Azəri
Wednesday 24th of April 2024
0
نفر 0

FATIMƏ ZƏHRA (Ə)

FATIMƏ ZƏHRA (Ə)

Qaş qaralırdı. Günəş ağacların kölgəsinə sığınmış istini sanki qovur, harasa uzaqlara aparırdı.Məkkə və Mina yaxınlığında yerləşən “Əbtəh” adlanan yerdə əziz İslam peyğəmbəri həzrəti Məhəmməd (s)öz səhabələrindən bir neçəsi ilə birlikdə əyləşmişdi.Elə bu an Allahın əzəmətli mələki Cəbrayıl öz həqiqi simasında peyğəmbərə nazil oldu və özünəməxsus bir ifadə ilə dedi: Uca Tanrının sənə xüsusi salamı var.Rəbbin həyat yoldaşın Xədicədən 40 gün uzaqlaşmağı əmr etdi.Peyğəmbərin(s)Xədicəyə məhəbbəti dillər əzbəri idi.Məhz elə buna görə də Xədicənin ayrılığı ona ağır gəlirdi.Amma Allahın əmrinə tabe oldu.Qırx gün müddətində Xədicənin ayrılığına dözməli oldu.O bu müddət ərzində Allahın əmri ilə gündüzlər oruc tutub,gecələr ibadətlə məşğul olurdu.Belə günlərin birində Peyğəmbər (s)Xədicənin narahat olacağını hiss edib,Əmmarı onun yanına göndərərək buyurdu: “Ona de ki mənim ondan ayrılmağımın səbəbi ona qarşı etinasızlığımdan,yaxud eşqimin sarsıldığından deyil,əksinə ,ilahi əmrə itaətdir”.Tanrı öz iradəsini həyata keçirmək niyyətindədir.Sənin nigaran olub qəmlənməyinə lüzum yoxdur.Haqqımızda yaxşı fikirlərlə yaşa.Allah-taala sənin kimi bəndəsi olduğuna görə öz mələkləri yanında fəxr edir.Mən isə Allahın vəd etdiyi müddət sona çatana qədər Fatimə bint Əsədin evində qalacağam.Xədicə həyatda dərin məhəbbət bəslədiyi Peyğəmrin(s)ayrılığına dözə bilməyib ,göz yaşı axıdırdı.Amma bunun İlahi bir əmr olduğunu biləndə ,həyatında baş verənlərin bir hikməti olduğunu düşünüb ,dözməyə çalışdı.Qırx gün sona yetdikdə ,Cəbrayıl yenidən Peyğəmbərin yanına gələrək dedi :“Ey Məhəmməd ,Rəbbinin xüsusi töhfəsini qəbul etməyə hazırlaş.Sonra Mikayıl əlində xüsusi parçalarla bəzədilmiş tabağı ehtiramla Peyğəmbərin (s)qarşısına qoyub dedi:Bu axşam bunun içindəkilərlə iftar et.”

Əli (ə) buyurur:“Hər gecə iftar zamanı Peyğəmbər (s)mənə qapını açıq qoy ,mənimlə iftar etmək istəyən hər bir şəxs içəri buyursun.”-deyə tapşırırdı .Lakin o gecə fərqli olaraq ,buyurdu:

