlman alimlərin təşəbbüslərinə bağlıdır, çünki onlar dəqiq elmi müşahidələr və təcrübələr apararaq bu elmin təşəkkül tapmasında müstəsna rol oynamışdır. Doktor Qustav Loben yazır ki, Abbasi xəlifəsi Harun Ər-Rəşidin dövründə icad olunan ilk saat xəlifə tərəfindən Fransa kralına hədiyyə göndərilmişdi. Vaxtı göstərən bu qəribə alət hər saat tamam olduqda zəng vururdu: Fransa kralı və əyanlar bundan heyran qalmışdılar. Alim qeyd edir ki, ilk dəfə pambıqdan kağız alan da müsəlmanlar olmuşdur. "Eskorial" kitabxanasındakı 1009-cu ilə aid kitab bunu təsdiq edirdi.Alim yazır ki, həmin dövrdə müsəlmanlar elə yüksək kefiyyətli kağız alırdılar ki, hətta indi də beləsinə rast gəlmək çətindir. Baron Duu isə başqa bir sahədə müsəlman alimlərin nailiyyətlərindən söz açaraq yazır: "Müsəlman alimlərin müxtəlif elmlərdə böyük müvəffəqiyət qazanaraq Cəbr elmini dəqiq elm səviyyəsinə qaldırdılar, onlar təhlili həndəsənin əsasını qoydular. Şübhə yox ki, səthi ucbucaqlar və triqonometriyanı onlar kəşf etdilər".Qustov Loben yazır ki, müsəlmanlar coğrafiya elmində də misilsiz idilər. Və bu işdə onlara astronomiyanı yaxından bilməkləri kömək edirdi. Maks Mirhof yazır-Müsəlmanların elmi potensialı get-gedə aşkar olur. Son illərin elmi potensialı kəşfləri İslam tarixinə və mədəniyyətinə işıq salmışdır. Lakin bunlar hələ kifayət qədər həmin mədəniyyəti dünyaya tanıtdıra bilmir. Ümidvaram ki, gələcəkdə dünya xalqları İslamın dərin elm mədəniyyətinin misilsiz nümunələrini öyrənib onlardan daha çox istifadə edəcəklər. Müsəlman alimlərinin kəşfləri orta əsrlərdə Avropalıları qaranlıq gecədə parlayan ay kimi işıqlandırmışdı və həmin nuru biz indi də hiss etməkdəyik. İngilis alimi Cember yazır: "Etiraf etməliyik ki, müsəlmanlar öz insanlıq və səadət bəxş edən adət-ənənələri ilə bizim torpaqlara işıqlı bir mədəniyyət daxil etmişdilər. Əgər 711-ci ildə Tariq ibn Ziyadın başçılığı altında müsəlmanlar Cəbəlüt-Tariq boğazından Avropaya keçməsəydilər biz indiki vəziyyətimizə heç bir vaxt nail ola bilməzdik. Müsəlman alimləri orta əsrlərdə bir çox qədim və yeni elmlərdən mühüm məlumatlar əldə etmişlər-Mexanika, Dinamika, Hidravlika, kimya və ümymi fizika sahələrində, Astronomiya, əxlaq və fəlsəfə elmərindən 8-10-cu əsrlərdə İslam univeristetlərində tədris olunurdu. Maraqlıdır ki, 8-ci əsrdən başlayaraq müsəlman şəhərlərində gözəl memarlıq əsərləri olan hamamlar tikilirdi ki, bundan 700 il sonra da Avropalılara hamam sözü heç nə anlaşmırdı. Türk alimlərindən biri yazır ki, bu gün dünyada gedən cərəyanlara baxıb təssüflə deyirəm, ey kaş, müsəlmanlar Qurandan ayrı düşməyəydilər. Nə qədər ki, müsəlman Quranla bir idi, Quran onu elmlə qidalandırırdı, dünya sirlərini açmağa yönəldirdi. Bəli, həqiqətdə elm dünyasında parlayan müsəlman alimləri öz ilhamlarını Qurandan, Peyğəmbər (s) və məsum imamlardan alırdılar, çünki onlar idi müsəlmanları elmli olmağa çağıran. Bu gün isə özünü on günlük zəhmətə salıb heç olmasa Quranın tərcüməsini belə oxumaq istəməyən, Peyğəmbər (s) və məsumların qızıldan qiymətli kəlamlarını gözdən keçirmək istəməyən bəzi "ziyalılarımız" dinin insanları elmdən yzaqlaşdırdığını söyləyirlər. Həqiqətdə isə İslam dini yalnız ondan xəbəri olmayanlar üçün cahillər dinidir, çünki xəbərsiz-məlumatsız insan cahildir,dində onun üçün cəhalətdən başqa bir şey ola bilməz. Məşhur Lev Tolstoy buyururdu: -hər şeyi anlamaq istəyirsinizsə, quranı oxuyun,Puşkin isə-suallarınıza cavab tapa bilmirsinizsə, Qurana müraciət edin, çünki Quran açıqlayan və yol göstərən bir nurdur,-deyir Təəccüblüdür Əgər biz dinimizi tanımırıqsa, nə üçün ona töhmət vururuq. Yada salaq elm şəhərinin qapısı olan Əli (ə) ki, buyururdu: Vay olsun sizin o gününüzə ki, sizin olandan başqaları istifadə edəcək və bunun sizinki olduğundan xəbəriniz belə olmayacaq. Mən sözümü Fransız alimi Qustav Lobenin dedikləri ilə tamamlamaq istəyirəm: Əgər dünyadan islam mədəniyyətini götürsəniz, dünyanın mədəniyətsiz olduğunu görərsiniz. Ey o kəslər ki, özləri və övladları üçün İslam dinini öyrənməyi ar bilirlər, alimin dediklərini bir düşünün.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Allaha yaxınlaşmaq üçün günahı tərk etmək lazımdır
ƏSKİK SATMAQDAN UZAQLIQ VƏ NAMAZIN İLK VAXTDA QILINMASI
Təvəssül və şəfaətin inkarı tarixi
10 HƏDIS (22)
Riyakar və saxtakar insanın üç əlaməti
ŞӘFАӘTİN MӘNАSI
BƏRZƏX
MƏSİHİLİK
ZƏRDÜŞTİLİYİN DİNİ AYİNLƏRİ
Nübüvvətin zəruri olması dəlilinə əsasən ilahi ,

 
user comment