Azəri
Wednesday 12th of May 2021
813
0
نفر 0
0% این مطلب را پسندیده اند

Gözəllikdən başqa bir şey görmədim"

Gözəllikdən başqa bir şey görmədim"

Zeynəbdən öyrəniləsi dərslərdən biri, Allah yolunun çətinlik və müsibətlərini gözəl görməsi, onun belə çətinliklərə ilahi baxışıdır.
necə ki, gördük, Zeynəb (s) İbni Ziyadın, “Allahın Əhli-beytinlə rəftarını necə gördün” sualının cavabında buyurdu:
«Ma rəəytu illa cəmila».
Allah yolunda gördüyüm çətinliklər, müsibət və müşküllər, hamısı mənim üçün gözəl idi.
Doğrusu! Əliəkbərin, Qasimin, Əbbasın, südəmər uşağın şəhadəti və Seyyidüş-şühəda (ə)-ın şəhadəti gözəl idimi?! Xeymələrin yandırılması və qarət olunması, uşaqların pərişan və sərgərdan olmaları və Allah Rəsulunun övladlarına üz verən müsibətlər gözəl idimi?! Peyğəmbər Əhli-beytinin əsir olub küçə və bazarlarda naməhrəmlərin gözü qarşısında gəzdirilməsi gözəldirmi?!
Bu gözəl baxış necə təfsir olub açıqlanacaq?
Həzrət Zeynəb (s) özünü haqqın bəndəsi hesab edib ilahi vəzifəni yerinə yetirməyi özünə şərəf bilir. Vəzifəyə əməl yolunda imam Hüseyn (ə) kimi kamil insanın və onun səhabələri kimi fədakar dostların şəhadəti, Əhli-beytin əsarəti, əziyyəti və müsibətləri hamısı xoşdur, şirin və gözəldir. Bu mömin insanların dünya görüşüdür ki, Allah tərəfindən onlara nə çatsa, hamısını xeyirli və gözəl görərlər. çünki, Allah, öz bəndələri üçün xeyirdən başqa bir şey istəmir. Bu varlıq aləminin bütün mövcudlarına ilahi və gözəl baxışdır.
Mən bütün şəhərdə öz eşqimlə məşhuram,
Mən gözümü pis görməyə aludə etməmişəm.
Vəfa yolunda əziyyət çəksək də şadıq.
çünki, bizim təriqətdə incimək kafirlikdir.
Bəli, belə bir dünya görüşü və belə bir inam zillət və acizliyə yönəlməyərək düşməni dizi üstə çökdürər Allahın, Onun Rəsulunun və mələklərin salam və rəhməti olsun Zeynəbi-Kubraya ki, bizə Allah yolunun çətinliklərni necə görmək dərsini öyrədir, səbr və dözüm dərsində müəllimimiz olur...

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

813
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Ya Zəhra!
Fikri və əməli vasvasılıq
Həzrət Zeynəb (ə.s)
Tozlandırma, Quranın elmi möcüzəsi kimi
ZÜHURUN ZƏMİNƏ VƏ ƏLAMƏTLƏRİ
Həzrət Əlinin (ə) son anlarında İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyəti
İMAM BAQIR (Ə) HAQQINDA QISA MƏLUMAT
Din və nigah
İlk insanın yaranması və təkamül hipotezi
Neysan suyunun xüsusiyyəti. Bahar yağışından qafil olmayın!

 
user comment