“Qapını bağla.Heç kimi içəri keçməyə qoyma, çünki bu,mənə məxsusdur,digərlərinə haramdır”. Peyğəmbər(s)iftar etmək istədikdə tabağı açdı .İçində xurma ,üzüm və behişt suyu ilə dolu bir qab var idi.Peyğəmbər(s)cənnət meyvələrindən yedi, behişt suyundan içdi.Yenidən ibadətlə məşğul olmaq istədikdə ,Cəbrayıl dedi : “İndi ibadət vaxtı deyil.Xədicənin yanına get.Allah bu gecə sənin nəslindən pak bir sülalə yaratmaq niyyətindədir”. Peyğəmbər (s)Xədicənin yanına gəldi.Xədicə qapını böyük sevinclə açdı.Peyğəmbər(s) evə daxil oldu və Cəbrayılın dediyini icra etdi.Bu hadisə besətin 5-ci ili cəmadiüs-sani ayının 20-də öz bəhrəsini verdi.Deməli, Fatimə (ə)behişt meyvələrinin və 40 gün ibadətin nəticəsidir.İslamın ən görkəmli nümunəvi qadını uşaqlıq dövründə müxtəlif məhrumiyyət və problemlərlə üzləşmişdir.Uşaqlıq illərində dövrünün qız və qadınlarından öz zəkası və mətinliyi ilə fərqlənən Fatimə(ə), 5 yaşında ikən nəzakətli anasını əldən verdi. Həmçinin Fatəmənin uşaqlıq illəri Peyğəmbərin (s) aşkar dəvəti ilə üst- üstə düşmüşdü. Əbu Talibin vəfatından cürətlənən müşriklər Peyğəmbərə (s)təzyiqlər göstərirdilər. Fatimə(ə)bunların hamısını görür,eşidir və narahat olurdu.Artıq Fatimə(ə) böyüyüb boya başa çatmışdı.Belə ki, onunla ailə həyatı qurmaq üçün elçi gələnlər var idi. Elçilərdən olan Əbdür-Rəhman və Osman adlı sanlı imkanlılar idilər.Əbdür-Rəhman Peyğəmbərin(s) yanına gələrək dedi: “Ey Allahın Rəsulu, əgər Fatimə(ə)ilə ailə qurmağıma razılıq versən,yüz mavi gözlü qara dəvə verməyə hazıram. Bunlardan əlavə on min dinar mehriyyə (kəbin haqqı)verərəm.” Osman rəqibini üstələsin deyə, sözə belə başladı: “Ey Allahın elçisi, Əbdür-Rəhmanın dediklərini verməyə mən də hazıram. Əlavə olaraq qeyd etmək istəyirəm ki, Əbdür-Rəhmandan fərqli və üstün cəhətim odur ki, mən ondan tez müsəlman olmuşam.” Peyğəmbər (s) bu sözləri eşitdikdə narahat olaraq buyurdu: “Siz elə güman edirsiz ki, mən pul və var-dövlət quluyam ? İmkanlılığınıza görə fəxr etmək istəyirsiniz?” Onlardan sonra Əbu Bəkr də elçiliyə gəldi. Peyğəmbər (s) buyurdu: “Bu məsələ Allahın əlindədir”.Yəni Allahdan əmr gözləyirəm.

Hicrətin ikinci ili idi. Əli(ə)Mədinənin xurma bağlarında ağacları sulamaqla məşğul idi. Elə bu an Məaz ibn Cəbəlin gəldiyini gördü. Məaz irəli gələrək Əliyə(ə) dedi: “Sən fəzilət baxımından hamıdan üstünsən, Peyğəmbərin(s)sevimlisisən.Qüreyş böyükləri Farimənin(s)elçiliyinə gediblər. Lakin Peyğəmbər(s)rədd cavabı verib. Nə üçün ailə qurmursan? Nə üçün Peyğəmbərin(s) qızına elçi getmirsən ? Mənə elə gəlir ki, Allahın rəsulu Fatiməni(s) sənin üçün saxlayıb.” Əlinin(ə) gözləri sevincdən yaşardı və dedi : “Məni həyacanlandırdın keçmiş arzularımı xatırladım.O bir Allaha and olsun ki, Fatiməyə(s) qarşı səmimi rəğbətim var.Amma mən bu imkansızlıqla nə edə bilərəm?”

Vicdanlı insanlar qıraqda qalıb Şərəfsiz özünü qabağa salıb

Baxıram bunlara fikrə dalıb Deyirəm özümə Allah nə edim?

Məaz dedi: “Özün bilirsən ki , dünya və onun naz neməti Allah Peyğəmbərinin (s)yanında heç bir dəyərə malik deyildir.Peyğəmbərin mal dövlətdə gözü yoxdur.” Nəhayət Əli(ə)işini yarımçıq qoyub evə gəldi və Peyğəmbərin evinə sarı yola düşdü. O elçiliyə gedirdi. Amma dövrün ən-ənələrinin əksinəolaraq, öz elçiliyinə gedirdi. O, yeni həyata qədəm qoymaq, həyatın acısına, şirininə yenidən başlamaq, özünə həyatın eniş-yoxuşlarını aşmaq üçün həmdəm tapmaq istəyirdi. Əli(ə) qapıya çatdı. Qapını döydü. Ümmi-Sələmə: “gələn kimdir”? -deyə soruşmaq istədikdə, Peyğəmbər(s) buyurdu: “Qapını aç,gəlsin.” Əli(ə)içəri gəldi. Həmişə gəldiyi ev idi .Amma bu gün salamdan sonra bir söz deyə bilmədi. Həya Əlinin(ə) bütün vücudunu bürümüşdü. Gözünü yerə dikmişdi.Dili söz tutmur, topuq vururdu. Dedi: “Atam –Anam sənə qurban. Sən məni atam Əbu Talibdən və anam Fatimədən ayırıb öz evinə gətirdin. Məni öz əlinlə boya başa çatdırdın. Öz əxlaqınla tərbiyə etdin. Mənə öz ata-anamdan qat-qat artıq can yandırdın, hidayət etdin.Artıq boya-başa çatmışam. Sənin sayəndə ailə qurmaq istəyirəm. Qızın Fatimə(s)ilə ailə qurmağa icazə verirsənmi?” Peyğəmbər(s)Əlinin(ə)ağarmış simasına və on dörd gecəlik aya bənzər parlaq simasına baxaraq buyurdu:“İcazə ver Fatimənin (s) özündən soruşum”.Fatimənin (s) yanına gəldi. Lakin otaqdan çıxanda: “Allahu əkbər Allahu əkbər” şüarları ilə çıxdı və buyurdu: “Fatimə razıdır. Onun həya edərək susması razılığını göstərir”.Beləliklə, yer üzünün nümunəvi qadını olan Zəhra(s), dillər vəsfindən aciz olan Əli(ə) ilə ailə qurmağa razılıq verdi. Bir aydan sonra Fatimə (s) “Risalət” evindən “İmamət” evinə qədəm qoydu. Öz mübarək qədəmi ilə Əlinin(ə)evini işıqlandırdı.Əli(ə) ilə Fatimənin (s)müştərək həyatı başlandı. Fatimənin(s) dərin zəkası, əhatəli elmi, ailədə davranışı, qonşuları ilə münasibətiləri, bəxşiş və səxavətliyi, fədakarlıq və sirdaşlığı, övladlarının ehtiyaclarını başa düşüb onların həlli yolunda çalışması, evdə məhəbbət dolu səmimi abhəva yaratması, və s,səciyyəvi keyfiyyətlərindən və tərbiyə üslubundan istənilən qədər nümunə və sitatlar gətirmək olar. Bunların hər biri böyük bir elmi məqalə mövzusuna da çevirilə bilər.lakin bu araşdırma ilə kifayətlənir və geniş tədqiqatları növbəti fürsətlərə həvalə edirik.

Bu məqalə Son Ümid jurnalının 6-cı sayında, 16-cı səhifəsində nəşr edilmişdir.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Milli mətbuatın milli düşmənləri
Böyük günahlar
SƏCDƏ AYƏSİNİN TƏFSİRİ
Ey göz, səy et, çox ağla..."
HƏZRƏT ƏBULFƏZL ABBASIN (Ə) TƏVƏLLÜDÜ
Həft-i Tir hadisəsi və Müqəddəs Müdafiə illərində Şəhid olanların ailə ...
Əl-Maidə (Süfrə) surəsi
İSLAM XӘLİFӘLӘRİ NECӘ TӘ’YİN OLUNDU?
DUA QUR`ANDA
Еvdә vә mәscİddә Qur’an tİlavәtİ

 
user comment